Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3123/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmalkın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv olunması tələbi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət inin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin, çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün qismən ləğv edilməsi, daş hasar və tikilinin sökülməsi, sahənin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-104/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5, X8, X6, X7 və X2 paylı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.171011 ha torpaq sahəsini Abşeron rayonu, 2 saylı notariat kontorunda təsdiqlənmiş 27 yanvar 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsas ən İddiaçı satmış, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********8 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh1 17 may 2017-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən özünə məxsus olan (xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış) 0,1 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdiri lməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə bağlanmış AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 saylı reyestrdən çıxarışın və müvafiq olaraq onun torpaq sahəsinin plan və ölçüsünün qismən - ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, 3**********8 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilməsi, həmin 0,0425 ha hissədə Cavabdeh2 tikdiyi daş h asar və tikilinin cavabdehin hesabına sökülməsi, bu sahənin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinə torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün müraciət olunmuş, idarə xx.xx.2017-ci il tarixli məktubla bildirmişdir ki, sənəd üzrə torpaq sahəsi başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən plan və ölçü verilə bilməz. Həmçinin İdarə xx.xx.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən mülkiyyətində olan xx.xx.2017-ci il tarixli 3**********8 reyestr nömrəli, 0.171011 ha torpaq sah əsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsinin 0.0963 ha hissəsi başqa vətəndaş tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir, 0.0613 ha hissəsi isə başqa şəxs tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının tikintialtı sahəsində yerləşir.” Bundan sonra tərəfindən bu İdarəyə gedərək əvvəlki mülkiyyətçi X3 verilmiş xx.xx.2016-cı il tarixli 3**********8 reyestr nömrəli çıxarışa əsasən onun bu torpaq sahəsinə olan plan və ölçüsü təqdim edilmiş və izah edilmişdir ki, bu sənədlər əsasında o, notariat kontorunda alğı-satqı müqaviləsi bağlayaraq bu torpaq sahəsini əldə etmişdir. Cava bdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi özünün xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarında bu torpaq sahəsinin kimin torpaq sahəsi ilə üst-üstə düşdüyünü məhkəməyə ərizə verilənə qədər açıqlamamış və eyni zamanda məsələnin hər hansı formada həllini də təklif etməmişdir. Ona görə də iddiaçı Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə 3**********8 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.171011 ha torpaq sahəsinin mərz nişanları qoyulmaqla naturada yerinin müəyyən olunaraq göstərilməsi və plan və ölçüsünün çəkilib verilməsi vəzifəsinin qoyulmasını” xahiş etmişdir. Məhkəmə icraatı dövründə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi özünün xx.xx.2019-cu il tarixli etiraz ərizəsində bildirmişdir ki, "ərizəçinin hazırkı tələbinin icrası, ilk növbədə başqa şəxslərin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir”. Bundan sonra yəni, torpaq sahələrinin üst-üstə düşməsi səbəbindən torpaq sahəsinin plan və ölçüsünün çəkilib verilməsinin q eyri-mümkünlüyü, mülkiyyət sənədlərinin tələb edilməsi, üst-üstə düşən torpaq sahəsinin hissəvi ləğv edilməsinin zəruriliyi və s. səbəblərdən Sumqayıt İnzibati Məhkəməsinə ərizə verilərək iddia ərizəsinin geri qaytarılması xahiş edilmiş, məhkəmə özünün 2-1(118)-372/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə və əlavə edilmiş sənədləri geri qaytarmışdır. Bundan sonra müvafiq sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu verilmiş, bu İdarə məktubla bildirmişdir ki, sorğuda qeyd olunan Cavabdeh2 məxsus **********42 reyestr nömrəli çıxarış Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə1910 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən qeydiy yata alınmışdır”. Bundan sonra Sumqayıt “ASAN” xidmət mərkəzinin Notariat kontoruna sorğu verilərək adı çəkilən notariat işinin təsdiq edilmiş surəti xahiş edilmiş, notariat ofisi özünün 2481 saylı 14 iyul 2020-ci il tarixli məktubu ilə 20 vərəqədən ibarət notariat işinin təsdiq edilmiş surətini təqdim etmişdir. Təqdim edilmiş notariat işindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsi Cavabdeh2 reyestrdən çıxarışı xx.xx.2017-ci il tarixdə, iddiaçıya isə 17 fevral 2017-ci il tarixdə, yəni iddiaçıya veriləndən təxminən 5 ay sonra vermişdir. Bu torpaq sahələri üstüstə düşdüyü halda, ondan sonra bu cavabdehə mülkiyyət hüququna dair çıxarış və torpaq sahəsinin plan və ölçüsünü üst-üstə düşdüyü hissədə verməli deyildi. Lakin İdarə əksinə, ondan sonra torpaq alan vətəndaşa həm çıxarış, həm də tor paq sahəsinin plan və ölçüsünü çəkib vermiş, ona isə torpaq sahəsinin plan və ölçüsünü verməkdən imtina etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi bildirmişdir ki, ona məxsus 0.171011 ha torpaq sahəsinin 0,0425 ha hissəsi Cavabdeh2 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Ona məxsus torpaq sahəsinin bir tərəfi şosse yolu, bir tərəfi başqa şəxsə məxsus daş hasarın fundamenti, bir tərəfi boş torpaq sahəsi, bir tərəfi isə Cavabdeh2 torpaq sahəsidir ki, cavabdeh oranı daş hasara alaraq hörmüş və orada tikinti materiallarının satışı ticarət obyektini tikmişdir. Bildirir ki, bir neçə il bundan əvvəl, hələ Cavabdeh2 orada hasar çəkəndə və tikilini tikmək istəyəndə o, Reyestr Xidmətindən GPS aparatı vasitəsi ilə yerin mövqeyini təyin edərək bu torpaq sahələrinin üst -üstə düşməsini bildirmiş və hələ məsələ aydınlaşana qədər oraya hasar çəkməməsini və tikinti işi aparmamasmı xahiş etmiş, lakin Cavabdeh2 onun xahişinə heç bir məhəl qoymamış və oraya həm hasar çəkmiş, həm də tikinti materiallarının satışı obyektini tikmişdir.
5. Cavabdeh2 vəkili məhkəmə iclasında iddiaya etirazında bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş torpaq sahəsinə verilmiş çıxarışın Cavabdeh2 verilmiş çıxarışdan daha əvvəl verilməsi və 18 oktyabr 2021-ci il tarixli 10/4963 saylı ekspert rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin 0,0427 ha hissəsinin cavabdehə məxsus 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşməsi cavabdehə məxsus torpaq sahəsinin alğı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin plan və ölçüsün ün qismən ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus xx.xx.2017-ci il tarixli ********* nömrəli çıxarışda göstərilən 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə torpağın faktiki vəziyyəti arasında sürüşmə səbəbindən uyğunsuzluq vardır. Başqa sözlə, iddiaçıya məxsus torpaq sahəsinə verilmiş çıxarışda göstərilən koordinatlar ilə həmin torpaq sahəsinin real koordinatları qeyd edilən səbəbdən (sürüşmə) üst-üstə düşmədiyindən iddiaçıya məxsus çıxarışla cavabdehə məxsus çıxarışın müvafiq hissədə üst-üstə düşməsi çıxarışın və plan-ölçünün ləğvi üçün əsas təşkil edə bilməz.
6. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisə predme ti olan torpaq sahəsini 2014-cü il tarixdə Əhmədova Aygün adlı şəxsdən almışdır. Həmin torpaq pay torpağı olmuş və 1999-cu il tarixdə metrə ilə ölçülərək təyinat nöqtələri müəyyənləşdirilmişdir. Torpağa dair sənədi və plan ölçüsü vardır və torpağı tam qanuni əsaslarla 2017-ci il tarixdə Cavabdeh2 satmışdır. Lakin Cavabdeh2 torpağa dair plan ölçüsü olub-olmadığını bilmir.
7. Cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq ilkin olaraq 2014-cü il tarixdə Saray Bələdiyyəsi tərəfindən Aygün adlı şəxsin adına özəlləşdirilmiş və sonradan Cavabdeh1 satılmışdır. Cavabdeh1 isə torpaq sahəsini Cavabdeh2 alğı-satqı ilə satmışdır və mübahisə predmeti olan torpaq faktiki olaraq Cavabdeh2 adınadır.
8. Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssisi X4 məhkəmə iclasında izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları faktiki istifadə vəziyyətində 0.11 ha hissəsi ilə uyğun gəldiyi müəyyən edilmişdir. xx.xx.2017-ci iİ qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışla Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Cavabdeh2 faktiki istifadəsində olan 0.35 ha torpaq sa həsinin daxilində yerləşir. İddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları cənub istiqamətində 0.0427 ha hissəsi xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın qeydiyyata alınmış Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Həmin hissədə tikili və hasar vardır, torpaq sahəsində sürüşmə olduğu, yəni sənəddə göstərilən 10 sot torpaq sahəsi ilə həmin torpaq sahəsinin naturada istifadəsi arasında uyğunsuzluq olduğu müəyyən edilmişdirr. Cavabdeh2 məxsus torpağa X11 yekunlaşdıqdan sonra dəqiq rəy verilə bilər. Hazırda xəritə olmadığından və həmin ərazidə sürüşmə olduğundan dəqiq rəy verilməsi qeyri-mümkündür.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/4963 saylı rəyində göstərilir ki: 9.1. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTl-nin mütəxəssis rəyinə əsasən xx.xx.2016-cı il tarixli, 055185 nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış X1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,1717 ha torpaq sahəsi alğı-satqı olunaraq hal-hazırda iddiaçının adına xx.xx.2017-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli 0.1710 h a torpaq sahəsinə aid çıxarış təqdim olunmuşdur. xx.xx.2017-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları faktiki istifadə vəziyyətində 0.11 ha hissəsi ilə uyğun gəlir. 9.2. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********42 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sa həsi alğı-satqı olunaraq hal-hazırda Cavabdeh2 adına xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,10 ha torpaq sahəsinə aid çıxarış təqdim olunmuşdur. xx.xx.2017-ci iİ qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları faktiki istifadəsində olan 0.35 ha torpaq sahəsinin daxilində yerləşir. 9.3. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron kadastr məlumat bazasında xx.xx.2017-ci il tarixli, ********* qe ydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları cənub istiqamətində 0.0427 ha hissəsi xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın qeydiyyata alınmış Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. 9.4. Ekspertiza təqdimatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır.
10. A bşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-68/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim İddiaçı) iddia tələbi təmin olunmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2017-ci iİ qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarış əsasında 0,10 ha torpaq sahəsi olmasına baxmayaraq, Cavabdeh2 faktiki istifadəsində olan 0.35 ha torpaq sahəsi vardır və sözügedən çıxarışda göstərilən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları sonuncunun faktiki istifadəsində olan 0.35 ha torpaq sahəsinin daxilində yerləşir.
12. Həmçinin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Sar ay qəsəbəsində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,1717 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları cənub istiqamətində 0.0427 ha hissəsi xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın qeydiyyata alınmış Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür və göstərilən hallar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/4963 saylı ekspert rəyi ilə təsdiq olunur.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8, 149.2, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, məhkəmə sadəcə torpaqların üst-üstə düşmə faktını əsas götürərək iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Lakin məhkəmə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyinin qeyd hissəsində göstərilən sürüşmə səbəbi ilə Cavabdeh2 məxsus 0.1 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat baza sında hüquqi vəziyyəti ilə faktiki vəziyyət arasında naturada uyğunsuzluqlar olduğunu nəzərə almamışdır. Həmçinin, məhkəmə əmlakların koordinatlarının üst-üstə düşməsinin dəqiq müəyyən edilməsi üçün mütəxəssis rəyində göstərilən “Cavabdeh2 məxsus X11 yekunlaşdıqdan sonra dəqiq rəy verilə bilər. Hazırda xəritə olmadığından və həmin ərazidə sürüşmə olduğundan dəqiq rəy verilməsi qeyri-mümkündür” xüsusatlarına aydınlıq gətirmədən alğı-satqı müqaviləsinin, çıxarışın və plan-ölçünün “üst-üstə düşən hissədə” ləğv edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iş materiallarında olan sübutları düzgün araşdırmamış və onlardan düzgün istifadə etməmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi və mütəxəssis rəyləri arasında ziddiyyət olsa da məhkəmə həqiqətin müəyyən edilməsi üçün onlar arasındakı zid diyyəti aradan qaldıra bilməmişdir. İddiaçı tərəfindən irəli sürülən tələblər iş materiallarında olan sübutlarla təsdiq edilməmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-104/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), F.Məmmədov və A.Süleymanova) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli da şınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğvini xahiş edir. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir. Həmin maddənin məzmunundan görünür ki, tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmalar ilə də dəyişdirilə və ya ləğv edilə bilər.
18. Qanunvericiliyə əsasən, müqavilənin dəyişdirilməsini və ya ləğvini yalnız müqavilə tərəfi tələb edə bilər. Lakin hazırkı iş üzrə iddiaçı mübahisələndirilən müqavilə üzrə tərəf deyil. Bu da iddiaçıya həmin müqaviləni öz adından ləğvini tələb etmək hüququ vermir.
19. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının başqa tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi barəd ə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından, iddia tələbi təmin edilə bilməz.
20. İddia tələbinin çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün qismən ləğv edilməsi, daş hasar və tikilinin sökülməsi, sahənin boşaldılaraq təhvil verilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan çıxarış və plan-ölçü mövcud müqavilə əsasında verildiyindən, bu tələblər, o cümlədən daş hasar və tikilinin sökülməsi, sahənin boşaldılaraq təhvil verilməsi tələbləri də ilkin tələbdən törəmə olduğundan və ilkin tələb olan əqd ləğv edilmədiyindən, iddia tələbləri bu hissələrdə də təmin edilə bilməz.
21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüqu q normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Şikayət belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasya Məhkəməsində mülki işin icraatda olan zaman məhkəmə özünün 14 iyul 2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmiş, bu qərardad üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzi 05 dekabr 2022-cil tarixli rəy vermiş və demək olar ki, əvvəlki Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/4963 saylı eksper t rəyində qeyd edilənləri təsdiq etmişdir. Apelyasiya Məhkəməsinin məntiqindən belə anlaşılır ki, şəxsin mülkiyyətində olan 0,171011 ha torpaq sahəsinin 0,0425 ha hissəsi başqa vətəndaşa qanunsuz olaraq verilir, həmin vətəndaş orada qanunsuz tikili tikir, şəxs özünə məxsus bu sahənin geri qaytarılmasını, tikilinin sökülməsini, sahənin boşadılaraq təhvil verilməsini tələb edə biməz və bunun üçün məhkəmə müdafiəsindən də isitifadə edə bilməz, çünki həmin şəxs müqavilə tərəfi deyil. Sumqayıt Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etmişdir. Halbuki, Abşeron Rayon Məhkəməsi qətnamədə Mülki Məcəllənin 152-ci 149-cu, Torpaq Məcəlləsinin 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddələrinə düzgün olaraq istinad etmişdir. Həm faktlar nöqteyi-nəzərindən, həm də mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya məhkəməsi tərəfindən formal əsasla ləğv edilmiş, üstəlik mübahisənin hansı qaydada həll edilməsini, mülkiyyətçinin pozulmuş hüququnun bərpası üçün nə etməli olduğunu da izah etməmişdir. b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxi l edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
26. Maddə 146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
29. Maddə 421.2. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun un yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı
30. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkin ci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz halları bu qərarın 1-2-ci paraqraflarında göstərilib.
40. İddiaçı cavabdehlərin arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv olunmasını və bundan irəli gələn hüquqi nəticələrin tətbiqini tələb edir.
41. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
42. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xey li dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.
43. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər.
44. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
45. Göründüyü kimi müqavilənin ləğvi tələbi ilə çıxış etmək hüququ müqavilə tərəflərinə a iddir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
47. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkün lüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
48. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmi yyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
49. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən edilir ki, iddiaçı ləğv olunmasını tələb etdiyi müqavilə üzrə tərəf deyildir və iddianın təmin olunması üçün iddiaçının subyektiv hüququ yoxdur. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırı lması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-104/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.