Məhkəmə qərarları › İş №2(102)-3107/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3107/2020

16.06.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3107/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 və üçüncü şəxs X1 vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2(105)-3954/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(031)-656/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ç.Ə.İsgəndərov) İddiaçı cavabdeh Şabran rayonu Cəlal Məmmədov adına Aygünlü kənd tam-orta məktəbinə və digərlərinə qarşı “əmrin ləğv edilməsi, dərs saatlarının və sinif rəhbərliyinin geri qaytarılması” barədə iddiası qismən təmin edilərək, Şabran rayonu Cəlal Məmmədov adına Aygünlü kənd tam-orta məktəb üzrə işəgötürənin 15 sentyabr 2017-ci il tarixli, 61 saylı əmrinin Məktəbin İİ sinfinə rəhbər təyin edilməsi hissəsində ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Üçüncü şəxs qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2(105)-3954/2019 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, L.M.Məmmədova və F.Ə.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şabran Rayon Məhkəməsinin 09 avqust 2019-cu il qətnaməsi qismən ləğ v edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə Şabran rayonu Cəlal Məmmədov adına Aygünlü kənd tam-orta məktəb üzrə sinif rəhbərliyinin İddiaçı alınıb RRya verilməsi barədə işəgötürənin 15 sentyabr 2017-ci il tarixli, 61 saylı əmrinin ləğv edilməsinə dair iddiası rədd edilib və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata və üçüncü şəxslərə qarşı iddia qaldıraraq, Şabran rayonu Cəlal Məmmədov adına Aygünlü kənd tam-orta məktəb üzrə dərs saatlarının və sinif rəhbərliyinin ondan geri alınıb RRya verilməsi barədə işəgötürənin 15 sentyabr 2017-ci il tarixli, 61 saylı əmrinin ləğv edilməsi, dərs saatlarının və sinif rəhbərliyinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməs ini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddianın təmin edilməsinin rədd edilməsi hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında üçüncü şəxs RRnın vəkili Günel Məmmədova kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, vəkili Elçin Quliyev, cavabdeh Şabran rayonu Cəlil Məmmədov adına Aygünlü kənd tam-orta məktəb, üçüncü şəxslər RR, Şabran rayon Təhsil Şöbəsi və 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, üçüncü şəxs RRnın vəkili Günel Məmmədovanın izahatını dinləyib, kasasiya şikayətinin də lillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, iddianı təmin olunan hissədə rədd edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı qismən təmin etməklə birinci inst ansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Dövlət İmtahan Komissiyasının 06 iyul 1988-ci il tarixli Qərarı ilə iddiaçı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib və ona “ibtidai təlim pedaqogiyası və meto dikası” ixtisası verilib. Şabran rayonu Cəlil Məmmədov adına Aygünlü kənd tam-orta məktəbin 04 oktyabr 2018-ci il tarixli arayışına görə iddiaçı 2017-2018-ci dərs ilində 21-23 noyabr 2017-ci ildə Quba şəhərində keçirilən diaqnostik qiymətləndirmə zamanı 26 bal (ixtisas üzrə 20 bal, metodika üzrə 6 bal) toplayıb. İşəgötürənin 15 sentyabr 2017-ci il tarixli, 61 saylı əmri ilə RRya Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmə zamanı 49 bal topladığı üçün, o, məktəbin İİ sinfinə rəhbər təyin edilməklə, həmin sinifdə Azərbaycan dilindən 10 saatlıq və ev məktəbi İV sinifdə 8 saat olmaqla, cəmi 18 saat dərs yükü verilib və əmrin verilməsinə əsas kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 sentyabr 2017-ci il tarixli məktubu göstərilib. Azərbaycan Respu blikası Təhsil Nazirliyinin 07 oktyabr 2015-ci il tarixli, 994 saylı əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaların”da və digər normativ hüquqi aktlarda təhsil müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki, müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı və əməyinin düzgün dəyərləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınmalıdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, apelyasiya şikayətinin dəlillərini və mülki iş materiallarını araşdırıb haqlı olaraq qeyd etmişdir ki, işəgötürənin hazırda iddiaçı tərəfindən mübahisələndirilən əmri ilə RR Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmənin nəticələrinə görə daha çox, yəni 49 bal topladığına görə məktəbin İİ sinfinə rəhbər təyin edilməklə, ona həmin sinifdə Azərbaycan dilindən 10 saat və ev məktəbi İV sinifdə 8 saat olmaqla cəmi 18 saat dərs yükü verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını, yəni iddiaçının dərs yükünün işəgötürənin əmri ilə bilavasitə diaqnostik qiymətləndirmənin nəticəsinə görə azalmasını, həmin dərs yükünün diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun olaraq daha çox bal toplamış RRya həvalə edilməklə, sonuncunun məktəbin İİ sinfinə rəhbər təyin edilməsini nəzərə almadan, işəgötürənin əmrini onun məktəbin İİ sinfinə rəhbər təyin edilməsi hissəsində əsassız olaraq ləğv etmişdir. Ka sasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kasasiya şikayətində göstərilən dəlillər iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin2-ci maddəsinin 3-cü hissəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və sair prinsiplərinə əsaslanır. Eyni zamanda, Təhsil Nazirliyinin 07 oktyabr 2015-ci il tarixli, 994 saylı əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının dia qnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 2-ci bəndinə görə, diaqnostik qiymətləndirmənin məqsədləri müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılmasının, bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsidir. Həmin “Qaydalar”ın 5.1-ci bəndinə əsasən, diaqnostik qiymətləndirmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər diaqnostik qiymətləndirmə aparılan müəllimlər hesab olunur. Həmin “Qaydalar”ın 5.2-ci bəndinə görə, təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürül məsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi, onun dərs yükünün azaldılması barədə əmr, işəgötürən tərəfindən iddiaçının diaqnostik qiymətləndirilməsinin nəticələrinə görə yuxarıda qeyd edilən “Qaydalar”a istinad olunaraq verilib. Ona görə də apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işəgötürənin 15 sentyabr 2017-ci il tarixli, 61 saylı əmriTəhsil Nazirliyinin 07 oktyabr 2015-ci il tarixli, 994 saylı əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5. 2-ci bəndinə, Təhsil Nazirliyinin 06 sentyabr 2017-ci il tarixli məktubuna uyğun olub. Kasasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, iddiaçının 2018-ci ildə keçirilən diaqnostik qiymətləndirmə zamanı təkrar iştirak edib 41 bal (ixtisasdan 24 bal, metodikadan 17 bal) toplaması işəgötürənin 15 sentyabr 2017-ci il tarixli, 61 saylı əmrinin ləğv edilməsi və məktəbin İİ sinfinə RRnın rəhbər təyin edilməməsi üçün əsas ola bilməz və bu, yeni dərs ilində işəgötürən tərəfindən müəllimlər arasında dərs bölgüsü zamanı nəzərə alına bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi h üquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli, 2(105)-3954/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar