Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-312/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Salmanova Gülşən Arif qızının iştirakları ilə, İddiaçı Cavabdehə qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8708/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: B akı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(010)2416/2019 saylı qətnaməsi ilə (hakim T.N.Məmmədov) İddiaçı Cavabdehə qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8708/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışinski), İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(010)2416/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması və İddiaçı aşyaşlı uşağı X2 ilə birlikdə Bakı şəhəri, ünvan ünvanda yerləşən yaşayış sahəsinə (evə) köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun və azyaşlı oğlu X1 Bakı şəhəri, ünvan ünvanda 3 sot torpaq sahəsində yerləşən 4 otaqdan ibarət evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehin nikahı Füzuli Rayon Məhkəməsinin 14.01.2019-cu il tarixli, 2(064)-66/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, ünvan ünvanda yerləşən 3 sot torpaq sahəsində 4 otaqdan ibarət ev inşa edilmişlər. Nikahları pozulduqdan sonra keçmiş həyat yoldaşı onun həmin evdə yaşamağına imkan vermir. Bundan əlavə sonuncu evin qapılarını kilidləmiş və açarı da özündə saxlayır. Ona məxsus olan cehiz əşyaları və mebellər həmin evdədir. Cavabdehin qanunsuz hərəkətləri ucbatından o, öz cehiz əşyalarından məhrum olmuşdur. Hazırda o, azyaşlı uşağı ilə kirayədə qalmaq məcburiyyətində qalmışdır. İndiki iqtisadi çətinliklər dövründə kirayədə yaşamaq onun üçün çox çətindir. Bütün bunlara baxmayaraq cavabdeh onları mübahisəli mənzildə yaşamağa qoymur. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Salmanova Gülşən Arif qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Salmanova Gülşən Arif qızı kassasiya şikayətini müdafiə edib onun təmin olunmasını məhkəmə kolle giyasından xahiş etdilər. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh və vəkili Salmanova Gülşən Arif qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin 08 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan 1 azyaşlı uşaqlarının (01 iyul 2017-ci il təvəllüdlü X2) olması, nikahlarının Füzuli Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən pozulması işin mübahisə olunmayan hallarıdır. İş materiallarında n görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçının köçürülməsini iddia etdiyi evin özbaşına tikili olmasına, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamasına, belə olan halda, yəni mülkiyyət hüququ rəsmiləşdirilməyən evə hüququn tanınması və oraya köçürülmə tələbinin təmin oluna bilməməsinə əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 13-cü maddəsin ə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. İşdə olan sənədlərdən (Bakı şəhəri Suraxanı rayon İHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı və s.) görünür ki, mübahisə obyekti olan ev (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun bağlarının yanı, döngə 6) faktiki mövcud olmaqla, iddiaç ı orada yaşamışdır. İş materiallarından məlum olur ki, iddiaçı mübahisəli yaşayış sahəsinə köçərək, cavabdehlə ailə münasibətləri pozulanadək orada yaşamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər qeyd edildiyi kimi həmin evdən faktiki yaşayış sahəsi kimi istifadə etdiklərindən, orada ailə kimi yaşayaraq, birgə təsərrüfat idarə etdiklərindən mübahisəli evin mülkiyyətdə olmaması (özbaşına tikili olması) faktı da iddianın rədd olunması üçün əsas deyildir. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da, şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Bu hal, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir k i, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən, işin qeyd edilən hallarına tam, obyektiv və hərtərəfli hüquqi qiymət verməmiş, onları araşdırmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğ un olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir.Cavabdeh kassasiya şikayətində qeyd olunan evdə yaşayış üçün heç bir şəraitin olmadığını göstərsə və Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında bunu təsdiq etsə də, həmin evin birgə nikah dövründə tikildiyini təsdiq etmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində g östərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8708/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-312/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-312/2020
28.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver