Məhkəmə qərarları › İş №2(102)-3108/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3108/2024

31.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3108/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X9 qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mənzildən çıxarılma” “müqavilənin bağlanmış hesab edilməsi” tələbi) (Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Mübahisələndirilən əqdlər) Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X9 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2024-cü il tarixli 2(103)-654/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X13 verilmiş MH seriyalı, 096691 nömrəli Qeydiyyat vəsiqəsi nə görə ünvan 2 X11 adına xüsusi mülkiyyət kimi xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir.

2. Zülfiyə Ərəbova ilə Cavabdeh3 arasında tərtib olunmuş xx.xx.1997-ci il tarixli beh müqaviləsinə görə, Zülfiyə Ərəbova ünvan 2-da yaşayan Cavabdeh3 200 ABŞ dolları beh almışdır, əgər evin satılmasından imtina etsə behi ikiqat qaytarır, ev alan imtina etsə beh batır, xx.xx.1997-ci il tarixədək vaxt verilir.

3. Zülfiyə Ərəbova və Cavabdeh3 tərəfindən imzalanmış əlyazmaya görə, Zülfiyə Ərəbova evin alqı-satqısı üçün xx.xx.1997-ci il tarixdə 2000 ABŞ dolları almışdır. Həmin vərəqdə olan digər qeydə görə isə Zülfiyə Ərəbova evin alqı-satqısı üçün xx.xx.1997-ci il tarixdə 240 ABŞ dolları almışdır.

4. Zülfiyə Ərəbova və Cavabdeh3 tərəfindən imzalanmış əlyazmaya görə, Zülfiyə Ərəbova evin alqı-satqıs ı üçün əlavə olaraq xx.xx.1997-ci il tarixdə 500 ABŞ dolları, xx.xx.1997-ci il tarixdə də 500 ABŞ dolları götürmüşdür.

5. Zülfiyə Ərəbova və Cavabdeh3 tərəfindən imzalanmış əlyazmaya görə, Zülfiyə Ərəbova evin alqı-satqısı üçün əlavə olaraq xx.xx.1997-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.1997-ci il tarixdə isə 100 ABŞ dolları götürmüşdür.

6. Ramazan Vəliyev və Cavabdeh3 tərəfindən imzalanmış əlyazmaya görə, Cavabdeh3 tərəfindən Vəliyev Ramazana evin alqı-satqısı üçün xx.xx.1997-ci il tarixdə 2000 ABŞ dolları məbləğində pul verilmişdir.

7. X19 küçəsi 36, bina 106 da yaşayan Cavabdeh3 evin alqı-satqısına görə xx.xx.1997-ci il tarixdə 90 ABŞ dolları, xx.xx.1997-ci il tarixdə 110 ABŞ dolları almışdır. 8. ünvan 1 ünvanında yaşayan X6 xx.xx.1997-ci il tarixli ərizəsində o, notariusu məlum edir ki, göstərilən ünvanda yerləşən mənzilin satılmasına razıdır. 9. 5050552023**********28981960 nömrəli mədaxil qəbzinə görə Xətai Bələdiyyəsinin hesabına Cavabdeh1 tərəfindən 38.88 manat ödəniş edilmişdir. 10. xx.xx.1997-ci il tarixli etibarnaməyə əsasən X3 Təranə Nəsib qızına onun bütün əmlakını idarə etmək, əmlakını almaq, satmaq, bağışlamaq, miras qalmış əmlakı qəbul etmək, ondan imtina etmək, bütün qiymətli kağızları qəbul etmək, müvafiq orqanlardan sənədləri qəbul etmək, poçt göndərişini almaq, cinayət və mülki işlər üzrə onu təmsil etmək, iddianı qəbul etmək, iddiadan imtina etmək, qəbul edilmiş qərarlardan şikayət vermək üçün etibarnamə vermişdir.

11. Ölüm haqqında şəhadətnaməyə əsasən X20 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

12. İddiaçı mərhumun qızı, üçüncü şəx s Zülfiyə Vəliyeva isə arvadıdır.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6278/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsi ilə X11 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikası Masis rayonu, Dostluq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmişdir.

14. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş X22, X1, X23 və X12 tərəfindən imzalanmış 05 dekabr 2021-ci il tarixli, **********436 nömrəli ərizəyə görə X20, X10, İddiaçı və X16 1997-ci ildən ünvan 2 ünvanında yaşamırlar. Hal-hazırda həmin ünvanda 1997-ci ildən hal-hazıradək Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 yaşayırlar.

15. Elektron Məhkəmə İnformasiya sistemindən müəyyən edilir ki, miras əmlak olaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı ev in 106 saylı mənzilə dair İddiaçı xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

16. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa görə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. 17. 05.09.2023-cü il tarixli Xətai rayonu Mənzil Komunnal Təsərrüfat Birliyi 87 saylı MKİS tərəfindən verilmiş arayışa görə ünvan 3 ünvanında Cavabdeh1, anası Cavabdeh3, qardaşı X24, bacısı X17 ailəliklə birlikdə 1997-ci ildən hal-hazıra kimi qeydiyyatsız yaşayırlar. Mənzilin kirayə haqqlarını özləri ödəy irlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat:

18. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X7 çıxarılması və həmin mənzilin cavabdehlər tərəfindən boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X8 ünvan 2 miras olaraq ona qalmışdır və mənzilə dair dövlət reyestrində qeydiyyat onun adına aparılaraq çıxarış verilmişdir. Atasının sağlığında cavabdehlər 1997-ci ildən atasının icazəsi ilə müvəqqəti olaraq bu mənzildə yaşamışlar. Sonradan dəfələrlə atası xəbərdarlıq etsə də mənzildən çıxmamışlar. Dəfələrlə səs-küy qaldıraraq atasından polisə şikayət etmişlər. Bu səbəbdən də atası sonda bunlara baş qoşmamış, öz abırından utanaraq onlara yaxın getməmişdir. Hazırda atası dünyasını dəyişmişdir. Mənzilin mülkiyyətçisi odur və cavabdehlərə evdən çıxmaqları barədə xəbərdarlıq etmişdir, lakin onlar məhəl qoymamışlar. O, hazırda mülkiyyətində olan mənzildən cavabdehlərin mənzilini zəbt etməsi səbəbilə istədiyi kimi sahiblik, istifadə və sərəncam, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Onlar bu vaxta qədər ona məxsus mənzildə qeydiyyatsız olaraq qanunsuz şəkildə yaşayırlar.

20. İddiaçı məhkəməyə izahatında bildirmişdir ki, bu ev onun atasının evidir və atası həmin evi ona vermişdir. Cavabdehlər həmin evə onun atasının razılığı ilə köçüb lər və bu günə qədər yaşayırlar. Atası da 1 illik cavabdehlərə etibarnamə vermişdir ki, evi öz adlarına keçirsinlər. Həmin 1 il ərzində istədikləri vaxt evi adlarına keçirə bilərdilər. Əgər atası vaxtilə həmin evi cavabdehlərə satmışsa, bununla bağlı məhkəməyə müraciət etsinlər. Atası sağlığında ona demişdir ki, öləndən sonra evi alarsan cavabdehlərdən. O, cavabdehləri küçəyə atmaq istəməmişdir, lakin atası xəstə olduğu üçün qardaşı evini atasına görə satmış, o, hazırda evsiz qalmışdır. O zamanında cavabdehlərə 10.000 manat təklif etmiş, lakin onlar razılaşmamışlar. Qaldıqları müddətdə kommunal ödənişləri cavabdehlər ödəmişdir. Bələdiyyə ödənişi atasının adına gəlsə də, cavabdehlər ödəmişdir. İddiaçı həmçinin bildirmişdir ki, atasının şəxsiyyət vəsiqəsi olmadığına görə mübahisəli evin alqı -satqısına dair müqavilə notarial qaydada bağlanmamışdır.

21. Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 izahatında bildirmişdir ki, mübahisəli evi 1997-ci ildə iddiaçının atası X8 almışdır və artıq 24 ildir ki, həmin evdə ailə üzvləri ilə yaşayır. İddiaçının atasının şəxsiyyət vəsiqəsi olmadığına görə alqı-satqı müqaviləsinin notariusda bağlaya bilməmişdir və həmçinin R.Vəliyev onları qeydiyyata sala bilməmişdir. Yaşadıqları müddətdə onlara heç bir maneə törədilməmişdir. R.Vəliyev öləndən sonra iddiaçı bu iddianı qaldırmışdır. Cavabdeh1 bildirmişdir ki, onlar həmin evə köçən gündən bütün kommunal ödənişləri etmiş, 1 ma nat da olsun borcları olmamışdır. İddiaçının atasının adına bələdiyyədən gələn ödənişləri də o, etmişdir.

22. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, cavabdeh mübahisəli mənzili mərhum X8 1997-ci ildə alqısatqı əsasında almış və həmin tarixdən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, bütün kommunal ödənişləri edir, evin saxlanılması xərclərini ödəyir. X11 şəxsiyyət vəsiqəsi olmadığına görə onunla mübahisəli evə dair alqı-satqı müqaviləsi notariusda bağlanmamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6278/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X11 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikası Masis rayonu, Dostluq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmiş, R.Vəliyev bundan sonra şəxsiyyət vəsiqəsini almışdır. Cavabdehin mübahisəli mənzilin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, həmin daşınmaz əmlakla bağlı iddiaçıya verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsi əsasında iddiaçının adına verilmiş çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia tələbi icraata qəbul edilməsə də, cavabdeh eyni iddia tələbi ilə ayrıca icraatda məhkəməyə müraciət edəcəkdir.

23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra mətndə birici instansiya məhkəməsi) 2(011)-5311/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli (hakim İ. Abbasova) qətnaməsi ilə, iddia rədd edilmişdir.

24. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları m övcud olduğundan onların istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları yalnız müvafiq kompensasiya müqabilində mümkündür. İddiaçı isə hər hansı kompensasiya təklif etməmişdir.

25. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında olan əlyazmalardan və tərəflərin izahatlarından göründüyü kimi mənzilin əvvəlki mülkiyyətçisi R.Vəliyev ilə Cavabdeh1 arasında alqı-satqı barədə əqd bağlanmış, lakin mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənədi mövcud olmadığından alqı-satqı notarial qaydada təsdiqlənməmişdir. Bu faktın özü də onu təsdiq edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasında alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmamasında cavabdeh tərəfin hər hansı bir təqsiri olmamışdır.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Resp ublikası Mülki Məcəllənin 228.2, 336.1, 395-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına, 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində və Azərbaycan Respublikasının Mülki-Prosessual məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

27. İddiaçı birinci instansiya məhkəməsinin 2(011)-5311/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsini apellyasiya qaydasında mübahisələndirmişdir. b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat:

28. İddiaçı Cavabdeh1 Yusif qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, onun ilə X20 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi,ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, həmin daşınmaz əmlakla bağlı İddiaçı verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə mübahisələndirilən mənzili X8 7500 ABŞ dollarına almışdır. X20 bununla bağlı ona notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. X2 həyat yoldaşı X10 mənzilin satılmasına yazılı qaydada razılıq ərizəsi vermiş və həmin ərizə də notarial qaydada təsdiq olunmuşdur. O, 1997-ci ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Qeyd edir ki, mənzili alan zaman X20 mənzilə dair sənədlərini ona təqdim edəcəyini bildirmişdir. Bir müddət sonra o, mərhumdan sənədləri tələb etdikdə o, bəhanələr gətirərək sənədləri tapa bilmədiyini demişdir. Daha sonra isə ümumiyyətlə X20 ilə əlaqə saxlamaq mümkün olmamışdır. Mübahisəli mənzilin alqı-satqısını notarial qaydada rəsmiləşdirmək üçün notariusa müraciət etdikdə notarius X11 özünün iştirakı olmadan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Bu səbəbdən də o, ailə üzvləri ilə birlikdə X14 və onun ailə üzvlərini uzun illər axtarsa da, bu heç bir nəticə verməmişdir. Hal-hazırda da X11 qızı İddiaçı ona və digər ailə üzvlərinə qarşı mə nzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olduğunu bildirərək mənzili tərk etməyini tələb edir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, guya 1997-ci ildə mərhum atası iddiaçıya mənzili müvəqqəti yaşamaq üçün verib. Daha sonra dəfələrlə iddiaçıya xəbərdarlıq edərək mənzili boşaldıb tərk etməyini istəsə də iddiaçı buna məhəl qoymayaraq mənzildə yaşamağa davam etmişdir. İddiaçıya zəng edərək iddianı geri götürməyi üçün ona 10.000 manat pul verməyini tələb etmişdir. Daha sonra ona 30000 manat ödəniş etməyini tələb etmişdir.

30. Birinci instansiya məhkəməsinin 2(011)-7139/2024 nömrəli iş üzrə 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Hacıyeva) iddia rədd edilmişdir.

31. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı evin alqı-satqısına dair mübahisəli hüquq münasibətlərinin 1997-ci ildə yarandığını və iddiaçının da evin alqı-satqısının baş tutmamasından məlumatlı olduğu müəyyən edilmişdir. Məhkəmə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində əvvəlki Mülki Məcəllənin yuxarıda qeyd edilən müvafiq müddəlarını və oxşar münasibətləri tənzimləyən Ə.Ə.Nəsibovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarını, C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 13 aprel 2007-ci il tarixli qərarını və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarını əsas götürərək, hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5311/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X9 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbinin təmin edilməməsi, həmçinin həmin qətnamədə mənzilin əvvəlki mülkiyyətçisi R.Vəliyev ilə Cavabdeh1 arasında alqısatqı barədə əqdin bağlanması, lakin mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənədinin mövcud olmamasına görə alqı-satqının notarial qaydada təsdiq edilməməsi dəlilinə münasibətə qeyd edir ki, həmin qətnamə qanuni qüvvəsini almamışdır. Buna görə də hazırki mülki iş üzrə onun preyudisial qüvvəsi yoxdur. Bundan başqa 1997-ci il tarixinə mərhum Ramazan Vəliyevin iddiaçı Cavabdeh1 etibarnam ə verməsi də, onun tərəfindən notarial əməliyyatların həyata keçirilməsinin mümkün olduğunu göstərərək, Ramazan Vəliyevin alqı-satqı müqaviləsinin həyata keçirilməsindən yayınması kimi qiymətləndirilə bilməz.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinin İ, İİ, İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 144.2, 146.1, 152.1, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 389.1, 390.1, 390.2, 405.1-ci maddələrinə, “ İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan Hüquqlarının Bəyannaməsinin” 18-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Apell yasiya instansiyası məhkəməsindəki icraat:

33. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

34. Birinci iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(011)5311/2023 nömrəli tarixli qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh mənzilin alqısatqısına dair müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirməmiş, bu baxımdan atası ilə cavabdeh arasında müqavilə bağlanmamışdır.

36. Birinci iş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsini n 2(011)-7139/2024 nömrəli iş üzrə 17 noyabr 2023-cü il tarixli qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, maddi hüquq normalarının tələbləri pozulmuşdur. Ailə üzvləri ilə birlikdə 16 il fasiləsiz mübahisəli mənzildə yaşamış, mənzilin keçmiş sahibi X20 və ailə üzvləri buna hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər.

38. Birinci iş üzrə İddiaçı xx.xx.2023-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, CD daşıyıcıda cavabdehlər Cavabdeh3 və Cav abdeh1 ilə o, danışmışdır. Səs yazıları ona aiddir. Hər hansı məbləği istəməkdə özünü haqlı hesab edir, belə ki, o, əvvəlcə evi onların adına keçirmək üçün cavabdehlərdən 10000 manat istəmişdir, bunu ona görə etmişdir ki, məsələ məhkəmə müstəvisinə çıxmasın. Onun dediyi müddət və məbləğlə cavabdehlər razılaşmamışlar. Lakin onlar imtina etdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

39. Cavabdehlər Cavabdeh1 və nümayəndəsi-vəkili xx.xx.2023-cü il tarixli qətnamədən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh1 həmçinin qeyd etdi ki, mübahisəli mənzili 7500 ABŞ dollarına almışlar, 6740 ABŞ dolları işə əlavə etdiyi qəbzlər əsasında verilmiş, qalan pulu isə Ramazan Vəliyev ona etibarnamə verdiyi vaxt vermişdir. 2000 ABŞ dolları Ramazan V əliyevin özünə, qalan pullar isə arvadı Zülfiyə Ərəbovaya verilmişdir. Pulların bir qismi verildikdən sonra Ramazan Vəliyev forma 9 əsasında mənzilə qeydiyyat vəsiqəsi almışdır. 1997-ci ildə mərhum Ramazan Vəliyevin şəxsiyyət vəsiqə olmayıb və sonuncu mənzilə dair etibarnaməni də ona forma 9 əsasında verib, o da etibarnamə əsasında alqı-satqı edəcəyini düşünüb. Ancaq alqı-satqı müqaviləsi bağlamaq istəyərkən notarius etibarnamənin forma 9 əsasında verildiyini bildirərək, müqaviləni rəsmiləşdirmək üçün Ramazan Vəliyevin özünün iştirakının zəruri olduğunu bildirmişdir. O, dəfələrlə sonuncudan şəxsiyyət vəsiqəsi alıb alqı-satqı müqaviləsini rəsmiləşdirilməsini tələb etsə də, bunun heç bir nəticəsi olmamış, sonradan isə Ramazan Vəliyevin yerini müəyyən edə bilməmiş, hətta bu məqsədlə polisə də müraciət etmişdir. Dedikləri onunla təsdiq olunur ki, məhum Ramazan Vəliyev şəxsiyyət vəsiqəsini yalnız 2021-ci ildə məhkəmə qətnaməsi əsasında ala bilmişdir.

40. Digər Cavabdeh3 da xx.xx.2023-cü il tarixli qətnamədən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, mübahisəli mənzil üçün işdə olan qəbzlər əsasında pulları o, vermişdir.

41. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qeyd etdi ki, mübahisəli mənzili cavabdehlərə 10500 ABŞ dollarına satıblar. Ödənilən pulların hamısı ona verilmişdir, mərhum ərinə pul verilməyib. Ümumilikdə 4000 ABŞ dollarından çox pul verilib, sonradan isə pulun qalanı verilməyib. Onlar Ermənistandan qaçqın düşəndə mərhum ərinin SSRİ pasportu olub, ancaq elə mənzilin satılması ərəfəsində pasportu itib, sonrad an isə şəxsiyyət vəsiqəsi almayıb, yalnız məhkəmə qətnaməsinə əsasən şəxsiyyət vəsiqəsi alıb.

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli, 2(103)-654/2024 nömrəli iş üzrə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli ibarət tərkibdə) İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsini, birinci instansiya məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(011)5311/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X9 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiasının rədd edilməsini, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(011)7139/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçı Cavabdeh1 iddia tələb inin təmin edilməsini, Cavabdeh1 ilə X20 arasında mübahisələndirilən mənzilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilsin, həmin daşınmaz əmlakla bağlı Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən 19 may 2023-cü il tarixdə İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsini və daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydin (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməsini qət etmişdir

43. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, hər iki iş üzrə məhkəmənin qənaəti düzgün olmamışdır. Belə ki, tərəflərin izahatlarından, işin hallarından müəyyən edilir ki, mərhum X20 tərəfindən mübahisəli mənzil 1997-ci ildə cavabdehlərə satılm ışdır. Mübahisəli mənzil satılarkən X11 arvadı X15 notariusda ərizə verərək, mənzilin satılmasına razılığını bildirmişdir.

44. İşdə olan və mötəbərliyi mübahisələndirməyən əlyazmalardan müəyyən edilir ki, mübahisəli mənzilə görə əvvəlcə xx.xx.1997-ci il tarixdə 200 ABŞ dolları məbləğində beh verilmiş, sonradan isə hissə-hissə əlavə olaraq 6540 ABŞ dolları ödənilmişdir. Bundan 2000 ABŞ dolları Ramazan Vəliyevin özünə, qalan vəsait isə arvadına verilmişdir.

45. Mübahisəli mənzilə dair 1997-ci ildə mərhum Ramazan Vəliyevin adına verilmiş qeydiyyat vəsiqəsinin əsli apellyasiya baxışı zamanı Cavabdeh1 tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuşdur. Sonuncu bildirmişdir ki, qeydiyyat vəsiqəsini 1997-ci ildə Ramazan Vəliyev özü ona vermişdir.

46. Mənzilin qeydiyyat vəsiqəsinin xx.xx.1997-ci il tarixdə alınması və Cavabdeh1 olması da onu göstərir ki, mənzilin özəlləşdirilməsi məhz satılması məqsədilə həyata keçirilmişdir.

47. Mənzilin dəyəri ilə bağlı qeyd olunub ki, Cavabdeh1 mənzili 7500 ABŞ dollarına aldığını, 6740 ABŞ dollarının işdəki qəbzlər əsasında, qalan vəsitin isə etibarnamə verilərkən ödənildiyini, qarşı tərəf isə mənzilin 10500 ABŞ dollarına satıldığını, lakin cəmi 4000 ABŞ dollarından artıq vəsait ödənildiyini bildirirlər.

48. Apellyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş Zülfiyə Vəliyeva göstərmişdir ki, mübahisəli mənzili cavabdehlərə 10500 ABŞ dollarına satıblar. Ödənilən pulların hamısı ona verilib, mərhum ərinə pul verilməyib. Ümumilikdə 4000 ABŞ dollarından çox pul verilib. Mərhum ərinin SSRİ pasportu olsa da, elə mənzil satılan ərəfədə itmiş dir. Sonradan əri şəxsiyyət vəsiqəsi almamışdır, yalnız 2021-ci ildə məhkəmə qətnaməsinə əsasən şəxsiyyət vəsiqəsi almışdır.

49. Qeyd olunanlara əsasən mübahisəli mənzilin İddiaçı atası tərəfindən cavabdehlərə satılması aşkardır. Onun hazırki iddianı qaldırmaqda niyyəti cavabdehlərdən əlavə pul alınmasına yönəlmişdir. Bu xüsusat tərəflər arasında aparılan telefon danışıqlarına dair CD-dəki səs yazılarından da müəyyən edilir, belə ki, həmin danışıqlar zamanı İddiaçı mənzilə görə qarşı tərəfdən 10000 manat istəmişdir. Göstərilənləri İddiaçı Kollegiyanın iclasında da təsdiq etmişdir.

50. Kollegiya hesab edib ki, İddiaçı hərəkətləri hüquqdan sui-istifadəyə yönəlmişdir. Halbuki, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

51. Tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş formada alqı-satqı müqaviləsi bağlanmış olmasa da, həyata keçirilmiş hərəkətlər (mənzilin satılmasına dair razılıq verilməsi, etibarnamənin verilməsi, əlyazma tərtib edilməklə beh və alqı-satqı məqsədi ilə ödənişlər edilməsi, 1997-ci ildən iddiaçının ailə üzvləri ilə birlikdə mənzildə yaşaması, mənzilin qeydiyyat vəsiqəsinin iddiaçıda olması) belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında mənzilin alqı-satqına dair sadə yazılı formada əqd bağlanmışdır.

52. Tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbinə görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl o lmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

53. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, göstərilən normanın mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

54. Göstərilənlərlə bağlı Kollegiya qeyd edib ki, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin, yəni Ramazan Vəliyevin tə qsiri ucbatından baş verməsi aşkardır, belə ki, 1997-ci ildə onun şəxsiyyət vəsiqəsi olmamış, mənzilə qeydiyyat vəsiqəsini o, forma 9 əsasında almış və Cavabdeh1 da etibarnaməni elə forma 9 əsasında vermişdir. Üçüncü şəxs X4 izahatından da müəyyən olunur ki, onların ailəsi Ermənistandan qaçqın düşəndə mərhum ərinin SSRİ pasportu olmuş, ancaq elə mənzilin satılması ərəfəsində pasportunu itirmiş, sonradan isə şəxsiyyət vəsiqəsi almamışdır, yalnız məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə şəxsiyyət vəsiqəsi almışdır. Həmçinin həmin tələb üzrə cavabdeh İddiaçı izahatından da müəyyən olunur ki, Cavabdeh1 hətta onun atasını polisə də verib, mənzilin rəsmiləşdirilməsini həyata keçirmək istəyib.

55. Cavabdeh1 isə bildirir ki, Ramazan Vəliyev xx.xx.1997-ci il tarixdə ona mənzilə dair etibarnamə ver dikdən sonra mənzili həmin etibarnamə əsasında adlarına rəsmiləşdirəcəyinə ümid etsə də, sonradan bu məqsədlə notariusa müraciət etdikdə, notarius etibarnamənin forma 9 əsasında verildiyini bildirərək, alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün Ramazan Vəliyevin özünün iştirakının zəruri olduğunu demişdir. Bundan sonra o, dəfələrlə buna nail olmaq istəsə də, heç bir nəticəsi olmamış, sonradan isə Ramazan Vəliyevin yerini müəyyən edə bilməmiş, hətta bu məqsədlə polisə də müraciət etmişdir.

56. Baxılan iş üzrə mənzilin alqı-satqısı üçün iddiaçı Cavabdeh1 tərəfindən (anası vasitəsilə) müvafiq ödənişlər edilməsi, hətta ilk ödənişin beh məqsədilə verilməsi mübahisəsizdir, digər tərəfin yayınması nəticəsində alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Tərəflər arasında olan alqı -satqı münasibətlərində qanunazidd əməl yoxdur, əqdin yazılı formasına da əməl edilmişdir.

57. Xüsusi ilə qeyd edilib ki, mübahisəli mənzilin alqı-satqı predmeti olmasını, yəni həmin mənzilin mərhum Ramazan Vəliyev tərəfindən Cavabdeh1 satılmasını əks tərəf də mübahisələndirmir, mübahisə yalnız mənzilin dəyəri ilə bağlıdır.

58. Bununla bağlı isə İddiaçı birinci instansiya məhkəməsində göstərmişdir ki, “Evin razılaşdırılmış qiyməti 10500 ABŞ dolları olub. Atam dedi ki, onlar pulu verib, pulu verdiyinə görə qalsınlar. Mən öləndən sonra gəlsələr haqqını istəyərsən.” Göründüyü kimi, bu izahatdan belə aydın olur ki, mənzilin mərhum Ramazan Vəliyevlə razılaşdırılmış dəyəri ödənilmişdir.

59. Hazırda müqaviləni icra etmiş tərəf olaraq iddiaçı Cavabdeh1 haqlı olaraq müqavilənin bağlanmış hesab edil məsi tələbini irəli sürmüşdür. Odur ki, Cavabdeh1 ilə X20 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi,ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilməlidir.

60. Elektron Məhkəmə İnformasiya sistemindən müəyyən edilir ki, miras əmlak olaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzilə dair İddiaçı xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun əsasında xx.xx.2023-cü il tarixdə çıxarış almışdır.

61. Mübahisəli mənzilə dair Cavabdeh1 ilə X20 arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edildiyindən, İddiaçı adına həmin mənzili miras əmlak kimi qeyd edərək, mənzilə dair şəhadətnamə verilməsi əsassız olmuşdur. Həmin qanun üzrə vərə səlik haqqında şəhadətnamə etibarsız olduğundan onun əsasında İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda da ləğv edilməlidir.

62. İddiaçı cavabdehlərin mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə məhkəmə iddianın rədd edilməsi barədə doğru qənaətə gəlsə də, qənaətini belə əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olduğundan onların istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları yalnız müvafiq kompensasiya müqabilində mümkündür.

63. Kollegiya qeyd edib ki, məhkəmənin əsaslandırması düzgün olmamışdır, çünki artıq qeyd edildiyi kimi mübahisəli mənzilə dair Cavabdeh1 ilə X20 arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilmişdir, ona görə də İddiaçı cavabdehlərin mənzildən çıxarılması barədə tələ bi əsassızdır.

64. İddia müddətilə bağlı isə Kollegiya qeyd edib ki, hazırki tələbə iddia müddəti tətbiq oluna bilməz, belə ki, qətnamə ilə alqı-satqı müqaviləsi bağlınmış hesab olunduğundan, 1997-ci ildən mübahisəli mənzilin mülkiyyətçisi də məhz Cavabdeh1 hesab olunur. Həmin tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə verən İddiaçı isə hüquqdan sui-istifadə edir, hansi ki, həmin hərəkətlər etibarsızdır.

65. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) 42, 43, 560.1., 560.2.-ci maddələrinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarına və AR MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4 və 384.0.2.–ci maddələrinə istinad edərək əsaslandırmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:

66. İddiaçı (onun vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2(103)-654/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

67. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi öz qətnaməsində istinad etdiyi qərara əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün ən vacib, mütləq və olmazsa olmaz bir halın (əqdin yazılı formada tərtib edilməməsi və ya yazılı formada əqdin mövcud olmaması) olmamasını etiraf və təsdiq etsə də öz qətnaməsində kəskin və ciddi ziddiyyətə yol verərərək, məhz həmin qərara istinad edərək ikinci iş üzrə iddianı tam təmin etmişdir. Apellyasiya instansiya məhkəməsinin müvafiq qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün qanunsuz və əsassız hesab edilməlidir. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə işə baxarkən onun öz mövqeyindən və gəldiyi nəticələrdən yanaşılsa belə, istinad etdiyi maddi hüquq normalarını düzgün şərh etməmiş, həmin maddi hüquq normalarını tətbiq edərək qanunsuz və əsassız olaraq birinci iş üzrə iddianı təmin etməmiş, ikinci iş üzrə iddianı isə təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsi maddi və prosessu al hüquq normalarına dəqiq əməl edilməklə qəbul edilmədiyinə və onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyinə, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilmədiyinə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığına görə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmamış, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmamışdır. Apellyasiya instansiya məhkəməsinin müvafiq qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulma sı ilə çıxarıldığı üçün qanunsuz və əsassız hesab edilməlidir. Apellyasiya instansiya məhkəməsinin yol verdiyi ən kobud və ən ciddi maddi hüquq pozuntulardan biri iddia müddətinə dair maddi hüquq normalarının tələblərinin pozulmasıdır. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəmi tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarmamışdır. Halbuki, ikinci iş üzrə iddiaçı bəhs edilən iddianın verilməsi üçün nəzərdə tutulmuş heç bir üzürlü əsas və səbəb olmadan ötürmüş, 25 ildən artıq müddət keçdikdən sonra iddia tələbi irəli sürmüşdür.

68. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri, 60-cı maddəsinin 1ci hissəsi, 125-ci maddəsinin Vİİ hissəsi, 127-ci maddəsinin İİ hi ssəsi, 08 iyul 1982-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi, 53-cü maddəsi; 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 42, 43, 73 və 560-cı maddələri; “İ.K.Rəcəbovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarına, “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına, “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Məhkəmə qətn aməsi haqqında”, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 sayl Qərarının 1, 2.1, 2.2, 2.4, 6.2, 6.3, 17-ci bəndləri,Mülki Proessual Məcəlləsi (MPM-nin) 9, 14.1, 76, 77.1, 80, 88, 89,95, 97.5, 101-103, 106, 205, 206, 217, 218.1, 220.4, 385.2 və 387.1-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

69. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: (xx.xx.2000-ci il tarixədək qüvvədə olan)

70. Maddə

42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.

71. Maddə

43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

72. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

73. Maddə 560.2. Hüqu qdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riay ət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğısatqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Kassasiya baxışının hədləri:

80. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

81. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir.

83. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, ilk iddianın tələb olunan qaydada təmin olunması üçün hüquqi əsası mövcud deyildir. Belə ki, apellyasiya i nstansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının atası ilə cavabdeh arasında evin alqı-satqısı ilə bağlı razılaşma əldə olunmuş, mənzilin satılması onun dəyərinin ödənilməsi mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədin ilk iddia üzrə cavabdeh tərəfə təqdim edilməsi və onun adından çıxış etməsi üçün etibarnamənin verilməsi ilə təsdiq olunur. Həmçinin müqavilənin notarial qaydada təsdiqlənməsinin isə cavabdeh tərəfin təqsirindən baş tutmaması aşkar olaraq işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmə tərəfindən müəyyən edilmişdir. Mənzilin hüquqmüəyyənedici sənədinin və etibarnamənin verilməsi o halını mövcudluğunu təsdiq edir ki, mənzilin dəyəri tam ödənilmiş və həmin vaxt mülkiyyətçi olan şəxsin mənzillə bağlığı tam olaraq kəsilmişdir.

84. İlk idd iaçı tərəfindən baxılan iş üzrə mənzildən çıxarma ilə bağlı tələbini irəli sürməsini isə apellyasiya instansiya məhkəməsi haqlı olaraq hüquqdan istifadə kimi qiymətləndirmişdir.

85. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2024-cü il tarixli, 2(103)-654/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar