Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3112/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ilkin, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddialarına dair iş üzrə QƏRARİ (Açar sözlər: əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr;Mənzil mübahisələri; Mənzildən istifadə qaydasının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tər kibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbi barədə qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2024-cü il tarixli 2(103)-2166/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə “4” oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra mətndə ilkin iddia üzrə iddiaçı) Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsi, Komsomol küçəsi, ev 5, 1 saylı mənzilin (bundan sonra mübahisələndirilən mənzil) mülkiyyətçisi olmaqla mənzildə yaşayır. Mübahisəli mənzil bağışlama müqaviləsi əsa sında xx.xx.2006-cı ildə iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdehlər olan iddiaçının qızları 2010-cu ildə həmin mənzilə qeydiyyata düşmüşlər. İlkin iddia üzrə cavabdehlər iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamırlar.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışın sürətinə əsasən, mübahisələndirilən mənzil iddiaçının xüsusi mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun azyaşlı övladı X3 iddiaçıya məxsus mübahisələndirilən mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edil miş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
4. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun azyaşlı övladı X1 ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən mənzil 03 iyun 2006-cı il tarixdən onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 onun qızları, Cavabdeh3 və X3 isə nəvələridir. X6 2003-cü ildə, Cavabdeh1 isə 2006-cı ildə nikaha daxil olaraq gəlin köçmüş və hazırda da ayrı evlərdə yaşayırlar. Qızları və nəvələri X3, Cavabdeh3 da ona məxsus ünvan 1 ünvanında heç vaxt yaşamamışlar. Bu səbəbdən də cavabdehlərin həmin mənzildən istifadə hüquqları yoxdur.
6. İlkin iddia tələbi üzrə cavabdehlər, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsini və onların mübahisələndirilən ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsini əsassız hesab edirlər və onlar həmişə mübahisələndirilən ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Hazırda müvəqqəti olaraq başqa ünvanlarda yaşayırlar. Daimi yaşayış yerləri yoxdur. Yaşadıqları evlər kənar şəxslərin mülkiyyətindədir. Daimi yaşamaq üçün b aşqa ünvana köçməmişlər. Şərait olmadığına görə qeydiyyatda olduqları ünvanda yaşaya bilmirlər. Bu ünvanda onların mülki qanunvericiliyə əsasən istifadə hüquqları var. İddiaçı isə əsaslı bir hal olmadan istifadə hüququna xitam verilməsini xahiş edir. İddianı qəbul etmirlər. Belə olan vəziyyətdə mənzilə köçürülməkləri ilə bağlı iddia qaldırmaq məcburiyyətindədirlər. Qeyd edir ki, mübahisəli ev onun pulu ilə alınıb. Ev onun adına qeydə alınmalıydı. Evin sənədləri qaydasında olmadığından etibarnamə ilə anasının alınması, sonra ona bağışlaması məsləhət görülmüşdür. Qanunsuz yolla bu ev anasının adına sənədləşdirilib. Bir qaçqınla əlbir olub bu evi öz adına qeydə aldırıb. Ona dəfələrlə dedi ki, evi adına sənədləşdir və ya pulunu qaytar. Nəticəsi olmamışdır. Digər cavabdeh olan bacısının oğlu hazırda hərbi xidmətdədir, o biri oğlu Hüseyn anadangəlmə xəstədir, laldır. Əqli cəhətdən zəifdir.
8. İlkin iddia üzrə iddiaçı iddia tələbi üzrə iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbi üzrə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir və əlavə olaraq qeyd etmişdir ki, Alxutova Raisadan mübahisəli evi etibarnamə əsasında almış Ərşad Talıbova satmışdır. Bir neçə aydan sonra ona müraciət edərək evi razılıq əsasında ona geri qaytarmışdır. Ərşad Talıbov evi 8 aydan sonra geri qaytarma səbəbi kimi qaçqın olduğunu və rayona getdiyini bildirmişdir. Həmin evdə 2004cü il yanvarın 15-dən yaşamışdır. Qızlarından birinin 1997-1998-ci il, digər qızının 19951996-cı il tarixlərində ailə qurduğunu, bir qızının Tümendə yaşadığını, digər qızının isə onun anası ilə yaşadığını, bu evi aland a qızlarının onunla bir yerdə qalmadıqlarını bildirmişdir. Bu evi alanadək özünün Əhmədlidə olan evində qalmışdır. Qızlarının bu evdə heç bir zaman yaşamadığını, sadəcə olaraq bu evdə qeydiyyatlarının olduğunu bildirmişdir. Əvvəlcə anasının evində qeydiyyatda olmuşlar, sonradan aldadaraq onun evinə qeydiyyata düşmüşlər. Qeydiyyata düşən zaman cavabdehlərə yalnız qeydiyyat üçün razılıq vermiş, istifadə hüququnun verilməsinə dair aralarında razılaşma olmamışdır.
9. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 ilkin iddia tələbi üzrə iddianın təmin edilməməsini, qarşılıqlı iddia tələbi üzrə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin evi notariusda etibarnamə əsasında bacısının yoldaşının və əmisi qızının iştirakı ilə almışdır. Bu ev alınan zaman 1 ildən az vaxtda anası ilə bu evdə yaşamışdır. Sonradan aralarında problem yarandığı üçün nənələrinin yanına gedib qalmışlar. Nənələrinin evinin indi dayısına məxsus olduğunu bildirmişdir. Əvvəl nənəsinin evində qeydiyyatda olmuşdur. Analarının daim ev alıb satdığına görə qeydiyyatının olmadığını qeyd etmişdir. Mübahisəli evə 2010-cı ildə qeydiyyata düşmüşdür. Qeydiyyata düşən zaman bu evdə yaşamamışdır. 2016-cı ildə ailə qurduğu üçün hal-hazırda ailəsi ilə bir yerdə digər yaşayış sahəsində yaşadığını bildirmişdir.
10. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 ilkin iddia tələbi üzrə iddianın təmin edilməməsini, qarşılıqlı iddia tələbi üzrə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir və əlavə olaraq bildirdi ki, 1 995-ci ildə Azərbaycandan Rusiya Federasiyasının Tümen şəhərinə getmişdir. Tümenə getmə səbəbi kimi anasının başqa kişi ilə ailə qurduğunu, həmin kişinin onlarla bir evdə qalmasını, həmin kişinin onu döydüyünü, onu evdən çıxardıqlarını, ailə quraraq ora getdiyini, bir neçə ildən sonra övladı olmadığı üçün ayrıldığını və 1998-ci ildə Azərbaycana qayıtdığını bildirmişdir. Həmin vaxtı mübahisəli ev olmamış, hamısı kirayədə yaşamışlar. Gələn zaman əvvəl bacısı ilə kirayədə qalmış, 2004-cü ilin martın 13-də oğlu doğulan zaman həmin evdə yaşamışdır. Yoldaşının təhsil aldığı və çox imkanı olmadığı üçün orada yaşadığını bildirmişdir. 2004-cü ilin dekabrın 29-da anası onu evdən çıxarmışdır. Axırıncı dəfə yoldaşından ayrıldığı üçün 6 ay bu evdə yaşamışdır.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (b undan sonra birinci instansiya məhkəməsi) 2(003)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, (hakim R.H. Xəzri) həm ilkin, həm də qarşılıqlı iddia üzrə iddia tələblərinin rədd edilməsini qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilik tələblərinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir.
13. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edib ki, qeyd edilən mənzilin mülkiyyətçisi ilə cavabdehlər arasında heç bir notariat qaydasında təsdiqlənmiş y azılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da sonunculrın qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də iddia tələbi ilkin iddia üzrə cavbdehlər istifadə hüquqlarının itirilməsi hissəsində təmin edilməməlidir.
14. Göründüyü kimi,qanunvericilik baxımından cavabdehlər Cavabdeh1ın, Cavabdeh2, Cavabdeh3 mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir.
15. Eyni zamanda ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 istifadə hüquqları mövcud olmadığından mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin zi ddinə istifadə etməklə onun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməzlər.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 216-220-ci maddələrinə istinad edərək əsaslandırm ışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 şikayət verərək, birinci instansiya məhkəməsinin 2(003)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, o, mübahisəli mənzilə 2010-cu ildə qeydiyyata düşmüş və orada yaşamışdır. Lakin sonradan müəyyən səbəblərdən məcburiyyət qarşısında qalaraq müvəqqəti olaraq ayrı yerdə yaşaması onun istifadə hüquqlarına xitam verilməsinə əsas ola bilməz. Həmçinin birinci instansiya məhkəməsi hazırki mübahisənin həlli üçün qüvvədə olan Mənzi l Məcəlləsinin normalarına istinad etməli olduğu halda, Konstitusiya Məhkəməsinin mövqeyinə də zidd olaraq Mülki Məcəllənin 228-ci maddəsinə istinad etmiş və bununla da maddi hüquq normalarının tətbiqi ilə bağlı tələbləri pozmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(103)-2166/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, (hakimlər – F.F. Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva, G.T.Axundova) apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin 2(003)-3151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Məhkəmənin qeyd edib ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki hallar ı, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.Belə ki, hazırki işin hallarından, o cümlədən cavabdehin məhkəmə iclasında verdiyi ifadədən görünür ki, mübahisəli mənzili xx.xx.2006-cı il tarixdən iddiaçının mülkiyyətinə keçmiş və cavabdeh həmin vaxt orada yaşamış, 2006-cı ilin dekabrında isə ailə həyatı quraraq həmin mənzili tərk etmiş və hələ də evli olmaqla öz ailəsi birlikdə başqa yerdə məskunlaşmağa başlamışdır.
16. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu ilədək yarandığından və qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan hazırkı mübahisə üzrə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır.
17. Məhkəmə kollegiyası edib ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli evin anasının adına rəsmiləşdirildiyi 03 iyun 2006-cı il tarixdən qısa müddət sonra, yəni həmin ilin dekabr ayında ailə həyatı qurduğundan həmin evi tərk etmiş, həyat yoldaşı ilə başqa mənzildə yaşamış və onun hazırki mübahisəli mənzildən istifadə ehtiyacı aradan qalxmış olmuşdur. Digər tərəfdən işin halları ilə müəyyən edilmişdir ki, ana-övlad arasında etibarlı ailə münasibətləri də mövcud deyildir.
18. Buna görə də kollegiya hesab edib ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnu artıq 2006-cı ildə ailə həyatı quraraq evi tərk etdiyi zamandan etibarən itirmişdir. Belə olduğu təqdirdə onun m übahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə sonuncunun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməsi üçün heç bir qanuni və hüquqi əsaslar mövcud deyildir.
19. Məhkəmə öz mövgeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, 262.2-ci maddəsinə, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına, AR MPM-in 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
20. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 (onun vəkili X4) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2166/2024 saylı, xx.xx.2024-cü il tariхli qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1nun iddia tələbinin təmin edilməs i barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamədə Konstitusiya Məhkəməsinin Plenum qərarını qeyd etsə də, faktiki olaraq həmin qərara əsaslanmamış, nəticədə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını düzgün tətbiq etməmişdir. Bu baxımdan, cavabdehlə iddiaçının ailə münasibətlərinə xitam verilmədiyindən mübahisəli mənzilə dair istifadə hüququ bərpa olunmalıdır. Məhkəmə qətnaməsində ilkin iddia tələbinin təmin edilməməsini qət etsə də, faktiki olaraq ilkin iddiaçının iddia tələbini tam təmin etmişdir. Məhkəmə Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarının tətbiq edilməsini qeyd etmişdir, bu mövqe ilə razı deyillər. Lakin əgər məhkəmənin bu mövqeyindən yanaşsalar, o zaman ilkin iddiaçı tə rəfindən Cavabdeh1 istifadə hüququnun xitam verilməsi ilə əlaqədar mənzilin bazar dəyərinə müvafiq olaraq kompensasiya ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi göstərilən maddənin müddəalarını da düzgün tətbiq etməmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi hazırki mülki işi məhdud əşya hüququ ilə əlaqələndirmiş və sonda absurd bir nəticəyə gəlmişdir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi qərəzli mövqedən çıxış etmiş və hüquqlarını təmsil etdiyi şəxsin hüquqi vəziyyətini ağırlaşdıran qətnamə qəbul etmişdir. İlkin iddia üzrə iddiaçının məhkəmədən cavabdehin mübahisəli mənzildən istifadə hüququnun xitam verilməsini tələb etməsinin əsas səbəbi, evi gələcəkdə nəvəsi X5 hədiyyə vermək (əvəzsiz mülkiyyətinə vermək), bununla da gələcəkdə Cavabdeh1 vərəsəlik hü ququ əsasında əldə olunacaq əmlakdan əsassız olaraq məhrum etmək məqsədi güdür. Apellyasiya instansiya məhkəməsinin qeyd olunan xüsusatları qiymətləndirməyərək sonda ədalətsiz mövqedən çıxış edərək qanunsuz və əsassız qətnamə qəbul etməsi pozuntu təşkil etməklə mülki münasibətlər dairəsini iflic vəziyyətinə sala bilər, eləcə də bu cür hüquqpozuntuları gələcəkdə cəmiyyətin hüquqi nihilizmə meyilliyinin artmasına səbəb ola bilər.
22. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı kassasiya şikayətinin əsası kimi AR Mülki Məcəllənin 255.1 və 256.1-ci maddələrinə, AR Mənzil Məcəlləsinin (MM) 30.1, 30.2, 30.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli Qərarı,Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı,,AR Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 8, 9, 77, 88, 418.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı (onun vəkili Vəkil3) kassasiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətinin əsassız olduğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, kassator bildirib ki, iddiaçı ilə Cavabdeh1 ailə üzvü hesab edilirlər, halbuki bu hal həqiqəqtə uyğun deyil. Cavabdeh1 uzun illər əvvəl ailə həyatı qurub, gəlin köçüb getmişdir. İddiaçı onun ailə üzvü deyil. Həmçinin, kassator qeyd edib: "Ulviyyə Cavadova hazırda həyat yoldaşı ilə arasındakı ailə münasibətləri gərgin vəziyyətdə olduğuna görə onun anasının mülkiyyətində olan evə köçürülməsinə zərurət yaranmışdır." Bununla kassator etiraf edib ki, Cavabdeh1 ailəsi qurduğu ailədir, həmçin in yaşayış ünvanı əri ilə yaşadığı ünvan olmuşdur. Kassatorun Konstitusiya Məhkəməsinin müxtəlif tarixli qərarlarına istinad etməsi Cavabdeh1 ailə qarmaqla ər evinə gəlin köçməsi və ailə həyatını əri ilə birlikdə daimi davam etdirməsi səbəbindən yersiz və əsassızdır. Qeyd edilənlərə əsasən, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)2166/2024 saylı, xx.xx.2024-cü il tariхli qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
24. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsin ə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) hə min hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar....Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqların ın ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişd ir.
37. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 apre l 2004-cü il tarixli Qərarı).
40. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2166/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.