Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3130/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3nə, Cavabdeh3 başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin Mülki Prossesual Məcəllənin 4*7.1-ci maddəsində nəzərdə tutulmuş formada verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavab dehlər Cavabdeh1, Cavabdeh3nə, Göygöl rayon İH başçısının Göygöl şəhər İƏD-si üzrə nümayəndəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın 3 saylı Ərazi İdarəsinə qarşı etibarnamənin və evlərin dəyişdirilməsi orderinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-5*6/2*2* nömrəli, 23 fevral 2*22-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 may 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2*22-ci il tarixli 2(1*4)-5*6/2*2* saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti 22.*2.2*22-ci il tarixdə Gəncə Apellyasiya Məhkəm əsinə daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3nə, Göygöl rayon İH başçısının Göygöl şəhər İƏD-si üzrə nümayəndəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 tərəfindən Cavabdeh1 ev dəyişmə üçün verilmiş *4 iyul 1989-cıı il tarixli etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamənin müddəti keçikdən sonra ünvan 1 ünvanında yerləşən mənzilə Xanlar rayon XDS-nın İcraiyyə Komitəsi tərəfindən Cavabdeh1 adına verilmiş *6 iyul 1991-ci il tarixli mənzil dəyişmə orderinin etibarsız hesab edilməsi və ya bu mümkün olmazsa ləğv edilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir.
2. Göygöl Rayon Məhkəməsinin (hakim R.Məmmədov) *7 iyun 2*18-ci il tarixli, 2(*66)- 122/2*18 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, X3 tərəfindən Cavabdeh1 ev dəyişmə üçün verilmiş *4 iyul 1989-cu il tarixli etibarnamə və həmin etibarnamənin müddəti keçikdən sonra Göygöl şəhəri, X1 küçəsi, 36A ünvanında yerləşən mənzilə Xanlar rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən Cavabdeh1 adına verilmiş *6 iyul 1991-ci il tarixli mənzil dəyişmə orderinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim lər-R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov) *8 oktyabr 2*18-ci il tarixli, 2(1*4)342*/2*18 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin *7 iyun 2*18-ci il tarixli 2(*66)-122/2*18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva) 2(1*2)-2*19/2*19 nömrəli iş üzrə 18 mart 2*19-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin *8 oktyabr 2*18-ci il tari xli, 2(1*4)342*/2*18 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və R.Mamedov) *5.*2.2*2*-ci il tarixli, 2(1*4)- 5*6/2*2* nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin *7 iyun 2*18-ci il tarixli, 2(*66)-122/2*18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası barədə ərizə vermişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov ) 26.*7.2*21-ci il tarixli, 2(1*4)5*6/2*2* nömrəli qərardadı ilə Cavabdeh1 ötürülmüş prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *5.*2.2*2*-ci il tarixli, 2(1*4)-5*6/2*2* nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab edilərək, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Cavabdeh1 vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *5.*2.2*2*-ci il tarixli, 2(1*4)-5*6/2*2* nömrəli qətnaməsinin surətini 24.*2.2*2*-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada almışdır, lakin həmin qətnamədən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddəti öt ürməklə yəni cavabdeh və vəkili tərəfindən 22.*7.2*21-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim etmişdir. Buraxılmış müddətin bərpasına dair təqdim edilmiş ərizəyə isə müddətin ötürülməsi səbəbini aydınlaşdıracaq heç bir mötəbər sübut əlavə edilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Qərardaddan Cavabdeh1 kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12..Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi müddətin bərpasına dair ərizəyə baxarkən tərəfləri məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə məlumatlandırılmalı olduğ u halda bu barədə cavabdehə heç bir məlumat vermədən məhkəmə iclasının onun (məlumatı) iştirakı olmadan keçirtmiş və cavabdehin ərizəsini təmin etməmişdir. Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin 26.*7.2*21-ci il tarixli qərardadını poçt vasitəsilə *6.*8.2*21-ci il tarixdə almışdır. Bundan başqa apellyasiya instansiya məhkəməsi ötürülmüş müddətin bərpasına dair qərardad qəbul edərək bütün dünyada baş verən koronovirus pandemiyasının yayılmasını, ölkədə dövlət orqanlarının işləməməsini, bunlardan başqa ölkədə baş vermiş müharibəni və Gəncə şəhərinin ağır müharibə şəraitində olmasını nəzərə almamışdır və Cavabdeh1 kassasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürməsinə baxmayaraq, onun müddətin ötürülməsinə dair ərizəsini təmin etməmişdir
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki Kollegiyasının *1 dekabr 2*21ci il tarixli 2(1*2)-5934/2*21 saylı qərarı ilə (hakimlər: Zaur Əliyev (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov) kasasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Mülki Kollegiyasının 26 iyul 2*21-ci il tarixli 2(1*4)-5*6/2*2* nömrəli qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
14. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizəyə məhkəmə iclasında baxılmalı və işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməli olmasına baxmayaraq apellyasiya məhkəməsi ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh1 ərizəsinə tərəfləri çağırmadan və məhkəmə iclası keçirmədən baxmış və bununla da qeyd edilən prosessual hüquq normasının tələblərinə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və R.Mamedov) 26 yanvar 2*22-ci il tarixli, 2(1*4)- 5*6/2*2* nömrəli qərardadı ilə Cavabdeh1 kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *5 fevral 2*2*-ci il tarixli 2(1*4)5*6/2*2* saylı qətnaməsindən verdiyi kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı o nunla əsaslandırmışdır ki, Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *5 fevral 2*2*-ci il tarixli 2(1*4)-5*6/2*2* saylı qətnamənin surətini 24 fevral 2*2*-ci il tarixdə imza etməklə qəbul etmış, kassasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizəni 22 iyun 2*21-ci il tarixdə məhkəmənin dəftərxanasına təhvil versə də müddətin bərpasına dair ərizəsində qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbi kimi qeyd etdilmiş hallara dair sübut təqdim etməmişdir.
17. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 13*.1, 133.1, 133.2, 133.5, 397.2, 4*5.*.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Qeyd edilən qərardaddan Cavabdeh1 kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 133.2-ci maddəsinə əsasən müddətin bərpasına dair ərizə yazılı deyil, şifahi məhkəmə iclasında baxılmalı olduğu halda, apellyasiya instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə tərəfləri məlumatlandırsa da iclası yazılı icraat qaydasında keçirmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və R.Mamedov) 23 fevral 2*22-ci il tarixli, 2(1*4)- 5*6/2*2* nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2*22-ci il tarixli 2(1*4)-5*6/2*2* saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alın mışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, kassasiya şikayəti 22.*2.2*22-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olduğundan MPM-ə edilmiş və *1.1*.2*21-ci il tarixdən qüvvəyə minmiş əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalı olsa da kassasiya şikayəti oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 4*7.1-ci maddəsində nəzərdə tutulmuş formada verilməmişdir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Belə ki, kassasiya şikayəti əsaslandırılmamış, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi barədə dəlillər göstərilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabd eh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin MPM-in 4*7.1-ci maddəsində nəzərdə tutulmuş formada tərtib edilmədiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2*22-ci il tarixli 2(1*4)-5*6/2*2* saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, şikayət MPM-in tələblərinə uyğun tərtib edilmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qeyd edilən kassasiya şikayəti müddətin bərpası ilə bağlı qərardad dan verildiyindən həmin şikayətdə maddi hüquq normasının pozulmasına istinad edilməsi qeyri-mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
25. Maddə 4*7.1 kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur).
26. Maddə 4*8.1.5 Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
27. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.
28. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.
30. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-5*6/2*2* nömrəli, 23 fevral 2*22-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-5*6/2*2* nömrəli, 26 yanvar 2*22-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi 23 fevra l 2*22-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, kassasiya şikayəti 22.*2.2*22-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olduğundan MPM-ə edilmiş və *1.1*.2*21-ci il tarixdən qüvvəyə minmiş əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalı olsa da kassasiya şikayəti oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 4*7.1-ci maddəsində nəzərdə tutulmuş formada verilməmişdir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Belə ki, kassasiya şikayəti əsaslandırılmamış, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi barədə dəlillər göstərilməmişdir.
33. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi 23 fevral 2*22-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(1*4)-5*6/2*2* nömrəli, 26 yanvar 2*22-ci il tarixli qərardadından verilmiş şikayətin mümkünlük məsləsinə baxdığı halda kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə istinad etməklə iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir.
34. Belə ki, Mülki Prosessual Məcəllənin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır.
35. Göründüyü kimi qərardad işin mahiyyəti üzrə həll edilməməsi ilə bağlı olmaqla prosessual məslələrin həlli zamanı çıxarılır. Bu isə onu deməyə əsas verir ki, qərardadla həll edilən məsələlər maddi hüquq normalarına deyil prosessual hüquq normalarına istinadla həll edilir.
36. Belə olan halda qeyd edilən qərardadıdan verilmiş şikayətdə maddi hü quq normalarının pozulmasına istinad edilməsi qeyri-mümükündür.
37. Eyni zamanda Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2*22-ci il tarixli qərardadından verilmiş şikayətdən görünür ki, Cavabdeh1 apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuya yol verildiyinə, yəni buraxılmış müddətin bərpası haqqındakı ərizəyə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməklə şifahi məhkəmə iclasında baxmalı olduğu halda MPM-in 133.2-ci maddəsinin tələblərinə zidd olaraq yazılı icraat qaydasında baxdığına istinad etmişdir. Bu hal isə şikayətdə prosessual hüquq normalarının pozulmasının nədə ifadə olunduğunun göstərildiyini təsdiq edir.
38. Bundan başqa apelyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin MPM-n in 4*7.1-ci maddəsində nəzərdə tutulmuş formada verilməməsi barədə əsaslandırması ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2*22-ci il tarixli 2(1*4)-5*6/2*2* saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, şikayət MPM-in 4*7.1-ci maddəsində nəzərdə tutulmuş formaya (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur) uyğun tərtib edilmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-5*6/2*2* nömrəli, 23 fevral 2*22-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-5*6/2*2* nömrəli, 26 yanvar 2*22-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
40. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-5*6/2*2* nömrəli, 23 fevral 2*22-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)5*6/2*2* nömrəli, 26 yanvar 2*22-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.