Məhkəmə qərarları › İş №2(102)-313/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-313/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-313/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya: mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5690/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkət inin Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 fevral 2025-ci ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1 (101)-309/2017 saylı hökmündən görünür ki, iddiaçının əri X6 cavabdehlə əmək münasibətində olmuş (Neft Qaz Tikinti Trestinin 4 saylı Tikinti Quraşdırma bölümünün briqadiri), xx.xx.2016-cı ildə cavabdehlə əmək münasibətində olan digər şəxs - X7 əmək vəzifələrini icra edərkən ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. X7 törətdiyi əmələ görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan “tikintidə yenidənqurma işləri aparılmasının təhlükəsiz lik qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda” cinayətinin törədilməsində təqsirli bilinərək məhkum olunmuşdur.

2. İddiaçının X6 ilə nikahından 4 övladı var: 1) xx.xx.2001-ci il təvəllüdlü Arzu Məmmədova; 2) xx.xx.2003-cü il təvəllüdlü Nazlı Məmmədova; 3) xx.xx.2006-cı il təvəllüdlü Aysun Məmmədova; 4) xx.xx.2015-ci il təvəllüdlü Cabbar Məmmədov. İddiaçı 1980-ci ildə doğulmuş, əri vəfat edərkən iddiaçının 36 yaşı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsindən mənəvi zərərə görə 100.000.000 (yüz milyon) m anat məbləğində pulun və 320 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, bu hadisə nəticəsində ailənin başçısı, həyat yoldaşı X4 itirmişdir. Ağır bir hadisə yaşamış, öz ömür-gün yoldaşını itirmiş bir insan kimi, dərin ağrılarını ifadə edir, yaşadığı çarəsizliyə diqqət çəkir. İnsan bu acını yaşamadan bu qədər ağrı, iztirab hiss edə bilmir. Bir qadın və bir ana kimi 20 ilə yaxındır ki, həyatını bölüşdüyü yoldaşını itirmək onun üçün çox çətindir. Evləndikdən sonra Masallı rayonunun Təklə kəndində birlikdə yaşayırdılar. Birgə nikahlarından dörd övladları: Nazlı Məmmədova, Qızbəs Məmmədova, Aysun Məmmədova, Arzu Məmmədova və Cabbar Məmmədov dünyaya gəlmişdir. Onların ikisi hələ azyaşlıdır. B u faciəvi hadisə ailəsini yarımçıq qoymuş, övladları atasız qalmış, o, da 4 uşaqla təkbaşına qalmışdır, indiki dövrdə bunun nə qədər ağır bir yük olduğunu qeyd etməyə ehtiyac yoxdur. Onlar halbuki yoldaşı ilə birlikdə min bir əziyyətlə böyütdükləri övladlarının xoş günlərinə şahid olmağı arzulamışlar. Bu hadisə onları arzuladıqları, xəyallar qurduqları belə günləri yaşamaqdan da mərhum etdi. Yoldaşının evdəki əksikliyini, övladlarının atasına olan ehtiyacını hər hansı digər bir formada əvəz etməyi mümkün deyil. X11 Neft Qaz Tikinti Trestinin 4 saylı Tikinti Quraşdırma bölümünün briqadiri, konstruksiya quraşdırıcısı vəzifəsində işləyib, təmir-tikinti işləri görürdü. Hadisə baş verən günün səhərisi o yenə evdən öz halal zəhməti ilə pul qazanmaq üçün işə getmiş, elə həmin gün axşam faciəvi şə kildə rəhmətə getmişdir. Namik Məmmədov iş görən zaman kran vasitəsi ilə qaldırdıqları boru aşmışdır. Həmin vaxt borunun alt hissəsindən bağlanmış ip ayağına dolaşmışdır. Nəticədə zərbə ilə kranın qoluna çırpılmış və aldığı xəsarətlərdən orada ölmüşdür. Mərhum həyat yoldaşı çox ağır və dəhşətli xəsarətlər almışdır. Onun ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlər alması - baş-beyinin əzilib dağılması və bayıra tökülməsi olmuşdur. Meyiti aldığı xəsarətlərdən parça-parça olmuşdur. O, tək başına qadın kimi, 4 uşağı ilə birlikdə bu ağır travmanı yaşamaq məcburiyyətində qalmışdır. Uşaqları və o, hələ də bu hadisədən sonra özlərinə gələ bilməmişlər. Çarəsiz bir ana kimi bu hadisə nəticəsində unudulması mümkün olmayan, davam edən əzab və iztirablar yaşayır. Cinayət işi üzrə təyin edilmi ş ekspertizaların rəylərindən də görünür ki, hadisə Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum həyat yoldaşının faciəvi ölümü keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir.

5. Məhkəməni n hazırlıq iclasında Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi əsl Cavabdeh ilə əvəz olunmuşdur.

6. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-309/2017 saylı, xx.xx.2017-ci il il tarixli hökmündən də görünür ki, X2 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. "Azneft" İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki mənəvi ziyan cavabdehdən deyil, X1 tələb edilə bilər.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) 15 iyul 2024-cü il tarixli, e-2(009)-10 85/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, mənəvi zərərin əvəzi kimi 40.000 (qırx min) manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi kimi 320 manat cavabdehdən tutularaq iddiaçıya verilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.

8. Məhkəmə iclasında iddiaçının həyat yoldaşının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir.

9. Bununla yanaşı, baş vermiş hadisədən artıq 8 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvipsixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Ona görə də, iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, zərərçəkənin ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olduğundan zərərin məbləği 40.000 manat məbləğində müəyyən edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 2 3-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh qətnaməd ən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır, ki cavabdeh hazırkı işdə məsuliyyət daşımır və zərərin əvəzini zərər vuran şəxs ödəməlidir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5690/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)1085/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddə lərinin göstərişlərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

15. Cavabdeh iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçisinin təqsirkar olduğu məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

16. Birinci instansiya məhkəməsi iddiaçıya ödəniləcək təzminatın məbləğini düzgün olaraq 40.000 manat müəyyən edib. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur. Cavabdehin maliyyə imkanları həmin məbləğdə təzminat ödəməyə imkan verir.

17. Məhkəmə kollegiyası qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şər h edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinin pozulduğu qeyd edilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. Qanunvericilikdə bir neçə şəxsin bir hüquqpozmada mülki-hüquqi məsuliyyətini müəyyənləşdirən üç məsuliyyət növü vardır. Bunlar paylı məsuliyyət, solidar (birgə) məsuliyyət və subs idiar (əlavə) məsuliyyətdən ibarətdir. Paylı məsuliyyətdə hər kəs öz payı daxilində məsuliyyət daşıyır ki, vurulmuş zərərin əvəzinin ödənilməsində öz payı həcmində iştirak edir. Solidar (birgə) məsuliyyəti bir neçə şəxs birlikdə zərər vurduqda daşıyır. Məsuliyyətin bu növünün xüsusiyyəti ondadır ki, məhkəmə zərərçəkənin mənafeyi üçün zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Subsidiar məsuliyyət qanunda və ya müqavilədə nəzərdə tutulduğu halda borclu ilə birlikdə öhdəliyin lazımınca icra edilməməsinə görə əlavə məsuliyyətdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. 1097-ci maddədə nəzərdə tutulmuş fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Məhkəmə iddiaçının hansı iztirablar keçirməsinə dair heç bir sübut olmadan, Kənan Cəfərlinin vəfat etməsindən 13 ildən çox müddət keçməsi nəzərə alınmamışdır. X7 öz xidməti vəzifəsinə l azımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. “Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil, X1 tələb edilə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə etirazda iddiaçı şikayətin formal yazıldığı, səhvlərə yol verildiyi, şikayətdə iddiaçının ərinin adının düz qeyd edilmədiyi, ərinin vəfat etdiyi vaxtdan 13 il deyil, 8 il keçdiyi, apellyasiya instansiyası məhkəməsi yalnız iddianın təmin edildiyi hissədə qətnaməni yoxladığı halda, kassasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tam rədd edilməsinə dair yeni qərarın qəbul edilməsinin xahiş olunduğu qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını p ozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

26. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisini n vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlan ılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

33. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, iddiaçının mərhum əri X3 ölümündə cavabdeh deyil, onun işçisi olmuş X7 təqsirli olduğundan mənəvi ziyanın cavabdehdən tutulması 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinı ziddir.

34. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həm təqsirə görə m əsuliyyət, həm də təqsirsiz məsuliyyət (obyektiv surətdə hüquqazidd əməl üçün) müəyyən edən normalar nəzərdə tutulmuşdur. MM-nin 1097.1-ci maddəsinə əsasən yalnız qanunda nəzərdə tutulmuş hallarda mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin zərəri vurmayan şəxsin öhdəsinə qoyulması mümkündür.

35. Mülki Məcəllənin 1099.1-ci maddəsi də hüquqi və ya fiziki şəxsin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəmək öhdəliyi təqsirsiz məsuliyyət müəyyən edən normalardan olduğundan cavabdehin iddiaçının mərhum ərinin ölməsində təqsirinin olmaması ona qarşı irəli sürülmüş mənəvi ziyan tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

36. Məhkəmə kollegiyası eyni zamanda hadisənin baş verməsindən 8 il keçdiy inin (şikayətin məzmununda səhvən 13 il qeyd edilmişdir) məhkəmə tərəfindən mənəvi ziyanın məbləği müəyyənləşdirilərkən nəzərə alınmadığına, iddiaçının hadisə nəticəsində iztirab keçirməsinin sübut olunmadığına dair kassasiya şikayətinin dəlillərini də əsassız hesab edilir.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia ir əli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizl ik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.”

38. Birinci instansiya məhkəməsi işin hallarını, baş vermiş cinayət hadisəsi nəticəsində yoldaşının faciəvi şəkildə ölməsini, iddiaçının 4 uşağı ilə bu travmanı yaşamaq məcburiyyətində qaldığını nəzərə alaraq onun baş vermiş hadisə nəticəsində mənəvi iztirab və sarsıntı keçirdiyini müəyyən etmiş və hadisənin baş verməsindən 8 il keçdiyini nəzərə alaraq iddia tələbini yalnız 40.000 manat hissədə təmin etmişdir.

39. Kollegiya qətnaməni qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razıla şır ki, mənəvi ziyanın məbləği işin halları və cavabdehin maddi vəziyyəti nəzərə alınarsa mütənasiblik və ədalətlilik meyarlarına uyğun müəyyən edilmişdir.

40. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2024-cü il tarixli, 2(103)-5690/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2024-cü il tarixli, 2(103)-5690/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar