Məhkəmə qərarları › İş №2(102)-3125/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-3125/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3125/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(104)-3247/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: Daşkəsən Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “5000 manat əsas borcun, soyuducunun pulu kimi 700 manat olmaqla cəmi 5700 manat pul” tələbinə dair iddiası təmi n edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilib, iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilərək, cavabdeh Samir Məmmədovdan 1000 manat pulun tutulub iddiaçıya verilməsi qət edilib. 01 aprel 2022-ci il tarixdə cavabdeh, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qətnaməsinin pul tələbinə aid hissəsində kassasiya şikayəti verib və 15 aprel 2022-ci il tarixdə kassasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə daxil olub. Kassasiya instansiyası məhkəməsi, mülki iş materiallarını öyrənib, kassasiya şikayətini nəzərdə keç irib hesab edir ki, aşağıdakılara görə işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından cavabdehin kassasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki halda iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu, yəni ümumilikdə 1000 manat olduğu halda cavabdeh həmin qətnamədən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəm əsi isə kassasiya şikayətinin mülki prosessual normaların tələblərinə uyğunluğunu yoxlamadan mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Halbuki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 404-1.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydas ında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə görə, kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən, işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 409-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(104)-3247/2021 saylı qətnaməsindən Cav abdeh verdiyi kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar