Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3129/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilkin, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış binasının tərkib hissəsindən istifadə hüququ, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə evə köçürülmə tələbinə dair ilk, Cavabdeh 2 İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2023-cü il tarixli, 2(107)-431/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 və Cavabdeh2 Cavabdeh1 valideynləridirlər.
2. Cavabdeh1 ilə İddiaçı 2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı qaynatası Ramiz Rzayevin 2005-ci ildən mülkiyyətində olan torpaq sahəsindəki Mingəçevir şəhəri, Natəvan döngəsi 3 ünvanında yerləşən evə (bundan sonra – mübahisəli ev) gəlin köçmüşdür. Onların birgə nikahından 2010-cu ildə X4 doğulmuşdur. 3. 2008-ci ildə Ramiz Rzayev mübahi səli evə tam mülkiyyət hüququ əldə etmişdir.
4. Ramiz Rzayev 2021-ci ildə ölmüşdür.
5. Mübahisəli ev xx.xx.2022-ci il tarixdən tam mülkiyyət hüququ ilə qaynana Cavabdeh2 məxsusdur.
6. Cavabdeh1 ilə İddiaçı arasındakı nikah xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlu X1 2007-ci ildən indiyə kimi yaşadıqları Mingəçevir şəhəri, Natəvan döngəsi 3 saylı fərdi yaşayış evinə istifadə hüquqları müəyyən edilməklə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ailə qurduqları gündən qaynatasına məxsus evə gəlin köçmüş və cehizləri də həmin evə aparmışdır. Həmin vaxtdan həmin evdə qeydiyyatdadır. Qaynatası öldükdən sonra - 2021-ci ilin sonlarında o, cavabdehlər tərəfindən şər-böhtan atılaraq evdən çıxarılmışdır. Hazırda oğlu ilə birlikdə valideynlərinin evində məskunlaşmışdır. O evə köçəndə ev tam hazır olmamış və onun da həmin evdə köməyi olmuşdur. Hazırda cavabdehlər onu evə buraxmırlar. Həmin evdən başqa yaşamağa evləri yoxdur və əşyaları da həmin evdədir.
9. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mübahisəli evə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Cavabdeh2 mülkiyyətindədir və ona mərhum ərindən vərəsəlik qaydasında keçmişdir. İddiaçı ona məxsus evd ən heç bir hüququ yoxdur. İddiaçı xeyli müddətdir həmin mənzildə yaşamır. İddiaçı həmin mənzildə qeydiyyatda olması onun istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Onun mübahisəli mənzilə hər-hansı istifadə hüququ olması barədə rəsmi sənəd mövcud deyil. İstifadə hüquqları olmayan şəxsin Cavabdeh2 məxsus mənzilə köçürülmək istəməsi qanunun tələblərinə uyğun deyil. Bundan əlavə İddiaçı sözügedən evə gəlin gələrkən və qeydiyyata düşərkən onun sözügedən evdən istifadə hüququnun yaranması üçün hər hansı razılıq olmamış, bu razılıq notarial qaydada təstiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı evin faktiki sahibi olan Cavabdeh2 keçmiş gəlini olmuşdur. Qaynananın keçmiş ailə üzvü olan gəlinini saxlamaq öhdəliyi yoxdur və bu öhdəliyin olması i lə bağlı aralarında heç bir vaxt razılaşma olmamışdır.
11. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1671/2022 nömrəli iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) ilk iddia tələbi rədd edilərək, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı mübahisəli evə istifadə hüququna xitam verilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında sözügedən mülki hüquq münasibətləri 2007-ci ildən yarandığından, bu münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir.
13. İddiaçı Cavabdeh2 keçmiş gəlinidir. Sözügedən evin mülkiyyət çisi olan Cavabdeh2 keçmiş gəlini olan İddiaçı saxlamaq vəzifəsi yoxdur.
14. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı 2007-ci ildən mübahisəli evə qeydiyyata düşməsini və sözügedən evə hər hansı hüququnun olmasını bildirsə də bu barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə Cavabdeh2 təqdim etdiyi və məhkəmə sorğusu ilə əldə olunmuş sənədlərlə sübut olunmuşdur ki, 2005-ci ildən mübahisəli torpaq sahəsi və orada tikilmiş fərdi yaşayış evi Sadayə Rzayevanın və ərinin mülkiyyətində olmuş, sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi 2008-ci ilə aid olsa da onların göslənilən mülkiyyət hüquqları vardır. İddiaçı ilə mülkiyyətçilərin arasında heç bir razılaşma olmamış, və razılaşma notarial qaydada təstiq edilməmişdir. Bundan əlavə evin özəllədirilməsində İddi açı razılığı olmamış və o, özəlləşmədə iştirak etməmişdir. Bununla bağlı İddiaçı sübut təqdim edə bilməmiş və məhkəmə sorğularına verilmiş cavablarda bu hallarla bağlı heç bir sənəd aşkarlanmamışdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk idd ia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-431/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədlinin sədrliyi və məruzəsi ilə, Ələddin Məcidov və Elçin Mehdiyevdən ibarət tərkibdə) ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək hər iki iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməkdə haqlı olsa da, qarşılıqlı iddianı təmin etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
19. Birinci instanasiya məhkəməsi iddiaçının mübahisəli evə istifadə hüququnun olmadığını bildirərək eyni zamanda İddiaçı mübahisəli evdən istifadə hüququna xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir.
20. Eləcə də, ilk iddia üzrə iddiaçı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının evdən istifadə hüququ ilə bağlı keçmiş qaynatası Rzayev Ramizlə hər hansı yazılı müqavilə imzalamamış, eyni zamanda iddiaçının evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud olmamışdır. Hüquqi nəticə etibarı ilə iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır.
21. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Belə ki, görə cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə hüququ mövcud olmamışdır.
22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228.1, 228.2, 228.5ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013c ü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinə dair hissədə ləğvinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin hallarına düzgün hüquqi qiymət verilməmiş, həmçinin Mülki Məcəllənin göstərişlərini də pozmuşdur.
25. Kassator bildirmişdir ki, iş üzrə şahi dləri xəstə olduğu üçün iştirak edə bilməmişdir, bu haqda hakimə bildirsələr də, o işin şahid dindirilməsi üçün vaxt verməmişdir. Halbuki ki “Hiro Balani İspaniyay qarşı” iş üzrə 9.12.1994 ci il tarixli qərar Kuznetsov və digərləri Rusiya qarşı xx.xx.2007-ci il tarixli qərar və H.B.Belçikayaya qarşı iş üzrə qərarlarında Avropa İnsan Hüquqları üzrə Məhkəməsi göstərmişdir ki, insan hüquqları haqda Avropa Konvensiyanın 6 maddəsinin 1 bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərini bərabərlik prinsipi göstərilməklə dinlənilməsini sübuta yetirilməməsi ilə nəticələnir. Apellyasiya instansiyası m əhkəməsi aşağı instansiyalı məhkəmənin qətnaməsindən şikayətə baxdıqda qəbul etdiyi aktlarda verilən şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verilməli olduğu halda işə səthi baxaraq təqdim edilən dəlillərə qiymət verməmişdir.
26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2 və 77-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İlkin iddia üzrə Cavabdeh2 vəkili Vəkil1 tərəfindən etiraz göndərilərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
28. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli ev Cavabdeh2 mülkiyyətindədir və o, sözügedən ünvanda yaşayır. Həmin mənzil o na mərhum ərindən vərəsəlik qaydasında keçmişdir. İddiaçı isə həmin mənzilə heç bir hüququ yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
30. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə et mək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
34. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
35. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayı ş binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı. 44.... yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə İddiaçı tərəfindən ilk iddia tələbinə dair hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəb ul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
49. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə cavabdehin (qarşılıqlı iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını nəzərə alaraq, əsaslı olaraq hesab etmişdir ki, ilk iddiaçı mənzilə köçərkən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmamış, lakin əvvəlki sahiblik və istifadə hüququ olan şəxsin gözləntisi olmuşdur. Sonradan evin hüquqi vəziyyətinin dəyişməsi ilk iddiaçının iddiasının təmin olunması üçün də əsas yaratmır. Hər bir halda onun mübahisəli mənzildə yaşadığı zamanı mənzilinin dəyərinin artması və əvvəl mövcud olan vəziyyətdən daha yaxşı şəraitin yaradılması baxımından işlər yerinə yetirilməmişdir. O yaşayış sahəsinə köçən andan və ondan sonra, yəni yaşayış evinin hüquqi vəziyyətinin dəyişməsindən sonra yaşayış sahəsinə istifadə hüququ əldə etməmişdir.
50. Bu hissədə də, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma i lə razılaşır və təkrarlamağı zərurət bilmir. Belə kassasiya şikayətinin dəlilləri bu hissədə işin faktiki hallarının aydınlaşdırılmamasından ibarətdir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya ş ikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2023-cü il tarixli, 2(103)431/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.