Məhkəmə qərarları › İş №2(102)-312/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-312/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-312/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4851/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İş üzrə qəbul edil miş məhkəmə aktları 27 aprel 2007-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 nömrəli, 9 mərtəbəli binada yerləşən 98,7 kv.metr ümumi, 60,8 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri, 36 saylı Notariat kontorunda təsdiq edilmiş 20 aprel 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 nömrəli, 9 mərtəbəli binada yerləşən 98,7 kv.metr ümumi, 60,8 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı 35 nömrəli mənzili oğlu X7 bağışlamışdır. 30 may 2012-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 nömrəli evin 35 nömrəli mənzili X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri 36 saylı Notariat kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinin ləğv edilməsinə dair 04 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 nömrəli evin 35 nömrəli mənzilinə dair İddiaçı ilə X9 arasında 20 aprel 2012-ci il tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsi ləğv edilmişdir. 17 noyabr 2020-ci il tarixli Çıxarışa əsasən ünvan 4 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır və Cavabdeh, X8, X6 ünvan 4-də qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Abşeron rayon Vəkil Bürosuna ünvanlanmış 12 oktyabr 2021-ci il tarixli məktubun surətinə əsasən Cavabdeh adına ünvan 2 ünvanı 46 saylı NK-nın 4ə389 reyestr nömrəli, 26 sentyabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, 05 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, 08 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, 24 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, 08 oktyabr 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, 08 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2021-ci il tarixli, 2(011)5973/2021 saylı qətnaməsi ilə X9 ilə Cavabdeh arasında 16 dekabr 2008-ci il tarixdə Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri, Xətai rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətinə əsasən Cavabdeh ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmasından müvafiq sənədləri təqdim etmədiyi üçün imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılmaqla, istifadə hüququ na xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, 01 aprel 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kompensasiya ödənilmədən, xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh, 07 yanvar 2011-ci il təvəllüdlü X8 və 29 iyul 2012-ci il təvəllüdlü X1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzildən çıxarılmaqla, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. X14 həyat yoldaşı Cavabdeh mülkiyyətində olan həmin mənzilə qeydiyyata salınmışdır. 2008-ci ildə mənzili yüksək təmir etdirib onlara vermişdir, Cavabdeh, 2008-ci ildə mənzilə köçsə də, 2016-cı ildə qeydi yyata salınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə oğlu E.Əhmədov ilə Cavabdeh nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş uşaqlar Cavabdeh himayəsində saxlanmışdır. Həmin evdə oğlunun qeydiyyat tarixi xx.xx.2011-ci il, Cavabdeh qeydiyyat tarixi xx.xx.2016-cı il, X2 qeydiyyat tarixi xx.xx.2012-ci il, X xx.xx.2013-cü il tarixidir, Cavabdeh mənzildən çıxarıldıqda kompensasiya tələb edir. Lakin onun mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, X küçəsində iki otaqlı və Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsində 10 sot torpaq sahəsində 2 mərtəbəli bağ evi vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş arayışdan da görünür ki, Cavabdeh adına ünvan 6 ünvanı 46 saylı NK-nın 4ə-389 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0.0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, 24.1.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir, göründüyü kimi Cavabdeh mənzil təminatı normaldır, iki azyaşlı uşaq da bu mülklərdən birinə qeydiyyata düşə bilərlər, uşaqların analarının mülkiyyətində olan mənzilə qeydiyyatda olması onların mənafelərinə daha u yğundur, on dörd yaşı olmayan şəxslərin yaşayış yeri qanuni olaraq onların valideynlərinin yaşayış yeri sayılır. Onun mülkiyyətində olan mənzildən Cavabdeh istifadə hüququna xitam verilməməsi mülkiyyət hüquqlarını məhdudlaşdırır, kommunal xidmət haqqı ödənilməsi, mənzili özgəninkiləşdirəcəyi təqdirdə onun razılığının alınması, ona ünvanlanan poçt göndərişlərinin mənzilə gəlməsi və s. kimi hallar mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh hal-hazırda ailə üzvü deyil, ona görə də onun həmin mənzildən istifadə hüququ saxlanıla bilməz. İddiaçı həmin evə cehiz gətirmişdir, bu doğrudur, ancaq təmir xərci əsassızdır, həmçinin oğlu ilə nikahı pozulmuşdur və ona 600 manat aliment təyin edilmişdir, binaya su damsa da pulunu özü vermişdir, oğlu təmir etmişdir. Cavabdeh gələndə yalnız meb el gətirmişdir, nəvələri belə olsa, kompensasiya verilməsinə razı deyildir, zərurət yaranarsa gələcəkdə evi nəvəsi X adına keçirəcəkdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən hər birinə 20000 manat kompensasiya ödənilməkləözünün və övladlarının istifadə hüquqlarına xitam verilməsi, ünvan 4-ə çəkilmiş 7400 manat məbləğində təmir xərcinin və mətbəx mebelinin dəyəri olan 8000 manat məbləğin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə Cavabdeh ilkin iddia üzrə iddiaçının oğlu X9 ilə nikaha daxil olmuşdur, elə həmin tarixdən də Xətai rayonu, G.Şıxlinski küçəsi ev 36 ünvanında yerləşən 35 saylı mənzildə qeydiyyatda olmaqla yaşam aqdadır. İlkin iddiaçı qeyd olunan əmlakı ailə qurduğuna görə onlara, yəni oğlu və x vermişdir, həyat yoldaşı və o mənzilin onlara məxsus olduğunu bilirdilər, o səbəbdən həmin mənzilə gəlin köçərkən Cavabdeh cehiz olaraq divardan ayrıla bilməyən mətbəx mebeli quraşdırmışdır, həmin mətbəx mebelinin dəyəri 8000 manat təşkil etməkdədir. xx.xx.2008-ci il tarixdən bugünədək həmin mənzildə dəfələrlə təmir işləri aparılmışdır, sonuncu dəfə 6000 manat dəyərində oboy yenilənmiş, ağartma işləri və alçipan işləri görülmüşdür, mənzil binanın sonuncu mərtəbəsində olduğu üçün yağış sularının sızmalarına məruz qalırdı, bu məqsədlə dam və dam örtüyü bir neçə dəfə yenilənmişdir, dam örtüyünün yenilənməsinə hər dəfə 700 manat olmaqla 1400 manat xərc qoyulmuşdur, bütün bu təmir işləri həmin mənzilin satış də yərini olduqca yüksəltmişdir. Göründüyü kimi, mülkiyyətçi qeyd olunan əmlakı oğluna verməmiş olsaydı həmin mənzilə ayrılması mümkün olmayan əmlaklar quraşdırılmazdı, təmir işləri aparılmazdı. İlkin iddia üzrə İddiaçı X öz iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 10 sot torpaq sahəsində bağ evi vardır, lakin X9 Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 10 sot torpaq sahəsinin və bağ evinin bölüşdürülməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa X9 iddiaçının oğludur, iddiaçı oğlunun həmin evdən çıxarılmasını tələb etmir, lakin mənzildən istifadə hüququ olan yetkinlik yaşına çatmayan, əmək qabiliyyəti olmayan nəvələri X4 və X3 hüququna xitam verilməsini tələb edir, göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaçı cava bdehlərin hər birinə 20000 kompensasiya ödəməklə cavabdehlərin istifadə hüququna xitam verə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(011)-2039/2022 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(011)-2039/2022 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh, X2 və X1 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehin mənzilə köçdüyü 2008-ci ildə (2009-cu il oktyabrın 1-dək) yarandığından, mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Məhkəmə hesab etmişdir ki, kompensasiya institutu istifadəçiyə, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini nəzərdə tutur ki, hazırkı halda da mübahisəli mənzillə eyni ərazidə (Bakı şəhəri, Xətai rayonu X.Məmmədov küçəsi ev 1D, mənzil 62) istifadəçiyə, yəni Cavabdeh məxsus mənzilin olması, mənzildən istifadə hüququna görə kompensasiya institutunun məqsədlərinə cavab verməklə onu əvəz edir, əks halda, mülkiyyətçinin üzər inə kompensasiyanın ödənilməsi vəzifəsi qoyulmaqla əmlak hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və Cavabdeh kompensasiya verilmədən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmalıdır. Məhkəmə, ilkin iddia tələbinin “07 yanvar 2011-ci il təvəllüdlü X8 və 29 noyabr 2012-ci il təvəllüdlü X1 mənzildən çıxarılması və istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, X və X on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxslər olduqlarından və məhkəmə qətnaməsinə əsasən anaları Cavabdeh himayəsində saxlandıqlarından onların yaşayış yeri sonuncunun yaşayış yeri hesab edilir. Hazırkı halda da sonuncunun iddiaçıya məxsus mənzildən çıxarılması (yaşayış yerinin dəyişməsi) x və X də onun la- anaları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmaları üçün əsasdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 228.5-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il Qərarında ifadə edilmiş hüquqi mövqelərə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Hazırkı işdə mübahisəli mənzil 30 may 2012-ci ildən 2018-ci ilədək hazırkı iddiaçının oğlu, cavabdehin əri X mülkiyyətində olub. Həmin dövrdə də cavabdeh həmin evdə yaşamış və mülkiyyətçi onun əri olduğu üçün, onun və uşaqlarının evdən istifadə hüququ yaranmışdır. Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4851/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- Emin Mehdiyev sədrlik edən, məruzəçi, Namiq Cəfərov və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2039/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Cavabdeh, X8 və X1 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 36 saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarına xitam verilmiş və onların həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən Mülki Məcəllənin 228-ci maddələrinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehin mənzilə köçdüyü 2008-ci ildə (2009-cu il oktyabrın 1-dək) yarandığından, mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzilə köçdüyü 2008-ci il tarixdə həmin mənzilə istifadə hüququnun yarandığı nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh mənzilə gəlin köçən zaman həmin mənzil iddiaçının mülkiyyətində olmuş, onun tərəfindən isə cavabdehin mənzilə istifadə hüququnun yaranması üçün notarial qaydada razılıq verilməmişdir. Belə olduğu halda mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. İşin hallarına istinadla məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə cavabdehlərin mənzildən çıxarılması zamanı kompensasiya verilib-verilməməsi barədədir. Bu əsasla da kollegiya hesab etmişdir ki, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsasən həll edilməlidir. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 22 avqust 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 4 mülkiyyət hüququ üzrə İddiaçı adına 17 noyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Kollegiya bu əsa slardan çıxış edərək bildirmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir, Cavabdeh onun ailə üzvü və ya digər qohumu deyil, bu səbəbdən də onun həmin mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməli, o, həmin mənzildən çıxarılmalıdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Kollegiya həmçinin bildirir ki, İddiaçıla Nərminə Əhmədov arasında nikah pozularkən onların birgə nikahlarından olan uşaqları 07 yanvar 2011-ci il təvəllüdlü X8 və 29 iyul 2012-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılması qərara alınmışdır. İş materialları əsa sında müəyyən edilir ki, Cavabdeh mülkiyyətində mənzil və bağ evi vardır, bu isə onun uşaqları ilə birlikdə həmin əmlakların birində yaşamalarına imkan yaradır. Belə olan halda isə, azyaşlıların da həmin mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməli, onlar da həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanun ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edi lmişdir. (14 dekabr 2005-ci il tarixdən qüvvəyə minib). Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddənin mənasına görə, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideyni və uşaqlarının onun bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, Mülki Mə cəllənin 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında deyilir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin val ideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Hazırkı işdə mübahisəli mənzil 30 may 2012-ci ildən 2018ci ilədək hazırkı iddiaçının oğlu, X mülkiyyətində olub. Həmin dövrdə də cavabdeh evdə yaşamış, onun və uşaqlarının o evdən istifadə hüququ yaranıb. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanı la bilər. Məhkəmənin istinad etdiyi digər mənzil və fərdi yaşayış evi cavabdeh və onun uşaqlarının yaşayışı üçün əlverişli deyil. Belə ki, mənzil təmirsizdir, bağ evi isə x onun birgə mülkiyyətindədir və orada yaşamaqla bağlı tərəflər arasında mübahisə vardır. Odur ki, məhkəmə bu halları nəzərə alaraq, cavabdeh və onun uşaqlarının mübahisəli mənzildə müəyyən müddətə yaşamaq hüququnu təmin etməli idi. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı Cavabdeh mülkiyyətində mənzil və bağ evinin olması, bunun isə onun uşaqları ilə birlikdə həmin əmlakların birində yaşamalarına imkan yaratmasına əsaslanması düzgün deyildir. Belə olan halda istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməli, onlar da həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə kollegiyası Mənzil Məcəlləsin in müvafiq maddələrinə əsaslansa da, iki məsələni araşdırmayıb. Belə ki, əvvəla məhkəmənin istinad etdiyi yaşayış yerlərindən bağ sahəsində yerləşən ev təkcə Cavabdeh deyil, onun əri EX da birgə mülkiyyətindədir. İkincisi, məhkəmə həmin sahələrin yaşayış üçün, xüsusilə uşaqların da əvvəlki şəraiti saxlamaqla yaşayış imkanları üçün yararlı olub-olmadığını dəqiqləşdirməyib və Mənzil Məcəlləsinin 30.4-cü maddəsi şəxsin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılması imkanını nəzərdə tutur ki, məhkəmə bu imkanı araşdırmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ail ə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ m əhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövl ükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razıla şmır. Belə ki, apellyasiya instansiya məhkəməsi, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini və mülki iş materiallarını araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi, iddianı təmin edərkən Mülki Məcəllənin 228-ci maddələrinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehin mənzilə köçdüyü 2008-ci ildə (2009-cu il oktyabrın 1-dək) yarandığından, mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzilə köçdüyü 20 08-ci il tarixdə həmin mənzilə istifadə hüququnun yarandığı nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası bununla razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh mənzilə gəlin köçən zaman həmin mənzil iddiaçının mülkiyyətində olmuş, onun tərəfindən isə cavabdehin mənzilə istifadə hüququnun yaranması üçün notarial qaydada razılıq verilməmişdir. Belə olduğu halda mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövrdə cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. İşin hallarına istinadla apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisə cavabdehlərin mənzildən çıxarılması zamanı kompensasiya verilibverilməməsi barədədir. Bu əsasla da apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri nə əsasən həll edilməlidir. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 22 avqust 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 4 mülkiyyət hüququ üzrə İddiaçı adına 17 noyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Kollegiya bu əsaslardan çıxış edərək bildirmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir, Cavabdeh onun ailə üzvü və ya digər qohumu deyil, bu səbəbdən də onun həmin mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməli, o, həmin mənzildən çıxarılmalıdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, X10 X arasında nikah pozularkən onların birgə nikahlarından olan uşaqları 07 yanvar 2011-ci il təvəllüdlü X8 və 29 iyul 2012-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında saxlanılması qərara alınmışdır. Həmçinin, mülki iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində mənzil və bağ evi vardır, bu isə onun uşaqları ilə birlikdə həmin əmlakların birində yaşamalarına imkan yaradır. Belə olan halda isə, azyaşlıların da həmin mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməli və onlar da həmin mənzildən çıxarılmalıdırlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, hazırda mübahisəli mənzilin mülkiyyətçisi cavabdehin keçmiş əri X deyil, qaynatası İddiaçı sayıldığından, sonuncu ilə cavabdeh arasında mənzildən istifadə hüququnun saxlanılmasına dair başqa razılaşma olmadığından, habelə yaşayış sahəsinin keçmiş mülkiyyətçisi x cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, başqa sözlə cavabdehin mülkiyyətində ayrıca yaşayış sahəsi olduğundan, iddianı təmin etməklə apellyasiya instansiya sı məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: C avabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(103)-4851/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar