Məhkəmə qərarları › İş №2(102)-311/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-311/2025

21.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-311/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5264/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.1999-cu il tarixdə Cavabdeh tarix müəllimi vəzifəsinə işə qəbul olunub.

2. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2004-cü il tarixədək uzadılmış, daha sonra xx.xx.2015-ci il, xx.xx.2 016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində hər dəfə 1 illik müddətə olmaqla əmək müqavilələri bağlanılmışdır.

3. Cavabdeh xx.xx.2022-cu il tarixli 205 saylı əmri ilə, İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, araşdırmaya dair Liseyin rəhbərliyi tərəfindən X6 Xidmətinə təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikasının ƏSMN -nin X1 Sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən onunla Liseyin rəhbərli yi arasında xx.xx.1999-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində əmək qanunvericiliyinin tələbləri pozularaq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi müəyyən edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə (əmək - müqaviləsinin müddəti) əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edilir. Bu səbəbdən Liseyin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. 30 (otuz) gün ərzində əmək müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilərək əvvəlki işə bərpa olunmağı və nəticəsi barədə X6 Xidmətinə məlumat verilməsi üçün Liseyin rəhbərliyinə göstəriş xarakterli məktub ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda qeyd edilən müddət ərzində törədilmiş hüquqpozma Liseyin vəzifəli şəxsi tərəfindən aradan qaldırılmadığından onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlə rini dəyişdirmək, müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir və bu hüquqlarının həyata keçirilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Odur ki, əvvəlki işə bərpa olunmaq ilə əlaqədar işəgötürənə müraciət etmək məqsədəuyğun hesab olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh, yaxud Hərbi Lisey) qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona qarşı qərəzli mövqe ilə yanaşan əsassız və qanunsuz yerə işdən çıxarılmağına səbəb olan Hərbi Lisey tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 205 saylı əmrin ləğv edilməsini, müddətsiz əmək müqaviləsi ilə əvvəlki vəzifəsinə yenidən bərpa olunub, məcburi işi buraxmağa görə işdən azad edildiyi dövrdən işə bərpa olunana qədər itirilmiş aylıq əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, və həyat yoldaşı X4 birinci Qarabağ müharibəsi veteranıdırlar. Həyat yoldaşı X4 2004-cü ildə dünyasını dəyişmişdir. O, Bakı Dövlət Universitetinin məzunudur. İxtisasca tarixçi, tarix müəllimidir. 1999-cu ilin avqust ayından Cavabdeh tarix müəllimi vəzifəsində işləyir. Laçın rayonundan məcburi köçkündür. 2022-ci il avqustun 29- da tət ildən işə qayıtmışdır. İşlədiyi Hərbi Liseydə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tövsiyəsi ilə yeni geyim formasına keçmələri deyilmişdir. Forması hazır olmadığı üçün bir neçə gün gec geyinmişdir. Geyinməməyinin səbəbini isə 2 dəfə yazdığı izahatında məktəb rəhbərliyinə bildirmişdir. Ancaq bu bir sıra söz-söhbətlərə səbəb olmuşdur. 2 dəfə üzr istəməyi haqqında ərizə ilə rəhbərliyə müraciət etmişdir. Bütün bunlara baxmayaraq ona sentyabr ayının 1-dən sentyabr ayının 14-dək rəhbərlik tərəfindən əsassız töhmət, şiddətli töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıq edilmişdir. Halbuki, həmin vaxt məktəbdə dərs vaxtı olmamışıdır. Bununla da, bu olanlar ona 14 sentyabr tarixində fənn bölmə iclasında ona bildirilir və o, işdən əsassız olaraq uzaqlaşdırılır. Onunla müqavilə bağlanılmır. Uz un müddət işləməyinə baxmayaraq, Hərbi Liseyin rəisi Rəşad İbarhimov onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Hərbi Liseyin rəisi Rəşad İbarhimov xx.xx.2022-ci il tarixli 205 saylı əmr vermiş və həmin əmrdə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilsin. Halbuki, iddiaçı uzun müddətdir ki, Hərbi Liseydə tarix müəllimi kimi işləmişdir. Hesab edir ki, heç bir əsas olmadan işdən azad edilmişdir.

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, bildirmişdir ki, onu üç ay əvvəldən xəbərdar edib işdən çıxarmalı idilər. O, müharibədə iştirak edib, müharibə veteranıdır. 8 dəfə kəşfiyyatda iştirak edib və 5 dəfə özü komandir olmuşdur. Vətənin iki dəfə çağırışı na həyatını riskə ataraq getmiş, əvvəlcə müəllim kimi daha sonra,1992-ci ilin may ayından müharibədə snayper kimi iştirak etmişdir. 30 ildən artıq müəllim işləmişdir. Onun müəllimlik biliklərinə heç bir şübhə ola bilməz. Dəfələrlə imtahanda olub. Sonuncu imtahanda 12 bal toplamışdır. Kaş ki, 12 bal yığan zaman onu işdən çıxardardılar. 1 il 6 ay 25 gündür ki, zülm çəkir. Həm maddi, həm də mənəvi zərər çəkir. Onun həyat yoldaşı qazidir, rəhmətə getmişdir. O, oğlunu vətənə layiqli övlad olaraq böyüdüb, hazırda övladı hava limanında işləyir. Sual-cavab zamanı o bildirmişdir ki, iş yerindən əmək kitabçasını müvafiq jurnala imza etməklə təhvil almışdır. “Əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu” jurnalında əmək kitabçasının alınması barədə qeydə dair müvafiq qrafadakı imza ona məxs usdur.

8. Cavabdehin nümayəndəsi X5 məhkəməyə iddia müddətinin ötürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.

9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-1773/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Hərbi Liseydə xx.xx.1999-cu il tarixdən müəllim vəzifəsində işləməsi, onun əmək müqaviləsinin hər dəfə uzadılaraq fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi işin mübahisəsiz halıdır. Bu hallar məhkəmə araşdırması müddətində cavabdeh Hərbi Liseyin səl ahiyyətli nümayəndələri tərəfindən təkzib edilməmişdir və iş materialları ilə təsdiq olunur. İddiaçının əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən həmin müqavilə müddətsiz hesab edilir. Bu səbəbdən müddətinin bitməsi ilə əlaqədar əmək müqavilənin xitamı barədə Hərbi Liseyinin xx.xx.2022-ci il tarixli, 205 saylı əmri və bunun əsasında işçinin işdən azad edilməsi qanuni hesab edilmir.

11. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən və iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən başlandığından, iddia müddəti tətbiq edilərək iddia tələbləri təmin edilməməlidir. Belə ki, iddiaçı əmək müqaviləsinin ləğv edildiyini bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında öz izahatında bi ldirmişdir ki, onun xx.xx.2022-ci il tarixində işdən çıxarılması barədə məlumatı olmuşdur və o əmək kitabçasını jurnala imza edərək 2023-cü ilin aprel ayında almışdır. O bildirmişdir ki, əmək kitabçasını aldıqdan sonra məhkəməyədək müxtəlif dövlət orqanlarına şikayətlər etmişdir.İşdən görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zam an daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, mövcud iddia tələbi üzrə iddia müddəti buraxıldığından iddia rədd edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.5, 68.2, 73.1, 296.2, 296.3, 300-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.3 və 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apel lyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mülki Prossesual Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və bu məsələlərə heç bir münasibət bildirilməmişdir. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlar ının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Qətnamə qeyri-obyektiv çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv olunmalı, iş üzrə iddianın tamtəmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. O hesab edir ki, həmin xx.xx.2022-ci il tarixli 205 saylı əmri hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Çünki həmin əmrin, yəni onun işdən azad edilməyi barəsində verilən qərar prossesual hüquq normalarının pozulması nəticəsində baş vermişdir. O işlədiyi müddətdə heç bir əmək p ozuntusuna yol verməyib və həmişə işində çox məsuliyyətli olub. Bu səbəbdən də o ağır sarsıntı və iztirab keçirir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İşə baxan birinci instansiya məhkəməsi bütün yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Cavabdeh Hərbi Lisey qanunsuz onu işdən azad etdiyi üçün liseyin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri po zularaq xitam verilməsinə görə) əsasən haqlı olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu da o anlama gəlir ki, cavabdeh qanun pozuntusuna yol vermişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onu çağırıblar ki, niyə geyim formasına əməl etmir. Ona yazılı şəkildə sual verməyiblər ki, cavab versin. Buna görə mübahisəsi oldu. O deyib ki, sualı yazılı versinlər, cavablandırsın. O şalvar geyinməyinin, ətək geyinməməyinin səbəbini yazdı. 6 saat dərs deyir, 3 müəllim pensiyaya çıxıb, lakin onu da işdən çıxardılar. X3 əmri ilə onu işdən çıxarıblar. Qapını çırpmayıb, vərəqi stolun üstünə çırpmayıb, bunlar yalandır. O 30 ildən çoxdur ki, vətənə xidmət edib. Müharibə veteranıdır. Qarabağ müharibəsində 8 dəfə kəşfiyyatda olub, 5 dəfə komandir olub. Heç bir müəllim deyə bilməz ki, kimisə təhqir edib. Yazıblar ki, müəllimələrə stüardessa deyib, stüardessa pis söz deyil, onlar heç sözün mənasını da bilmirlər. İşə gecikib, 3 gündən sonra bir qız onu satıb. İşə gələndə 4 nəfərə "salam" verib keçib, video görüntüdə var, baxanda başa düşüblər ki, işə gecikib. Müəllimlər otağında oturanda rəis içəri girib, ona salam verməmiş üzərinə qışqırmağa başlayıb. Ona dedi ki, burada otura bilməz, digər korpusda oturmalıdır. Ona dedi ki, işə gecikib. O da deyib ki, bunu hansı erməni deyib, erməni balası deməyib. İzahatda yalandan yazıblar ki, erməni balası deyib. O, 6 saat dərs istədi, onu X3 qəbulundən qovdular. Ona dedilər ki, o kimdir ki, dərs istəsin. Geyilə bağlı tövsiyə edilib, konkret göstəriş verilməyib. Bu hadisələrdən sonra iflic olub. X3 uşağı rəhmətə gedəndə uşağına pul verənlərdən biri olub, heç o siyahıya baxmayıb. İşə bərpa olunmaq istəyir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir xx.xx.2022 ci ildə işdən çıxarıldı. Könül Qarayusubova onun 12 saatlıq dərsini müəllimələrə payladı. Üstünə şər atırlar ki, 15 sentyabr o dərsə gedib. O işə getməyib. Qızı dedi ki, işə getmə, o da getməyib. 1 il yarım müddətdən sonra məhkəməyə müraciət etməyinin səbəbi xəstələyi ilə bağlı idi. Xəstələnmişdi, müalicə oldu, sonra mediasiyaya müraciət etdi. Orada da gəlmədilər.

17. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, barışıq mümkün deyil. iddiaçının diaqnostik nəticələri aşağı olub, iz ahatları da iş materialların da var. Peşman olduğunu yazıb. Liseydə işlədiyi dövrdə müəllimlərdən, kursantlardan pul alıb. Saday Balayev hazırda işləmir. Liseyin rəisi iddiaçının qəbul edib, həmin zaman vəzifəni R.İbrahimov icra edirdi. İddiaçı bildirdi ki, ətək geyinə bilmir. Ona izah edildi ki, geyim formasına əməl etsin. İddiaçı formaya əməl edəcəyini bildirsə də, amma əməl etmədi. Sonra da barəsində müvafiq tədbir görüldü. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5264/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova, (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş birinci inst ansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmişdir.

20. Məhkəmə kollegiyası işin halları ilə müəyyən etmişdir ki, “Əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu haqqında” kitabının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əmək kitabçasını cədvələ imza etməklə götürmüşdür. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı izahatında xx.xx.2022-ci il tarixində işdən çıxarılması barədə məlumatı olduğunu və əmək kitabçasını jurnala imza edərək 2023-cü ilin aprel ayında aldığını, əmək kitabçasını aldıqdan sonra məhkəməyə dək müxtəlif dövlət orqanlarına şikayətlər etdiyini bildirmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbini rədd etmişdir.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixində işdən çıxarılması ilə bağlı məlumatı olmuş, xx.xx.2023-cü il tarixdə isə əmək kitabçasını əldə edilmişdir. Lakin iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə verilmiş, iddia ərizəsi ilə məhkəməyə 22 dekabr 2023cü il tarixdə müraciət edilmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan 1 aylıq iddia müddətini ötürmüşdür. Həmin müddəti üzrlü ötürməsinə dair iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.

23. Məhkəmə kollegiyası o cümlədən qeyd etmişdir ki, işçinin pozulmuş hüquqlarının bərpası ilə bağlı Əmək Müfəttişliyinə müraciət etməsi iddia müddətinin axımının dayandırılmasına səbəb olmur. Mediasiya prosesinin tətbiqi isə tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin iddiaçı mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə verdikdə artıq 1 aylıq müddəti ötürmüşdür.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 375.2-ci, Əmək Məcəlləsinin 2, 294.1, 296.1-cı, “Mediasiya haqqında” Qanunun 21.5, 21.6, 32.4.2, 35.1, 35.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona eti razın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən (vəkil İddiaçı) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, həmin xx.xx.2022-ci il tarixli 205 saylı əmri hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Çünki həmin əmrin, yəni onun işdən azad edilməyi barəsində verilən qərar prosessual hüquq normalarının pozulması nəticəsində baş vermişdir. O, işlədiyi müddətdə heç bir əmək pozuntusuna yol verməmiş və həmişə işində çox məsuliyyətli olmuşdur. Bu səbəbdən də o, ağır sa rsıntı və iztirab keçirir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Hərbi Lisey qanunsuz onu işdən azad etdiyi üçün liseyin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən haqlı olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu da o anlama gəlir ki, cavabdeh qanun pozuntusuna yol vermişdir. Həmin xx.xx.2022-ci il tarixli 205 saylı əmr hərtərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Çünki həmin əmrin, yəni onun işdən azad edilməyi barəsində verilən qərar prosessual hüquq normalarının pozulması nəticəsində baş verm işdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

27. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

28. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

29. Maddə 42 (hissə 1). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

30. Maddə 45 (1-5-ci hissələri). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

31. Maddə

47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həc minin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

32. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

33. Maddə 68. (2-ci hissəsinin “b” bəndi). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

34. Maddə 73. (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

35. Maddə 74. (2-ci hissə). Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa ol unmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

36. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

37. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdir ilmədən biləbilə qəsdən pozulduğu gündür.

38. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 9.1. Ədal ət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut et məlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən ape llyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlillər i əsassızdır.

57. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

58. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddə ti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

59. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

60. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Es kolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

61. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 6

2. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

64. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəm əsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

66. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 67. “Məhkəmə qətn aməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arası ndakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

69. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5264/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar