Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3122/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: “zərərin əvəzinin ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr; Fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr; Preyudisiallıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-755/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh İddiaçı (bundan sonra - iddiaçı) icarəsində olmaqla gələcəkdə istirahət mərkəzi kimi işlədilməsi nəzərdə tutulan əraziyə gəldikdən sonra həmin ərazidəki saxlanc yerindən zərərçəkmiş şəxs olan iddiaçıya məxsus cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamış və Şamaxı Rayon Məhkəməsinin 1(074)-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilin ib, məhkum edilmişdir.
2. Həmin hökmdən təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməyərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 1(074)-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qərardan məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1140/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməyərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiy a məhkəməsində icraat:
4. İddiaçı cavabdehə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən talanmış əmlaklarının dəyəri olan 28 204 manat məbləğində vurulmuş zərərin əvəzinin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayonunun Əsrik kəndində qeydiyyatdadır və Kəlbəcər rayonundan məcburi köçkündür. Şamaxı rayonunun Çuxuryud kəndində məskunlaşmışdır. Şamaxı rayonu, Çuxuryurd kənd sakini olan cavabdeh 2021-ci ilin noyabr ayında Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisindəki vaqondan ona məxsus hər biri 2,5 m uzunluğunda, 50-63 sm diametrli, hər bir metri 6,50 manat dəyərində SSRİ istehsalı 500 ədəd dəmir borunu (turba), 32 mm diametrli rezin materiallarından, hər metri 05 manat dəyərində olan 300 metr uzunluğunda su şlanqını, Almaniya istehsalı, mühərriki 288 manat dəyərində olan 1 ədəd çalaqazan aparatı, ”STEEL”markalı, Almaniya istehsalı mühərriki 700 manat dəyərində olan 1 ədəd odundoğrayanı (motopila), 10 mm diametrli, 1 bükümdə, hər metri 0,65 (altmış beş qəpik) manat dəyərində olan 5000 (beş min) metr uzunluğunda trosu,150 mm diametrli paslanmayan materialdan hər biri 150 manat dəyərində olan 4 ədəd su kranını, 100 mm diametrli paslanmayan materialdan hər biri 100 manat dəyərində olan 5 ədəd su kranını, 40 mm diametri olan paslanmayan materialdan hər biri 50 manat dəyərində olan 10 ədəd su kranını,”MOSA” markalı İtaliya istehsalı benzin yanacağı ilə işləyən 4500 (dörd min beş yüz) manat dəyərində olan 1 ədəd 6,5 kilovat lıq işıq generatorunu, dəmir materialdan 3 metr uzunluğunda 50 manat dəyərində olan 1 ədəd nərdivanı, şişburun formalı Almaniya istehsalı, hər biri 30 manat dəyərində olan 10 ədəd beli (lopatka), Almaniya istehsalı əl ilə işləyən, hər biri 150 manat dəyərində olan 2 ədəd toxumsəpəni, Almaniya istehsalı olan, hər biri 50 manat dəyərində olan 4 ədəd kərkini, Almaniya istehsalı, əl ilə işləyən 120 manat dəyərində olan 1 ədəd çalaqazanı, Almaniya istehsalı, 80 manat dəyərində 1 ədəd dəmir yabanı, İsrail istehsalı 25 mm diametrli yanmayan materialdan 3 xəttli, hər metri 6 manat dəyərində olan 200 metr uzunluğunda işıq kabelini, SSRİ istehsalı 2000 (iki min) manat dəyərində 1 ədəd tah (buksir üçün) Almaniya istehsalı əl ilə işləyən 140 manat dəyərində toxumsəpən beli, əl ilə yığılmış, 300 mana t dəyərində 1 ədəd manqalüstü odun sobasının, hər biri 200 manat dəyərində, 2 ədəd dəmir materialdan manqalı, SSRİ istehsalı, hər biri 25 manat olan 2 ədəd baltanı, latun materialından 8-10 litr tutumlu hər biri 250 manat dəyərində olan 2 ədəd samovar-çaynik dəstini, hər biri 10 manat dəyərində olan 2 ədəd qaz açarını, hər biri 5 manat dəyərində olan 2 ədəd çəkici, hər biri 6 manat dəyərində olan 2 ədəd kəlbətini, hər biri 1 manat dəyərində olan 36 ədəd kabab üçün şişləri, 5 manat dəyərində olan ağac budamaq üçün 1 ədəd qayçını, 2 manat dəyərində olan 1 ədəd bıçaq itiləmə alətini, 2 manat dəyərində olan 1 ədəd dəmir fırçanı, hər biri 1 manat dəyərində olan su kranı üçün 2 ədəd başlığı gizli olaraq oğurlayıb aparmaqla, ona cəmi 28 204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində əmlakın ı talayaraq, maddi ziyan vurmuşdur. Ona dəymiş həmin ziyanı dəfələrlə cavabdehdən tələb etsə də, ziyanı ödəməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, məhkəmə prosesləri zamanı mülki iddia qaldırmamışdır. Güman etmişdir ki, təqsirkar şəxs məhkəmə zamanı könüllü olaraq ona dəymiş zərəri ödəyəcəkdir. Lakin əksinə, həmin şəxs özünü təqsirli hesab etməyərək, hökmdən apellyasiya, sonra isə kassasiya şikayəti vermişdir. Buna baxmayaraq, hər iki instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır.
6. Cavabdeh iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, o, heç bir əmlakı oğurlamamış, oğurluq etməsi sübut edilməmiş və bu səbəbdən, iddianı əsassız hesab edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. Şamaxı Rayon Məh kəməsinin 4 fevral 2025-ci il tarixli, 2(074)-122/2025 nömrəli qətnaməsi ilə (hakim - F.M.Yaqubov) iddianın təmin edilməsi və vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 28 204 manat məbləğində pul alınaraq, iddiaçıya verilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı aid əraziyə qanunsuz daxil olaraq, tamah niyyəti ilə 28204 manat məbləğində əmlakını talamaqla, iddiaçıya ziyan vurmuşdur. Cavabdeh törətdiyi cinayət əməlinə görə məhkəmə hökmü ilə məhkum edilmiş və hazırda iddiaçı mülki mühakimə icraatı qaydasında cavabdehdən cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edib ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edildiyindən, iddiaçının həm in şəxsə qarşı 28204 manat pul tələbi qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(074)122/2025 4 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Cavabdeh bu iddianı qəbul etməmiş və bu barədə etirazını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin məhkəmə onun əsaslandırılmış etiraz və ərizəsinə məhəl qoymamışdır. Hətta bu səbəbdən birinci instansiya məhkəməsinin sədrinə və bütün məhkəmə tərkibinə rəsmi qaydada əsaslandırılmış etiraz etmiş, lakin məhkəmə etirazı baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərməmişdir. Məhkəmə özü isə etiraza rəsmi münasibət bildirməmişdir. İddia tələbini təmin edən məhkəmə qətnaməsi tamamilə əsassız və qanusuzdur. Belə ki, iddia ərizəsində qeyd olunan əmlakları oğurlamamışdır. Əgər həmin əşyaları o oğurlasaydı, həbs olunmalı idi. Digər tərəfdən iddiaçı özü də qeyd edir ki, Kəlbəcər rayonundan məcburi köçkündür, bütün hər şeyini orada qoyub Şamaxıya gəlib. Belə olan halda iddia ərizəsində qeyd olunan əmlakların onda ola bilmə ehtimalı yoxdur. Çünki heç yerli sakinlə rdə bu qədər yüksək qiymətli olan kənd təsərrüfatı və məişətdə işlədilən əmlaklar yoxdur. Hesab edir ki, mülki iddiaçı birinci göstərilən əmlakların onun özünə məxsus olmasını sübut etməlidir. Lakin iddiaçı iddia ərizəsində qeyd edilən əmlakların həqiqətən də iddiaçıya məxsus olmasını göstərməmişdir. Qeyd edir ki, əksər hallarda səhhətinin (əsəblərinin) pozulması səbəbindən məhkəmə və digər istintaq orqanları ilə bütün proseslərdə ötkəm danışdığı üçün ona azadlığın məhdudlaşdırılması cəzası verilib. O, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində sağ əlindən güllə yarası almış və nəticədə 3-cü qrup əlillik dərəcəsi almışdır. Sağ əli demək olar ki, işləmir. Dəfələrlə birinci instansiya məhkəməsinə ərizə və etirazında bildirib ki, yalnız sol əli ilə o ağır əmlakları gecə vaxtı təkbaşına apara bilməz. O, çətinliklə yeriyir. Həkim məsləhətinə əsasən ona 5 kq-dan artıq yük götürmək olmaz. Həkim məsləhətinə çox ciddi əməl edir. Azərbaycan vətəndaşı olaraq 44 günlük Vətən Müharibəsində iştirak etmiş, yaralansa da sonadək döyüşmüşdür. Digər tərəfdən o, heç kəsin əmlaklarını oğurlamamış və bu hal istintaq yolu ilə də sübut edilməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsində səhhəti ilə əlaqədar iştirak etməmişdir. Göründüyü kimi məhkəmə iş üzrə lazımı qaydada araşdırma aparmamış, iş üzrə mübahisəli əmlakların iddiaçıya məxsus olmasını dəqiqləşdirmədən, habelə onun hər hansı əmlak oğurlamamasını nəzərə almadan əsassız iddianı təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
12. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, idda ərizə sində qeyd olunanları qəbul etmir. O, iddiaçının qeyd etdiyi əmlakları oğurlamamışdır. Əgər belə bir hal olsaydı, ona daha ağır cəza verilərdi. Digər tərəfdən iddiaçı cinayət işi üzrə icraat zamanı belə bir iddia tələbi irəli sürməmişdir. Hökmlə təyin edilən cəza müddətinin bitməsinə yaxın ona qarşı hazırkı iddia tələbi irəli sürülmüşdür. O, 28 000 manat dəyərində iddia olunan əmlakları təkbaşına heç bir halda daşıya bilməzdi. Hökmdə göstərilən məbləğdə əmlakları onun təkbaşına apara bilməsi ağlabatan deyildir. Qeyd olunan məbləğin ondan tələb edilməsi onun əsassız şəkildə yüklənməsinə səbəb olacaqdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-122/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, i ddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli 2(105)-755/2025 nömrəli qətnamə ilə, (hakimlər - A.A.Mahmudov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə, S.A.Qafari) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)122/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
14. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb cinayət əməli nəticəsində (qanuni qüvvədə olan hökm əsasında) dəymiş ziyanın tələb edilməsi barədədir.
15. Araşdırılan işin faktiki hallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)-8/2023 nömr əli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edilmişdir. Həmin hökm yuxarı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxsin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. Həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh Konstontinoviç tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin noyabr ayının ortalarından sonuna kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən faktiki olaraq İddiaçı ic arəsində olmaqla gələcəkdə istirahət mərkəzi kimi işlədilməsi nəzərdə tutulan əraziyə gəldikdən sonra həmin ərazidəki saxlanc yeri olan vaqonun qapısını açmaqla qanunsuz daxil olaraq oradan zərərçəkmiş şəxs İddiaçı məxsus cəmi 28204 (iyirmi səkkiz min iki yüz dörd) manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talamışdır.
17. Cavabdehin cinayət hadisəsi törətməsi, onun cinayət əməli üzrə təqsirli bilinərək barəsində hökm çıxarılması və həmin hökmə əsasən maddi ziyan vurması işin mübahisəsiz halıdır və bu barədə qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddur. Qeyd olunan əməli cavabdehin törətməməsi ilə bağlı qeyd edilməlidir ki, bu məsələ artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə öz hüquqi həllini tapmışdır.
18. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanu ni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur
19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
20. Mülki Məcəllənin 21-ci madd əsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı )
21. Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlikdir) kimi təsbit edilmişdir.
22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, MM-in sözügedən maddəsi zərərvuranın davranışını təqsirin növlərinə görə (qəsd və ya ehtiyatsızlıq) ayırmadan təqsirin olmasını zərərçəkənə zərər vurulması əsası kimi yetərli saymışdır. Başqa sözlə, zərərin vurulması halında növündən asılı olmayaraq təqsirin olması kifayət edir ki, zərər çəkən şəxsin zərər vurandan ona dəymiş maddi ziyanı tələb etmək hüququ yaransın. Bu zaman zərər vuranın özünə zərər dəy ib-dəyməməsi də heç bir əhəmiyyət kəsb etmir, çünki bu hal qarşı tərəfə vurulmuş zərərin həcminin artıb azalmasına təsir etmir.
23. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən kollegiya sonda bildirmişdir ki, şikayətinin dəlilləri açıq-aşkar əsaslandırılmamışdır. Cavabdehin oğurluq cinayət əməli nəticəsində iddiaçıya tələb olunan həcmdə maddi zərər vurduğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir və MPM-in 82.4-cü maddəsinə əsasən həmin hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir.
24. Beləliklə yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyə n edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.4, 88, 217.1, 217.3, 217.4, 372.2, 372.6, 372.7, 372376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
26. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci tarixli,2(105)-755/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, həmin işin yenidən araşdırılması üçün apellyasiya instans iyasına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yanlışlığa yol vermişdir.Əvvəla cinayət işi üzrə öz hüquqi təsdiqini tapmayan hökm və qərarlarda qeyd edilən cinayətdə iştirakı belə öz təsdiqini tapmadığı halda vurulan ziyanın bu həddə şişirdilərək üzərinə açıq şəkildə yüklənməsini nə birinci, nə apelyasiya, nə də ali məhkəmə instansiyalarında qəbul etməmiş, bu qeyd edilən silsilə oğurluqların tərəfindən edilmədiyi barədə həm istintaqda həm də məhkəmə istintaqında bildirmiş, təqsirə görə məsuliyyət daşımağını qeyd etdiyi halda bu barədə bir kəlmə belə olsun qətnamələrdə qeyd edilməmişdir. O zamanda da, indi də məhkəməyə baş vermiş cinayət hadisəsi ilə bağlı yaxından və ya uzaqdan aidiyyətinin olmadığını, bu na görə də dəymiş ziyan hissəsində hər hansı şəkildə məsuliyət daşımağını qanuni və ədalətli hesab etmədiyini bir daha qeyd edir. İşdən də göründüyü kimi, hökmə əsasən işdə naməlum şəxsin – etdiyi oğurluq cinayət əməlini onun üzərinə yıxıldığını bildirir. Hesab edir ki, məhkəmə vurulan ziyanın məsuliyətini onun üzərinə qoymaqda səhv etmişdir. Bu yanaşma kökündən səhv olmaqla yanaşı məsuliyyət institutunun da gələcəkdə düzgün anlaşılmamasına səbəb olacaq nəticələrə gətirib çıxaracaqdır. Hesab edir ki, bu hissədə məhkəmənin gəlmiş olduğu yanlışlıq kassasiya instansiyası məhkəməsi tərəfindən aşkar edilərək həmin hissədə yenidən araşdırma zərurəti yaradacaqdır.
28. Beləliklə,bütün bunlar da onu deməyə əsas verir ki, hazırda iddia ərizəsində qeyd edilən hallar məhkəmələr tərəfindən düzgün araşd ırılmadığına görə yenidən araşdırılması üçün mahiyyəti üzrə baxılmalıdır.
29. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən halları nəzərə almamış və nəticədə işə baxılma hədlərində olan maddi və prosessual hüquq normalarına qiymət verməmiş, ciddi prosessual pozuntuyayol vermişdir.
30. Məhkəmənin işə baxarkən əsas vəzifələrindən biri işin həqiqi hallarına düzgün qiymət vermək, bunun üçün iş üzrə mövcud sübutları düzgün təhlil etməkdən ibarətdir. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq işin lazımi qaydada araşdırılmasını təmin etməmişdir.
31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442 və 443-cü maddələrinə və Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 217.3 və 372.6-cı maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində ə ldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyy əti hissəsində məcburidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətindəki hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiy a instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-755/2025 nömrəli, 12 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.