Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3106/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyəti cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, öhdəliyin icra edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyəti cəlb edilməkl ə) “təmir xərcinin və ödənilməmiş kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1718/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28, mənzil 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan, Nümayəndə1 məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, y/s - 13.5 kv.m, k/s 11.2 kv.m. (faktiki 58.0 kv. m.) mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 46.41% əlavə etməklə tam təmirli, 2-ci giriş, 13-cü mərtəbədə, 3 otaqlı, 84.92 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər.
2. Eyni zamanda cavabdeh müqavilənin 2.2.3-cü və 2.2.5-ci bəndlərinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 550 manat kirayə haqqını iddiaçıya ödənilməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüş dür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh «X3» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, 84,92 kv.m sahəsi olan mənzillərin təmiri üçün hər birinə 20.000 min manat, cəmi 40.000 min manat, ödənilməyən 4.500 (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üzrə) manat kirayə haqqının, cəmi 44.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 234 manatın “X3” MMC-də n tutularaq iddiaçının, yəni İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla belə əsaslandırılıb ki, Nəsimi rayonu, X2 küçəsi, ev 28 mənzil 3-də yerləşən mənzil dörd il öncə pilot layihənin icrası ilə bağlı cavabdehlə aralarında bağlanmış 7 fevral 2018-ci il tarixli müqaviləyə əsasən sökülmüş, yeni inşa ediləcək binanın 2-ci girişin 6-cı mərtəbəsində, tam təmirli 3 otaqlı, 84.92 kv.m və tam təmirli 2-ci giriş, 10-cu mərtəbədə 3 otaqlı, 84,92 kv.m olan mənzilləri onun mülkiyyətinə verilməsi barədə aralarında razılığı olmadan, satışa çıxarılaraq başqa mənzillə birləşdirilmişdir. Belə çıxır ki, tikinti şirkətinin səlahiyyətli nümayəndəsi onu aldadaraq, vəzifəsindən sui-istifadə edərək özbaşınalıq etmişdir. Bu məsələ ilə bağlı tikinti şirkətinə dəfələrlə müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Bundan əlavə, təmir ediləcək iki 3 otaqlı (2 saylı binada yerləşən) mənzillərə baxış keçirdikdən sonra müəyyən etmişdir ki, aralarında bağlanmış müqavilə öhdəliklərinə tikinti şirkəti tərəfindən əməl olunmur, çox ucuz və keyfiyyətsiz tikinti materiallardan istifadə edilir. Tikinti şirkəti təmirdə istifadə etdiyi materialları qeyri-qanuni yollarla qara bazardan ucuz alıb mənzilin təmirində istifadə edir. Bu məsələ ilə bağlı dəfələrlə adlarını yuxarıda qeyd etdiyi tikinti şirkətinə yaxınlaşıb xahiş etmişdir ki, təmirdə istifadə olunan materialları onun iştirakı ilə alsınlar. Yaxud həmin materiallara veriləcək pulu ona versinlər, o da həmin pula əlavə edib, təmiri daha keyfiyyətli apar sın. Amma cavabdeh tərəfindən bu xahişi yerinə yetirilməmiş, əksinə, kobudluqla üzləşmişdir. Tikinti şirkətlərinə etdiyi müraciətlər həllini tapmadığı üçün pilot layihə ilə bağlı cavabdehə sərəncam vermiş Nəsimi rayon İcra Hakimiyyətinin başçısına, sonradan isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərinə də dəfələrlə müraciət etmişdir. Bu səbəblərdən məcbur olmuşdur ki, evlərin təmiri zamanı istifadə edilən materialları (giriş qapı, otaq qapıları, oboy, laminat, plindus, hamam aksesuarları, döşəmə altı atma, dikt, alçipan və s) özü alıb yenidən təmir etsin. Mənzillərin normal şəkildə tam olaraq təmir olunması üçün hər birinə 19.000 manat olmaqla, cəmi 38.000 vəsait lazımdır. Bundan əlavə, ləğv olunan balkonların hər birinə görə 2700 manat cəmi 5.400 manat, müqavilə nəzərdə tut ulan lakin ödənilməyən kirayə haqqı isə 4400 manat təşkil edir. Çünki sonuncu dəfə kirayə haqqına görə ona ödəniş 25 avqust 2021-ci il tarixdə aparılmışdır. Yəni sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üçün ödəmələr aparılmamışdır. 7 fevral 2018-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 550 manat kirayə haqqını tələb etmək iddiaçının hüququ kimi müəyyən edilmişdir. Müqavilənin 2.2.3-cü və 2.2.5-ci bəndlərinə əsasən müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin 1 dəfə hər ayın 1-də iddiaçıya ödənilməsini təmin etmək və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddi açıya mənzili təmir edib təhvil vermək cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi, cavabdeh tərəfindən kirayə haqqına görə 550 manat sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ona ödənilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-139/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı mənzilin təmiri üçün 17499 manat və həmin yaşayış binasının 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin təmiri üçün 15910 manat olmaqla, cəmi 33409 manat, ödənilməyən 4400 (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel aylar ı üzrə) manat kirayə haqqı, cəmi 37809 manat və ödənilmiş 234 manat dövlət rüsumunun 203 manat hissəsi məbləğində pulun cavabdeh “X5" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində xərcdən 200 manat pulun cavabdehdən, 50 manat pulun iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 31 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. 7. “X4” MMC-nin xx.xx.2021-ci il tarixli 21-LBC/2021 saylı qiymətləndirmə hesabatına əsasən ünvan 2 ünvanında yerləşən 3 saylı mənzildə gürülən t əmir işlərinə sərf olunan vəsaitin miqdari 7100 AZN təşkil edir. Mənzilin normal şəkildə tam olaraq təmir olunması üçün lazım olan vəsaitin ümumi dəyəri 19 000 manat təşkil edir. Mənzilin təmirsiz halda orta bazar dəyəri 147 000 manat, normal şəkildə tam təmirli vəziyyətdə orta bazar dəyəri isə 166 000 manat təşkil edir.
8. Bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən kirayə haqqına görə 550 manat sonuncu dəfə xx.xx.2021-ci il tarixdə iddiaçıya ödənilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6622 saylı rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci girişin, 6-cı və 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzillərin faktiki ümumi sahəsinin (azaltma əmsalları tətbiq olunmadan) hər bir mənzil üzrə 82 kv.metr olduğu müəyyən edilmişdir. Mənzillərin eskiz layihəsində balkonlar nəzərdə tutulduğu və həmin balkonların ayrılıqda mənzillər üzrə sahəsi neçə 5,27 kv.metr olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, həmin sahələrin real bazar qiymətinin müəyyən edilməsi üçün metodika olmadığından qoyulmuş sualın 3cü hissəsi üzrə tədqiqat aparılmadı. Mənzillərin faktiki olaraq təmirli vəziyyətdə olduğu, lakin təmirdə qüsurlar mövcud olduğu, belə ki, mənzillərin döşəməsinə vurulmuş laminat təbəqənin bəzi yerlərdə əyilməsi, divarlara vurulmuş divar kağızlarının qabarması, mənzillərin giriş qapılarının kənarlarına vurulmuş şpaklyovka qatının hamarlanmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, bu işlərin yenidən görülməsi üçün tələb olunan vəs aitin dəyəri, həmin işlərin yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək əlavə işlərin (söküntü, gücləndirmə və s.) və alına biləcək əlavə materialların həcmi dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. 10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 135/KS/23 saylı qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli binanın 2- ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzillərin ümumi sahəsi ayrıayrılıqda 81,40 kv.metr təşkil edir. Mənzillərə dair iş materiallarından görünür ki, hər bir mənzil üçün iki balkonun tikintisi nəzərdə tutulsa da, faktiki olaraq mənzillərdə bir balkon vard ır. Aparılmış bir çox araşdırmalar nəticəsində məlum olmuşdur ki, bir çox tikinti şirkətləri inşa etdikləri binada mənzil satışını həyata keçirərkən balkonun bir kvadrat metrinin dəyəri adətən satılan mənzilin bir kvadrat metrinin dəyərinin üçdə biri müqabilində hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 7 saylı 4 dekabr 2012-ci il tarixli qərarının 3.8-ci bəndində qeyd olunur ki, mənzilin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3 azaltma əmsalına vurulmaqla hesablanır. Bunlara əsasən 5,27 kv.metr balkonun ümumi dəyəri hər bir mənzil üçün orta hesabla 2700 manat təşkil edir. Mənzillərdə görülən təmir işlərinə sərf olunan vəsaitin miqdarı hər bir mənzil üçün ayrı-ayrılıqda 7100 manat Mənzillərin normal şəkildə tam olar aq təmir olunması üçün lazım olan vəsaitin ümumi dəyəri hər bir mənzil üçün ayrıqyrılıqda 20 000 AZN təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2279-9/2470 saylı ekspert rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binalarında təmirsiz mənzillərin 1 kv.m-nin bazar qiymətinin təqribən 1800 manat məbləğində olduğu nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzillərin ümumi sahəsində əks olunmayan 2,92 kv.m sahənin real bazar qiymətinin təqribən 5300 manat olduğu müəyyən edilmiş dir. Qeyd olunan mənzillərin eskiz layihəsində nəzərdə tutulan, lakin faktiki olaraq mövcud olmayan balkonların (hər biri ayrılıqda 5.27 kv.m) real bazar qiymətinin müəyyən edilməsi üçün metodika olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Mübahisəli mənzillərin faktiki olaraq təmirli vəziyyətdə olduğu, lakin təmirdə qüsurların mövcud olduğu, belə ki, mənzillərin döşəməsinə vurulmuş laminat təbəqənin bəzi yerlərdə əyilməsi, divarlara vurulmuş divar kağızlarının qabarması, mənzillərin giriş qapılarının kənarlarına vurulmuş şpaklyovka qatının hamarlanmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, bu işlərin yenidən görülməsi üçün tələb olunan vəsaitin dəyəri, həmin işlərin yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək əlavə işlərin (söküntü, gücləndirmə və s.) və alına bil əcək əlavə materialların həcmi dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6911 saylı ekspert rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Feyzullayev Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6cı mərtbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 84,92 kv.m mənzildə mövcud olan qüsurların bərpası üçün aparılmalı təmiri tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 17499 manat və həmin girişin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzildə mövcud olan qüsurların bərpası üçün aparılmalı təmiri tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 15910 manat məbləğində olduğu müəyyən edilmişdir.
13. Məhkəmə, Azərbaycan Respublikası Ədli yyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6911 saylı ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, mötəbər sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.
14. Məhkəmə ödənilməmiş 4500 manat məbləğində kirayə haqqına münasibətdə hesab etmişdir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 550.00 manat kirayə haqqını 1 dəfə hər ayın 1-də iddiaçıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı tarixdən 4 ildən artıq müddət keçməsinə baxmayaraq 2 4 ay müddətində təhvil verilməli olan mənzil iddiaçıya vaxtında təhvil verilməmişdir. Eyni zamanda iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən kirayə haqqına görə 550 manat sonuncu dəfə xx.xx.2021-ci il tarixdə iddiaçıya ödənilmiş, cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda ödənilməmiş aylar üzrə (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üzrə) 550x8=4400 manat məbləğində kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 386.3, 390.1, 390.5, 427.3 və 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmış dır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddanın təmin edildiyi hissədə öz mövqeyini yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6911 saylı ekspert rəyi ilə əsaslandırmışdır. Həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, “...Bakı şəhəri, Nəsimi rayonu, Feyzullayev Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 84,92 kv.m mənzildə möv cud olan qüsurların bərpası üçün aparılmalı təmiri tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 17499 manat və həmin girişin 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı mənzildə mövcud olan qüsurların bərpası üçün aparılmalı təmiri tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 15910 manat məbləğində olduğu müəyyən edilir.” Göründüyü kimi ekspertiza rəyinin nəticə hissəsində mənzillərin təmirində mövcud qüsurların bərpası üçün aparılmalı olan təmir-tikinti işlərinin təqribi bazar qiymətləri müəyyən edilmişdir. Lakin ekspertiza rəyinin təsviri hissəsində mənzilin tam təmiri ilə bağlı smeta çıxarılmışdır. Bundan başqa, ekspert smetada əks olunan rəqəmləri necə hesabladığını və bu zaman əsaslandığı mənbələri də rəydə göstərməmişdir. Belə ki, ekspert daşıma xərclərinin, məsələn zibilin daşınmasının 800 manat olduğunu necə müəyyən etdiyini, smetada 1.000 manat məbləğində əlavə xərclərin nədən ibarət olduğunu və s. əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi iddanın təmin edildiyi hissədə öz mövqeyini yalnız bir ekspert rəyi – yəni AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6911 saylı ekspert rəyi ilə əsaslandırsa da, işdə olan digər ekspertiza rəylərini diqqətdən kənarda qoymuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2018ci il tarixli müqavilənin 2.1.2- ci bəndinə əsaslanaraq kirayə haqqları hissəsində də əsassiz və səhv nəticəyə gəlmişdir. Müqavilənin qeyd olunan bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 550 manat kirayə haqqını tələb etmək iddiaçının hüququ kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi, yeni binanın tikintisinin hansı tarixdə başa çatdığı barədə hər hansı bir araşdırma aparmadan tamamilə əsassız qətnamə qəbul etmişdir.
18. Məhkəmə iclasında ekspert qismində dindirilən X1 bildirmişdir ki, onun tərəfindən mənzillərə baxış zamanı mövcud olan qüsurlar, mənzillərin təmir dərəcəsi, təmirdə istifadə olunan materialların orta bazar qiymətləri və görülmüş işin həcmi nəzərə alınaraq smeta çıxarılmış və onun nəticəsində dəyər müəyyən olunmuşdur. Smetanın müəyyən olunması zamanı əsas götürülən metodlar ilk olaraq iş həcminin aşkarlanmasıdır. Daha sonra iş həcminə uyğun normalara əsasən hesablama aparılmışdır. Normalar 1 kv.m üçün tələb olunan tikinti materi alının orta göstəricisini əks etdirir. Nəzərə alınmalıdır ki, bazarda qiymətlərin stabil olmaması səbəbindən tərəflərindən mütəmadi olaraq vaxtaşırı (2-3 və ya 5 aylıq periodlarla) tikinti materiallarının dəyərləri araşdırılır, daha sonra ekspertiza tədqiqatlarında istifadə olunur. Ekspert rəyində ilkin olaraq ümumi qüsurların olduğu, smetada isə ətraflı xırdalığı ilə hamısı qeyd olunur. Qüsurlar aşkar edildiyi formada rəydə əks olunub, məsələn 6-cı mərtəbədə yerləşən mənzildə kafel-metlağın sökülməsində, vurulmasında qüsur aşkarlanıb, 10-cu mərtəbədə yerləşən mənzildə isə bu qüsur yox idi. Müvafiq olaraq smetada bu hallar fərqləndirilərək ətraflı bildirilib. Baxış zamanı nə aşkar olunubsa, onlar qeyd olunub. Smetadan əlavə, ayrıca rəyin mətnində hər bir irili-xırdalı qüsurun yazılması r əyin həcmini lüzumsuz artırır. Rəydə smetadan əlavə hissədə sadəcə laminat, divar kağızı və giriş qapıları ətrafında şpaklyovka ilə bağlı qüsurların sadalanması bütün qüsurun 3 elementdən ibarət olması demək deyil. Əlavə xərclərlə bağlı nəzərə alınmalıdır ki, hər bir təmirdə əvvəlcədən nəzərə alınmayan, təmirin gedişatında ortaya çıxan müəyyən alətlərin alınması tələb olunur. Əlavə xərclər bu qəbildən xərclər üçün nəzərdə tutulub. Smetada mənzilin tam təmiri üçün deyil, məhz mövcud qüsurların tam aradan qaldırılması üçün qiymət cədvəli çıxarılmışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) 2(103)-1718/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1718/2024 xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə (hakimlər - Azad İmanov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Məmməd Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qəbul etdiyi xx.xx.2024-cü il tarixli 2(103)-1718/2024 nömrəli qətnamənin nəticə hissəsində “Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin” cümləsinin qeyd edilməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisənin obyektiv həlli məqsədilə birinci instansiya məhkəməsi tərəfindən təmir xərcinin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Ədl iyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6911 saylı ekspert rəyi ilə mənzildə mövcud olan qüsurların tam təmiri üçün görülməli işlərin ümumi dəyəri təqribən 17499 manat və 15910 manat olmaqla ümumilikdə iki mənzil üzrə cəmi 33.409 manat məbləğində olduğu müəyyən edilmişdir. Hazırda apellyasiya şikayəti ilə mübahisələndirilən halın əsasını mötəbər sübut sayılan ekspert rəyinin, rəy əsasında qəbul olunmuş təmir xərcinin ümumi məbləğinin obyektiv olmaması təşkil edir.
22. Apellyasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh tərəf mübahisəli əmlakın tələb olunan təmir xərci ilə bağlı vəsaitin mə bləğinə dair hər hansı sübut təqdim etməmiş, ekspert rəyinin qeyrimötəbərliyinə dair mövqeyini əsaslandıra bilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6911 saylı ekspert rəyi ilə qüsurun aradan qaldırılması üçün təmir xərci hər bir mənzil üçün ayrılıqda tərtib olunmuş smetada ətraflı şəkildə göstərilmişdir. Məhkəmə iclasına dəvət olunan ekspert tərəfindən rəyin əsasını təşkil edən məlumatların əldə olunma üsulu (mənzilə baxış keçirilməsi ilə qüsurların aşkarlanması, təmir üçün materialların orta bazar qiymətinin müəyyən edilməsi əsasında hesablamaların aparılması) barədə məsələlərə aydınlıq gətirilmişdir. Bildirilmişdir ki, rəyin smeta bölməsində təfərrüatı ilə göstərilmiş xərclər qüsurun aradan qaldırılması üçün nəzərdə tutulan qiymətlərdir. Nəzərə a lınmalıdır ki, eyni zamanda cavabdehə məhkəmə tərəfindən barışığın əldə olunması ilə bağlı təmir qüsurlarının aradan qaldırılması təklif olunmuş, tərəflərin razılıq əldə etməsi məsələsinin həlli ilə bağlı onlara vaxt verilmiş, lakin mübahisə öz həllini tapmamışdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kirayə haqqının məbləğinin müəyyənləşdirilməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanan müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 550 manat kirayə haqqını 1 dəfə hər ayın 1-də iddiaçıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı tarixdən 4 ildən artıq müddət keçməsinə baxmayaraq 24 ay müddətində təhvil verilməli olan mənzil iddiaçıya vaxtında təhvil verilməmişdir. Eyni zamanda, iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən kirayə haqqına görə 550 manat sonuncu dəfə xx.xx.2021-ci il tarixdə iddiaçıya ödənilmiş, cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda ödənilməmiş aylar üzrə (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üzrə) 550x8=4400 manat məbləğində kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 386.3, 390.1, 390.5, 427.3, 442 və 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlill əri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikatəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mül ki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 425.1. Öz hüquqların ı həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gü n və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının həd ləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov A zərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillərə apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət verilmişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası mə hkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüq uqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1718/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.