Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3110/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakları Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh1 Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakları Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh1 Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı “ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi ü zrə hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-624/2022 nömrəli, 12.01.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 BOKT ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 421/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı1 arasında 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 72438,57 ABŞ dolları əsas, 35414,48 ABŞ dolları hesablanmış faiz borcu, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra o lunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı1 tutulması, ipoteka predmetinin 100.000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə Bakı şəhəri, Nizami rayonu 2520/2522-ci məhəllə, Nəsimi küçəsi, 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 62 saylı mənzilə yönəldilməsi və həmin mənzilin hərracdan satılaraq 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nə ödənilməsi, İddiaçı1 və İddiaçı2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)- 937/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsinin “əsas və faiz borcunun məbləğinə və cəmi borc məbləğinə” aid hissədə dəyişdirilməsi, əsas borc məbləğinin 72416,24 ABŞ dolları, faiz borcunun məbləğinin 13718,85 ABŞ dolları müəyyən olunması, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 100 manatının iddiaçıdan, 45 manatının cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 3. "xxxx" MMC- nin İddiaçı1, İddiaçı2, Nizami rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış “Açıq hərracın keçirilməsinə dair” 11 noyabr 2020-ci il tarixli 01 nömrəli bildirişinə əsasən, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 937/2019 saylı 16 avqust 2019-cu il tarixli icra sənədi üzrə mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzilinə tutma yönəldilmiş və hərracda satılmalıdır. Hərrac 07 dekabr 2020-ci il tarixdə saat 11:00-da açıq auksion formasında, MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 100000 manat məbləğində müəyyən edilmişdir. 4. "xxxx" MMC-nin İddiaçı1, İddiaçı2, Nizami rayon İcra və Probasiya Şöbəsi və "xx xx" ASC-yə ünvanlanmış “Açıq hərracın keçirilməsinə dair” 08 dekabr 2020-ci il tarixli 02 nömrəli bildirişinə əsasən, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 937/2019 saylı 16 avqust 2019-cu il tarixli icra sənədi üzrə mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzilinə tutma 1. yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac 21 dekabr 2020-ci il tarixdə saat 11:00-da açıq auksion formasında, MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 85000 manat məbləğində müəyyən edilmişdir. 5. "xxxx" MMC-nin İddiaçı1, İddiaçı2, Nizami rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış 23 dekabr 2020-ci il tarixli, **** nöm rəli ipoteka predmetinin əldə olunmasına dair təklifinə əsasən, Nizami rayon İcra və Probasiya Şöbəsinin 17/718F44 saylı 27 oktyabr 2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzilinin təkrar satılması ilə keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 23 dekabr 2020-ci il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 63.750 manata ala bilər. “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olar aq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli qanunun 150.1.13, 150.3-1, həmçinin 220.8, 220.8.1-ci maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir.
6. Hərracın yekunları barədə 04/03 saylı, 21 yanvar 2021-ci il tarixli protokoluna əsasən, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzil 63750 manat qiymətlə 21 yanvar 2021-ci il tarixdə ipoteka saxlayan tərəfindən əldə edilmişdir.
7. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin Vəkil2 ünvanladığı 17/71- 2F/550 saylı, 12 aprel 2021-ci il tarixli məktubuna əsasən, 12 mart 2021-ci il tarixdə "xxxx" MMCnin 04/03 saylı, 21.01.2021-ci il tarixli protokolu Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə daxil olmuş və həmin tarixdə rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir.
8. İddiaçı1 və İddiaçı2 ipoteka predmeti olan daşınmaz əmlakın qanunla müəyyən edilən müddətdə əldə edilməməsi əsası ilə hazırki mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavab dehlər Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakları Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh1 Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolu”nun etibarsız hesab edilməsi və Cavabdeh1 BOKT ASC (keçmiş "xxxx" ASC) ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, əmlakın qanunla nəzərdə tutula n sonuncu əldə etmə günündə 21.01.2021-ci il tarixində deyil, 2021-ci ilin mart ayında cavabdeh kredit təşkilatına köhnə tarixli saxtalaşdırılmış hərrac protokoluna imza edilməsinə şərait yaradılmaqla, dəyərindən qat-qat aşağı qiymətə ona satılması nəticəsində iddiaçıların mülkiyyət hüquqlarına qəsd törədilmişdir. Protokol köhnə tarixlə təyin edilsə də, kredit təşkilatı bu günədək qanunvericiliklə nəzərdə tutulmuş qaydada ipoteka predmetini əldə etməmişdir. Belə ki, vəkil sorğusuna əsasən verilmiş İcra və Probasiya şöbəsinin 12.04.2021-ci il tarixli, 17/71-2F1550 saylı məktubunda qeyd edilmişdir ki, Hərrac Mərkəzinin 21.01.2021-ci il tarixli protokolu 12.03.2021-ci il tarixdə İcra Şöbəsinə daxil olmuşdur. Cavabdeh kredit təşkilatına kifayət qədər vaxt verilmişdir ki, sənədləri saxtalaşdı rmaqla deyil, ipoteka predmetini qanunda nəzərdə tutulan qaydada əldə etsin. Cavabdeh kredit təşkilatı öz məsuliyyətsizliyi və iddiaçıların mülkiyyət hüquqlarına etinasız yanaşması nəticəsində artıq bu imkanı əldən buraxmışdır. İddiaçılar ipotekaya xitam verildikdən sonra onlara məxsus mənzili daha yüksək və real qiymətə satmaqla kredit borcunun daha böyük hissəsini ödəmiş olacaqdır. Yaşayış sahəsinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyindən, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Cavabdeh təşkilat tərəfindən 22.01.2021-ci il tarixədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr icra məmurunun depozit hesabına köçürülməmişdir.
11. Bakı şəhəri Niz ami Rayon Məhkəməsinin 2(007)-2142/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolu” etibarsız hesab edilmiş və Cavabdeh1 BOKT ASC (keçmiş "xxxx" ASC) ilə İddiaçı1 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməli olduğu halda, bunu etməmişdir. Belə ki, məhkəmə iclasında ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasında təmsil etdiyi ASC-nin iddia ərizəsinə verdiyi etirazı müdafiə edərək, hərrac təşkilatı tərəfindən hərracın baş tutmamış elan edilməsindən sonra Cavabdeh1 BOKT ASC tərəfindən sözügedən mənzilin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı Hərracın yekunları barədə protokol əsasında mülkiyyətinə götürdüklərini, bunun məhkəməyə təqdim etdikləri çıxarışla da təsdiq edildiyini bildirsə də, qeyd olunan ipoteka ilə yüklü edilmiş mənzili əldə edərkən vergi qanunvericiliyində müəyyən edilmiş qaydada sadələşdirilmiş vergi xərclərini, o cümlədən hərrac xidmət haqqını ödədiklərini təsdiq edən sübutları, əks halda sadələşdirilmiş vergi və hərrac xidmət haqqını ödəməməklə qeyd olunan mənzili hansı formada əldə etdikləri nə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, bir halda ki, qanunvericiliyin sözügedən tələbi, yəni ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib edilməli olması, həmçinin vergi qanunvericiliyinə edilmiş dəyişiklik nəzərə alınmaqla alıcı və ya ipoteka predmetini əldə edənin yaşayış, qeyriyaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməli olmasının nəzərə alınmalı olması tərəflərə hələ 23 dekabr 2020-ci il tarixli bildirişlə "xxxx" MMC tərəfindən bildirilmişdir.
13. Məhkəmə araşdırması zamanı Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi ASC-nin "xxxx" MMC-nə ünvanladığı 06 yanvar 2021-ci il ta rixli məktubu və ona əlavə edilmiş 07 yanvar 2021-ci il tarixli qaiməni təqdim edərək, mübahisə predmeti olan mənzili hərrac təşkilatının təklif etdiyi qiymətə, yəni ilkin satış qiymətindən 25% az olmayan qiymətə qəbul etdikləri barədə hərrac təşkilatına məlumat verdiklərini əsas gətirərək, 07 yanvar 2021-ci il tarixli həmin poçt qaiməsinin sübut qismində qəbul edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həmin qaimənin məhz hansı bildiriş və ya məktuba aid olması təsdiq edilmədiyi halda, sübut qismində qəbul edilməsi yolverilməzdir, həmçinin, bu qaimənin məhz göstərilən tarixdə tərtib edilməsi öz təsdiqini tapmır, möhür və ya qeydiyyat nömrə və tarixi olmadığından onun istənilən şəxs tərəfindən, istənilən vaxt əldə edildiyi, hazırlandığı qənaətinə gəlinə bilər.
14. M əhkəmə xüsusilə vurğulamağı zəruri bilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçıların vəsatətləri əsasında, o cümlədən məhkəmənin öz təşəbbüsü ilə, bir neçə dəfə "xxxx" MMC-nə sübutların təqdim edilməsi barədə sorğu verilərək, ipoteka predmetinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolun imzalanmasına əsas olan bütün hərrac sənədlərin əsilləri və ya təsdiq edilmiş surətləri (hərrac qovluğu), eləcə də mübahisəli mənzilin təklif əsasında Cavabdeh1 BOKT ASC tərəfindən əldə olunması ilə bağlı hərracın xidmət haqqının və həmin hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlərin (ödəniş tapşırığı, elektron qaimə və.s) təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən təqdim ed ilmiş hərrac qovluğunda isə hərracın nəticələri barədə yekun protokol da daxil olmaqla, nə cavabdeh tərəfin məhkəmə iclasında təqdim etdikləri sübutlara dair sənədlər, nə də ki ipoteka predmetinin əldə edilməsi zamanı ödənilmiş xidmət haqqına, hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlərə (ödəniş tapşırığı, elektron qaimə və s) dair sübutlar aşkar edilməmişdir, həmin sənədlərin hərrac qovluğunda mövcud olmamasının özü də cavabdehin nümayəndəsinin sübut qismində təqdim etdiyi sənədlərin həqiqiliyinə şübhə doğurur.
15. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh, yəni ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən 22 yanvar 2021-ci il tarixinədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sa dələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr “İpoteka haqqında” və “İcra haqqında” Qanunların tələblərinə əsasən icra məmurunun depozit hesabına köçürülməmiş, qanunvericiliyin tələbləri pozulmaqla ipoteka predmeti ipoteka saxlayan tərəfindən qəbul edilmiş, hərrac təklifi ilə yüklü edilmiş ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilməsi barədə "xxxx" MMC-nə bu barədə bildiriş 21 yanvar 2021-ci il tarixədək sonuncuya təqdim edilməmişdir. Bunun əksini təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlarla iddia tələbinin əsaslı olması öz təsdiqini tapmışdır.
16. Məhkəmə iş üzrə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 42.1, 43.1.1, 43.7, 43.8, 44, Mülki Məcəllənin 139. 1, 139-1.1, 317.2, 319.1, 416.1, 416.2, 567, 597.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0, 8.0.2, Vergi Məcəlləsinin 13.2.10, 150.1, 150.1.3, 150.3-1 və Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Həmin qətnamədən Cavabdeh1 BOKT ASC apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, hərracın baş tutmasından sonra, 21.12.2020-ci il tarixdən sonra, 06.01.2021-ci il tarixdə Hərrac Mərkəzinə 0014/PB saylı məktubla müraciət edilmiş, əmlakın borc əvəzinə mülkiyyət götürülməsinə razılıq verilmiş və buna dair 21.01.2021-ci il tarixli, 04/03 saylı Hərracın Yekunları barədə protokol əldə edilmişdir. Buna dair bütün sübutlar (məktub və poçt qəbzi) məhkəməyə təqdim edilmişdir. Məhkəmə qətnaməsində hərracın qanunvericiliyə uyğun keçirildiyini müəyyən etmiş, lakin ipotekaya xitam verilməsi barədə qənaətə gəlmiş, əsassız olaraq 21.01.2021-ci il tarixli protokolu şübhə altına almışdır. Protokoldan da göründüyü kimi, əmlakın əldə edilməsi işin təkzibolunmaz halıdır. Məhkəmə qeyd etmişdir ki, vergi qanunvericiliyinə uyğun olaraq, sadələşdirilmiş vergi və hərrac xidməti haqqının ödənilməsinə dair müvafiq sübutlar təqdim edilməmişdir. Vergi ödəyicisi vergi qanunvericiliyini pozubsa, bunu vergi orqanı bilər, vergi ödəyicisi bilər! Bunun bizə nə dəxli? Vergi ödənilməyibsə, bunun protokolun və müqavilənin etibarlılığına nə dəxli var? Vergi öhdəliklərinin yerinə yetirilməsinin və tələbkarın 30 təqvim günü ərzində əmlakı əldə etməsinin sübuta yetirilməməsinin hazırki mülki işə heç b ir aidiyyəti yoxdur. “İpoteka haqqında” Qanununda ipotekaya xitam verilməsinin konkret əsasları müəyyən edilmişdir. Qanunun 48.1-ci maddəsində deyilənlər hazırki işdə müəyyən edilmir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-624/2022 nömrəli, 12.01.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) cavabdehin apellyasiya şikayəti təmin 17. edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2142/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya kollegiyası qeyd etmişdir ki, rayon məhkəməsində araşdırma zamanı iddiaçıların vəsatətləri əsasında, o cümlədən məhkəmənin öz təşəbbüsü ilə, bir neçə dəfə "xxxx" MMC-yə sübutların təqdim edilməsi b arədə sorğu verilərək, ipoteka predmetinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolun imzalanmasına əsas olan bütün hərrac sənədlərin əsilləri və ya təsdiq edilmiş surətləri (hərrac qovluğu), eləcə də mübahisəli mənzilin təklif əsasında Cavabdeh1 BOKT ASC tərəfindən əldə olunması ilə bağlı hərracın xidmət haqqının və həmin hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlərin (ödəniş tapşırığı, elektron qaimə və.s) təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir.
20. Apellyasiya kollegiyası bildirmişdir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdeh hərrac mərkəzindən sorğu ilə hərrac üzrə keçirilmiş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilsə də, həmin sənədlər içərisində də ipotek a predmetinin əldə edilməsi zamanı ödənilmiş xidmət haqqına, hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlər əlavə edilməmişdir.
21. Beləliklə, cavabdeh, yəni ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən 22 yanvar 2021-ci il tarixədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr “İpoteka haqqında” və “İcra haqqında” Qanunların tələblərinə əsasən icra məmurunun depozit hesabına köçürülməmiş, qanunvericiliyin tələbləri pozulmaqla ipoteka predmeti ipoteka saxlayan tərəfindən qəbul edilmiş, hərrac təklifi ilə yüklü edilmiş ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilməsi barədə "xxxx" MMC-yə bildiriş 21 ya nvar 2021-ci il tarixədək təqdim edilməmişdir.
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlili üzrə bank biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
23. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 42.1, 43.1.1, 43.7, 43.8, 44, Mülki Məcəllənin 415.2, 416, Mülki Prosessual Məcəllənin 77.1, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
24. Həmin qətnamədən Cavabdeh1 BOKT ASC k assasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 BOKT ASC kassasiya şikayəti verərək qətnamənin ləğv iddianın rədd edilməsinə dair yeni qərar, bu mümkün olmadıqda isə, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırılmışdır ki, protokoldan göründüyü kimi, əmlak vaxtında əldə edilmişdir. Məhkəmələrin protokolun İcra Şöbəsinə verilməsi vaxtını və vergilərin ödənilməməsi əsası ilə ipotekaya xitam verməsi əsassızdır. Məhkəmələr ipoteka haqqında qanunvericiliyin tələblərini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin məntiqinə görə hərracın keçirilməsinə görə Hə rrac təşkilatı tərəfindən vergi ödənilməyibsə, ipotekaya xitam verilməlidir. Bu isə, hüquq düşüncəsinə tamamilə ziddir. Bu nəticəyə hansı əlahiddə şübhələrə əsasən gəlindiyi məlum deyildir. Alqı-satqı müqaviləsinin DƏDRX-ə təqdim edilməsi ilə bağlı heç bir müddət yoxdur. O cümlədən, hərrac protokoluna dair də belə bir müddət yoxdur. Bu məntiqlə yanaşılsa, ölkədə 25. bağlanan ipoteka müqavilələrinin 80%-i ləğv edilməlidir. Kassasiya şikayətində “İpoteka haqqında” Qanunun 43.7, 43.7-1, 48, Mülki Məcəllənin 331, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 76.1, 77.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 42.1. Hərracı n təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sən ədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
28. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
29. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
30. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir.
31. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddi ası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
33. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
32. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
34. Maddə 150.1 və 150.1.3. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün təfsir olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
46. İddiaçı göstərir ki, hərrac baş tutmamış və bundan sonra əldə etmə ilə bağlı hərrac təşkilatçısı banka müraciət etmiş, bank qanunla müəyyən olunmuş müddətdə deyil, daha sonra təklifə münasibət bildirmi ş və hərracın nəticələri faktiki olaraq daha sonra rəsmləşdirilsə də, 2101.2021-ci ildə rəsmləşdirmənin aparılmaqla saxtakarlıq edilmişdir Eyni zamanda göstərir ki, hərracın yekunlarına dir protokol tərtib olunanadək hərrac təşkilatçısına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr “İpoteka haqqında” və “İcra haqqında” Qanunların tələblərinə əsasən icra məmurunun depozit hesabına köçürülməmiş, qanunvericiliyin tələbləri pozulmaqla ipoteka predmeti ipoteka saxlayan tərəfindən qəbul edilmiş, hərrac təklifi ilə yüklü edilmiş ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilməsi barədə "xxxx" MMC-yə bildiriş 21 yanvar 2021-ci il tarixədək təqdim edilməmişdir.
45. Cavabdeh tərəfin etirazına görə isə təklif göndərildikdən sonra 30 gün ərzində qəbul edilmiş, protokol məhz 21.01.2021-ci ildə tərtib olunmuş, həmin protokol əsasında əmlak tələbkarın adına mülkiyyət hüququ ilə qeydə alınmış, verginin, xidmət haqqının, əmlakın dəyərinin ödənilməməsi iddiaçının marağında deyil, bütün bunlar isə hərracın yekununa görə tərtib olunmuş protokolun etibarsızlığı üçün əsas hesab edilmir.
48. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin m addəyə dair formalaşdırdığı hüquqi mövqeyə görə, vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011ci il 12 yanvar tarix li Qərarı).
49. Mülki Məcəllənin borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələrini tənzimləyən 319.1-ci maddəsində göstərilmişdir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.3-cü maddəsinə görə, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur.
50. Vergi Məcəlləsinin 150-ci maddəsində ödəmə mənbəyində verginin tutulması qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 2018-ci il 30 noyabr tarixində əlavə edilmiş 150.1.13-cü maddəsinə uyğun olaraq, qanunla müəyyən ed ilmiş hallar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergi tutmağa borcludur.
51. Adıçəkilən maddədə istifadə edilən “malların təqdim edilməsi” müddəasının anlayışı Vergi Məcəlləsinin 13.2.10-cu maddəsində verilmişdir. Bu maddəyə görə, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun g irov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir.
52. Eyni zamanda, Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.
53. Maddələrin məzmunundan göründüyü kimi, yuxarıda göstərilən normalar yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur.
47. Hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi).
55. Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarında olan hüquqi mövqeyinə görə hərrac baş tutmamış elan edildikdə əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmədiyindən göstərilən normaların tətbiqi mümkünsüz olur. Vergi ödənilməsi qaydasını tənzimləyən müvafiq qanunvericilik normalarına nəzər yetirildikdə, hərracın baş tutmaması səbəbindən əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı vergilərin ödənilməli olub-olmaması məsələsini nizama salan normaların mövcud olmadığı aydın görünür. Eləcə də müvafiq məsələ araşdırılarkən ipoteka saxlayanın, bir çox hallarda məcburiyyət qarşısında qalaraq ipoteka predmetini alması, “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinə uyğun olaraq, xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməli olması kimi hallar diqqəti cəlb edir.
56. Həmin qərarda daha sonra göstərilir ki, araşdırılan məsələ üzrə vacib məqamlardan biri də ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı rəsmiləşdirilmə qaydalarının qanunvericilikdə nəzərdə tutulmamasıdır. Bu isə təcrübədə həmin aktın müxtəlif üsullarla rəsmiləşdirilməsinə və əmlaka dair hüquqların müxtəlif sənədlər əsasında qeydə alınmasına səbəb olur. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam veri lməsinin dövlət qeydiyyatı üçün konkret əsaslar sadalanmışdır.
57. Göstərilənlərdən də aydın olduğu kimi hərrac baş tutmamış elan edildikdə sonra həyata keçirilən rəsmləşdirmə hərracdan sonrakı vəziyyətin yalnız rəsmləşdirilməsi ilə bağlıdır, bu halda əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmir, ödəniş həyata keçirilmədyi üçün isə ödəmə mənbəyindən verginin və xidmət haqqının tutulması da yolverilən deyildir.
58. Xidmət haqqının isə tutulması isə Mülki Məcəllənin 319.3-cü maddəsində nəzərdə tutulur, həmin maddəyə görə isə ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur.
59. Göründüyü kimi apellyasiya instasiyası məhkəməsi hərracın baş tutmadığı, ödəniş e dilmədiyi halda iddiaçının əldə edən ipoteka saxlayanın vergi, satınalma qiyməti və xidmət haqqını protokol tərtib edilməzdən əvvəl ödəməli olmasına dair dəlillərini yuxarda istinad olunan maddi hüquq normalarının tələbi baxımından təhlil etməmişdir.
60. Kassasiya şikayətinin digər dəlili ilə bağlı isə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmamasından sonra hərrac təşkilatçısı təklifi qəbul etmiş ipoteka saxlayanla protokolu 21.01.2021-ci ildə rəsmləşdirmişdir.
61. Apellyasiya instasiyası məhkəməsi protokolda hərracın tarixinin düzgün müəyyən edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasına baxmayaraq bununla bağlı mövqeyini əsaslandırmamışdır. Bu halda isə birinci instansiya məhkəməsinin protokolun onda göstərilən tarixdən daha sonra rəsmləşdirilm əsi və faktiki olaraq saxtakarlıq edilməsi bağlı nəticəyə hansı sübutlar əsasında gəlməsini müəyyən etmək mümkünsüzdür. Göstərilənlər isə həmin hallarla bağlı cavabdeh tərəfin irəli sürdüyü dəlillərin qiymətləndirmədən kənarda qalmasını təsdiq edir.
62. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid 54. bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna t əsir göstərən müddəalar olmamalıdır.
59. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
60. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(103)-624/2022 nömrəli, 12.01.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir