Məhkəmə qərarları › İş №2(102)-312/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-312/2025

27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-312/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(103)-5778/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları

1. Qarayev X2 Marina Əhməd qızı ilə 3 il faktiki nikah münasibətlərində olmuşlar.

2. Bu müddət ərzində İddiaçı Cavabdeh borc pul və müxtəlif məişət əşyalarını kreditlə alaraq verdiyini bəyan edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kreditə alınmış və onun istifadəsinə verilmiş məhsullara görə 9797,65 manat, ona məxsus olan tikintiyə xərclənmiş 29535 manat, ev sahibinə ödənilməsi nəzərdə tutulan 10000 manat, cəmi 49332,65 manat miqdarında pulun alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 2020-ci ildən tanıyır. Ümumi tanışlar vasitəsi ilə tanıdığı həmin qadınla normal insani münasibətlər i olub, onun istəyi və xahişi ilə ona aid olan müəyyən şəxsi problemlərinin həllini yerinə yetirib. Tanışlıqları müddətində onun şəxsi evinin olmadığını və bir azyaşlı qızı ilə müxtəlif ünvanlarda kirayədə yaşadığını bildiyindən müəyyən vaxtlarda ona maddi köməklik də edib. Cavabdeh ilə tanış olduqdan sonra cavabdeh 2020-ci ilin sentyabr ayında ondan xahiş edib ki, yaşadığı evdə kondisioner, tozsoran və televizor olmadığına görə ona həmin əşyaların kreditlə alınmasına köməklik etsin. Onunla belə razılığa gəliblər ki, istədiyi məişət əşyalarını öz adına alıb onun istifadəsinə versin, o isə həmin əşyaların dəyərini, yəni kredit ödənişlərini özü ödəsin. Bu məqsədlə cəmi dəyəri 9797,65 manat olan aşağıda qeyd edilən əşyaları ayrı-ayrı tarixlərdə alaraq ona verib: - xx.xx.2020-ci il tarixdə LC markalı kondisioner - dəyəri 1972,08 manat; - xx.xx.2020-ci il tarixdə Filips markalı tozsoran - dəyəri 363,60 manat; - xx.xx.2021-ci il tarixdə Toşiba markalı televizor - qiyməti 1200 manat; - xx.xx.2021-ci il tarixdə Samsunq Galaxy A41DS markal telefon-dəyəri 760 manat; - xx.xx.2022-ci il tarixdə İPHONE 13 PRO 128 GB markalı telefon - qiyməti 3944,02 manat; - 17 may 2023 cü il tarixdə Samsung Galaxy-S21FE5G6/128GB markalı telefonqiyməti 1557,95 manat. Məhsulları aldıqdan və Cavabdeh istifadəsinə verdikdən sonra o, həmin məhsulların dəyərini ümumiyyətlə ödəyə bilmirdi və hər dəfə ona deyirdi ki, yaxın müddətlərdə valideynləri onun üçün çoxlu pul göndərəcəklər və bundan sonra ödədiyi bütün pulları qaytaracaq. Cavabdeh 2022-ci ildə ona bildirib ki, bacısı Bakıya gəlmək istəyir və bacısı gəl dikdən sonra onun əvəzinə ödədiyi kredit borclarını ödəməyə köməklik edəcək, həm də ona ev almaq üçün pul verəcək. Cavabdeh 2022-ci ilin sentyabr ayında ona almaq üçün ucuz qiymətə fərdi həyət evi tapmağını xahiş edib. 2022- ci ilin sentyabr ayında almaq üçün baxdıqları bir neçə evdən birini bəyənib və onunla birlikdə həmin yarı tikili evə baxıblar. 2023-cü ilin fevral ayında Marinanın bacısı Zarina Qazaxıstan Respublikasından Bakı şəhərinə gəlib, bacısı ev almaq üçün cavabdehə 5000 ABŞ dolları pul gətirib, bacısının növbəti 5000-i isə yaxın müddətlərdə göndərəcəyini bilririb. Həmin pulu 2023-cü ilin mart ayında ona verib və bir müddət sonra növbəti 5000 dolları ona verib. Bundan sonra almaq üçün tapdıqları yarımtikilinin sahibi ilə görüşüblər və evin qiymətinə dair ümumi razılığa gəliblər. Ev sahibi yarımtikilinin qiymətini əvvəlcə 30000 manata, sonra isə 23000 manata endirdi. Evin satış qiymətinə dair ümumi razılıqdan 5 ay sonra evin qiymətindən 13000 manatı birdəfəyə ev sahibinə ödəyib və bu barədə ondan yazılı iltizam alıb. Cavabdeh onu inandırıb ki, evin ödənilməyən 10000 manatını valideyinləri qısa müddətdə ödəyəcək. Onun bu vədinə inanıb evi satan şəxsin qarşısında həmin pulun, yəni borclu qaldıqları məbləğin özü tərəfindən yaxın müddətdə ödəyəcəyinə dair öhdəlik götürüb. Bundan sonra, həmin evin digər tamamlanmayan hissələrini öz vəsaiti ilə tikməyə və tamamlamağa məcbur olub. Evin həyətinə üç tərəfdən daş hasarla divar çəkdirib. Evə işıq, su və qaz sayğacları çəkdirib. Bütün bunlara baxmayaraq evin daxili döşəməsini, tavanını və yaşamaq üçün zəruri olan suvaq və sairə işlərini tamamlaya bilməyib. Bunun səbəbi isə maddi imkanının tükənməsi ilə bağlı idi. Həmin evin işıq sayğacını Cavabdeh adına çəkdirib və onu bu barədə məlumatlandırıb. Bundan sonra ondan evə çəkdiyi xərcləri, ev sahibinə borc kimi ödənilməli olan 10000 manatı və kreditə aldığı məhsulların dəyərini ödəməyi təklif edib, lakin cavabdeh hər dəfə olduğu kimi son dəfə, yəni təxminən 2023-cü ilin iyun ayından sonrakı günlərdə onu aldatmaq istədikdə cavabdehin bu hiyləsinin baş tutmayacağını üzünə deyib və bundan sonra cavabdeh ondan qaçmağa başlayıb. Dəfələrlə onun mobil telefonuna zənglər etsə də, cavabdeh onun zənglərinə çox nadir hallarda cavab verib və hər dəfə həmin evin ona məxsus olduğunu bildirib. Cavabdehin bu sözlərinə cavab olaraq hər dəfə ona bildirib ki, həmin yarımtikili ha lda alınmış ev onun üçün alınıb və həmin ev ona məxsusdur. Ancaq çəkdiyi xərcləri və ev sahibinə borclu qaldıqları pulu ödəməyə borclu olduğunu desə də, cavabdeh bunlara əhəmiyyət verməyib. Cavabdehin onu aldadacağından ehtiyatlandığına görə evin işıq sayğacının onun adına keçirdikdən sonra, evin su və qaz sayğaclarını öz adına sənədləşdirib ki, o, evə çəkilən xərcləri, ev sahibinə ödənilməli olan borcu və kreditə onun istifadəsi üçün öz adına aldığı əşyaların pulunu ödəyəndən sonra həmin sayğacları onun adına dəyişdirsin. Həmin tikili özbaşına tikili hesab edilir. Cavabdeh hər dəfə olduğu kimi ona olan inam və etibarından sui-istifadə edərək onu aldadıb, hər dəfə vəd verərək kreditə aldığı həmin əşyaların dəyəri olan 9797,65 manatı, tikintinin tamamlanması üçün xərclədiyi pulları, ev sahi binə borclu qaldığı 10000 manat pul borcunu ödəməyib. Cavabdeh ona ev almaq üçün ödədiyi 10000 ABŞ dollarından (17000 manat) 13000 manatını ev sahibinə nağd qaydada, digər 4000 manatını isə evin təmiri və tamamlanması üçün sərf olunan digər pullarla birlikdə, yəni 33535 manatla birlikdə xərclənib. Yuxarıda qeyd edilənlərələ əlaqdar olaraq bildirir ki, Cavabdeh hazırdadək ona ümumilikdə kreditə alınmış mallara görə 9797,65 manat, evin tamamlanması üçün tikintiyə xərclədiyi pullara görə 29535 manat, ev sahibinə borclu olduğum 10000 manat olmaqla, ümumlikdə 49332,65 manat borclu qalıb. Onun həmin borclu olduğu 53332 manat pulu vaxtında verməməsi və onu aldatmaq istəməsi onda mənəvi psoxoloji sarsıntı yaradıb və bu səbəbdən aktiv həyat tərzindən məhrum olub. Ona görə də, keçirdiyi mənəvi və ps ixoloji sarsıntı nəticəsində ona vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair yaxın gələcəkdə iddia qaldırmaq fikrindədir.

5. İddiaçı daha sonra Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh ilə münasibətləri olduğu müddətdə dəfələrlə ondan müxtəlif məbləğlədə borca pul istəyib və hər dəfə də onu inandırıb ki, həmin borcları hissə-hissə qaytaracaqdır. Ancaq dedikləri hər dəfə real olmayıb, onu dəfələrlə aldadıb və sözünə əməl etməyib. Verdiyi borclar ona məxsus pul kartından cavabdehin pul kartlarına köçürülmə etməklə həyata keçirilib, Kapital bankın xx.xx.2024-cü il tarixli, 2024/111/7668 saylı məktubuna əsasən 2021.05.01-dən 2024.02.06 tarixədək olan Qarayev liqam Qurban oğluna məxsus olan 416974******9977 nö mrəli kartdan Cavabdeh məxsus olan 416973******1110 və 416973******3052 saylı kartlarına xx.xx.2021 - xx.xx.2023-cü il tarixlərdə cəmi 9950 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh üçün aldığı və evin satış qiymətindən razılaşdırılmış 23000 manat puldan 13000 manat nağd qaydada ödədiyi, 4000 manat təmirinə xərclədiyi və 10000 manat borclu qaldığı yarımtikili evin sahibi Namiq İsmayılov adlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq ona satdığı yarımtikili evin alınaraq qaytarılması və həmin evin dəyəri üçün razılaşdıqları qiymətin ödənilmiş hissəsinin, yəni 23000 manatdan 17000 manat pulun İddiaçı qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında iddia tələbi əsasında cavabdeh olaraq iddianı qəbul edib və buna görə də, iddia tələbi təmin edilərək müvafiq qərar qəbul edilib. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayınadək borca verdiyi 9950 manat pulun alınaraq ona verilməsi hissəsinin iddia tələbinin “xahiş edirəm” hissəsinə əlavə edilməklə iddia tələbi artırılmalı və iddia tələbinin “xahiş edirəm” hissəsində Cavabdeh onun tərəfindən alınmış yarımtikili evin təmirinə xərclənmiş pulun, yəni 29535 manatın və ev sahibinə borclu olduğu 10000 manat alınaraq ona qaytarılması hissəsindən imtina edir və həmin hissənin iddia tələbindən çıxarılması qərarına gəlib. Qeyd edilənlərə əsasən Cavabdeh kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat və köçürmə kartı ilə borca verilmiş 9950 manat olmaqla, cəmi 19744,65 manatın a lınaraq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəf yazılı etiraz verərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində göstərdikləri bötövlükdə həqiqətə uyğun olmayan yalan və uydurmalardan ibarət iddiadır, həmin iddia əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, hazırda Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cavabdeh məxsus 45000 manat pulun İddiaçı tərəfindən dələduzluq yolu ilə ələ keçirməsi barədə şikayəti əsasında material üzrə istintaq araşdırılması aparılır. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz təqdim edərək bildirir ki, ixtisasca ali təhsilli həkimdir, həkimlik fəaliyyəti ilə məşğuldur, 2017-ci ildən vergi ödəyicisi kimi qeydiyyatdadır (VÖEN: **********, Etiraza əlavə olunub). Bakı şəhərində qızı ilə birgə yaşayır, valideynləri, bacısı Kazaxstan Respublikasında yaşayırlar. İddiaçı ilə 2020-ci ildən tanışdır, onunla dostluq münasibətləri olub. Heç vaxt İddiaçılə birgə yaşamayıb, birgə təsərrüfat aparmayıb, onun tərəfindən hər hansı bir maliyyə dəstəyi görməyib və buna ehtiyacı olmayıb. Cavabdeh VÖEN-lə fəaliyyət göstərib, maddi imkanları orta dərəcədə olub. İddiaçı iddia ərizəsində ona 2020-ci ildən etibarən müxtəlif məişət texnikası, telefonlar kreditə alması barədə qeyd etdikləri tamamilə yalandır, belə bir hal baş verməyib, iddiaçı ona heç bir kondisioner, tozsoran, televizor və telefonlar alaraq, verməyib, Cavabdeh ona kreditə mal alması barədə iddiaçıdan heç zaman xahiş etməyib. Əgər həqiqətən iddiaçı cavabdehə 2020-ci ilin oktyabr və noyabr aylarında kondisioner və tozsoran kr editə götürüb vermişsə və Cavabdeh onun kreditlər borclarını qaytarmayıbsa, onda nə üçün iddiaçı üçüncü dəfə - 2021-ci ilin aprelində cavabdehə vermək üçün Samsung Qalaxy A41 telefonu kreditə alıb, əvvəlki 3 kreditin pulları iddiaçıya qaytarılmadığına baxmayaraq 2021-ci ilin dekabrında cavabdehə əlavə 1200 manata Toşiba markalı televizor alıb, bu kreditlərin pulu iddiaçıya qaytarılmadığı halda 2022-ci ilin martına nə az, nə çox 3944 manata iPhone 13 Pro markalı telefonu kreditə götürərək cavabdehə verib və ən nəhayət əvvəlki 5 kreditin pullarının heç biri iddiaçıya geri ödənilmədiyi halda, sonuncu 6-cı dəfə cavabdeh üçün 2023-cü ilin may ayında 1557 manata kreditə Samsung Galaxy S21 markalı telefon götürüb verib? Bu ağlabatan fikir deyil. Həmçinin, etiraza əlavə olunaraq məhkəməyə təqdim o lunmuş iddiaçı ilə cavabdeh arasında “Whatsapp” mobil proqramında bir-birinə göndərdikləri səsli mesajların tarixlərindən görünür ki, artıq 2023-cü ilin mart-aprel aylarından etibarən Cavabdeh İddiaçı ona qarşı dələduzluq edərək 45000 manat pulunu ələ keçirdiyini bildikdən sonra, evin rəsmiləşdirilməsi və tikintisi üçün iddiaçıya verdiyi pullarını geri qaytarmağı tələb etməyə başlayır. 2023-cü ilin mart-aprel ayından iddiaçıdan öz pulunu geri tələb edən cavabdehə məxsus pulları ələ keçirən iddiaçı necə ola bilər ki, cavabdehin pulunu qaytarmayaqaytarmaya ona kreditə telefon alsın? Bu mümkün olan hal deyil. Bunlar iddiaçının fantaziyalarıdır. 2022-ci ilin sonlarında iddiaçı cavabdehə torpaq sahəsi almağı təklif edərək bildirib ki, münasib qiymətə torpaq sahəsi alıb ev tikdirmək olar, bu məs ələdə ona torpaq tapılmasında və evin tikintisində köməklik edə bilər, sözsüz ki, cavabdehin vəsaiti hesabına və evin rəsmiləşdirilməsini də iddiaçı öz üzərinə götürüb. İddiaçı cavabdehə üzərinə yarımtikili olan torpaq sahəsi göstərərək həmin torpaq sahəsinin yaxşı yerdə yerləşdiyini bildirib, cavabdehi həmin torpağı almağa cəlb edib. Sənədsiz torpağın tikili ilə birlikdə qiymətinin 23000 manata almağa cavabdehi razılaşdırıb, iddiaçı cavabdehin adına həmin torpağa və tikiliyə müvafiq hüquqmüəyyənedici sənədlər əldə edəcəyinə vəd verib. Cavabdeh iddiaçının onun pullarını ələ keçirmək niyyətini və məqsədini anlamayıb qeyd olunan torpağın alınması, üzərində olan yarımtikili evin tikilərək başa çatdırılması və rəsmi sənədlər əldə edilməsi üçün iddiaçıya hissə-hissə ümumilikdə 45000 manat pul ver. 2023cü ilin əvvəllərində cavabdeh Qazaxıstan Respublikasına valideynlərinin yanına gedib, oradan “Whatsapp” proqramı vasitəsilə iddiaçı ilə daimi əlaqədə olub, evin və torpağın vəziyyəti ilə maraqlanıb, lakin iddiaçı hər dəfə müxtəlif yalan uydurma və bəhanələr gətirməklə sənədləşmə işinin ləngidiyini, işin polisdə olduğunu, onun tərəfindən yerli İcra hakimiyyətinə, bələdiyyəyə, kənd sovetinə və Əmlak Məsəlləri Dövlət Xidmətinə müraciət edilərək, guya evin sənədlərinin təqdim edildiyini, həmin qurumlarda hüquqi sənədlərinin həll olunduğunu və s. yalanları cavabdehə söyləyib və həmin məzmunlu SMS yazıları “Whatsapp” proqramı vasitəsilə cavabdehə göndərib. Öz dələduzluq əməllərini səmərəli həyata keçirmək üçün iddiaçı "xxxx" MMC-nin möhürü ilə təsdiq olunmuş hüquqi sənəd olmayan bir ev sxemini Cavabdeh göndərərək, həmin sənədin dövlət qurumundan verildiyini, evin və torpağın çıxarışını yaxın vaxtlarda alacağını Cavabdeh yalandan vəd edib. İddiaçının onu aldatdığını hiss edən cavabdeh “Whatsapp” proqramı vasitəsilə iddiaçıya 2023-cü ilin mart ayından iddiaçıya torpağın alınması, evin tikintisi və rəsmiləşdirilməsi üçün verdiyi pulların hesabatını tələb etməyə başlayır, İlqamdan tələb edir ki, sonuncu evi satsın, onun verdiyi pulları qaytarsın. Hətta, 2023-cü ilin mayında iddiaçının dostu Ramil cavabdehə “Whatsapp” proqramı vasitəsilə səs göndərərək, İlqamın onu aldatdığını, onun pulu hesabına öz evini təmir etdiyini, evin damına (krışaya) və dəmirlərinə az pul xərcləndiyi halda Marinanı aldadaraq yüksək məbləğ qeyd etdiyini, Marinanın ağılsız hesab etdiyini, Marinanın pu lu hesabına özü üçün şərait yaratdığını bildirib. Tərəflərindən iddia ərizəsinə qarşı etiraza əlavə olunmuş tərəflər arasında olan “Whatsapp” proqramı vasitəsilə hazırki mülki mübahisə predmetinə aid olan bir-birinə göndərdikləri səs mətnlərini, Cavabdeh iddiaçıya 900, 100 və 1500 manat göndərməsini təsdiq edən köçürmə qəbzləri, Cavabdeh işıq sayğacının quraşdırılması üçün pul ödəməsi barədə qəbz, iddiaçının cavabdehə “Whatsapp” proqramı vasitəsilə göndərdiyi səz mətnləri məhkəməyə təqdim olunur. Həmin səs mətnlərində cavabdehin dəfələrlə iddiaçıya torpaq və ev üçün verdiyi pulları hara xərcləməsini, onu pis vəziyyətə salmasını, İddiaçı heç bir iş görməməsini, İddiaçı 40000 manatdan artıq pul verməsini, İlqamın onu aldatmasını, İddiaçı Cavabdeh göndərdiyi səslərdə isə Cavabdeh ona pul verm əsi barədə etirafları, həmin pulları İcra Hakimiyyətinə, polisə, bələdiyyəyə, SOCAR-a, Əmlak Komitəsinə, evin materialarına, ustalara verməsini bildirməsi, Cavabdeh iddiaçıdan pulunu geri tələb etməsi və s. məzmunlu səslərdir. Qeyd olunan səs mətnlərini flaşkartda məhkəməyə təqdim edirlər, səs mətnlərinin işə əlavə olunaraq məhkəmə baxışında dinlənməsini xahiş edirlər. Məhkəməyə təqdim olunan tərəflərin birbirinə qarşılıqlı şəkildə “Whatsapp” proqramı vasitəsilə göndərdikləri səs mətnlərinin heç birində iddiaçı iddia ərizəsində qeyd etdiyi pul vəsaitlərini torpağa və evə xərclədiyini, ev sahibinə, ustalara, mal-materiala pul verilməli olmasını və ya onun özü tərəfindən verildiyini bildirmir, cavabdehdən hər hansı bir pul tələb etmir, əksinə olaraq cavabdehin ona torpağın alınması üçün, sən ədləşmənin aparılması üçün, evin tikintisi üçün, evin sahibinə verilməsi üçün, ustalara, mal-materiala ödənilməsi üçün verilən pulların hesabatını verir, bir çox səs mətnlərində cavabdehin qarşısında özünə bəraət qazandırmağa çalışır, onu aldatmadığını, evi sataraq Marinanın pullarını qaytaracağını vəd edir. Burada sual yaranır ki, əgər iddiaçı özünün iddia etdiyi kimi 2020-ci ildən son vaxtara kimi cavabdehə 9797 manatlıq məişət texnikası və telefonlar kreditə götürüb pulunu ödəmişsə və həmin pul ona qaytarılmadığı halda, nə üçün o, pullarını geri almadan yenidən cavabdeh üçün torpaq və evə pul xərcləyirdi? Bu inandırıcı və ağlabatan deyil. Bunlar hamısı yalan və uydurmadır! Səs mətnlərində (xx.xx.2023-cü il tarixli, 00013643 AUDİO) iddiaçı özü etiraf edir ki, Marina ona pullar verib, onu n pulu olmayıb. Səs mətnlərində iddiaçının cavabdehi inandırması, aldatması, ona qarşı dələduzluq niyyəti aşkar şəkildə özünü biruzə verir. Bununla yanaşı, “Whatsapp” proqramı vasitəsilə iddiaçı cavabdehə Nizam RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Cəmil Məmmədovun HK-1, 1911 nömrəli material üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının birinci vərəqinin fotosunu göndərərək, evin tikintisi ilə bağlı Əmlak Komitəsinin onlardan şikayət etdiyini, bununla bağlı polisə gedib orada müstəntiqə rüşvət verilməli olduğunu, həmişə işi həll etdiyini yalandan bildirib. Həmin qərarın birinci vərəqində olan yazılardan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən BBPİ-nə X1 şikayət edərək, onun tərəfindən dövlətə məxsus 120 kv.metr torpaq sahəsi ndə qanunsuz tikinti aparıldığı barədə bildirilib. Qeyd olunan material məhkəmənin sorğusu ilə tələb olunaraq hazırki iş materiallarına əlavə olunmalıdır. Hazırki iddiaya münasibətdə bidirirlər ki, həqiqətdə tərəflər arası münasibətlərdə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksi baş verib. Pulları iddiaçı deyil, əksinə cavabdeh iddiaçıya pulları verib və köçürüb. Həmin pulları iddiaçı cavabdehin etibarından suiistifadə etməklə, sonuncuya sənədsiz olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri (tikintiyə sərəncam, çıxarış, texniki pasport və s.) alacağını, evi tikib Cavabdeh hazır təhvil verəcəyini yalandan vəd etməklə, cavabdehin ümumilikdə 45000 (qırx beş min) manat pulunu ələ keçirib ona qarşı dələduzluq edib. İddiaçının cavabdehə qarşı məhkəməyə verdiyi iddiası həqiqətə uyğun olmayan əsassız iddia olduğundan iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-449/2024 saylı, 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə iddianın kart hesabına ödənilən pulun tələb edilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırda iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlara istinad edərək, ona məxsus 4169 7413 2928 9977 nömrəli kartdan Cavabdeh adına olan 4169 7332 1394 1110 və 4169 7388 5295 3052 nömrəli kartlara pul köçürmələri edilməklə borca pul verildiyini qeyd etmişdir. Həmin hesablardan olan çıxarışlarla müəyyən edilir ki, İddiaçı məxsus olan 416974**** **9977 nömrəli kartdan Cavabdeh məxsus olan 416973******1110 nömrəli karta köçürülən məbləğlər aşağıdakı kimidir: xx.xx.2021-ci il 50 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-50 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-100 manat; xx.xx.2021-ci il-50 manat; xx.xx.2022-ci il-105 manat; xx.xx.2022-ci il-120 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-110 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-10 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022ci il-120 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; x x.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-850 manat; xx.xx.2022-ci il-100 manat; 04.0.4.2022-ci il-50 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-300 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-200 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-85 manat; xx.xx.2022-ci il-220 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-5 manat; xx.xx.2022-ci il-250 manat; xx. xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-70 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-230 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-160 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-280 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-500 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-150 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2023-cü il-30 manat; xx.xx.2023-cü il-240 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-40 manat; xx.xx.2023-cü il-50 manat; xx.xx.20 23-cü il-100 manat; xx.xx.2023-cü il-220 manat; xx.xx.2023-cü il-200 manat; xx.xx.2023-cü il-10 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-30 manat; xx.xx.2023-cü il-250 manat; xx.xx.2023-cü il-100 manat; xx.xx.2023-cü il-50 manat; xx.xx.2023-cü il-120 manat və Qarayev liqam Qurban oğluna məxsus olan 416974******9977 nömrəli kartdan Cavabdeh Əhmıəd qızına məxsus olan 416973******3052 saylı karta köçürülən məbləğlər aşağıdakı kimidir: xx.xx.2022-ci il 10 manat; xx.xx.2022-ci il-100 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-30 manat; xx.xx.2022-ci il-40 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022ci il-30 manat; xx.xx.2022-ci-30 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-10 manat; xx.xx.2022- ci il-20 manat; xx.xx.2022-ci il-20 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2022-ci il-15 manat; xx.xx.2022-ci il-50 manat; xx.xx.2023cü il-15 manat; xx.xx.2023-cü il-25 manat; xx.xx.2023-cü il-10 manat; xx.xx.2023-cü il-10 manat; xx.xx.2023-cil il-50 manat.

9. Həmçinin iddiaçı tələbində xx.xx.2021-ci ildə cavabdehə məxsus karta 180 manat köçürüldüyünü qeyd etsə də, həmin pul 4169 73** **** 1170 saylı kart hesabına köçürülüb və həmin kartın hesabının cavabdehə məxsus olması öz təsdiqini tapmayıb.

10. Eyni zamanda, cavabdehə məxsus adıçəkilən hesab nömrələrindən iddiaçıya məxsus 4169 7413 2928 9977 hesaba xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2022ci ildə 50 manat, xx.xx.2022-ci ildə 900 manat, xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023cü ildə 100 manat və xx.xx.2023-cü ildə 1500 manat pul köçürüldüyü müəyyən edilmişdir. Hazırda iddiaçı ca vabdehə məxsus kart hesablarına 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayınadək ümumilikdə 9950 manat məbləğində pul köçürməklə borca pul verdiyini qeyd etsə də, məlum olmuşdur ki, tərəflər arasında borc müqaviləsi mövcud deyil. Həmçinin iddiaçı verilən pulların hansı müddətə, hansı şərtlərlə borca verilməsinə dair məlumatı məhkəməyə təqdim edə bilməyib. Cavabdeh tərəf həmin pulların lotereya pulları olduğunu, məhkəmə iclasında isə iddiaçı cavabdehin iş yerində lotereya oynadığını, lakin cavabdehə lotereya üçün verdiyi pulları nağd şəkildə verdiyini qeyd edib.

11. Məhkəmə hesab etmişdir ki, 2021-ci ilin avqust ayından 2023-cü ilin aprel ayınadək iddiaçı tərəfindən cavabdehdə məxsus kartlara ayrı-ayrı vaxtlarda köçürən məbləğlər borc müqaviləsinin predmeti ola bilməz.

12. Qeyd edilə nlərə əsasən məhkəmə bildirmişdir ki, araşdırma zamanı iddiaçı tərəfindən cavabdehə pul verilməsi faktı iş materiallarına əsasən müəyən edilmiş olsa da, qeyd edilən pulun verilməsi məqsədi və sair hallar, həmçinin iddiaçı tərəfindən cavabdehə pulun borc məqsədi ilə verilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, tərəflər arasında yaxın münasibət olub, məhkəmə iclasında dindirlən şahidlər onların 3 il birlikdə yaşadıqlarını, hətta Şahid2 onların faktiki nikah münasibətlərində olduğunu (kəbin nikahı) ifadəsində səsləndirmişdir. Həmçinin, iddiaçı iddia ərizəsinə “Tanışlıqları müddətində cavabdehin şəxsi evinin olmadığını və bir azyaşlı qızı ilə müxtəlif ünvanlarda kirayədə yaşadığını bildiyindən müəyyən vaxtlarda ona maddi köməklik də edib” məzmununda mə tn daxil edib. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş pullar məhkəmədə borca verilmiş pul kimi deyil, maddi yardım, köməklik təəssüratı yaratmışdır. Tərəflər qeyd edilən müddətlərdə yaxın münasibətdə olmaqla, mübasibətlərini davam etdirdiyindən mübahisələndirilən pulların borc kimi verilməsi halı öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı cavabdehə 9950 manat məbləğində borc pulun verilməsi halını, iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir mötəbər sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır

13. Məhkəmə iddia tələbinin “Cavabdeh kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat pulun alınaraq ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, id diaçı tələbində xx.xx.2020-ci il tarixdə LC markalı kondisioner - dəyəri 1972,08 manat; xx.xx.2020-ci il tarixdə Filips markalı tozsoran-dəyəri 363,60 manat; xx.xx.2021-ci il tarixdə Toşiba markalı televizor- qiyməti 1200 manat; xx.xx.2021-ci il tarixdə Samsunq Galaxy A41DS markal telefon-dəyəri 760 manat; xx.xx.2022-ci il tarixdə iPHONE 13 PRO 128 GB markalı telefon-qiyməti 3944,02 manat və 17 may 2023-cü il tarixdə Samsung GalaxyS21FE5G6/128GB markalı telefon-qiyməti 1557,95 manat adlı əşyaları aldığını və onların cavabdehdə olduğunu göstərmişdir. Cavabdeh isə həmin hissədə iddia tələbini qəbul etməmişdir

14. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə Tozsoran Philips və yeni qızıl zəmanət üzrə 12 ay müddətin ə, hər ay 30,3 manat olmaqla, ümumilikdə 363,6 manata (ilkin ödəniş daxil olmaqla), xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG İ12CGH, Dispenser Hoffman RDW3131, iki ədəd yeni qızıl zəmanət üzrə 18 ay müddətinə, hər ay 109,6 manat olmaqla, ümumilikdə 1972,8 manat (ilkin ödəniş daxil olmaqla), xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A41 DS, telefon quraşdırma xidməti, yeni qızıl zəmanət üzrə 6 ay müddətinə, hər ay 124 manat olmaqla, ümumilikdə 760 (ilkin ödəniş daxil olmaqla) manata, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Toshiba Led 55U7950 üzrə 5 ay müddətinə, hər ay 200 manat olmaqla, ümumilikdə 1199,99 (ilkin ödəniş daxil olmaqla) manata, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İphone 13 PRO 128 GB və qızıl zəmanət üzrə 18 ay müddətinə, hər ay 219,11 manat ol maqla, ümumilikdə 3944,02 (ilkin ödəniş daxil olmaqla) manata, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung Galaxy S21FE 5G 6/128GB üzrə 12 ay müddətinə, hər ay 129,83 manat olmaqla, ümumilikdə 1557,95 (ilkin ödəniş daxil olmaqla) manata əldə edilib. Samsung Galaxy A41 DS adlı əşya istisna olmaqla, digər əşyaların dəyərinin tam ödənilməsinə dair məhkəməyə satıcı şirkət tərəfindən tərtib edilmiş arayış təqdim edilib.

15. Qeyd edilməlidir ki, iddiaçı tələbində LG markalı kondisioner üçün 1972,08 manat ödədiyini qeyd etsə də, müqaviləyə əsasən həmin ödəniş LG İ12CGH və Dispenser Hoffman RDW3131 üçün ödənilməli idi, hazırkı tələbdə isə cavabdehə verildiyi qeyd edilən əşyalar sırasında Dispenser Hoffman RDW3131 qeyd edilməyib.

16. Məhkəmə qeyd etmişdir ki, hazırkı tələblə bağlı araşdırılm alı olan hallar həmin əşyaların cavabdehin sahibliyində olub-olmaması, həmçinin həmin əşyaların hansı məqsədlə alınmasıdır. Hazırda iddiaçı həmin əşyaları deyil, onların dəyərini tələb edir. Məhkəmə iclasında dindirlən şahidlərdən Şahid2 ifadəsində tərəflərin “Kontakt Home” adlı mağazalar şəbəkəsindən kondisoner, televizor, telefon aldıqlarını, həmin əşyaların nə vaxt alındığını bilmədiyini, əşyaların markası haqqında dəqiq məlumatlı olmadığını, alınmış telefonun iphone 14 pro və ya 14 promax markalı olduğunu göstərmiş, digər şahid isə ifadəsində onun tərəfindən tərəflərin yaşadığı ünvana televizor quraşdırıldığını, kondisionerin quraşdırılması üçün maşın səbətini gətirdiyini, iddiaçının avtomobildə olarkən cavabdeh üçün iPhone markalı telefon aldığını göstərmişdir. Hər iki şahid qeyd etdi kləri əşyaların markası, ölçüsü, alındığı tarix haqqında məhkəməyə dəqiq məlumat verməyiblər. Bu səbəbdən iddia edilən əşyalarla şahidlərin ifadələrində qeyd etdikləri əşyaların eyni olması öz təsdiqini tapmayib. İddiaçı 6 ədəd əşyanın cavabdehin sahibliyində olduğunu qeyd edərək, bu halı təsdiq etmək üçün məhkəməyə şahid ifadələrini təqdim etsə də, həmin şəxslərin ifadələri ilə iddia edilən əşyaların cavabdehdə olması halını müəyyən etmək mümkün olmayıb. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi tərəflər 3 il müddətində yaxından ünsiyyət saxlamaqla münasibətlərini davam etdiriblər, qeyd edilən əşyalar cavabdehdə olsa belə, həmin əşyaların cavabdehə hədiyyə edilməsi halının mövcudluğu istisna edilmir. Hazırda tərəflər arasında iddiaçı tərəfindən cavabdeh üçün adıçəkilən əşyaların alınması və cavabdeh tərəfindən həmin əşyaların dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı müqavilə münasibətlərinin mövcud olması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı həmin əşyaların onun adına rəsmiləşdirilməsinin səbəbini cavabdehin fəaliyyətinin vergi idarəsində rəsmişləşdirilməməsi və bununla da onun aylıq gəlirinin müəyyən etməyin mümkün olmaması ilə izah etsə də, məlum olmuşdur ki, cavabdehin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat mövcuddur. Hazırkı iş üzrə iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdən öncə iddianın predmetində, həmçinin evlə bağlı ödənilən pul və evə çəkilmiş təmir xərcləri olub. İddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən ona 10000 ABŞ dolları verildiyini qəbul ed ib.

17. İş materiallarına əlavə edilmiş tərəflər arasında olan söhbətin səs yazılarından görünür ki, cavabdeh 2023-cü ilin aprel ayından artıq cavabdehlə ünsiyyət saxlamaq istəmədiyini, evi sataraq ev üçün ödədiyi pulları tələb edib. Yəni artıq həmin vaxt tərəflər arasında münasibətlər pisləşib. Hazırda isə iddiaçının dəyərinin ödənilməsini xahiş etdiyi əşyalardan olan Samsung Galaxy S21FE 5G 6/128GB adlı əşya xx.xx.2023-cü il tarixdə alınıb. Belə olan halda, tərəflər arasında münasibətlər pisləşdiksən sonra iddiaçının xx.xx.2023-cü il tarixdə mobil telefon alaraq cavabdehə təhvil verməsi ağlabatan hal kimi qəbul edilmir. Bundan başqa, iddiaçı məhkəməyə əşyaların dəyərinin ödənilməsi ilə bağlı onun tərəfindən cavabdehə ünvanlanan mesajların surətini təqdim etsə də, həmin söhbət birtərəfl i aparılıb və cavabdeh tərəfindən iddiaçının mesajlarına münasibət bildirilməyib. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi “Cavabdeh kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat pulun alınaraq ödənilməsi” hissəsində öz təsdiqini tapmadığından təmin edilə bilməz.

18. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında adıçəkilən əşyaların bir çoxunun məhkəməyə iddia verilməmişdən 3 il öncə alındığından iddia müddətinin ötürüldüyünü qeyd edərək, həmin tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırda iddia edilən əşyalarla bağlı tərəflər arasında müqavilə münasibətləri olmadığından müqavilə tələbləri üzrə göstərilən üç illik iddia müddəti tətbiq edilə bilməz.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Res publikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 1115-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar nəzərə alınmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İlk növbədə, məhkəmənin cavabdehlə aralarında olmuş münasibətlərə yanaşması düzgün olmamışdır. Cavabdehin nümayəndəsi və vəkili tərəf indən məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş etirazın özündə cavabdehin Bakı şəhərində qızı ilə birlikdə yaşaması, onunla 2020-ci ildən tanış olması, onunla dostluq münasibətlərində olması, heç vaxt onunla birgə yaşamaması, birgə təsərrüfat aparmaması əks olunmuş və məhkəmə iclasında səsləndirilmişdir.

22. Daha bir halda tərəfindən Cavabdeh məxsus karta köçürdüyü 9950 manat məbləğində pulun lotereya pulu kimi verilməsi barədə cavabdeh tərəfin dəlillərinə məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Belə ki, əvvəla, lotereya üçün ödənilən pul məbləğlər hər ayın konkret vaxtlarında ödənilir. Digər tərəfdən isə həmin məbləğlər standart məbləğlər olur. Qətnamənin özündən də göründüyü kimi, kartlar vasitəsilə köçürdüyü pullar müxtəlif tarixlərə, həmçinin eyni bir ayın müxtəlif gün lərinə təsadüf edir və 9950 manat məbləğində lotereya vəsaiti olmur.

23. Bununla yanaşı, iddia tələbinin kreditlə alınmış və Cavabdeh istifadəsinə verilmiş cihazlara görə ödədiyi vəsaitlərə məhkəmənin mövqeyi əsaslı olmamışdır. Belə ki, məhkəmə mübahisə predmetləri olan məişət cihazlarının onun adına kreditlə rəsmiləşdirilmiş olmasını tam qəbul etsə də, həmin cihazların Cavabdeh yaşadığı mənzilə quraşdırılmış olması, həmçinin mobil telefon aparatlarının onun istifadəsinə verilmiş olması barədə sübutları, ən əsası da şahid ifadələrini mötəbər sübut kimi qəbul etmək istəməmişdir. Bu halda məhkəmə şahidlərin faktın təsdiq edilməsi üzrə ifadələrinə əhəmiyyət verməmiş, həmin fakt üzrə əhəmiyyət kəsb etməyən halları önə çəkərək həmin ifadələrə tənqidi yanaşmışdır (qətnamənin 14-cü vərəqi).

24. M əhkəmə mübahisə üzrə adıçəkilən əşyaların alınması və cavabdeh tərəfindən həmin əşyaların dəyərinin ona ödənilməsi ilə bağlı müqavilə münasibətlərinin olmamasını vurğulamışdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinin bu kimi hallara dair mahiyyətini nəzərdən qaçırmışdır. (qətnamənin 14-cü vərəqi). İş üzrə maraq doğuran məsələlərdən biri budur ki, adıçəkilən əşyaların cavabdehdə olması faktı məhkəmə tərəfindən dolayı yolla olsa belə qəbul edilmiş olur. Lakin heç bir əsas olmadan, hansı səbəblərdənsə, həmin əşyaların cavabdehə hədiyyə edilməsi kimi ehtimalı əsas götürmüş olmuşdur (qətnamənin 14-cü vərəqi).

25. Digər tərəfdən məhkəmə, hazırkı iş üzrə cavabdehin guya ödəniş qabiliyyətli olmasını yəqinləyən, cavabdehin xx.xx.2017-ci il tarixdə vergi öd əyicisi kimi vergi uçotuna alınması barədə məlumatı əsas götürməyə çalışmışdır. Lakin bu halda da Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə vergi ödənilməsi barədə məlumatın aşkar edilmədiyi barədə məlumatı nəzərdən qaçırmışdır (qətnamənin 10 və 14-cü vərəqləri).

26. Məhkəmə öz mövqeyini, yalnız bir dəlillə - Şahid2 ifadəsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, cavabdeh tərəfin öz mövqeyi tam bir fərqli olmuş, cavabdehlə onun aralarındakı münasibətlərin dostluq xarakterli olması səsləndirilmişdir. Göründüyü kimi, şahid ifadəsinə əsaslanaraq məhkəmə tərəfindən cavabdehə məxsus kartlara ayrı-ayrı vaxtlarda köçürdüyü məbləğləri borc müqaviləsinin predmeti kimi qiymətləndirməmiş, bu normaları onun xeyrinə şərh etmə li olduğu halda, bu normaları iddia tələbinin təmini üçün tətbiq etməmişdir. Digər bir halda məhkəmə iddia tələbinin CavabdehƏhməd qızından kreditlə aldığı əşyaların dəyəri olan 9797,65 manat pulun alınaraq ona ödənilməsi hissəsi üzrə heç bir maddi hüquq normasına istinad etmədən təmin etməmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki 2(103)-5778/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakimlər - Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzg ün tətbiq etməmişdirsə, düzgün tətbiq edilməmənin nədə ifadə olunduğunu iddiaçı şikayətində açıqlamalı idi. Belə ki, iddiaçı cavabdehdən kreditə aldığı əşyaların dəyəri olan 9797,65 manat və köçürmə kartı ilə borc verdiyi 9950 manat olmaqla, cəmi 19744,65 manatın ödənilməsini tələb edir. Bunun üçün cavabdehin iddiaçı qarşısında zərər vurmadan, əsassız varlanmadan, qanunda nəzərdə tutulmuş digər əsaslardan, yaxud da müqavilədən əmələ gələn öhdəliyi yaranmalıdır. Ancaq cavabdehin bu cür öhdəliyinin yaranması təsdiq olunmur. İddiaçı göstərilən ilk üç əsasa görə cavabdehin onun qarşısında öhdəliyinin yarandığını da israr etmir.

29. Tələbinin birinci hissəsində göstərdiyi məbləği cavabdehin xahişi ilə ona aldığını iddia etdiyi əşyalara görə, ikinci hissəsini isə sırf borc münasibətləri ilə əlaq ələndirir. Sübuta yetirildiyi halda birinci hissənin qanuni əsası kimi əsassız varlanmaya dair normalar nəzərdən keçirilə bilər. Ancaq tələbin bu hissəsi üzrə iddianın faktiki halları təsdiq edilmiş olsa belə əsassız varlanmaya dair normaların dispozisiya şərtləri ilə uzlaşmır. Çünki cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması (əmlak əldə etməsi) təsdiq olunmur. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur yaxud da bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonradan aradan qalxmış əsas söykənir. Burada tərəflər arasında yaranmış qeyri rəsmi ər-arvad, yaxud faktiki nikah münasibətlərinin olması da iddianın əsaslılığını təkzib edən hallar sayılır. Çünki bu cür özlərinə görə xoş olan nikahdan kənar münasibətlər zamanı tərəflər bir-birinin hesabına nə əsassız varlanma barədə düşünür, nə də aralarında borc münasibətləri yaranır. Ən azından bu cür vəziyyətdə onları birləşdirən hisləri və bu hislərdən yaranmış münasibətləri buna imkan vermir, üstəlik bu cür münasibətlər zamanı həm də aralarında iddia edilən formada mülki hüquq münasibətlərinin yaranması da həyatda həmişə baş verən hallara uyğun gəlmir.

30. Tələbin ikinci hissəsi üzrə də eyni mövqe sərgilənir. Çünki bu cür münasibətləri olan tərəflərin arasında borc münasibətləri də yarana bilməz. Bu qənaət iddiaçının cavabdehin kart hesabına köçürdüyü vəsaitin çoxsaylı və məbləğlərin müxəlif olması ilə də təsdiq olunur. Ona görə də cavabdehin iddiaçı qarşısında borc müqaviləsindən əmələ gələn öhdəliyi də yarana bilməzdi. Demək ki, iddiaç ı aralarında yaranmış qeyri-rəsmi nikah münasibətinə görə cavabdeh tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən tələb etdiyi vəsaiti ona hədiyyə edərək bağışlamışdır.

31. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 666.2, 668.1, 739.1, 739.2, 1091.1, 1091.2, 1093.1, 1093.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b)

34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

36. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi o la bilər.

37. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

40. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

41. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

42. Maddə 1093.2. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassas iya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(103)-5778/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar