Məhkəmə qərarları › İş №2(102)-311/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-311/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-311/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4328/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kıları müəyyən etdi: İşin halları

1. İddiaçı və Cavabdeh digər şəxslərlə yanaşı ünvan 1 ünvanda qeydiyyatdadırlar.

2. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən Bakı şəhəri, Yasamal Rayonu, 9-cu Vıyezdnoy küçəsi, 14 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

3. X9 tərəfindən yazılmış xx.xx.2003-cü il tarixli iltizamdan görünür ki, o, İddiaçı 2700 ABŞ dolları alaraq əvəzində sonuncuya Qədirli küçəsi, 9-cu Vıyezdnoy ev 14 ünvanda olan 1 otaqlı evi satmışdır.

4. Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 002198 nömrəli qəbzindən görünür ki, İddiaçı 9-cu keçid, ev 14 üçün 20 manat kommunal ödəniş etmişdir.

5. İddiaçı adına olan **********8000V saylı abunə kodlu işıq qəbzindən görünür ki, 9-cu keçiddə yerləşən İddiaçı adına olan otaq üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi 0 manat məbləğində borc hesablanmışdır

6. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy (Qədirli) küçəsi 14 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi torpaqların dövlət ehtiyacları üçün satın alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının təsir dairəsinə düşmədiyindən hazırda söküntü mərhələsinə düşmür. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanusuz olaraq zəbt etdiyi ona aid olan ünvan 4 ünvanında yerləşən təxmin i 25 kvadrat metr sahəsi olan bir otaqlı mənzildən (bundan sonra mübahisəli mənzil) özünə aid olan əşyalarla birlikdə çıxarılması və həmin otağın iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mübahisəli mənzili 10 may 2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş yazılı iltizam əsasında cavabdehin anası mərhum X4 2700 ABŞ dolları pul ödəyərək almışdır. Bir müddət özü aldığı mübahisəli mənzildə ailəsi ilə qalmış, daha sonra isə kirayə verərək başqa mənzilə çıxmışdır. Son illərdə həmin otaq yararsız halda olduğundan və sair səbəblərdən icarəyə verə bilməmiş, həmçinin plana düşdüyündən təmir etdirməmişdir. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin köçürmə komissiyası da otağının kvadratını hesablayaraq adına y azmışdır. Qonşular da, bunu təsdiq edə bilərlər. Bütün kommunal ödənişləri etmişdir, borcu yoxdur və kommunal sayğaclar da öz adınadır. Bundan əlavə, mübahisəli mənzilə pasport qeydiyyatına düşmüşdür. Sonuncu dəfə 21 fevral 2021-ci ildə bacısı ilə birlikdə evinə baxış keçirmək üçün gedərkən mübahisəli mənzilin cavabdeh tərəfindən başqa qapı qoyulmaqla zəpt edildiyinin şahidi olmuşdur. Dəfələrlə cavabdehlə əlaqə saxlasa da, sonuncu həmin mübahisəli mənzilin guya boş olduğunu gördüyü üçün təmir edərək bağladığını bildirmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlayaraq mənzilini boşaldıb təhvil verməsini bildirməyə cəhd etsə də, nəticəsi olmamışdır. Bundan sonra o, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət etməyə getsə də, ona işin mülki xarakterli olduğunu və məhkəməyə müraci ət etməsini bildirmişlər. Cavabdehin qanunsuz hərəkətləri və mübahisəli mənzildən çıxmaması ona həm ciddi şəkildə maddi ziyan vurur, həm də kobud şəkildə mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. O, faktiki olaraq alqı-satqı ilə aldığı mülkiyyətindən məhrum olunmuşdur.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X3 eyni məzmunlu ifadə verərək bildirmişdirlər ki, iddiaçı onların bacısıdır. Sonuncu, mübahisələndirilən mənzili cavabdehin anasına pul ödəyərək almış və bir müddət, təxminən 2015-ci il tarixə kimi orada özü yaşamış, sonra isə 2019-cu il tarixə kimi kirayəyə vermişdir. Daha sonra mənzili su basdığından təmiri yarasız hala düşmüş və mənzildə yaşayış olmamışdır. Cavabdeh tərəfindən də mübahisəli mənzilin bacısına aid olduğu etiraf edilir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı onun bacısıdır və cavabdehi də tanıyır. Cavabdehin anasına sözü gedən mənzil üçün bacısı pul ödəyərək almışdır. Bacısı 2003-cü il tarixdən 2015-ci il tarixədək sözü gedən ünvanda yaşamış, sonra isə həmin otağını kirayəyə vermişdir. Daha sonra isə mənzili su basdığından təmiri yarasız hala düşmüş və mənzildə yaşayış olmamışdır. Sözü gedən mənzilin bacısı tərəfindən pul ödənilərək alınıdığını təsdiq edir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 12 aprel 2022-ci il tarixli, 2(004)-1038/2022 saylı qətnaməsi ilə (hakim X6) iddia tələbinin təmin edilməməsi və iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehin barəsində iddia tələbində göstərdiyi faktların təsdiqi ilə bağlı sübut təqdim edib-etməməsindən asılı olmayaraq, iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. İddiaçının iddia etdiyi mübahisəli mənzilə dair sonuncunun mənzil üzərində sahiblik və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, eləcə də, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən ümumiyyətlə sözü gedən ünvanda yerləşən mübahisəli evin reyestr xidmətində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçının sübut qismində istinad etdiyi 10 may 2003-cü il tarixdə bağlanmış iltizamla da, iddiaçının cavabdehin anasından aldığını iddia etdiyi bir ota qdan ibarət mübahisəli mənzilin həyətin hansı hissəsində yerləşməsi, otağın neçə kvadrat metr sahədən ibarət olması müəyyən edilməməklə, iş materialları ilə evə dair naturada bölgünün mövcud olması da müəyyən edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarı, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarı, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanu nlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarı və «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6.03.2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş xx.xx.2003-cü il tarixdə bağlanmı ş iltizamla mübahisəli fərdi yaşayış evi ilə bağlı əqd bağlanmışdır və mübahisəli mənzilə sahiblik və istifadə hüququ yaranmışdır. Eyni zamanda da həmin tarixdən mübahisəli mənzildə pasport qeydiyyatına düşərək 2015-ci ilə kimi daimi olaraq özü yaşamış, daha sonra isə kirayə vermişdir. Mübahisəli mənzilin üzərinə sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddianın rədd edilməsi üçün əsas deyil. Bundan əlavə, naturada bölgüyə ona görə ehtiyac olmayıb ki, mübahisəli yaşayış sahəsi qeyd edilən ünvanda ayrı girişi olan bir otaqdır, digər yaşayış otaqlarına maneəsi yoxdur. Mübahisəli mənzilə sahiblik və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Eyni hakim tərəfindən eyni ünvanda eyni qaydada alınmış iltizam ə sasında əldə edilmiş mənzilə dair oxşar sübutların mötəbər sayılaraq mülkiyyət hüququnun tanınması barədə iddiaçının bacısının iddiasının təmin edilib qətnamənin çıxarması, lakin hazırkı iş üzrə iddianın rədd edilməsi başa düşülən deyil. Təqdim edilən sənədlər, şahid ifadələri, kommunala dair ödəniş qəbzləri və s. artıq mübahisəli yaşayış sahəsinin onun sahibliyində və istifadəsində olmasını təsdiq edir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(103)-4328/2022 nömrəli qətnaməsi ilə (hakimlər – X2 (sədrliyi və məruzəsi ilə), X11 və X10) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məh kəməsinin qənaəti ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı əvvəlcə inzibati icraat qaydasında mənzilə dair hüquqularını təsbit etməli, bundan sonra əldə etdiyi hüquqların müdafiəsinə yönəlik mülki mühakimə icraatı qaydasında tələblər irəli sürə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəllillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 65.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahi b pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 9 Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərin i sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.

24. Maddə 14.2. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə

217. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

31. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kas

34. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz, onun mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququ daşınmaz dövlət qeydiyyatına alınmamış, bu barədə ümumiyyətlə reyestr xidmətində hər hansı məlumat aşkar edilməmişdir. Cavabdehin anasından aldığını iddia etdiyi bir otaqdan ibarət mübahisəli mənzilin həyətin hansı hissəsində yerləşməsi, otağın neçə kvadrat metr sahədən ibarət olması müəyyən edilmir, evə dair naturada bölgü də aparılmamışdır, iddiaçı hazırkı iddia tələblərini irəli sürməyə subyektiv hüquqa malik deyildir.

36. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı əvvəlcə inzibati icraat qaydasında mənzilə dair hüquqularını təsbit etməli, bundan sonra əldə etdiyi hüquqların müdafiəsinə yönəlik mülki mühakimə icraatı qaydasında tələblər irəli sürə bilər.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan aşağı instansiya məhkəmələri iddianı rədd edərkən mübahisəyə aidiyyatı olmayan maddi hüquq normalarına istinad etmiş, iddia tələblərinin hüquqi əsasının, müvafiq olaraq iddiaçının subyektiv hüququnun olmaması kimi işin hallarına uyğun olmayan qənaətinə gəlmişdir.

38. İşin mübahisə olunmayan hallarından görünür ki, İddiaçı ünvan 6 ünvanda qeydiyyatdadır, xx.xx.2003-cü il tarixli iltizama görə həmin ünvanda bir otaq cavabdehin anası X9 tərəfindən ona 270 0 ABŞ dollarını satılmışdır, iddiaçı 2015-ci ilin axırlarına kimi həmin ünvanda yaşamış, mənzilin elektrik enerjisi, kommunal və sair xərcləri onun tərəfindən ödənilmişdir.

39. İddiaçının göstərdiyinə görə mənzil 2021-ci ilin əvvəllərinə kimi onun sahibliyində olmuşdur.

40. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, mənzilin iddiaçının sahibliyində olmasını heç kimi mübahisələndirməmişdir.

41. Belə olan halda işə baxan məhkəmələr mənzilin əmlak kimi iddiaçının sahibliyində olması və cavabdeh tərəfindən özbaşınalıq yolu ilə həmin sahibliyin pozulması, bu pozuntulara son qoyulmasının iddiaçının iddia vermək hüququnun olmasını diqqətdən qaçırmışdır.

42. Mənzil üzərində sahiblik və istifadə hüququ daşınmaz dövlət qeydiyyatına alınmaması, bu barədə ümumiyyətlə reyestr xidmətində hər h ansı məlumat aşkar edilməməsi sahibliyi aradan qaldıran hallar deyildir, mübahisəli mənzilin həyətin hansı hissəsində yerləşməsi, otağın neçə kvadrat metr sahədən ibarət olması isə iddiaçı tərəfindən göstərilmişdir, cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyinə görə bu halları mübahisələndirməmişdir. Dəgər tərəfdən isə məhkəmə həqiqətə nail olmaq üçün yerində baxış keçirilmənin mümkünlüyünü izahetməklə iddiaçının prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərməmişdir.

43. Şərh edilənlərə əsasən məhkəmə kollegiyiası hesab edir ki, maddi hüquq normalarının və düzgün olmayan qətnamənin çıxapılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı Novruzov Araz Qəzənfər oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4328/2022 nömrəli, 20 iyun 2022-ci il tarix li qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar