Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3121/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ( Maraqlı şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində icarə hüququ, torpaq sahəsindın çıxarılma, tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Maraqlı şəxs) qarşı “torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-185/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.60 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən X2 99 il müddətinə icarəyə verilmiş və həmin torpaq sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
2. X3 həmin torpaq sahəsinə icarə hüququnu xx.xx.2016-cı il tarixdə bağlanmış və notariat qaydada bağlanmış müqavilə əsasında İddiaçı satmış və sonuncunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınaraq, RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
3. Cavabdeh həmin torpaq sahəsinə bilə-bilə saxta sənədi qanunsuz haz ırlayıb istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlayaraq tutmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 320.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 136/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, Azərbaycan Respublikası CMnin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin ona cəza təyin edilməmişdir. Bundan başqa, cinayət iş üzrə Cavabdeh qarşı irəli sürülmüş mülki iddialar təmin edilmiş, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması qərara alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-255/2021 saylı, xx.xx.2021-ci il tarix li qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-136/2018 saylı, 01 oktyabr 2018ci il tarixli hökmü “Cavabdeh Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.6 ha torpaq sahəsindən çıxarılsın” hissəsində dəyişdirilib, mülki iddiaya mülki mühakimə icraatında baxılmalı olduğundan baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanuni sahibliyinə verilmiş, Bakı şəhəri, Xəzər rayonu, Abşeron rayon donuzkökəltmə sovxozunda yerləşən 1,6 hektar torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılıb ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsini cavabdeh zəbt edərək orada bir neçə qanunsuz tiklilər inşa etdirmiş, bununla da iddiaçının həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsinə maneələr yaratmışdır. İddiaçının şikayəti əsasında torpaq sahəsinin zəbt edilməsi faktı ilə bağlı cinayət işi başlanmış, istintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmə cinayət işi üzrə xx.xx.2018-ci il tarixdə müvafiq hökm çıxarmışdır.
7. İş üzrə cavabdeh və üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim etməmişlər.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 noyabr 2021-ci il tarixli, 2(003)-3282/2021 nömrəli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia tələbi qismən təmin edilmiş, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin Abşeron İcra Hakimiyyətinin balansında olan və icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən istifadə etməsinin hüquqi əsası yoxdur. Cavabdeh həmin torpaq sahəsini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır, iddiaçının qanunla qorunan hüquqlarını pozur. Buna görə də, cavabdeh həmin sahədən çıxarılmalıdır. Bundan başqa, iddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən qanunsu z tikililərin inşa edildiyini bildirsə də, bu halları sübuta yetirə bilməmiş, həmin tikilinin mövcud olması və cavabdeh tərəfindən inşa olunması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Buna görə də, iddianın “qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə” hissəsi təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 68, 93, 152.1, 152.2, 152.3152.4, 157.8, 158.2-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməmiş hissəsində də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
13. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçının özününki kimi qələmə verdiyi torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyinin müəyyən olunması üçün iş üzrə tikinti-texniki ekspertizası təyin etməmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bundan başqa, cavabdeh bankdan küllü miqdarda kredit götürərək mübahisəli torpaq sahəsində iddiaçının özünün və (hazırki iş üzrə tərəf olmayan) Ağaca n Əhmədovun razılığı ilə xeyli işlər görmüş, orada tikililər və hasar inşa etdirmiş, müəssisə yaratmış, müəssisəni avadanlıqla təchiz etmişdir. Bu baxımdan da görünür ki, iddia əsassızdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-185/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Talışınski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddia ərizəsində ifadə olunmuş “cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə” tələb inin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddianın “cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə” hissəsində təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Abşeron rayon donuzkökəltmə sovxozunun ərazisində yerləşən 1,6 hektar torpaq sahəsindən çıxarılması və onun tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq onun vəsaiti hesabına sökülməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsi üzərində onun icarə hüququnun olduğunu, bu hüququnun sahənin əvvəlki icarədarı olan Ağacan Əhmədov tərəfindən ona ötürüldüyünü bildirsə də, cavabdehin həmin sahədən istifadənin qanuni əsası mövcud deyil. Çünki onların arasında bununla bağlı notarial qaydada hər hansı bir müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququn yaranması ilə bağlı əqdlər notariat qaydasında təsdiq edilməlidir.
17. Mübahisəli torpaq sahəsi üzərində icarə hüququ Ağacan Əhmədov tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçıya satılmış, bununla bağlı olaraq onların arasında notarial qaydasında müqavilə bağlanmış, iddiaçının həmin müqavilə üzrə yaranmış hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və iddiaçı həmin torpaq sahəsinin qanuni sahibidir. Çünki, Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə, reyestrin məzmununun qey ri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.2 və 157.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi iddianın “mübahisəli torpaq sahəsindən cavabdehin çıxarılması barədə” hissəsini təmin etməkdə haqlı olmuşdur.
19. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianın “cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə” hissəsini təmin etməməklə iş üzrə səhv və uyğun olmayan nəticəyə gəlmişdir.
20. Belə ki, bu tələbin təmin edilməməsi barədə mövqeyini birinci instansiya məhkəməsi onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililərin inşa e dilməsini bildirsə də, bu halları sübuta yetirə bilməmiş, həmin tikilinin mövcud olması və cavabdeh tərəfindən inşa olunması məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır.
21. Amma apellyasiya icraatı zamanı müəyyən edildi ki, mübahisəli tikililər cavabdeh tərəfindən inşa edilmişdir. Cavabdeh özü bu halı qətnamədən verdiyi apellyasiya şikayətində etiraf etmişdir.
22. Buna görə də Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü maddələri və Torpaq Məcəlləsinin 111-ci maddələri baxımından iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamənin müzakirə edilən bu hissəsi ləğv edilməli və qeyd edilən bu tələbin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin etdilməməsi və bununla da prosessual hüquq normalarının tələblərinin pozulması barədə cavabdehin dəlili əsassızdır. Çünki iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi, cavabdehin qanunsuz istifadə etdiyi torpaq sahəsi ilə eynidir. Belə ki, cavabdehin təqsirləndirilməsinə dair yuxarıda qeyd edilən cinayət işi üzrə Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, həmin iş üzrə ifadələr verərkən cavabdeh istifadə etdiyi sahənin eyni (hazırki iş üzrə mübahisə predmetini təşkil edən) sahə olmasını bildirmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 146.1, 157.1, 157.2, 158.1, 158.2, 180.1, 180.4-cü və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı təmin etməsinin hüquqi əsası kimi məhkəmə tərəfindən maddi hüquq normaları qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1 və 157.2-ci maddələri düzgün tətbiq edilməmişdir. Həmin maddi hüquq normasının tətbiqi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahib lik hüququ qanunsuz olmalıdır. Cavabdeh öz hesabına və bankdan götürdüyü külli miqdarda kreditlər hesabına mübahisəli torpaq sahəsində qarşı tərəfin razılığı ilə (cinayət işi materialları ilə təsdiq edilmişdir) xeyli işlər görməklə (tikililər, hasar inşa edilmiş, müəssisə yaradılmış, avadanlıqlar alınmış və s.) vəsait sərf etmişdir. Bundan başqa, iddiaçıya boş torpaq sahəsi kimi sahə ayrılması göstərildiyi halda, cavabdehə məxsus olan (istifadəsində olan) ərazi hələ sovet vaxtından əmlak kompleksi kimi müəssisə olmuşdur və boş sahə deyildir. Lakin iddiaçıya torpaq ayırma sənədlərində həmin hallar görsənmir. İddiaçının boşaldılmasını tələb etdiyi və cavabdehin istifadəsində olan torpaq sahələrinin dəqiq koordinatlarının müəyyən olunması və üst-üstə düşübdüşmədiyinin müəyyən olunması üçün məhkəmə tərəfindən ekspertiza keçirilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin 2 dəfə ekspertiza təyin edilməsi barədə qərardadı olsa da, heç bir qərardad üzrə rəy alınması təmin edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri a. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri is tisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...
29. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:.. 158.1.2. əmlakdan istifadə hüququ;...
32. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
33. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
34. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hü quqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
35. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...
36. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasın ın Torpaq Məcəlləsi
37. Maddə
111. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Baxılan iddia, torpaq sahəsinə qanuni əsaslarla sahiblik edən şəxsin hüquqlarının müdafiəsi barədə tələbdir. İddiaçı onun icarəsində olan tor paq sahəsinin cavabdeh tərəfindən hər hansı qanuni əsas olmadan tutulduğunu, orada özbaşına tikililər inşa edildiyini bildirir və cavabdehin torpaqdan çıxarılması və tikililərin sökülməsini tələb edir.
51. İddia tələbinin maddi hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
52. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.4-cü maddəsi).
53. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində iddiaçının icarə hüququ var və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh həmin torpaq sahəsinin və orada inşa edilən tikili lərin özünə məxsus olduğunu iddia etsə də, cavabdehin torpaq sahəsinə hüquqverici sənəd kimi təqdim etdiyi xx.xx.2004-cü il tarixli Binə kənd təsərrüfatı məhsulları müəssisəsi ilə onun arasında bağlanmış alğı-satqı müqaviləsi, habelə iki ədəd tövlələrin və 3 ədəd köməkçi tikililərin ona təhvil verilməsi barədə aktın saxta olması, cavabdehin Azərbaycan Respublikası CM-nin 188.3-cü və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir.
54. Başqa sözlə cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə hər hansı hüququ müəyyən edilməmişdir.
55. Cavabdeh kassasiya şikayətində sökülməli olan tikililərin qarşı tərəfin razılığı ilə həyata keçirildiyini və bu halın cinayət işi materialları ilə təsdiq edildiyini bildirir. Cava bdehin bu dəlili əsassızdır. Cavabdehin mübahisəli torpaq sahəsində tikili inşa etməsinə iddiaçının razılıq verməsi müəyyən olunmamışdır. İddiaçı torpaq sahəsinə icarə hüququnu xx.xx.2016-cı il tarixdə müqavilə bağlandıqdan sonra əldə edib və cavabdehin bundan sonra orada tikinti inşa etməsi müəyyən olunmayıb.
56. Cinayət işi materiallarında bu faktın müəyyən olunması ilə bağlı həm də qeyd olunmalıdır ki, cavabdehin Azərbaycan Respublikası CM-nin 188.3-cü və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən göründüyü kimi cavabdeh ifadəsində göstərmişdir ki, «Qeyd olunan torpaq sahəsi və və üzərindəki tikililər 2004-cü ildən bu günə qədər onun istifadəsindədir.... Mübahisəli torpaq sahəsindəki almış ol duğu iki ədəd köhnə tikilini o, öz vəsaiti hesabına təmir etdirərək yararlı hala gətirmiş, həmçinin həmin ərazidə üç ədəd ferma binası da inşa etmişdir. Belə ki, 2005-ci ildə evi girov qoyaraq, 18.000 manat, sonra isə 2008-ci ildə yenidən “Muğan Bank”dan kredit alaraq həmin torpaq sahəsində quşçuluq təsərrüfatına sərf etmişdir».
57. Lakin işin müəyyən olunmuş hallarından göründüyü kimi, qeyd olunan torpaq sahəsi üzəridə X1 icarə hüququ xx.xx.2013-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasında yaranmışdı və Ağacan Əhmədov həmin torpaq sahəsinə icarə hüququnu xx.xx.2016-cı il tarixdə bağlanmış və notariat qaydada bağlanmış müqavilə əsasında İddiaçı satmışdır.
58. Məhkəmə kollegiyası, cavabdehin apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza keçirilməməsi barədə dəlillini, apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bu normaların məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi cavabdehin iş üzrə ekspertiza təyin olunması barədə dəlilini araşdırmış və mövqeyini əsaslandırmaqla həmin dəlili qəbul etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi, cavabdehin qanunsuz istifadə etdiyi torpaq sahəsi ilə eynidir. Belə ki, cavabdehin təqsirləndirilməsinə dair yuxarıda qeyd edilən cinayət işi üzrə Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, həmin iş üzrə ifadələr verərkən cavabdeh istifadə etdiyi sahənin eyni (hazırki iş üzrə mübahisə predmetini təşkil edən) sahə olmasını bildirmişdir.
59. Məhkəmə kollegiyası, ekspertiza ilə bağlı apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi və əsaslandırması ilə razılaşır.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual norma lara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
61. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-185/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.