Məhkəmə qərarları › İş №2(102)-3110/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3110/2023

08.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3110/2023 08.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2023-cü il tarixli, 2(103)-2181/2023 nömrəli qətnam əsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(004)4436/2017 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, Cavabdeh1 85000 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 1.1. Həmin iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən "xxxx" firması tərəfindən inşa edilən 18 mərtəbəli yeni tikili binanın J(2-ci blok) 60 nömrəli mənzili öz vəsaiti hesabına əldə etmiş, lakin mənzil Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh mənzilin alınması üçün ödənilmiş 144000 ABŞ dolları məbləğdə puldan 59000 ABŞ doll arını iddiaçıya qaytarmış, qalan hissəsini ödəməyərək 85000 ABŞ dolları məbləğdə əsassız varlanmışdır. 1.2. Həmin iş üzrə Cavabdeh1 apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(103)10236/2017 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli, 2(102)-3402/2018 saylı qərarı ilə təmin edilməmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(004)4960/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06 fevral 2017-ci il tarixli razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 06 fevral 2017-ci il tarixdə bağlanmış razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107.000 ABŞ dollar ı və sazişin 1.2 və 1.3-cü bəndinə uyğun olaraq ödənilmiş 4.500 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, Cavabdeh1 İddiaçı xeyrinə 1000 manat mənəvi ziyan, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğin və 13 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. 2.1. Həmin iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X8 6 fevral 2017-ci il tarixdə İddiaçıla razılıq sazişi bağlamışdır. Həmin sazişlə Cavabdeh1 İddiaçı borclu olduğu 170.000 ABŞ dolları məbləğdə borc Cavabdeh1 məxsus, 1966-cı il istehsalı olan “Mercedes E250” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobillə əvəzləşdirilmiş, İddiaçı Cavabdeh1 nümayəndəsi İslam Paşayevə əlavə olaraq 4500 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 sazişə əməl etməmiş, buna görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la bağlanmış barışıq sazişinə əsasən əvəzləşdirilmiş 107.000 ABŞ dolları və sazişə əsasən ödənilmiş 4500 ABŞ dollarının alınıb ona verilməsini xahiş etmişdir. 2.2. Həmin iş üzrə cavabdeh tərəfin apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli, 2(103)-3272/2018 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli, 2(102)-6396/2018 saylı qərarı təmin edilməmişdir.

3. Yuxarıda qeyd olunan qətnamələr qanuni qüvvəyə minərək icraya yönəldilmiş, icra məmuru tərəfindən icra sənədləri bir icraatda birləşdirilmişdir. İcra məmurunun təqdimatı əsasında Bak ı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(009)-1411/2018 saylı qərardadı ilə borclu Cavabdeh1 məxsus olan "xxxx" fərdi firması tərəfindən inşa edilən, Yasamal rayonu, Ə.Ələkbərov (indiki X7) küçəsi, 1054-cü ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur.

4. İcra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə qeyd olunan icra sənədləri üzrə tutmanın borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 1054-də yerləşən çoxmənzilli binanın 2-ci blokundakı 60 saylı mənzilinə yönəldilməsi və mənzilin tələbkar İddiaçı adına rəsmiləşdirilməsinin "xxxx" fərdi firmasına həvalə edilməsi qərara alınmışdır. İcra məmurunun həmin qərarı əsasında "xxxx" fərdi firması xx.xx.2019-cu il tarixdə İddiaçıla müqavilə bağlamış dır və həmin mənzilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir.

5. Bundan sonra İddiaçı Cavabdeh1 və ailə üzvlərinə qarşı iddia ərizəsi verərək, əşyaları ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılması və həmin mənzil boşaldılaraq təhvil verilməsini tələb etmişdir. Həmçinin Cavabdeh1 qarşılıqlı iddia verərək, "xxxx" fərdi firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız sayılması və mənzilə dair verilmiş çıxarışın ləğv olunmasını xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)3554/2019 saylı qətnaməsi ilə ilk iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, övladları X9 və X5 əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılması və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1454/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Yasamal Ra yon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarları ilə qeyd olunan mülki iş yeni apellyasiya baxışlarına göndərilmiş və sonda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3690/2022 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddia tələbi rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia təl əbi təmin edilməsi, "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi qət edilmişdir.

8. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)-4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icras ı ilə bağlı X2 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payın (ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin) borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsinin "xxxx" Fərdi Firmasına həvalə edilməsi, qərarın surətinin icra edilməsi üçün "xxxx" Fərdi Firmasına və məlumat üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və tərəflərə göndərilməsi qərara alınmışdır.

9. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarından X3 tərəfindən şikayət verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-274/2021 saylı qərardadı ilə iş üzrə borclu X2 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(103)-338/2021 saylı qərardadı ilə borclu X2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e16(004)57/2022 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) Bakı şəhəri Ələsgər Ələkbərov küçəsi 1054-cü məhəllə (hazırda Şəfayət Mehdiyev küçəsi 1054-cü məhəl lə) ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin xx-xx/2012 saylı, xx.xx.2012-ci tarixli “Yeni Tikili yaşayış binasında mənzillərin alqı-satqısına dair müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarışın əldə edilməsi Cavabdeh1 və üçüncü şəxslərə 1 ay müddətinə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın 4 noyabr 2022-ci il tarixdə qüvvədən düşmüş hesab edilməsi, qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə, "xxxx" fərdi firmasına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə e dilməsi, qalan hissədə ərizə təmin edilməməsi qərara alınmışdır. 11. "xxxx" Fərdi Firmasının xx.xx.2022-ci il tarixli qərarı ilə, Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2021-ci il tarixli qərarının icra olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X2 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 5 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. 12. 28 mart 2023-cü il tarixdə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri Yasamal rayonu, X11 küçəsi, 1054-cü məhəllə, ev -, mənzil 60 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri Yasamal raylonu, Şəfaət Mehdiyev küçəsi, 331, M8, m1) üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası DİN BPQM-nin MAPS şöbəsinin 01 may 2022-ci il tarixli arayışlara əsasən, Cavabdeh1 ünvan 6 ünvanında, Cavabdeh4 ünvan 7 ünvanında, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, ünvan 8 ünvanında, Cavabdeh2 isə ünvan 9 ünvanlarında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, Cavabdeh4 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 10 ünvanı nda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzildən cavabdehlərin mənzildə olan əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi və həmin mənzilə iddiaçının köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

15. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ünvan 10 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin onun adına borc əvəzinə icra şöbəsi tərəfindən rəsmiləşdirilməsinə baxmayaraq, həmin mənzilin əvvəlki sahibi Cavabdeh1 – atası Cavabdeh4, anası Cavabdeh3, arvadı Cavabdeh2, övladları X9 və X5 ilə birlikdə həmin mənzildən çıxmaqdan imtina edirlər. İddiaçı tərəfindən, Cavabdeh1, adları qeyd olunan ailə üzvl ərinə və əşyaları ilə birlikdə mənzili tərk etmələri dəfələrlə tələb edilsə də, onlar mənzili tərk etməkdən imtina etmişlər.

16. Məhkəmə iclasında cavabdeh --- nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə liberal yanaşmadır, imperativ deyildir. Belə ki, cavabdehlərin də mənzil və mülkiyyət hüquqları var. Bu iş üzrə iki qərardad çıxmış və birinci yanaşmada müəyyən olunmuşdur ki, bu tələb pay hüququna yönəlməlidir. Qarşı tərəf pay hüququna yönəldən zaman aydın olmuşdur ki, bu pay hüququ deyil, firmadır və 1992-ci ilin qanunu tətbiq olunmalıdır. Eyni zamanda da sonuncu yaşayış yeri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddur. Avropa Məhkəməsinin presedent hüququ kontekstindən də belə yanaşılır ki, şəxsi n yeganə mülkiyyət hüququnun pozulmasına yol verilmir. Digər tərəfdən, əgər tələbin yönəlməli olduğu əmlak cavabdeh şəxsin yeganə əmlakı olarsa, şəxsin konstitusion hüququ olan mənzil hüququ məhdudlaşdırıla bilməz.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-310/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzildə yaşamaları iddiaçının hüquqlarını pozur. İddiaçı əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur və cavabdehlərin həmin mənzildə yaşamaları üçün heç bir hüquqi əsas yoxdur.

19. Belə ki, ünvan 4 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2 -ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" fərdi firmasına həvalə edilməsinə dair icra məmurunun qərarı qüvvədədir və ləğv edilməmişdir.

20. Həmçinin, məhkəmə qeyd etmişdir ki, cavabdehlərin qeydiyyatda olduqları ünvanlar da mübahisəli mənzilə deyil, digər ünvanlaradır. Bundan əlavə, Cavabdeh1 sonuncu dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) xx.xx.2016cı il tarixdə Türkiyə Respublikasına çıxış etməsi və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmaması, bununla da onun daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında öz əksini tapmışdır.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respubli kasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 10 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili cavabdehə məxsus olan yeganə mənzildir (əmlakdır). Ona məxsus mənzildən çıxarılması haqqında qətnamə cavabdehin mənzil və mülkiyyət toxunu lmazlığı hüququnu pozur. Cavabdehlərin də mənzil və mülkiyyət hüquqları var. Bu iş üzrə iki cür qərardad çıxarılmış və birinci yanaşmada müəyyən olunmuşdur ki, bu tələb pay hüququna yönəlməlidir. Qarşı tərəf pay hüququna yönəldən zaman aydın olmuşdur ki, bu pay hüququ deyil, firmadır və 1992-ci ilin qanunu tətbiq olunmalıdır. "xxxx" fərdi firması kooperativ deyil, digər kommersiya təşkilatıdır və cavabdehin bu firmada pay hüququ yoxdur. Bu səbəbdən, tələbin ona və ailəsinə məxsus yeganə mənzilə yönəldilməsi qanunsuzdur. Eyni zamanada başqa yaşayış yerini qarşı tərəf sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahıya da uyğun olaraq, şəxsə məxsus mənzilə tələbin yönəldilməsi nə yol verilmir. Həmçinin, Cavabdeh1 sonuncu dəfə dövlət sərhədindən 02 sentyabr 2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etməsi və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmaması mənzil və mülkiyyət hüququnun pozulması üçün əsas deyildir, tamamilə fərziyyələrə əsaslanan fikir olmaqla, iddianın təmin edilməsi üçün əsasız şəkildə irəli sürülmüşdür. İş üzrə mühüm və ən əhəmiyyətli hal isə bundan ibarətdir ki, mülki iş üzrə qətnamə çıxarılmış və həmin qətnaməyə Ali Məhkəməsinin Mülki Kollegiyası baxaraq münasibət bildirmişdir.

24. Cavabdeh1 digər nümayəndəsi X6 vəsatət verərək qətnamənin ləğv olunaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(103)3690/2022 saylı qətnaməsi hazırda qüvvədədir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə vardır və buna görə də hazırkı iş üzrə icraata xitam verilməlidir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 31 mart 2023-cü il tarixli, 2(103)-2181/2023 nömrəli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüq uq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 10 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin cavabdehə məxsus olan yeganə mənzil olması, həmin mənzilə tələbin yönəldilməsinə yol verilməməsi barədə xüsusatlar hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Belə ki, borclu tərəfindən mənzilin tələbkarın adına rəsmiləşdirilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarı mübahisələndirilsə də, ləğv olunmamışdır və qüvvədədir.

28. Bundan başqa, 28 mart 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır və Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

29. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin vəsatəti ilə bağlı qeyd etmişdir ki, əvvəlki mülki işlə hazırkı mübahisənin predmeti və tərəfləri eyni olsa da, əsas eyni olmadığından iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir.

30. Belə ki, əvvəlki mübahisəyə baxılarkən ilkin iddianın rədd edilməsinin, həmçinin, müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, “... M ənzilə dair xx.xx.2019-cü il tarixli alqı - satqı müqaviləsinin bağlanmasına əsas olan icra məmurunun qərarı qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edildiyindən həmin qərara söykənən əqd etibarlı əqd sayıla bilməz.” Əvvəlki iddiaya baxılan iddiaçının əsas kimi istinad etdiyi çıxarış "xxxx" fərdi firması ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış 12 aprel 2019-cu il tarixli müqavilə əsasında verilmiş, həmin müqavilə isə icra məmurunun 25 fevral 2019-cu il tarixli qərarı əsasında bağlanmışdır. İcra məmurunun qərarı qanunsuz olduğundan Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Lakin hazırkı mübahisə üzrə əsas kimi yuxarıda qeyd olunan müqaviləyə və reyestrdən çıxarışa istinad olunmamışdır.

31. Hazırkı iddianın irəli sürülməsi üçün əsas "xxxx" Fərdi Firmasının 17 oktyabr 2022-ci il tarixli qərarıdır. Həmin qərarın verilməsi üçün əsas olmuş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarı borclu tərəfindən mübahisələndirilsə də, birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən qərar ləğv olunmamışdır və hal-hazırda da qüvvədədir.

32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 152.5, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 81, 82.3, 217.1, 217.3, 261.0.2, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin iclasının təxirə salınması barədə ərizə verilməsinə baxmayaraq, məhkəmə onun vəsatətini təmin etməmiş, iştirakı olmadan işə baxmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına da uyğun olaraq, şəxsə məxsus mənzilə tələb in yönəldilməsinə yol verilmir. Mübahisə predmeti üzrə mənzilə yeni çıxarış apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Göstərilən fakt mənzil və mülkiyyət hüququnun pozulması üçün əsas deyildir, tamamilə fərziyyələrə əsaslanan fikir olmaqla, iddianın təmin edilməsi üçün əsassız şəkildə irəli sürülmüşdür. Belə ki, məhkəmə tərəfindən şəxsə məxsus mənzilin onun yeganə yaşayış yeri olmasını, "xxxx" fərdi firmasının təşkilati-hüquqi formasının kooperativ deyil, digər kommersiya təşkilatı olması, cavabdehin həmin firmada hər hansı payının olmaması, tələbin yalnız firmada kooperativ üzvünün payına yönəldilməsinin mümkünlüyü nəzərə alınmalıdır. Şəxsin müvəqqəti olaraq başqa yerə getməsi onun mülkiyyət hüququnun pozulmasına və yaxud məhrum edilməsinə səbəb ola bilməz.

35. Kassator şika yətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 127-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1, 261, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 386 388, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə qarşı yazılı şəkildə etiraz təqdim edərək bildirmişdir ki, hazırda "xxxx" fərdi firmasının Şəfayet Mehdiyev 1054-cü məhəllə ünvanında yerləşən yaşayış kompleksində cavabdehə məxsus daşınmaz əmlak yoxdur. Həmçinin, cavabdehlər fərqli ünvanlarda qeydiyyatdadırlar. Beləliklə, ünvan 11 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin cavabdehə məxsus olan yeganə mənzil olması, həmin mənzilə tələb yönəldilməsinə yol verilməməsi barədə xüsusatlar hazırki mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tam mübahisələndir ildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

39. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

40. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır.

41. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

43. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilə n məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

46. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

47. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məh kəmə vasitəsilə tələb edə bilər.

48. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual h üquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, işin mühaisəsiz olaraq müəyyən olunan halları bu qərarın ==== cü paraqraflarında qeyd olunmuşdur. İddia tələbi iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən cavabdehlərin çıxarılm asından ibarətdir.

57. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

58. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

59. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və y a müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

60. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçin in hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

61. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

62. Mənzilin cavabdehlərin yeganə yaşayış evi olması, tərəflərin arasında eyni əsasla eyni predmet barədə iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə işə xitam verilməli olması barədə kassatorun dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilmişdir (bu qərarın ==== paraqrafları). Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmim mövqeləri və əsaslandırması ilə razılaşır. Qeyd olunmalıdır ki, MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün aşağıdakı şərtlərin olmasını tələb edir: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadının olması.

63. İş üzrə tər əflərlə yanaşı, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki element əsas yer tutur: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

64. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

65. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası a dətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

66. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)3554/2019 saylı mülki işdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, övladları X9 və X4 qarşı mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinin faktiki əsasını "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 12 ünvanında yerləşən binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə, həmin müqavilə əsasında İddiaçı adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış təşkil edirdi.

67. Lakin hazırki iddianın əsasını təşkil edən hüquqi faktlar Yasamal rayon icra şöbəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı, "xxxx" Fərdi Firmasının xx.xx.2022-ci il tarixli qərarı və Bakı şəhəri Yasamal rayonu, X11 küçəsi, 1054-cü məhəllə, ev, mənzil 60 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 331, M8, m1) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 28 mart 2023-cü il tarixdə qeydiyyatından ibarətdir. Yəni əvvəl baxılmış iddia tələbində tələblər və iddianən predmeti eynilik təşkil etsə də, iddianın əsasları fərqlidir və mülki iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsas yoxdur..

68. Kassatorun məhkəmə iclasının təxirə salınması barədə cavabdehin nümayəndəsi tərəfindən vəsatətin təmin olunmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir. Belə ki, cavabdeh Aşasi Hüseynovun nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin xx.xx.2023-cü ildə keçirilmiş məhkəmə iclasında Ağasi Hüseynov vəkili Mirismayıl Hadi oğlu ilə təmsil edilmişdir.

69. Bundan başqa, Vəkil2 vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və vəsatətinin onunla əsaslandırmışdır ki, Hüseynov X1 Fuad Maarif oğluna qarşı çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin işə baxılanadək hazırki iş üzrə icraat dayandırılmalıdır.

70. İddiaçı tərəf iş üzrə icraatın dayandırılması barədə vəsatətin rədd olunmasını xahiş edərək bildirmişdir ki, Cavabdeh4 mənzilə dair hər hansı hüququ olmayıb və verilmiş həmin iddia, işə baxılmasının uzadılması məqsədi güdür. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən ümumiyyətlə apelyasiya şikayəti verməmişdir. Habelə mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş icra məmurunun xx.xx.2021-ci il tarixli qərarını Cavabdeh4 mübahisələndirməmişdir.

71. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normalar ı düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2023-cü il tarixli, 2(103)2181/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar