Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-313/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 17.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5934/2022 nömrəli iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı
1. Azərbaycan SSR Nazirlər sovetinin xx.xx.1989-cu il tarixli qərarı əsasında Sovxoz Həmkarlar Komitəsi ilə X8 birgə ümumi iclasında sovxozun fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmış və X3 adına 934 sayı ilə qeydə alınmışdır.
2. X9 xx.xx.2021-ci il tarixdə İddiaçı xx.xx.2091-ci il tarixədək qüvvədə olan etibarnamə vermiş, etibarnamə ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli F-43 nömrəli Sərəncamına əsasən Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.07 ha torpaq sahəsindən 0.025 ha torpaq sahəsinin və tikiləcək tikilinin üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətləri etməyi, ƏMDK yanında DƏDRX-nın istənilən Ərazi İdarəsində nümayəndəsi olmağı, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məsələlərini həll etməyi, sənədləri təqdim etməyi, adından ərizə verməyi, ərizəni imza etməyi, ona çatası çıxarış, forma-1 arayışı və digər sənədləri almağı, imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir.
3. İddiaçı ilə Cavabdeh 2006-cı ildə faktiki nikah münasibətinə girmiş və ər-arvad kimi yaşamağa başlamış, xx.xx.2006-cı il tarixdə Aysu, xx.xx.2008-ci il tarixdə Aysel, xx.xx.2010-cu il tarixdə Əli adını verdikləri uşaqları dünyaya gəlmiş, nikahları xx.xx.2016-cı il tarixdə Yardımlı rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. 4. "xxx x" ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12ndə yerləşən evin elektrik enerjisi təchizatı ilə bağlı müqavilə bağlanmışdır. Məişət abonentlərinin elektrik enerjisi (gücü) alınması ilə bağlı 96716 nömrəli texniki şərtin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12nə elektrik xətti çəkməsinə icazə verilmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində bağlanmış 72 nömrəli akt qeydli nikahın pozulması, nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il ta rixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 (Abşeron rayon Donuzkökəltmə Sovxozu) ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 (Abşeron Donuzkökəltmə sovxozu) ünvanında yerləşən fərdi yaşayş evi 2016-cı il tarixdə tərəfindən inşa edilərək orada ailəsi - Cavabdeh və azyaşlı uşaqları daxil olmaqla yaşayıb birgə təssərrüfat aparmışlar. Fərdi yaşayış evinin yerləşdiyi torpaq s ahəsi 2010-cu ildə X9 adlı şəxs tərəfindən ona satılmış, yaşayış evinə onun adına kommunal xidmətlər üzrə 2018-ci il tarixdə elektrik xətti çəkilmiş, Binə Bələdiyyəsinə tərəfindən torpaq və əmlak vergisi ödənilmişdir. Cavabdehlə aralarında olan ailə daxili mübahisələr zəminində nikahları Xəzər Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından anadan olan uşaqlarının analarının yanında qalması, onların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ondan Cavabdeh xeyrinə alimentin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır və müvafiq qaydada aliment öhdəliyi tərəfindən icra olunur. Hazırki vaxtadək Cavabdeh qeyd olunan fərdi yaşayış evində övladlarıı ilə birlikdə yaşayırlar. Fərdi yaşayış evi birgə nikahları dövründə tikilmiş və is tifadəyə verilmişdir. 2021-ci ilin oktyabr ayında yaşadığı fərdi yaşayış evinə qayıtmaq istəmiş, lakin cavabdeh evin və həyətin giriş qapısının açarlarını dəyişərək evə daxil olmasını məhdudlaşdırmış, yaşamasına mane olmuş, yaşayış sahəsindən qanuna müvafiq qaydada mülkiyyət və istifadə hüququnu pozmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Məhkəmənin şahid qismində dindirdiyi X2 ifadəsində bildirmişdir ki, İddiaçı evlilik vaxtı görmüşdür və Təbrizin qohumlarını tanımır. Mübahisəsi gedən ev 2015-2016-cı illərdə tikilmiş, qardaşı zəng edəndən-edənə evin tikintisi üçün material göndərmiş, amma tikintidə iştirak etməmişdir. 10.Bakı ş əhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 08 iyun 2022-ci il tarixli, e-2(003)-1236/2022 nömrəli qətnaməsi (hakim Z.Tağıyev) ilə iddia tələbi təmin edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etmiş olduğu sənədlərdən, fotoşəkillərdən, həmçinin tərəflərin vermiş olduğu izahatlardan görünür ki, iddiaçı mübahisəli evdə yaşamış, lakin sonradan tərəflər arasında baş verən mübahisə nəticəsində cavabdeh iddiaçını həmin evə buraxmamışdır. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən də görünür ki, İddiaçı həmin evin tikintisində iştirak etmişdir. Belə ki, hər iki tərəfin və şahidlərin vermiş olduğu izahatlarından bu hal öz təsdiqini tapmışdır. Digər hal isə iş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildə İddiaçılə bağlanmış müqavilə təşkil edir - müqavilənin bağlandığı vaxt cavabdehin və onun tərəfindən dəvət olunan şahidlərin ifadələrinə görə iddiaçı ilə onun ayrıldıqları vaxta təsadüf edir ki, bu da özü-özlüyündə iddiaçı ilə cavabdehin həmin dövrdə normal münasibətdə olmaqla mübahisə predmetinə aid olan evdə birgə yaşamalarını təsdiq edir. X1 İddiaçı vermiş olduğu etibarnamə üzrə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi eynilik təşkil edir. 12.Məhkəmə öz mövqeyini Məhkəmə öz qənaətini “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci, Mülki Məcəllənin 6.1.1, 180.1, 228.1, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 13.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliliyini yoxlamadığı, onun istinad etdiyi etibarnamənin 2021-ci ildə verildiyini, həmin etibarnamədə göstərilən sərəncamın ümumiyyətlə mövcud olmadığını nəzərə almadığı, evin iddiaçı tərəfindən tikildiyinin sübuta yetirilmədiyi arqumentləri ilə əsaslandırmışdır. 15.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5934/2022 nömrəli iş üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16.Məhkəmə kollegiyası qeyd etmişdir ki, özbaşına tiki li hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Ev 2016-2017-ci illərdə, yəni tərəflərin nikahda olduqları dövrdə inşa edilmiş və tərəflər orada bərabər yaşamışlar. Tərəflərin evdə birlikdə yaşadıqları təqdim edilən çoxsaylı fotoşəkillərdə də aydın əks olunmuşdur. İddiaçının, mübahisəsi gedən evin enerji təchizatı üçün "xxxx" ASC ilə müqavilə bağladığına və texniki şərt aldığı na dair təqdim etdiyi sənəd surətlər yazılı sübutlar üçün tələb olunan formaya uyğun olmasa da, cavabdeh bu halların mövcudluğunu etiraf etmişdir. 17.Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 6, 14, 180-ci maddələrinə, Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü bəndinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri 18.Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 19.Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Kass asiya şikayətinə qarşı etiraz daxil olmuş və iddiaçı kassasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 21.Maddə 43, 1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 22.Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 23.Maddə
27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 24.Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsi ndə əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 25.Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 26.Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 27.Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsind ə və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 28.Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 29.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32.Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 33.Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 34.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 35.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37.Belə ki, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdeh etirazının əsasında duran halları sübuta yetirə bilməmişdir. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. Apellyasiya instansiyas ı məhkəməsinin mövqeyinə görə Ev 2016-2017-ci illərdə, yəni tərəflərin nikahda olduqları dövrdə inşa edilmiş və tərəflər orada bərabər yaşamışlar. Tərəflərin evdə birlikdə yaşadıqları təqdim edilən çoxsaylı fotoşəkillərdə də aydın əks olunmuşdur. İddiaçının, mübahisəsi gedən evin enerji təchizatı üçün "xxxx" ASC ilə müqavilə bağladığına və texniki şərt aldığına dair təqdim etdiyi sənəd surətlər yazılı sübutlar üçün tələb olunan formaya uyğun olmasa da, cavabdeh bu halların mövcudluğunu etiraf etmişdir. 39.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 40.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5934/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.