Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3129/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı1, vəkili Vəkil1, Cavabdeh, vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 və XXXqızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RayonMəhkəməsinin24 iyul 2018-ci iltarixliqətnaməsiilə (İ.R.Burcayev, iş 2(008)-866/ 2018) İddiaçı1 və XXXqızının Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, İddiaçı1, X1, İddiaçı2 Həşim qızı və X2 ilə Cavabdeh arasında bağlanan 23 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin 0,015 ha torpaq sahəsinə aid hissədə qismən etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə rədd eidlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev iş 2(103)-11466/2018)Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu RayonMəhkəməsinin24 iyul 2018-ci iltarixliqətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişlər. İşin halları: 23 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, X1, İddiaçı2 Həşim qızı və X3 Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsiniCavabdeh satmış, torpaq sahəsi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 08 noyabr 2017-ci il tarixdə İddiaçı1 və XXXqızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməklə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən ƏMDK-nın yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 17 sentyabr 2015-ci il tarixdə verilmiş çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan 0,03 ha torpaq sahəsinin 0,015 ha sahəsinin geri qaytarılması, torpağa dair aparılmış qe ydiyyatın daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmidir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən ka ssasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 15 noyabr 2002-ci il tarixli şəhadətnamə əsasında iddiaçılar və onların digər 2 nəfər ailə üzvünə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahə si ayrılmış, həmin torpaq sahəsi 07 oktyabr 2015-ci il tarixdə həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 23 sentyabr 2015-ci il tarixdə iddiaçılar və digər mülkiyyətçilərlə cavabdeh arasında Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlanılmışdır. İddiaçılar hazırda cavabdehə əslində 0,015 ha torpaq sahəsini satmaq niyyətlərinin olduğuna, hüquqi savadsızlıq ucbatından özlərinə məxsus torpaq sahəsinə aid sənədlərin də cavabdehin adına rəsmiləşdirildiyinə, nəticədə onlara məxsus olan və hazırda yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin də cavabdehin mülkiyyətinə keçdiyinə istinad edərək alqısatqı müqaviləsinin onlara məxsus olan torpaq sahəsinə aid hissədə etibarsız hesab edilm əsi barədə hazırki iddia tələbini irəli sürmüşlər. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçılarla 0,03 ha torpaq sahəsinin alqı-satqısı barədə razılaşma olmuş, həmin alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməklə əmlak onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara məxsus yaşayış sahəsinin cavabdehə satılmış torpaq sahəsinin hüdudlarında yerləşib yerləşməməsinin müəyyən edilməsi məqsədilə alınmış mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıların istifadəsində yaşayış evi ilə birlikdə 0,042 ha torpaq sahəsi, cavabdehin istifadəsində yaşayış sahəsi ilə birlikdə 0,0498 ha torpaq sahəsi var. İddiaçı1 istifadəsində olan yaşayış evi İddiaçı1 və ailə üzvlərinə verilmiş 15 noyabr 2002-ci il tarixli şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin 0,15 ha hissəsində yerləşir. Həmin şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin qalan 0,15 ha hissəsi Cavabdeh alqı-satqı müqaviləsinə əsasən mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsi qətnaməsi onunla əsaslandırılmışdır ki, yerli baxış zamanı müəyyən edildiyi kimi tərəflərin həyətləri hasarla təcrid edilmiş qaydada ayrı-ayrı yerləşir, girişləri ayrı-ayrı küçələrdəndir, təcrid edilmiş hər iki həyətdə fərdi evlər inşa edilmiş, tərəfələr hər biri özünə aid hissədə yaşayır. İş üzrə tərəflərin hər ikisi alqı-satqı müqaviləsi bağalanarkən mübahisə predmeti olan torpaq sahəsini hazırda mövcu d olan vəziyyətdə alqı-satqı etdiklərini, iddiaçıların məhz cavabdehin faktiki istifadəsində olduğu torpaq sahəsini satmaq niyyətləri, cavadehin də məhz hazırda faktiki istifadəsində olan torpaq sahəsini almaq niyyəti izahatları ilə təsdiq edilmişdir. Məhkəmə araşdırılmasında iddiaçılar ilə cavabdeh arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin yanılmanın təsiri altında bağlandığı müəyyən edilmişdir. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandrımışdır ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsini qismən etibarsız hesab edərkən tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Çünki aldadılmasına bax mayaraq alqı-satqı müqaviləsi üzrə ona 0,03 ha torpaq sahəsini 40.000 manata satmalarına baxmayaraq, məhkəmə tərəfindən əqd qismən, yəni ½ hissədə olan 0,015 ha ölçüdə etibarsız hesab edilərkən həmin müqavilə üzrə ödənilmiş 40.000 manat məbləğin ½ hissəsinin, yəni 20.000 manatın ona qaytarılmasını məsələsini açıq saxlamaqla onun hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamağa tərəflərin tam səlahiyyəti və iradə ifadələri olmuş, əqdin forma və məzmunu qanunuvericiliyin tələblərinə uyğun olmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavil ənin məzmununa görə satıcının vəzifəsi satdığı torpaq sahəsini alıcının mülkiyyətinə verməkdən, alıcının vəzifəsi isə həmin torpaq sahəsini qəbul etməklə mülkiyyətinə daxil etməkdən ibarət olmuş və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin maddənin məzmunundan göründüyü kimi, alqı-satqı müqaviləsi alıcı və satıcının qarşılıq lı iradə ifadəsi əsasında bağlanmaqla hər iki tərəf üçün hüquq və vəzifələr yaradır. Müqaviləyə əsasən, əşyanı alıcının mülkiyyətinə vermək satıcının vəzifəsi, onun dəyərini ödəmək isə alıcının vəzifəsidir. Yuxarıda qeyd edildiyi kimi, barəsində mübahisə edilən alqı-satqı müqaviləsinin predmeti olan 0,03 ha torpaq sahəsinin 0,015 ha hissəsi alıcıya təhvil verilmişdir. Qalan 0,015 ha torpaq sahəsi isə iddiaçıların sahibliyində qalmışdır. İddiaçılar onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini satmaq niyyətində olmadıqlarını göstərmişlər. Cavabdeh də hazırda iddiaçıların sahibliyində olan fərdi yaşayış evinin yerləşdiyi 0,15 torpaq sahəsinə dair hər hansı tələbi olmamaqla, əvəzli surətdə əldə etdiyi 0,03 ha torpaq sahəsinin məhz müqavilədə göstərilən və öz adına qeydiyyata a lınan torpaq sahəsi olduğunu göstərir. Qeyd edildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyində iddiaçıların istifadəsində olan yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsinin cavabdehə satılmış 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. AzərbaycanRespublikasıMülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 347-ci maddəsi ilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə vacib əhəmiyy ətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma halları aşağıdakılardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına sadalanan normaların tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə alqı-satqı müqaviləsinin forma və məzmununun bir-birini tamamlaması barədə səhv nəticəyə gəlmişdir. Bununla bərabər məhkəmə kollegiyası qeyd edir ki, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Eti barsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamələğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3129/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3129/2019
25.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver