Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3113/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli 2(103)12013/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev, iş № 2(007)-3183/2018) İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqın ın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə eyni zamanda “xxxx” QSC–nin cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən (ilkin iddia tələblərinin təmin edilmədiyi) hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 15 aprel 2011-ci il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tibbi nümayəndə vəzifəsinə qəbul olunmaqla onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşəgötürənin 28 iyun 2018-ci i l tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b”, “d” və “e” bəndlərinin, “xxxx” QSC-nin “İşçilər haqqında təlimatı”nın” 8-ci bəndinin və əmək müqaviləsinin tələblərini pozduğuna görə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 2018-ci ilin iyul ayında İddiaçı “xxxx”QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni əsaslar olmadan işdən azad olunmasını əsas göstərməklə həmin əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh “xxxx” QSC qarşılıqlı iddia verərək İddiaçı işlədiyi marketinq şöbəsinin fəaliyyətinə dair kommersiya dəyərinə malik məlumatları yaymaqla şir kətin işgüzar nüfuzuna 20.000 manat ziyan vurulmasını əsas göstərməklə həmin zərərin ondan QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək iddia tələbinin rədd edilməsinə dair məhkəmənin əsaslandırılmasının qanunun tələbinə uyğun olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və onun iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəy yən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdeh tərəfin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin rədd olunmasını qanuni sayarkən iddiaçının işlədiyi dövrdə bir neçə dəfə əmək intizamını və davranış qaydalarını pozmasını, işdən yayınmaqla əmək funksiyalarını pozmasını, ona edilən iradlara və xəbərdarlıqlara kobud şəkildə etiraz etməsini, müəssisədaxili intizam qaydalarına riayət etməməsini, müəssisənin qanuni mənafelərini pozmasını, yol verdiyi nöqsanlara görə onun barəsində intizam tənbehlərinin tətbiq olunmasını müəyyən edən birinci instansiya məhkəməsinin nəticəsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçının himayəsində 3 yaşına çatmamış uşağının olması ona üzərinə götürdüyü əmək öhdəliklərinin yerinə yetirilməsindən imtina etmək üçün əsas vermir. Kollegiyaya görə 3 yaşına çatmamış uşağı olan işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsini isti sna etməsini bilən iddiaçı qəsdən əmək intizamını pozduğundan onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsaslı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinə zidd olduğundan qətnamə qanuni sayıla bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən üç yaşınadək uşağı olan qadınlarla bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşdən görünür ki, iddiaçının himayəsində 20 aprel 2016-cı il tarixdə doğulmuş Aylin adında qızı vardır. (i/v.13) İşin həmin halı iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini qadağan etməsinə baxmayaraq, cavabdeh 28 iyun 2018-ci il tarixli əmrlə onu işdən azad etməklə Əmək Məcəlləsi nin 79-cu maddəsinin tələbini pozmuşdur. İddiaçının qanunun həmin tələbini bildiyi vəziyyətdə əmək intizamını qəsdən pozmasına dair məhkəmə kollegiyasının nəticəsi qanuna söykənmədiyindən əsaslı sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3113/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3113/2019
01.05.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver