Məhkəmə qərarları › İş №2(102)-3129/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3129/2020

25.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3129/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh vəkili x1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şirvan Apely asiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran rayon məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş № 2(049)-1391/2019) İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək Cavabdeh İddiaçı tərəfindən 7500 (yeddi min beş yüz) manat pul kompensasiyası ödənilməklə Cavabdeh və onunla bi rlikdə yaşayan övladları 07.03.2010-cu il tarixdə anadan olmuş x6, 05.07.2011-ci il tarixdə anadan olmuş x3, 18.11.2013-cü il tarixdə anadan olmuş x4 və 27.04.2015-ci il tarixdə anadan olmuş x7 Lənkəran rayonu, Şilavar kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması, pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh və onunla birlikdə yaşayan 07.03.2010-cu il tarixdə anadan olmuş x6, 05.07.2011-ci il tarixdə anadan olmuş x3, 18.11.2013-cü il tarixdə anadan olmuş x4 və 27.04.2015-ci il tarixdə anadan olmuş x7 fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2 019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev, iş № 2(106)3526/2019) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(049)-1391/2019 saylı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili x2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.03.2016-cı il tarixdə verilmiş ********** qeydiyyat, **********95-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa görə, Lənkəran rayonu, Şilavar kəndində 0,06 ha torpaq sahəsi üzərində yerləşən 191,4 kv m-dən ibarət olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. 12 mart 2019-cu il tarixli mü təxəssis rəyinə görə, Lənkəran rayonu, Şilavar kəndində 0,06 ha torpaq sahəsi üzərində yerləşən 191,4 kv m-dən ibarət olan yaşayış evinin ikinci mərtəbəsində 43,4 kv metr olan 3 otağın 12 mart 2019-cu il tarixə bazar qiyməti 7400 manat təşkil edir. Lənkəran rayonu, Şilavar kəndində 0,06 ha torpaq sahəsi üzərində yerləşən 191,4 kv m-dən ibarət olan fərdi yaşayış evinin bazar qiyməti 32000, likvid dəyəri 29600 manat təşkil edir. x9 tərəfindən verilmiş arayışa görə, Lənkəran rayonu, Şilavar kəndində yerləşən 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evinin kirayə haqqı 80-100 manat arasında dəyişir. Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsinə görə, Cavabdeh və onunla birlikdə yaşayan 07.03.2010-cu il tarixdə anadan olmuş x6, 05.07.2011-ci il tarixdə anadan olmuş x3, 18.11.2 013-cü il tarixdə anadan olmuş x4 və 27.04.2015-ci il tarixdə anadan olmuş x7 Lənkəran rayonu, Şilavar kəndində yerləşən 2 mərtəbəli 5 otaqdan ibarət evə və digər yardımçı sahələrə istifadə hüququ tanınmışdır və onların həmin evə köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, 71.1, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152.1,228.2-ci maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, eyni tərəflər arasında Lənkəran rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15.11.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli evə istifadə hüququnun olduğu müəyyən edilmiş, həmçinin ona 4000 manat kompensasiya ödənilməklə mübahisəli evə istifadə hüquqlarının itirilməsi tələbi isə təmin olunmamışdır. Bununla yanaşı qanuni qüvvədə olan həmin rayon məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli evə dörd uşağı ilə birlikdə köçürülməsi və onların köçürülməli olduğu evin isə Lənkəran rayon Şilavar kəndində yerləşən 2 mərtəbəli 5 otaqdan ibarət yaşayış evinin olması göstərilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı məhz 3 otaqlı mənzilə görə cavabdehə kompensasiya təklif etmiş və təklif olunan kompensasiya yalnız cavabdeh üçün nəzərdə tutulmuşdur. İddia tələbi ilə onun himayəsində saxlanmış və müxtəlif cinsdən olan uşaqların mənafeyinin nəzərə alması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri araşdırmadan (mübahisəli evin 3 otaqlı deyil, iki mərtəbədən ibarət olar aq 5 otaqdan ibarət olması, cavabdehin himayəsində 4 uşağının olması, onların müxtəlif cinsdən olması, iş materiallarına əlavə olunmuş mütəxəssis rəyində bir otaqlı bir mərtəbəli evin kirayə haqqının müəyyən olunması) düzgün olmayaraq bu qənaətə gəlmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzildə 2009-cu ildən yaşayan cavabdehə təklif olunan 7500 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Bu səbəbdən də apelyasiya instansiyası məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyi aşkar olaraq müəyyən olunmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddə sinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, «Mülki M əcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün dah a imtiyazlı hüquqi rejim yaradır». Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbayc an Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Həmin Məcəl lənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar