Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3117/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əmək mübahisəsi) 30.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri: Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(103)448/2022 saylı qətnaməsindən iddiaçı Veysov İsmayıl Həbib oğlunun kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı X (bundan sonra iddiaçı) 01 sentyabr 2012 -ci il tarixdə Cavabdeh MMC-də (bundan sonra iddiaçı) yüksək gərginlikli elektik montyoru vəzifəsinə təyin edilib. “X tərəfindən verilmiş epikrizdə göstərilir ki, iddiaçı, “ÜİX. Miokardın aşağı divarının transmural infarktı əsasında sol mədəcik çatışmazlığı İİ f.s. ağırlaşması və yanaşı olaraq şəkərli diabet İİ tip xəstəliyi ilə” 19 may 2019-cı ildən 21 may 2019-cu il tarixədək müalicə alıb. İddiaçı tərəfindən “X kardiologiya poliklinikasına 19 may 2019-cu ildə 400, 20 may 2019-cu ildə 3.700 manat tibbi xidmət haqqı ödənilib. Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən cavabdehə ünvanlanmış 31 iyul 2019-cu il tarixli məktubda göstərilir ki, iddiaçı 27 sentyabr 2017-ci il tarixdə yüngül formada “Qapalı KBT” keçirib, ondan sonra qısa müddətdə 19 mart 2019-cu ildən 29 mar t 2019-cu il tarixədək” “arterial hipertenziya” diaqnozu ilə əmək qabiliyyəti itirmə vərəqəsində olub. 19 may 2019-cu il tarixdə X “ÜİX. Miokardın aşağı divarının transmural infarktı, sol mədəciyin çatışmazlığı, İİ f/s. şəkərli diabet İİ tip” diaqnozu ilə stasionar müalicə alıb. 27 may 2019-cu il tarixdə 6 saylı BŞX-nın poliklinika şöbəsində kardioloqda dispanser qeydiyyata götürülüb. Ondan sonra xəstə 27 may 2019-cu ildən 13 iyul 2019-cu il tarixədək 6 saylı BŞX-nın poliklinika şöbəsində “ÜİX.Gərginlik Stenokardiyası İİ f/s, infarktdan sonrakı kardioskeleroz” diaqnozu ilə əmək qabiliyyətini itirmə vərəqəsində olub. Xəstə öz təkidi ilə işə yazılıb. Xəstənin bu vəziyyətini nəzərə alaraq yüngül işlə təmin olunması məsləhət görülüb. İddiaçı ərizə ilə 23 sentyabr 2019-cu ildə növbəti məzuniyyə tə çıxması üçün cavabdehə müraciət edib (ərizənin tarixi yoxdur). 05 dekabr 2019-cu il tarixdə cavabdeh iddiaçıya aşağıdakı məzmunda məktub göndərib: “Sizinlə imzalanmış 01 sentyabr 2012-ci il tarixli əmək müqaviləsinə əsasən yüksək gərginlikli elektrik montyoru vəzifəsinə işə qəbul edilmişsizniz. Hazırda səhhətinizdə yaranan problemlərlə əlaqədar olaraq bu vəzifədə işləməyiniz məqsədə müvafiq deyil. Belə ki, Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının 1032 saylı məktubuna əsasən siz 2019-cu il ərzində dəfələrlə ayrı-ayrı vaxtlarda “arterial hipertenziya” diaqnozu ilə müalicələr almışınız. Eyni zamanda həmin arayışda qeyd olunur ki, iddiaçı 2017-ci ildə “qapalı KTB” ilə müalicə alıb. Hazırki vəziyyətdə onun həmin vəzifədə işləməsi mümkün olmadığı nəzərə alınaraq onun (aylıq əm ək haqqı saxlanılmaqla) daha yüngül vəzifəyə keçirilməsi məsləhət görülür.” Məktub xəbərnaməli poçt vasitəsilə göndərilib və 10 dekabr 2019-cu il tarixdə iddiaçıya təqdim edilib. İddiaçıya cavabdeh tərəfindən aşağıdakı məzmunda xəbərdarlıq ünvanlanıb: (tarixi göstərilməyib) “cavabdehin 20 sentyabr 2019-cu il tarixli, 33 saylı əmrinə əsasən, növbəti əmək məzuniyyətinə buraxılmısınız. Həmin əmrə əsasən, 04 noyabr 2019-cu il tarixdən məzuniyyətin sona yetməsi ilə əlaqədar işə qayıtmalı idiniz. Lakin həmin tarixdən bu günə qədər növbətçilik cədvəli üzrə heç bir üzrlü səbəb göstərmədən işə çıxmayaraq, iş qrafikini pozursunuz. Bu da son nəticədə Əmək Məcəlləsinin tələblərinin pozulmasına gətirib çıxarır. Sizinlə əlaqə saxlayıb bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə idarəyə dəvət etsək də, müxtəlif bəhanələr gətirərək idarəyə gəlmədiniz və Bakı şəhərində olmadığınızı bildirdiniz. Sizə bildirilir ki, nəticə olmadığı təqdirdə Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozmuş hesab ediləcəksiniz. Bu məsələyə aydınlıq gətirilməsi məqsədilə idarəyə gəlməniz məsləhət görülür. Məktub, 18 yanvar 2020-ci il tarixdə xəbərnaməli poçt vasitəsilə iddiaçıya təqdim edilib. 21 yanvar 2020-ci il tarixdə cavabdehin direktor müavini X mühasib X, texniki təhlükəsizlik və əməyin mühafizəsi X, hüquqşünas X tərəfindən iddiaçının üzrlü səbəb olmadan iş qrafikini pozması və işə gəlməməsi barədə akt tərtib edilib. İşəgötürənin 23 yanvar 2020-ci il tarixli, 10 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “a” bəndi üzrə) 23 yanvar 2020-ci il tarixdən xitam verilib. X3 Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 10 fevral 2021-ci il tarixli məktubda göstərilir ki, iddiaçı ilə birgə işləmiş iş yoldaşları izahatlarında onun 03 yanvar 2015-ci il tarixdə iş vaxtında xəsarət almasının şahidləri olmayıblar. Eyni zamanda Qaradağ rayon prokurorluğunun 22 oktyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında göstərilir ki, 03 yanvar 2015-ci il tarixdə cavabdehə məxsus “Binə” Ticarət Mərkəzinin transformatorunda partlayışın baş verməsi və bunun nəticəsində onun xəsarət alması faktı öz təsdiqini tapmadığından və hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib. Qeyd olunan səbəblərdən iddiaçının səhhətinin pozulması halının istehsalatla əlaqəsini müəyyən etmək mümkün olmayıb. Habelə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyindən cavabdehin rəhbərliyi Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilib. X1 06 aprel 2020-ci il tarixli digər məktubunda isə cavabdehin rəhbərliyi barəsində İXM-nin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib. İddiaçı, 11 yanvar 2021-ci il tarixdə cavabdehə müraciət edərək təqaüdünün hesablanması üçün əmək kitabçasının surətinin verilməsini xahiş edib. Cavabdeh 21 yanvar 2021-ci il tarixdə iddiaçıya bildiriş ünvanlayaraq aralarında bağlanmış 01 sentyabr 2012-ci il tarixli, 53 saylı əmək müqaviləsinə xitam verildiyini bildirib və əmə k kitabçasının cavabdehin kadrlar şöbəsindən götürməsini təklif edib. Bildiriş xəbərnaməli poçt vasitəsilə 01 fevral 2021-ci il tarixdə iddiaçıya təqdim edilib. İddiaçı, 04 may 2021-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə işəgötürənin 23 yanvar 2020- ci il tarixli əmrinin ləğv edilməsi; onun cavabdehdə “elektrik mantyoru” işinə bərpa edilməsi və məcburi işburaxmaya görə məcburi ödənişlər çıxılmaqla, işə bərpa olunanadək əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, cavabdehə məxsus “Binə” Ticarət Mərkəzində iş zama nı transformatorda baş vermiş yanğın nəticəsində xəsarət alıb. Ticarət mərkəzinin rəhbərliyinin tapşırığına əsasən özlərinə məxsus klinikada müalicə olunub və bu barədə əlaqədar təşkilatlara məlumat verməyib. 2019-cu ildə ürəyində yaranmış problemlə bağlı müalicə olunduqdan sonra səhhəti bəhanə gətirilərək Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən azad edilib. Ona görə də, işdən azad edilməsi barədə əmr ləğv edilməli, o, əvvəlki işinə bərpa edilərək, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Çünki, yuxarıda qeyd edilənlərə görə, işdən azad edilməsi üçün heç bir qanuni əsas olmayıb. Odur ki, əvvəlki işinə bərpa edilməklə yanaşı, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçı, məhkəmə iclasında əlavə olaraq bildirmiş ki, o, cavabdehdən, yəni Bi nə Ticarət Mərkəzindən qanunsuz olaraq işdən çıxarıldıqdan sonra müxtəlif aidiyyatı orqanlara şikayətlər edib. Bununla əlaqədar olaraq Əmək Müfəttişliyi tərəfindən Binə Ticarət Mərkəzinin rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb edilib. O, hər dəfə şikayətindən sonra Binə Ticarət Mərkəzinin rəhbər işçiləri tərəfindən Ticarət Mərkəzinə dəvət olunub və şikayət etməməsi xahiş olunub. Ona Binə Ticarət Mərkəzinin rəhbəri X ilə görüşdürəcəkləri deyilib və işinə qaytaracaqları vədləri verilib, hər dəfə belə vədlər verilərək onu aldatmışlar. Sonda ona öz əvvəlki elektrik işi yox, süpürgəçi işi təklif olunub. O isə bunu Qarabağ müharibəsinin iştirakçısı və əlili kimi özünə layiq bilmədiyi üçün süpürgəçi işləməkdən imtina edib. Bunlar məsələni belə uzatmaqla onun məhkəməyə şikayət etməsinə maneə olmağa çalışıblar. O, heç vaxt üzürsüz səbəbdən işdən qalmayıb, həmişə işə gedib, lakin cavabdeh tərəf onu işə buraxmayaraq, davamiyyət jurnalına imza atmasına maneə olublar. Onun məhkəməyə gec müraciət etməsinin əsas səbəbi aidiyyəti orqanlara şikayət etməsi, ən başlıca səbəbi isə “Binə” Ticarət Mərkəzinin rəhbər işçilərinin onu işlə təmin edəcəklərinə vədlər verərək onu aldatmaları olub. Cavabdeh məhkəməyə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə verib və göstərib ki, 23 yanvar 2020-ci il tarixli, 10 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “a” bəndi) 23 oktyabr 2020-ci il tarixdən xitam verilib. İddiaçı, hazırki iddia ilə məhkəməyə 1 il 3 ay 11 gündən sonra müraciət edib və bununla da qanınla müəy yən edilmiş 1 aylıq müddəti üzrsüz səbəblərdən ötürüb. 10 dekabr 2019-cu il tarixdə iddiaçıya teleqram vurularaq idarəyə dəvət olunub, ancaq o, müəssisəyə gəlməyib və izahat yazmaqdan imtina edib və ona təklif edilmiş işi qəbul edib-etməməsinə dair fikirlərini bildirməyib. 21 yanvar 2020-ci il tarixdə iddiaçının işə gəlməməsi barədə işçilərin iştirakı ilə akt tərtib edilib. Bütün bunlardan sonra, 23 yanvar 2020-ci il tarixdə iddiaçı işdən azad edilib və ona həmin tarixdə bildiriş göndərilərək, 01 sentyabr 2012-ci il tarixli, 53 saylı əmək müqaviləsinə xitam verildiyi və əmək kitabçasını cavabdehin kadrlar şöbəsindən götürmək təklif edilib. Ona görə də Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia, iddia müddəti tətbiq edilməklə rədd edilib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırıb ki, iddiaçı işdən azad olunduğunu 23 yanvar 2020-ci il tarixdə bildiyi halda, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə yalnız 04 may 2021-ci il tarixdə müraciət edib. Bununla da iddiaçı, qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrlü səbəb olmadan ötürüb və bu müddətin bərpa edilməsi üçün işdə heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 296.2-ci maddəsinin və Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətn aməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, qanunvericilikdə nəzərdə tutulan müddət onun tərəfindən üzrsüz səbəbdən deyil, üzrlü səbəbdən ötürülüb. Belə ki, cavabdeh onu işdən azad etdikdən sonra cavabdehin rəhbərliyi dəfələrlə onu qəbuluna çağıraraq aidiyyəti üzrə işlə təmin edəcəyinə söz verib, süründürməçilik edib və vaxtında işi məhkəmə qaydasında mübahisələndirməsinə əngəl törədib. Hər dəfə onlara inanaraq məhkəməyə müraciət etmək fikrindən daşınsa da, sonda onu heç bir işlə təmin etməyiblər. Yekunda məhkəməyə müraciət etsə də, qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürüb. Bununla yanaşı, baş vermiş hüququ pozuntusu ilə bağlı X3 Xidmətinə şikayət edib və həmin qurumun 10 fevral 2021-ci il tarixli qərarı ilə onun işdən azad edilməsi qanunsuz hesab edilib və cavabdehin qanuni təmsilçisi İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Rəşad Həsənov sədrlik edən, məruzəçi, Anar Tanrıverdiyev və İlham Kərimli) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırıb ki, iddiaçı nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya icraatı zamanı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddətin onun tərəfindən üzrlü səbəblərdən ötürüldüyünü mübahisələndirməyib, yalnız müddəti ötürməsinin üzürlü səbəblərdə n baş verdiyini bildirib. Üzürlü səbəb kimi, iddiaçı ilk növbədə cavabdehin səlahiyyətli şəxsləri tərəfindən onu işlə təmin edəcəklərini vəd etmələri, habelə cavabdehin qanunsuz hərəkətləri ilə bağlı onun X2 müraciət etməsi göstərilib. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılmasının üzürlü səbəbdən ötürülməsi ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlillər – onun tərəfindən X2 müraciət edilməsi, habelə cavabdehin səlahiyyətli şəxsləri tərəfindən onun işlə təmin ediləcəyinə dair vədlər verməsi kimi hallar əslində bu müddətin ötürülməsinin üzürlü hesab edilməsinə əsas ola bilməz. Belə ki, X3 Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək mübahisəsini həll edən orqan deyil. Həmçinin, cavabdehin iddiaçını işlə təmin etmək vədi ilə bağlı apellasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həqiqətən də, işdə olan sənədlərdən cavabdehin rəhbərliyi tərəfindən iddiaçıya belə bir iş təklifi edilib. Lakin, iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından göründüyü kimi, bu təkliflər ona 2019-cu ilin sonlarından başlayaraq edilib, lakin iddiaçı həmin təklifləri qəbul etməyib. Yuxarıda qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülüb və müddətin ötürülməsi üzürlü səbəbdən baş verməyib. Ona görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına uyğun olmaqla qanuni və əsaslı olub. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 294-cü madd əsinin 1 və 2-ci bəndlərinin, 296-cı maddəsinin 2 və 3-cü bəndlərinin, 3-cü maddəsinin 1-ci hissəsinin, habelə “294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarının və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şika yəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsinin hansı sübutlara istinad edərək qətnamə çıxarması tam aydın deyil. Çünki, iş üzrə hər iki tərəfin qəbul etdiyi hallar (faktlar) mövcuddur. Belə ki, 11 yanvar 2021-ci il tarixində iddiaçı yazılı ərizə ilə cavabdehə müraciət edərək, əmək kitabçasının ona təhvil verilməsini xahiş edib. Cavabdeh tərfindən 21 yanvar 2021-ci il tarixli məktubla iddiaçıya Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi bildirilib və əmək kitabçasının götürülməsi təklif olunub. Lakin, iddiaçı sağlamlığı ilə bağlı problemlər səbəbindən əmək kitabçasını götürə bilməyib. Sonradan cavabdeh tərfindən 05 aprel 2021-ci il tarixli məktubla bir daha əmək kitabçasının götürülməsi iddiaçıya təklif edilib. Bu məktubdan sonra iddiaçı əmək kitabçasını alıb və 04 may 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Göründüyü kimi, əmək kitabçasının alınması barədə cavabdehin 05 aprel 2021-ci il tarixli məktubu iddiaçıya poçt vasitəsi ilə sonrakı günlərdə çatdırılıb. İddiaçı əmək kitabçasını alıb, əmrin əmək kitabçasındakı mətni ilə tanış olub və 04 may 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Yəni, iddiaçı tərəfindən 1 (bir) aydan az müddət ərzində məhkəməyə müraciət olunub. Belə olduğu halda məhkəmənin iddia müddətinin ötürülməsi ilə bağlı heç bir dəlili qəbul edilə bilməz. Göstərilənlər, apellyasiya instansiyası məhkəməsinin əmək kitabçasının iddiaçıya 2020-ci ilin yanvar ayında verilməsi barədə dəlili tam əsassızdır. Yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinin tələbləri pozulub. Digər pozuntu işdən çıxarılma barədə 21 yanvar 2020-ci il tarixli aktla bağlıdır. Belə ki, iddiaçıya ürək üzərində cərrahiyyə əməliyyatı (iş materialları ilə təsdiq olunur) keçiriləndən sonra ona iş yerində əmək qanunvericiliyinə əsasən əvvəlki vəzifəsində işləməyin mümkün olmaması bildirilib və gözləməsi məsləhət görülüb (cavabdehin 05 dekabr 2019-cu il tarixli məktubu). Göründüyü kimi, Əmək Məcəlləsinin tələbləri və qarşılıqlı razılaşma əsasında iddiaçı işə çıxmayıb. Belə olan halda onun işə çıxması və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı cavabdehin iddiaçıya rəsmi müraciəti olmalı idi. İş materiallarından bəllidir ki belə bir müraciət olmayıb. Halbuki, başqa vəzifəyə keçməsi barədə cavabdehin yazılı təklifi mülki iş materiallarında var. Məhz göstərilən səbəbdən, iddiaçı dəfələrlə cavabdehlə danışıqlar apararaq onun tərəfindən yenidən işlə təmin olunacağı və buna görə də məhkəməyə müraciət etməyə ehtiyac qalmadığına inandırıb. Doğrudur, cavabdeh iddiaçıya iş təklifi edib, lakin təklif olunan iş süpürgəçi işi olduğundan və həmin işin də iddiaçının peşə qabiliyyətindən aşağı olması səbəbindən qəbul edilməməsi normaldır. Belə ki, iddiaçı əvvəllər həmin şirkətdə yüksək gərginlikli xətlər üzrə elektrik vəzifəsində işləyib və həmin işə bərabər səviyyəli işlə təmin olunmasını xahiş edib. Kasstor həmçinin kassasiya instansiyası məhkəməsinə ərizə ünvanlayaraq işə açıq məhkəmə iclasında baxılmasını xahiş edib və ərizəni onunla əsaslandırıb ki, vəkili hüquqi məsələləri bildirəcək və aşağı instansiya məhkəmələrini n qanunsuz qərarlar qəbul etməsi araşdırılacaq. Həmçinin onu işdən azad edən təşkilatın öz mövqeyini bildirməsi üçün işə məhkəmə iclasında baxılmasını xahiş edir. Bu iş məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün də əhəmiyyətli olacaqdır. Kassasiya instansiyası məhkəməsi vəsatəti əsassız hesab edərək qeyd edir ki, hazırki iş üzrə Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından vəsatət təmin edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməyib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 294-cü maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollekti v müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır; 296-cı maddəsində göstərilir ki, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmri n, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzi fəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında göstərilir ki, X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, f ərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəyə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddədə göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəyə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəyə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya insiansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüqu q normalarının tələblərini pozuduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehdə yüksək gərginlik üzrə elektrik vəzifəsində işləyib. İşəgötürənin 20 sentyabr 2019-cu il tarixli, 33 saylı əmri ilə iddiaçı öz ərizəsinə əsasən növbəti əmək məzuniyyətinə buraxılıb və o, 04 noyabr 2019-cu il tarixdə işə çıxmalı idi. Lakin, iddiaçı 04 noyabr 2019-cu il tarixdən sonra işə çıxmayıb. Bundan sonra, işəgötürənin 23 yanvar 2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddənin “a” bəndinə əsasən 23 yanvar 2020-ci il tarixdən xitam verilib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini 23 yanvar 2020ci il tarixdən bildiyi halda, hazırki iddia ərizəsi ilə məhkəməyə 04 may 2021-ci il tarixdə, yəni 1 il 3 aydan sonra müraciət etməklə qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrsüz səbəblərdən ötürüb. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilir ki, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərz ində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsində göstərilir ki, h üququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəyə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərldiyi dəlillər qanunla müəyyən edilmiş 1 aylıq müddətin üzrlü sayılması üçün əsas ola bilməz. Ona görə də mübahisə tərəfi sayılan cavabdeh in iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas sayıldığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrsüz səbəblərdən deyil, üzrlü səbəblərdən ötürdüyünü, işəgötürənin dəfələrlə onu qəbuluna çağıraraq müvafiq işlə təmin edəcəyinə söz verdiyini, bununla da işəgötürənin ona qarşı süründürməçilik etdiyini və vaxtında məhkəməyə müraciət etməsinə mane olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, Əmək Məcəllənin 72-ci maddəsinin a) bəndinə əsasə n, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsində isə göstərilir ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrlü səbəblərdən ötürməsi mülki iş materialları ilə istisna edimədiyindən və işdə, buraxılmış müddətin üzrlü sayılaraq bərpa edilməsi üçün qanunda göstərilən əsaslar olmadığından, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Daha sonra, iddiaçı kassasiya şikayətində iddia edir ki, ümumiyyətlə 1 aylıq müddəti ötürməyib. Belə ki, cavabdeh 21 yanvar 2021-ci il tarixli məktubla ona Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verildiyini bildirib və əmək kitabçasını götürməsini təklif edib. Lakin, o sağlamlığı ilə bağlı problemlər səbəbindən əmək kitabçasını götürə bilməyib. Sonradan, cavabdeh 05 aprel 2021-ci il tarixli məktubla bir daha əmək kitabçasını göt ürməyi ona təklif edilib. Bu məktubdan sonra o, əmək kitabçasını götürüb və 04 may 2021-ci il tarixində məhkəməyə iddia verib. O, üzrlü səbəbdən, yəni Əmək Məcəlləsinin tələbləri və qarşılıqlı razılaşma əsasında işə çıxmayıb. Belə olan halda onun işə çıxması və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı cavabdehin ona rəsmi müraciəti olmalı idi, mülki iş materiallarında isə belə bir müraciət yoxdur. Kasassiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi işin halları və onun özünün apellyasiya şikayətinin dəlilləri ilə istisna edilmir. Belə ki, iddiaçı kassasiya şikayətində əmək müqaviləsinə xitam verilməsini cavabdehin 21 yanvar 2021-ci il tarixli məktubu ilə bilməsi və əmək kitabçasını 05 aprel 2021-ci il tarixd ə alması və bu səbəbdən də müddəti ötürməməsini bildirsə də, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin rəhbərliyi dəfələrlə onu qəbuluna çağıraraq aidiyyəti üzrə işlə təmin edəcəklərinə söz versə də, süründürməçilik edib və vaxtında onun məhkəmədə iddia qaldırmasına mane olub. Hər dəfə onlara inanaraq məhkəməyə müraciət etmək fikrindən daşınsa da, sonda onu heç bir işlə təmin etməyib. Yekunda məhkəməyə müraciət etsə də, qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürüb. Göründüyü kimi, iddiaçının iddia müddətini üzrsüz səbəblərdən ötürməsi özünün ziddiyyətli mövqeyi ilə təsdiq olunur. Bundan başqa, iddiaçı qarşılıqlı razılaşma əsasında işə çıxmaması barədə məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. İddiaçı ona başqa vəzifəyə keçirilməsi ilə bağ lı rəsmi müraciət olmadığını bildirsə də, işin halları ilə müəyyən olunur ki, iddiaçıya başqa vəzifə təklif edilib, lakin o, özü bununla razılaşmayıb. Bundan başqa, iddiaçının hazırki halda cavabdehdə elektrik vəzifəsində işləməsi onun səhhəti üçün təhlükəli olmaqla əlverişli deyil. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərba ycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(103)-448/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3117/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3117/2022
30.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver