Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3111/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolların, digər sənədlərin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10893/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və maraqlarına toxunan şəxs Mar aqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatına əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 400 000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatına əsasən, İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 130 000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli hesabatına əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov rayonu Naz im Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti – 100 000 manat təşkil edir. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymtələndirilməsi Xidməti “ MMC tərəfindən aparılan xx.xx.2019-cu il tarixli 224, 224/1, 224/2 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh "xxxx" MMC tərəfindən aparılan xx.xx.2019-cu il tarixli 224, 224/1, 2 24/2, saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabatların, həmçinin Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)8400/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə və Bakı şəhəri Cavabdeh2 12193109588/19-15-4 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ona məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev kü çəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin və Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin bazar qiymətini müəyyən etmək üçün cavabdeh qiymətləndirilmə barədə Hesabatlar tərtib etmişdir. Belə ki, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti “ MMC tərəfindən hazırlanan: - 29.10 2019cu il tarixli 224 saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən ünvan 4 ünvanında yerləşən qeyri yaşayış sahəsi 400000 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli 224/2 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 100000 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli 224/1 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesa bata əsasən Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzili 130000 manat dəyərində qiymətləndirilmişdir. Hesab edir ki, mülkiyyətində olan əmlakların qiymətləndirilməsi barədə hesabatlarda əks olunan qiymətlər reallıqdan uzaqdır, real dəyərlərindən xeyli azdır. Əmlaklarının dəyəri xeyli yüksək olduğundan hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qiymətləndirmə aparılarkən əmlaklarının yerləşdiyi ərazi, rayon, yəni şəhərin mərkəzində yerləşmələri nəzərə alınmamışdır. Belə ki, şəhərin mərkəzində Fizuli küçəsində arxitektur binada yerləşən ümumi sahəsi 225.3 kv.m. təmirli qeyri yaşayış sahəsi 400000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Bazar dəyəli müəyyən edilərkən həmçinin kommersiya cazibədarlığı nəzərə alınmamışdır. Eləc ə də şəhərin mərkəzində 28 may küçəsində yerləşən təmirli 2 otaqlı mənzilin 130000 manat qiymətləndirilməsi, Nazim Hacıyev küçəsində yerləşən təmirli 2 otaqlı mənzilin də 100000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Bundan əlavə əmlaklarının qiymətləndirilməsi qanunsuz aparılmışdır. Belə ki, Cavabdeh2 icra məmuru Cəmil Tağıyevin xx.xx.2019-cu il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermişdir və bununla bağlı icraatın dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq qanunsuz olaraq əmlakları qiymətləndirilmişdir, ona görə də hesabatlar qanunsuzdur. Bundan əlavə bugün xx.xx.2020-ci il tarixdə yuxarıda göstərilən əmlakları ilə bağlı qanunsuz hərrac keçirilmiş və özgəninkiləşdirilmə aparılmışdır. Bununla bağlı sənədlər hələ təqdim edilməyib. Bildirmək istəyir ki, mübahisələndirdiyi hərəkətlər qanunsuzdur, çünki AR Konstitusiya Məhkəməsinin Palatasının xx.xx.2020-ci il tarixli qərardadı ilə onun AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir. Hərracı keçirən cavabdehə bu barədə məlumat versə də tələsik qanunsuz hərrac keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 iyun 2020-ci il tarixli, 2(005)-421/2021 saylı qərardadı ilə (hakim Solmaz Ədilova) iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X6” MMC-yə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixli “X6” MMC-nin əmlakın qiymətləndirilməsinə dair hesabatına əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixinə yekun bazar dəyəri 450000 manat, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilin yekun bazar dəyəri 150000 manat, Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin yekun bazar dəyəri 110000 manat, Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixə 40000 manat, xx.xx.2020-ci il tarixə 36000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)-421/2021 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaəti ni onunla əsaslandırmışdır ki, təxminən bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda Məhkəmə qiymət qoyulduğu dövrdə, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar kifayət qədər əsaslandırılmışdır, mübahisəli sahələrə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır. İş üzrə hərracın nəticələrinin ləğv edilməsi və ya etibarsız hesab olunması üçün digər əsaslar müəyyən edilməmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində mübahisələndirdiyi həmin daşınmaz əmlakların və mübahisəli avtomobi lin qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında daşınmaz əmlakların və mübahisəli avtomobilin həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı hərracın keçirilməsi qaydalarını müəyyən edən Mülki Məcəllənin 415-ci maddəsinin tələblərinin pozulmasına istinad etməmiş və bununla da, o, mübahisələndirilən hərracın həmin qaydalara uyğun keçirildiyini etiraf etmişdir. Ona görə də, hərrac keçirilməsi qaydalarının pozulması nəticəsinə gəlməyə və Mülki Məcəllənin 416-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415, 416-cı, “Qiymətləndirmə fəaliyy əti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7, 8-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4 220.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Şeyda Məhər rəmova, Rəşad Həsənov) 20 dekabr 2021-ci il tarixli, 2(103)10893/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(005)-421/2021 saylı qətnaməsinin dəyişdirilmədsən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı şikayətində qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və həmin dəlillərə hüquqi qiymət verilmişdir. Apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassızdır. Maraqlı şəxs apellyasiya şikayətində ona istinad etmişdir ki, İddiaçı onun razılığı olmadan birgə nikah dövründə əldə olunmuş ümumi əmlaklara dair X4 ilə 17 dekabr 2011-ci il tarixli razılaşma müqaviləsi bağlamışdır. Həmin əmlaklar birgə nikah dövründə əldə olunduğuna görə onun razılığı alınmadan bağlanmış müqaviləni o mübahisələndirmək hüququna malikdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, X4 və İddiaçı arasında əmlakla bağlı mübahisələr uzun müddətdir ki, davam edir və Maraqlı şəxs həmin mübahisələrdən məlumatlıdır. Maraqlı şəxs 17 dekabr 2011-ci il tarixli müqavilənin etibarsızlığı ilə əlaqədar bir il müddətində iddia qaldırmaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Odur ki, göstərilən şikayətin də dəlilləri əsassızdır. Ka sasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsassız mövqeyi ilə razılaşmış, göstərdiyi faktlara düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh3 MMC tərəfindən Mülki Məcəllənin 415.2-ci maddəsi kobud surətdə pozulmasına düzgün hüquqi qiymət verməmişdir. Hərrac təşkilatı göstərilən maddi normaların tələblərinə zidd olaraq göstərilən əmlak larla bağlı qanunsuz hərrac keçirmiş və nəticədə qanunsuz özgəninkiləşdirilmə aparmışdır. İş üzrə cavabdeh olan hərrac təşkilatı tərəfindən maddi normaların tələbləri kobud surətdə pozulsa da, məhkəmə bu pozuntuların araşdırılmasında və düzgün qiymətləndirilməsində maraqlı olmamışdır. Nəticədə tələbi üzrə ədalətli məhkəmə araşdırılması barədə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələbi pozulmuşdur. Apelyasiya məhkəməsi əsassız olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Halbuki, hərracların nəticələrini mübahisələndirdiyi halda birinci instansiya məhkəməsi hərrac təşkilatından işləri tələb etməmiş və hərracın keçirilməsinin qanuniliyini araşdırmadan səhv nəticəyə gəlmişdir. Marsaqlarınsa toxunan şəxs Maraqlı şəxs (və kili X2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 354-cü maddəsinə istinad edərək iddianı təmin etməməsi düzgün deyil. Beləki daşınmaz əmlaklar onun adına qeydiyyatda olmadığı halda, eyni zamanda ondan həmin əmlaklara dair razılaşmanın bağlanmasına razılıq alınmadığı halda, yoldaşı ilə uzun illərdir ayrı yaşadığı halda, onun hüquqlarının pozulduğundan xəbəri ola bilməzdi. Hərraca çıxarılan əmlaklar nikah müddətində əldə edildiyindən və hər bir əmlakda payı olduğundan o, mütləq şəkildə hərracların keçirilməsindən xəbərdar olmalı idi. Qanunsuz keçiri lən hərracların nəticəsində onun mülkiyyətinə qəsd edilmiş, umumi əmlakdakı payından qanunsuz olaraq məhrum edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəlləni n 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiy a məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıd akı əsaslara görə kasasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində işdən görünən hal ondan ibarətdir ki, apelyasiya kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla həmin mövqe kilə razılaşdığını göstərib apelyasiya şikayətini əsassız hesab etmişdir. İşdən aşkar edilən hal odur ki, iddiaçı iddia tələbində hərracların nəticələrinin etibarsız hesab edilməsini tələb etmiş, lakin apelyasiya kollegiyası məhkəmə araşdırmasını tam həyata keçirməyərək iddiaçının istinad etdiyi hərracın keçirilib-keçirilmədiyini aydınlaşdır madan, istinad edildiyi kimi hərrac keçirilmişdirsə hərracın nəticələri barədə sənədləri əldə etmədən hərracın keçirilməsini qanuni hesab etmişdir. Kasasiya yoxlaması nəticəsində işdən görünür ki, apelyasiya məhkəməsinə ilkin olaraq iddiaçının apelyasiya şikayəti daxil olmuş, daha sonra maraqlarına toxunan şəxsin apelyasiya şikayəti mümkünlüyü yoxlanılıb icraata qəbul edilmişdir. Maraqlarına toxunan şəxsin apelyasiya şikayəti apelyasiya məhkəməsinin icraatına daxil olan zaman kimi məhkəmə araşdırmasını həyata keçirmiş apelyasiya məhkəməsinin hakimi Rəşad Həsənov Cavabdeh3 MMC-yə xx.xx.2021-ci il tarixdə (səh 47, İİ cild) sorğu ünvalayaraq hərracın keçirilməsi ilə bağlı bütün sənədlərin, hərrac keçirilən tarixə hərracı keçirmək səlahiyyətinin olmasına dair sənədlərin məhkəməyə təqdim edil məsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə (səh 48, İİ cild) "xxxx" MMC məhkəməsinin göstərilən sorğusuna cavab olaraq qiymətləndirmə hesabatlarının kserosurətlərinin xx.xx.2021-ci ildə məhkəməyə təqdim edildiyini bildirmişdir. Yəni görünən odur ki, hərracın nəticələri, hərrac keçirmə səlahiyyətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Hətta eyni məzmunlu sorğu ilə 12 saylı Vəkil Bürosunun vəkili Vəkil1 da Cavabdeh3 MMC-yə müraciət etmiş (səh 58, İİ cild) həmin sorğuya da cavab əldə edilə bilinməmişdir. Bundan başqa, apelyasiya məhkəməsinin hakimi Rəşad Həsənov xx.xx.2021-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh2nə (səh 64, 65, İİ cild) sorğu ünvalanayaraq hərracla bağlı sifarişin verilməsi ilə əlaqədar sənədləri, sifarişin nəticəsi barədə sənədləri tələb etmiş, həmin sorğular da cavabsız qalmış, həmin tarixdə eyni zamanda "xxxx" MMC-yə də hərracın keçirilməsi barədə sənədlərin, hərrac keçirmə barədə səlahiyyətin olmasını təsdiq edən sənədin təqdim edilməsi ilə də bağlı (səh 68, İİ cild) sorğu ünvanlamış, eyni qaydada bu sorğu da cavabsız qalmışdır. Yekun məhkəmə aktını çıxarmış apelyasiya kollegiyası isə bu halı diqqətdən kənarda saxlamış, zəruri olan və qeyd edildiyi kimi tələb edilmiş sübutların əldə edilməməsinə əhəmiyyət verməmişdir. Bundan başqa, apelyasiya kollegiyası hesabatların mübahisələndirilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənmiş, birinci instansiya məhkəməsi kimi bu hissə üzrə bildirmişdir ki, bir illik zaman fasiləsi ilə verilmiş iki rəy arasında 10-15% q iymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların və hərracın nəticələrinin ləğvi üçün əsas ola bilməz. Halbuki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxan məhkəmə olaraq məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə ən azından bu hissə üzrə fərziyyə əsasında deyil, bu sahədə xüsusi biliyə malik şəxslərin rəyini əldə etməklə münasibət bildsirə bilərdi ki, bunu etməmişdir. Fərziyyə əsasında tələbin əsssız olunması qənaətinə gəlinməsi isə yolverilməzdir və prosessual pozuntu kimi qəbul edilməlidir. Digər tərəfdən, maraqlarına toxunan şəxsin apelyasiya şikayətinə münasibətdə apelyasiya kollegiyası kəsici müddətin tətbiq edilməsi qənaətinə gəlmiş olsa da, bu istiqamətdə də hər hansı araşdırma a parmamış, maraqlarına toxunan şəxsin hüquqlarının pozulma anının hansı zamanla müəyyən edilməsinə dair hər hansı münasibət ifadə etməmiş və həmin anı müəyyənləşdirmədən göstərilən müddəti tətbiq etməklə göstərilən şəxsin də apelyasiya şikayətinin dəlillərinin əsassız olaması qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan şəxsin apelyasiya şikayəti üzrə həmin şəxsin hüquqlarının pozulması anının müəyyən edilməsi mübahisənin ona münasibətdə ədalətli həll edilməsi üçün daha vacib idi. Çünki maraqlarına toxunan şəxs kasasiya şikayətində əri İddiaçı tərəfindən sonuncunun qardaşı ilə mübahisələndirilən əmlaklarla bağlı bağlamış olduğu razılaşma müqaviləsini mübahisələndirdiyini göstərmiş, bu halın təsdiqi kimi Ali Məhkəməyə icraatın dayandırılması barədə vəsatətlə müraciət edərək, Bakı Apellyasiya mə hkəməsinin xx.xx.2022ci il tarixli qərardadı ilə onun cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı “razılaşma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə İddiaçı cavabdeh X3 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X3 qarşı “borcun tutulması” tələbinə dair işlərin bir icraatda birləşdirilməsini göstərib icraatın dayandırılmasını xahiş etmişdir. Hazırki halda kasasiya kollegiyasında icraatın dayandırılmasına əsas olmadığından vəsatət əsassız hesab edilsə də, yuxarıda göstərilən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə icraat maraqlarına toxunan şəxsin hazırki mübahisənin əsasını təşkil edən əmlaklarla bağlı hüququnun pozulma anının müəyyən edilməsi bax ımından da önəmlidir. Apelyasiya kollegiyası isə göründüyü kimi, maraqlarına toxunan şəxsin hüquqlarının pozulma anının hansı zamanla müəyyən edilməsi barədə hər hansı fikir irəli sürməmiş və münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qa nunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutl arı qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli mə hkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, düzgün qiymət verilməsi, sübutların müqayisəli tədqiq edilməsi, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayətləri təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10893/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM- in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)10893/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3111/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3111/2022
07.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver