Məhkəmə qərarları › İş №2(102)-3114/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3114/2022

16.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3114/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə olan istifadə hüquqlarının itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu ( məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1364/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanındakı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini və qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər əvvəllər həmin evdə yaşasalar da, sonradan evdən çıxıb gedərək özlərinə ev alıb orad a yaşamaqdadırlar. Cavabdehlərin yaşamaları üçün şəraitləri olsa da, bu günə kimi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar.

4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia qismən təmin edilərək Cavabdeh1 və xx.xx.2013-cü il təvəllüdlü X1 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 3 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hissədə təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evin 2 otağı paylı mülkiyyət hüququ üzrə iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə cavabdehlər iddiaçının oğlu, gəlini və nəvəsidir. Cavabdehlər Cavab deh2 və Cavabdeh1 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanılmış və həmin nikah xx.xx.2009-cu il tarixdə pozulmuşdur. Qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-1546/2002 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ə.Əzizov küçəsində yerləşən 31 saylı evə istifadə hüququ tanınmış və o, həmin mənzilə köçürülmüşdür.

6. Məhkəmə toplanmış sübutlara müvafiq hüquq normalarını tətbiq etməklə məcmu halında qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi yalnız onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. İddiaçı Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmi şdir. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 mülkiyyətindəki mənzildə onunla birlikdə daimi yaşaması ilə bağlı da iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim olunmamışdır. İddia Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna yalnız müvafiq kompensasiya ödənilməsi yolu ilə, yaxud mübahisəli mənzilə ehtiyacının aradan qalxmasından sonra kompensasiya verilmədən xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1364/2022 nömrəli, 04 fevral 2022 -ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c)

10. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq.

11. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-c ü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsi:

12. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçiri.

13. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

14. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 15..Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışı nın hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktının qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh2 və Cav abdeh3 qarşı iddianın rədd olunmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən Cavabdeh2 mübahisəli mənzildən başqa daimi yaşayış yerinə köçməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsini, Cavabdeh3 isə anasının yanında yaşamasının daimi xarakter daşımamaqla onun mübahisəli mənzilə ehtiyacının aradan qalxması barədə işdə sübutların olmamasını əsas göstərmiş və gəldiyi nəticənin qanuni əsası kimi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 87,123-cü maddələrinə istinad etmişdir.

23. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmadığından, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

24. İş materiallarından görünür ki, İddiaçı 06 dekabr 2008-ci il tarixdən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmaqla Cavabdeh2 onun oğlu, digər Cavabdeh3 isə onun nəvəsidir.

25. İddiaçı iddia etməsinə görə oğlu Cavabdeh2 və onun ailə üzvləri mübahisəli evə qeydiyyatlarını saxlasalar da, uzun müddətdir ki, oradan çıxıb getmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsində yerləşən 15 saylı evin 39 saylı mənzilində yaşayırlar.

26. İşə birinci instansiya məhkəməsində baxılarkən verdiyi izahatında isə Cavabdeh2 nümayəndəsi onun 2015-ci ilin may ayından mübahisəli mənzildə yaşamamasını təsdiq etmiş, lakin bunun səbəbini iddiaçı tərəfindən evdən məcburi çıxarılması i lə izah etmişdir.

27. Müəyyən olunduğu kimi Cavabdeh2 iş üzrə digər Cavabdeh1 ilə olan nikahı 25 sentyabr 2009-cu il tarixdə pozulsa da, onlar yenidən barışmaqla faktiki ailə münasibətlərini davam etdirmişlər və bu, onların faktiki nikah münasibətindən 05 noyabr 2013-cü il tarixdə X1 doğulması ilə təsdiq olunur.

28. İşdən görünür ki, həqiqətən də Cavabdeh1 mülkiyyətində üç mənzil vardır.

29. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 başqa daimi yaşayış yerinə köçməsi barədə işdə sübutların olmamasına əsaslanıb ona və oğlu Cavabdeh3 münasibətdə iddianın rədd olunmasını əsaslı sayarkən onların Cavabdeh1 ilə birlikdə yaşamaları barədə iddiaçının dəlillərini lazımınca araşdırmamış və işin həmin hallarına qiymət verməmişdir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azər baycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına görə Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.

31. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

32. Plenuma görə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir.

33. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur:- yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu.

34. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzm ununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.

35. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələb i ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas dey il. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

36. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə əsassız olması barədə nəticəyə gələrkən cavabdehin istifadə hüququna malik olduğu yaşayış sahəsində uzun müddət yaşamamasının və bu müddət ərzində mübahisəli evə köçürülməsi barədə iddia qaldırmamasının səbəblərini lazımınca yoxlamamış, həmin sahəyə ehtiyacının qalıb-qalmaması məsələsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının tələbləri baxımından qiymət verməmişdir.

37. İşin mübahisə edilən həmin halları kollegiyaya görə səthi araşdırılmış, Cavabdeh2 uzun müddət ərzində harada yaşaması araşdırılmam ışdır. Halbuki həmin hallar mübahisənin düzgün və qanuni həlli üçün mühüm əhəmiyyətə malikdir.

38. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səthi yoxlanılmış sübutlar əsasında nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.

39. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar