Məhkəmə qərarları › İş №2(102)-3126/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3126/2024

31.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3126/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron-Xızı Regional şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən) və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)599/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2016-ci il tarixindən etibarən 1 saylı Ərazi X1n Sumqayıt şəhəri üzrə təsərrüfat İstismar qrupuna işə qəbul edilmişdir. 2. 1 saylı Ərazi X1nin M06 saylı, xx.xx.2022-ci il tarixli “Hamiləliyə və doğuşa görə sosial məzun iyyətin verilməsi haqqında” əmrinə əsasən, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək məzuniyyət verilmişdir.

3. İddiaçının 1 saylı Ərazi X1nin rəisi E.M.Süleymanova ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, o, xx.xx.2022-ci il tarixdən qismən ödənişli analıq məzuniyyətindən işə qayıtmağına icazə verilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi X1nin xx.xx.2022-ci il tarixli, M-22 saylı “məzuniyyətdən geri çağırılma barədə” əmrinə əsasən, Sumqayıt şəhəri üzrə təsərrüfat istismar qrupunun qismən ödənişli sosial məzuniyyətdə olan fəhləsi İddiaçı məzuniyyətdən geri çağırılması, xx.xx.2022-ci il tarixində işdə hesab olunması əmr edilmişdir.

5. İddiaçının 1 saylı Ərazi X1nin rəisi E.M.Süleymanova ünvanladığı xx.xx.2022-ci il tarixl i ərizəsinə əsasən, o, aparılan struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 6. 1 saylı Ərazi X1nə edilmiş xx.xx.2022-ci il tarixli müraciət əsasında K-23 saylı, xx.xx.2022-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə (öz xahişi ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, K-23 saylı xx.xx.2022-ci il tarixli əmrin ləğv edilərək, iddiaçının işə bərpa edilməsini və xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqın ın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, məzuniyyətdə olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinə xəbəri olmadan xitam verilmişdir. İşdən azad olunması barədə əmrin surəti və digər sənədlər iddiaçıya təqdim edilməmişdir. Bu səbəbdən əmri mübahisələndirə bilməmişdir. Onunla əmək müqaviləsinin tərəfi olan işəgötürən ləğv edilmiş və səlahiyyətlərinin icrası digər qurum tərəfindən həyata keçirilir. Bu səbəbdən hüquqlarının pozulmasının aradan qaldırılması məqsədilə müvafiq olaraq X2 Xidmətinə müraciət etmişdir. Həmin müraciətə verilmiş 6 fevral 2023-cü il tarixli cavabda onunla 1 saylı Ərazi Ərazi X1 arasında olan müqaviləy ə K-23 saylı, xx.xx.2022-ci il tarixli əmrlə xitam verildiyi qeyd edilmişdir. Bu səbəbdən dərhal mediasiya prosesinin keçirilməsi məqsədilə aidiyyəti üzrə işəgötürənin hüquqi varisi Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etmişdir, daha sonra ərazi üzrə mediasiya təşkilatına müraciət etmişdir. Buna müvafiq olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli müvafiq arayış tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Hazırkı halda 1 saylı Ərazi X1nin K-23 saylı xx.xx.2022-ci il tarixli əmri tamamilə qanunsuz və əsassızdır.

9. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmi şdir ki, iddiaçı özü öz ərizəsi ilə işdən ayrılmışdır. 1 saylı X1 isə hal-hazırda ləğv edilmişdir və onun fəaliyyətini Abşeron-Xızı Regional Təhsil İdarəsi həyata keçirir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunvericiliyin tələbi iddia müddətləri baxımından pozulmuşdur. Bu səbəbdən iddia ərizəsi iddia müddətinin ötürülməsi səbəbindən verildiyindən qanunvericiliyin tələbinə əsasən araşdırılmadan imtina edilməlidir.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçı 1 saylı Ərazi X1nin M-22 nömrəli, 27 aprel 2022-ci il tarixli əmri ilə öz ərizəsi əsasında məzuniyyətdən geri çağrılmış və xx.xx.2022-ci il tarixdə işdə hesab edilmişdir. xx.xx.2022-ci il tar ixdə isə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş və əmək kitabçası ona təqdim edilmişdir. Əlavə olaraq, 1 saylı Ərazi X1 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin F-99 nömrəli əmri ilə ləğv edilmişdir. Sorğunun icrası üçün aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 1 saylı Ərazi X1 tərəfindən İdarəyə təhvil verilmiş sənədlər arasında İddiaçı işə qəbul edilməsinə və işdən çıxarılmasına əsas olmuş sənədlərin əslləri yoxdur. Odur ki, sözügedən sənədlərin təqdim edilməsi mümkün olmamışdır.

11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(060)-3120/2023 nömrəli iş üzrə 15 dekabr 2023-cü il tаrixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin rədd edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq olunması barədə qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsinə əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmiş, sonradan iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olub, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuş, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə, 62-ci maddəsinin 5-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 68-ci maddə 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bənd inə, 69-cu maddəsinin 1-ci bəndinə, 69-cu maddəsinin 3-cü bəndinə, 296-cı maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, çıxarılmış qərar tamamilə qanunsuz və əsassızdır. İddiaçı nə özünün işdən azad edilməsi ilə bağlı, nə də məzuniyyətdən geri çağırılması ilə əlaqədar ərizə ilə heç kimə müraciət etməmiş, hər hansı sənədə qol çəkməmişdir. Hətta işəgötürənin bu iddiasını təsdiq edən hər hansı sənəd olmadığından ekspertiza keçirilməsi də mümkün olmamışdır. Həmçinin həmin iş üzrə məhkəmə iddia müddətinin ötməsini əsas gətirərək iddianı təmin etməmişdir. Lakin hakim iddia müddətinin nə vaxtdan başlaması məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. İddiaçıya nə işdən azad olunmağı barədə əmrin surəti təqdim olunmuş, nə də əmək kitabçası verilmişdir. Belə olduğu halda məhkəməyə müraciət üçün iddia müddətinin axımı mediasiya arayış ının verildiyi tarixdən hesablanmalıdır ki, həmin müddəti ötürmədən məhkəmə müraciət edilmişdir. İşin hallarından da aydındır ki, iddiaçının işdən azad edilməsi onun analıq məzuniyyətində olduğu dövrdə olmuşdur. Guya həmin dövrdə iddiaçı məzuniyyətdən geri çağırılması ilə bağlı ərizə ilə müraciət etmiş və işdə olduğu müddətdə işdən azad olunması barədə işəgötürənə müraciət etmişdir ki, belə hadisə baş verməmiş, iddiaçı istinad edilən sənədlərin heç birini imzalamamışdır, ümumiyyətlə həmin sənədlərdən xəbəri belə olmamışdır. İddiaçıya işdən azad olunması barədə hər hansı xəbərdarlıq edilməmiş, işdən azad olunması barədə əmrin surəti təqdim edilməmiş, hər hansı sənəd və ya məlumat verilməmişdir. İddiaçı onun işdən azad edilməsi barədə əmr barədə məlumatları yalnız X2 Xidmətindən gələn məktub dan sonra əldə etmişdir. Hazırkı tarixədək də əmr və əmək kitabçası təqdim edilməmişdir. Lakin qeyd edildiyi kimi iddiaçının bu barədə hüququnun pozulmasının aşkar olunduğu günü müəyyən etmək üçün yuxarıda qeyd edilən sənədlərin ona təqdim olunması vacibdir ki, iddiaçının bu hüququ təmin olunmadığından iddia müddətinin keçməsinə istinad edilə bilməz. İddiaçı deyil, onun əri aidiyyəti orqanlara müraciət etmiş, bunun səbəbi isə iddiaçının həmin vaxtda ümumiyyətlə hər hansı yerə getmək iqtidarında olmaması olmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş tibbi sənədlərdən də görünür ki, iddiaçı işdən azad edildiyi dövrdə xəstəliklə bağlı müalicədə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsinə əmək hüquqla rının pozulması ilə bağlı müraciətə ünvanlanmış cavabdan sonra iddiaçının işdən azad olunması barədə əmrin mövcudluğundan məlumatı olmuşdur. Yalnız X2 Xidmətinin cavab məktubunun rəsmi əldə edildiyi vaxtdan lazımi müddət və qaydada dərhal mediasiya təklifi verilmiş, qanunvericilikdə müəyyən edilmiş 10 (on) iş günü müddət gözlənilmiş, daha sonra mediasiya təşkilatına müraciət edilmiş, yekunda xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və beləliklə iddia müddəti ötməmişdir. Ancaq məhkəmə iş üçün əhəmiyyətli hesab olunan iddia müddətinin axımının başlaması məsələsinə heç bir münasibət bildirmədən, iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-599/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov, A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyasi qeyd etmişdir ki, iddiaçı işdən azad olunması barədə əmrin surəti və digər sənədlərin ona təqdim edilmədiyini, X2 Xidmətinə müraciət ilə bağlı ona cavab verildikdən sonra əmək müqaviləsinə xitam verildiyinin ona məlum olduğunu bildirmiş, bu səbəbdən müddəti ötürmədiyini qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının əri X3-Xızı Regional Təhsil İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə arvad ı İddiaçı məlumatlandırılmadan işdən azad edildiyini və onun işə bərpa edilməsini xahiş etmiş, həmçinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin Habil Budaqlıya ünvanladığı 23 noyabr 2022-ci il tarixli cavab məktubunda da işə n bərpa olunması ilə bağlı müraciətinə həmin orqanda baxıldığını, xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verildiyini və Əmək Məcəlləsinə əsasən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya hələ 2022-ci ilin noyabr ayında onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi məlum olmuşdur. Buna baxmayaraq iddiaçı xx.xx.2023-cü il tarixdə mövcud tələblə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

19. Məhkəmə gəldiyi nəticəni Əmə k Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 296-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci, Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli qərarlarına, Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil və nümayəndə Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsinə mane olmuş (zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməmiş) və bu səbəbdən ekspertizanı keçirmək mümkün olmamışdır. Bu halda isə məhkəmə ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş hesab etməli və sənədlərin iddiaçı tərəfindən imzalanmamasını işin mübahisəsiz halı kimi dəyərləndirməli idi. Bu fakt isə artıq cinayət tərkibi yaradan məsələ olduğundan məhkəmə bunun barəsində xüsusi qərardad qəbul etməklə işi prokurorluğa göndərməli idi. Lakin məhkəmə prosessual vəzifələrini düzgün icra etməmiş, işin araşdırılmasını düzgün təşkil etməmişdir. Məhkəmə cinayət tərkibi yaradan məsələni aşkar şəkildə görməsinə baxmayaraq heç bir tədbir görməmiş, xüsusi qərardad qəbul etməmişdir. Halbuki bununla bağlı prosessual qanunvericilik imperativ norma müəyyən etmişdir. Hakimin mülahizə sərbəstliyinə bu məsələdə yol verilmir.

22. İddiaçı kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cü maddəsinin 1-ci hissəsinə, 296-cü maddəsinin 2-ci və 3-cü hissəsinə, MPM-nin 97.5, 265.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi 2

4. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

25. Maddə 68. 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

26. Maddə 69. 1-ci bənd. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

27. Maddə 83. 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

28. Maddə 296. 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar et diyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

29. Maddə 296. 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsi əmək qanunvericiliyinə uyğun olmuşdur. Bununla yanaşı məhkəmələr müəyyən etmişlər ki, iddiaçı hüququnun pozulduğunu bilmiş, lakin müddət ötürüldükdən sonra baxılan iş üzrə tələbi irəli sürmüşdür. Bu vəziyyətdə isə iddia müddəti keçmiş olur və həmin əsas isə iddianın təmin olunmasını istisna edir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hal lara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-599/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar