Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-312/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehna (üçüncü şəxs X14 Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) və X7 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, öhdəliklərin icra edilməsi icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), X10 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehna üçüncü şəxslər Kəpəz Bokt MMC-yə və X5 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103) -4024/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2021-ci il tarixli 2021/00852 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən 11000 manat, xx.xx.2021-ci il tarixli 2021/00863 saylı kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən 5000 manat pul borc götürmüşdür. İddiaçı həmin müqavilələr üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi X6 öz mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyində n üçüncü şəxs tərəfindən ipoteka predmetinə tutma yönəldiməsinə dair icra qeydinin verilməsi üçün ərizə ilə notariat ofisinə müraciət edilmiş, xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə iddiaçı ilə üçüncü şəxs arasında xx.xx.2021-ci il tarixli 3M/516 reyestr saylı ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçının "xxxx" BOKT MMC-yə olan borcunun iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzilə yönəldilməsi, həmin mənzilin razılaşdırılmış dəyəri 90000 manat olmaqla, hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41.42 manat pulun iddiaçıdan tutulması qərara alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda iddiaçıya məxsus olmuşdur və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. 3. xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən iddiaçı ilə "xxxx" BOKT MMC-nin arasında xx.xx.2021-ci il tarixli 3M/516 reyestr saylı ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçının "xxxx" BOKT MMC-yə olan borcunun iddiaçıya məxsus ola n Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B ünvanında yerləşən 1209 saylı mənzilə yönəldilməsi, həmin mənzilin razılaşdırılmış dəyəri 90000 manat olmaqla, hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41.42 manat pulun iddiaçıdan tutulması qərara alınmışdır. Müqavilənin 9-cu bəndinə əsasən, ipoteka predmetinin satış üsulu açıq bazar və ya hərrac formasında olur. İpoteka predmetinin ilkin satış qiyməti tərəflərin iştirakı ilə real bazar münasibətlərinə uyğun 27 aprel 2021-ci il tarixində bazar dəyərinə əsasən 90000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında həyata keçirilir. yönəldilməsi İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı, "xxxx" BOKT MMC və X7 üçüncü şəxs qismində cəlb edilməklə, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisinin notariusu X2 tərəfindən İddiaçı ilə üçüncü şəxs "xxxx" Bank olmayan kredit təşkilatı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M/5İ6 reyestr saylı ipoteka müqaviləsinə və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsinə əsasən 8İ-1734 № ilə qeyd edilib reyestrlə rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli "ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında" icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş dir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 9 saylı Notariat ofisində iddiaçı ilə üçüncü şəxs "xxxx" Bank olmayan kredit təşkilatı MMC arasında xx.xx.2021-ci il tarixli 3M/516 reyestr saylı ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli 3M/607 reyestr saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka saxlayan tərəfindən birinci halda 11.000 manat göstərilməklə cəmi 8.000 manat, ikinci halda 5.000 manat göstərilməklə cəmi 3.000 manat, ümumilikdə 16.000 manat göstərilməklə cəmi 11.00 manat pul vəsaiti kredit olaraq İddiaçı verilmişdir. Lakin qeyd olunan borc müqavilələri ilə əlaqədar mübahisə yaranmasına baxmayaraq əsassız və qanunsuz olaraq, lazımi qaydada xəbərdar edilmədiyi üçün nə onun, nədə ki atasının iştirakı olmadan, Bakı şəhər 9 saylı Notariat ofisi tərəfind ən xx.xx.2022-ci il tarixdə aparılmış və 8İ-1734 saylı reyestrlə rəsmiləşdirilmiş icra qeydinə əsasən hər iki müqavilə üzrə 24.243,19 manat (əsas borc 15.623,51 manat, faiz borcu 4.103,18 manat, dəbbə pulu 4.516.50 manat) məbləğində pulun tutularaq "xxxx" Bank olmayan kredit təşkilatı MMC-yə verilməsi nəzərdə tutulmuşdur. Həmin icra qeydləri qanunda və müqavilədə nəzərdə tutulmuş şərtlərin tələblərinə ziddir. Belə ki, müqavilənin əsas şərtlərindən biri borcun qaytarılmadığı halda borc verən tərəfindən məhkəmədə iddia qaldırılması göstərilmişdir. Belə olan halda notarius tərəfindən həmin icra qeydlərinin aparılmasından imtina edilməli idi.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmənin hazırlıq ic lasında iştirak etmiş üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi X3 iddia tələbini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-314/2023 nömrəli, 15 mart 2023-cü il tarixli (hakim M.X.Əfəndizadə) qətnaməsi ilə, iddia təmin edilmişdir və Bakı şəhəri 9 saylı Notariat ofisinin 8İ-1734 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsinə əsasən iddiaçı notarius tərəfindən aparılmış icra qeydini mübahisələndirərək, bildirişlərin onun tərəfindən təhvil alınmadığı dəlilinə əsaslanır. Mülki işin materiallarına əsasən 9 saylı notariat ofisində icra qeydi 21 fevral 2022-ciil tarixdə aparılmış, bu barədə iddiaçıya 28 yanvar 2022-ci il tarixə bildiriş göndərilmişdir. “Azari Express” məktub və bağlama daşınması xidmətinin qəbzindən görünür ki, bildiriş 31 yanvar 2022-ci il tarixdə “Ağaəli əmisi” imzası ilə təhvil alınmışdır. İddiaçının nümayəndəsi və vəkilinin izahatından və Sabunçu rayon Polis idarəsinin 11 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X6 ilə münasibətləri gərgin olmuş, onlar qonşuluqda yaşasalar da, aralarında münasibətlər olmamışdır. Buna baxmayaraq, cavabdeh "xxxx" ASC bildirişlərin borc alanın əmisi tərəfindən təhvil alınması ilə kifayətlənmiş, iddiaçının icra qeydi barədə məlumatsız olmasını, bildirişin formal olaraq çatdırılmasını nəzərə almamışdır. Halbuki, iddiaçının əmisi ilə münasibətlərinin gərgin olması, əminin ümumiyyə tlə ailə üzvü hesab edilməməsi halına, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, sifarişli poçt göndərişlərinin ünvançıya, ünvançı olmadığı halda isə yetkinlik yaşına çatmış ailə üzvünə təhvil verilməsi ilə bağlı imperativ normaya əhəmiyyət verməmişdir. Bundan başqa cavabdeh tərəfindən bildirişin forması ilə bağlı da normalar pozulmuşdur, belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması təsdiq edilmişdir. Həmin formaya əsasən, bildirişdə borcun 20 gün ərzində ödənmədiyi halda, notariusun icra qeydinin aparılması barədə xəbərdarlıq göstərilməli olduğu halda, hazırki bildirişdə belə bir hal əks edilməmişdir. Eyni z amanda, “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın 161-ci bəndinə əsasən, icra qeydinin borclunun olduğu yer üzrə aparılmalı olduğu halda göstərişə də əhəmiyyət verilməmiş, borclunun olduğu yer Sabunçu rayonu, Maştağa qəsəbəsi olduğu halda, icra qeydi 9 saylı notariat ofisi tərəfindən aparılmışdır. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi, icra qeydinin ləğv edilməsinə dair iddiaçının tələbi əsaslıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsininə, 127-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 36.1, 36.2, 36.3, 36.4, 36.4.1.,36.4.2.,38.1.,39.3-cü maddələrinə, Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-nın 39.1-ci bəndinə, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.22-ci bəndinə, Azərbaycan Respublikası MPM-nin 9, 14.2, 77.1, 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Üçüncü şəxs "xxxx" Bank olmayan kredit təşkilatı MMC apellyasiya şikayəti verərək, 27 aprel 2021-ci il tarixli, 2021/00852 nömrəli və 21 may 2021-ci il tarixli, 2021/00863 nömrəli kredit müqavilələrinin müddəaları iddiaçı tərəfindən pozularaq, öhdəliklər lazımınca icra edilməməsini, bununla əlaqadər iddiaçıya xəbərdarlıq məktubu göndərilməsini, lakin iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmamasının, nəticəsi olaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən icra qeydi ilə bağlı Bakı şəhəri 9 saylı Notariat ofisinə müraciət edilmişdir. İcra qeydində göstərilən məbləğlər tərəflər arasında bağlanmış 27 aprel 2021-ci il tarixli, 2021/00852 nömrəli və 21 may 2021-ci il tarixli, 2021/00863 nömrəli kredit müqavilələrinin müddəalarına uyğun hesablanmasını və məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilənin müddəaları nəzərə alınmamasını əsas gətirərək, birinci instansiya məhkəməsinin 2(005)-314/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya məhkəməsi (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və X.Ə.Sarıyev) 2(103)-4024/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(005)314/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçının Bakı Şəhəri 9 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edi lməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının tələbkar tərəfindən icra qeydinin aparılması barədə bildirişin ona çatdırılmaması barədə mövqeyi və birinci instansiya məhkəməsinin bu hala istinad etməklə iddianı təmin etməsi əsaslı olmamışdır. Belə ki, qanunvericilikdə icra qeydinin aparılması barədə bildirişin borcluya çatıdırlması deyil, onun ünvanına göndərilməsi məcburi tələb kimi müəyyən edilmişdir. Digər tərəfdən bildiriş borclunun yaxın eyni soyaddan olan yaxın qohumuna təqdim olunmuş, yəni, çatdırılmışdır. Qətnamədə qeyd olunduğu kimi, Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X6 ilə münasibətlərinin gərgin olması, aralarında münasibətlərin olmama ması çatdırılma ilə bağlı pozuntu kimi qiymətləndirilə bilməz. Çünki, nə "xxxx" BOKT MMC, nə də notarius bu haldan məlumatsız olmuşlar və qanunvericilik bu barədə məlumatlı olmaları ilə bağlı onların üzərinə imperativ olaraq bir öhdəlik qoymur. Bundan başqa, icra qeydi 21 fevral 2023-cü il tarixdə aparılsa da, qətnamədə istinad olunan Sabunçu rayon Polis idarəsinin Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X6 barəsində şikayəti ilə bağlı araşdırma aparılması barədə məktub 11 yanvar 2023-cü il tarixdə göndərilmişdir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X6 barəsində olan şikayətinin bildirişin çatdırılmaması faktının təsdiq edilməsi məqsədini daşıması istisna olunmur.
13. Birinci instansiya məhkəməsinin icra qeydinin borclunun olduğu yer üzrə a parılmalı olduğu halda göstərişə də əhəmiyyət verilmədiyi, borclunun olduğu yer Sabunçu rayonu, Maştağa qəsəbəsi olduğu halda, icra qeydinin 9 saylı notariat ofisi tərəfindən aparılması ilə bağlı gəldiyi qənaət də əsassızdır. Belə ki, borclunun yaşayış yeri Bakı şəhəri olduğundan notarial hərəkət onun yaşayış yeri üzrə Bakı şəhərində yerləşən notariat ofisi tərəfindən aparılmışdır.
14. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442.1, 448.2., 739.1.,739.2.-cu maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1., 6.1.4.-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 36.1, 36.2., 36.2.1, 36.2.2, 36.2.3, 36.2.4, 36.4.1, 36.4.2, 36. 6, 37.1, 38.1, 38.2-ci maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata, Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na, İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1., 5.1., 14.2., 77.1., 217.1.,217.3.-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddia çı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4024/2023, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbkar tərəfindən icra qeydinin aparılması barədə bildirişin ona çatdırılmaması barədə mövqeyi və birinci instansiya məhkəməsinin bu hala istinad etməklə iddianı təmin etməsi əsaslı olmamışdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsil ə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması barədə bildirişin borcluya çatıdırlması deyil, onun ünvanına göndərilməsi məcburi tələb kimi müəyyən edilmişdir və hazırkı halda da tələbkar bu tələbə əməl etməklə bildirişi borclunun ünvanına göndərmiş və həmin ünvanda da bildiriş qəbul olunmuşdur. Lakin iş materiallarından görünür ki, bildiriş, bildirişdə qeyd olunan ünvan 3 ünvana deyil, qonşuluqda yerləşən ünvana, borclunun əmisinin və eyni zamanda ipoteka qoyanın qardaşı Əliağanın yaşadığı ünvana verilmişdir. İcra qeydinin aparılması barədə bildirişin borcluya çatıdırlması deyil, onun ünvanına göndərilməsi məcburi tələb kimi müəyyən edilmişdir və hazırkı halda da tələbkar bu tələbə əməl et məklə bildirişi borclunun ünvanına göndərdiyi ilə kifayətlənməsi məhkəmənin obyektiv mövqeyini əks etdirmir. İşin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Göründüyü kimi, hazırki işə baxılarkən apellyasiya instansiyası məhkəməsi Qanunun və digər tətbiqi məcburi xarakter daşıyan aktların göstərilən tələblərini yerinə yetirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu halda da işin araşdırılmasının hərtərəfli aparılmasını təmin etməli olan apellyasiya instansiyası məhkəməsi həmin halları müəyyən etməli və həmin dəlilin aydınlaşdırılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi dəlillərin hər hansı biri üzrə araşdırma aparması müəyyən edilmir. Hesab edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
17. Kassator şikayətinin hüquqi əsası kimi, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.2, 162, 169.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.2, 217.3, 217.4, 220, 416.1, 417.1.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayəti ilə bağlı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ver məli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
21. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
26. Maddə 739.2. Borc müqaviləsinin predm eti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
29. Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 30. 6.1.4. notariusun icra qeydləri. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
31. Maddə
76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli po çt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
32. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rə smi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 33. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
34. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim ed ilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
35. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.
36. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
37. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
38. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: 39.
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat h aqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyy ən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar t ələb edilmir. Digər məlumatlar isə “X4 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildi yi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qay dada həyata keçirilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
41. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır;
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlilləri əsasən qeyd edilməlidir ki, maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi bütün dəlillərə əsaslandırılmış qiymət vermişdir.
27. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, mübahisələndirilən icra qeydi notarius tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə verildiyindən onun ləğvi üçün hər hansı qanuni əsas mövcud olmamışdır.
28. Belə ki, apel yasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericilikdə icra qeydinin aparılması barədə bildirişin borcluya çatıdırlması deyil, onun ünvanına göndərilməsi məcburi tələb kimi müəyyən edilmişdir. Bildiriş borclunun yaxın eyni soyaddan olan yaxın qohumuna təqdim olunmuş, yəni, çatdırılmışdır. Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X6 ilə münasibətlərinin gərgin olması, aralarında münasibətlərin olmaması çatdırılma ilə bağlı pozuntu kimi qiymətləndirilə bilməz. Çünki, nə "xxxx" BOKT MMC, nə də notarius bu haldan məlumatsız olmuşlar və qanunvericilik bu barədə məlumatlı olmaları ilə bağlı onların üzərinə imperativ olaraq bir öhdəlik qoymur. Bundan başqa, icra qeydi 21 fevral 2023-cü il tarixdə aparılsa da, istinad olunan Sabunçu rayon Polis idarəsinin Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X6 barəsində şikayəti ilə bağlı araşdırma aparılması barədə məktub 11 yanvar 2023-cü il tarixdə göndərilmişdir. Bu baxımdan da məhkəmə kollegiyası hesab etmişdir ki, Cavadov Ağa-Əli Qasım oğlunun qardaşı X6 barəsində olan şikayətinin bildirişin çatdırılmaması faktının təsdiq edilməsi məqsədini daşıması istisna olunmur.
52. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
53. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əliabbas oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4024/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.