Məhkəmə qərarları › İş №2(102)-3130/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3130/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3130/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma) 18.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-448/23 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehlərdən Cavabdeh1 kassasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inziba ti binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 5a yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 2. ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 3. ünvan 1 ünvanında yerləşən mənzil 2012-ci il, 2013-cü il və 2019-cu il tarixlərdə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir.

4. Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzil ilə İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi şifahi razılıq əsasında əvəzləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsin də icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı iddiaçıya məxsus olan ünvan 5a yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən mənzil ilə özünə məxsus ünvan 5a yerləşən fərdi yaşayış evini dəyişiblər. Halhazırda da həmin bina evində yaşayır. Köçdükdən bir müddət sonra Mingəçevir şəhər Asan Xidmət Mərkəzinə müraciət etdikdə ona məlum olmuşdur ki, ünvan 6 ünvanında yerləşən mənzil Cavabdeh1 tərəfindən 2013-cü il tarixdə 10.000 manat, 2015-ci il tarixdə 15.000 manat və 2022-ci il tarixdə 23.700 manat əvəzində girov qoyulmuşdur. Bu məsələdən xəbər tutandan sonra iddiaçı evin dəyişdirilməsindən imtina etmək qərarına gəlmişdir. 2017-ci il tarixdən tərəflər evi rəsmi qaydada dəyişmək istəsələr də bu girova görə mümkün olmamışdır və hələ də mümkün deyildir. Odur ki, iddiaçı ona məxsus olan ünvan 5a yerləşən fərdi yaşayış evinə qayıtmaq istəyir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və göstərmişdir ki, evə 100.000 manatdan çox xərc çəkib. İddiaçı ilə razılığa gəliblər və iddiaçı da bunu özü təsdiq edir. Ancaq hazırkı vəziyyətdə evdən çıxarılması ilə bağlı iddia qaldırması tamamilə əsassızdır.

8. Mingəçevir Şəhər Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(051)-62/2023 nömrəli qətnaməsi ilə (hakim E.V.Cəbrayılzadə) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, X2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 5a yerlə şən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin müəyyən etmişdir ki, ünvan 5a yerləşən fərdi yaşayış evi üzərində iddiaçının tam şəkildə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cıxarış verilmişdir. Cavabdehlərin isə həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdehlər hazırda da iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etməklə bərabər, sahiblik edirlər.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüquq ları qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaranmamışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşlar.

12. Məhkəmə ona görə də, mübahisənin düzgün həll e dilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir.

13. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisə li fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüquqları yaranmışdır və cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 152.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslan dırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı tərəfindən göstərilmiş sözlərdən də göründüyü kimi tərəflər arasında dəyişmə müqaviləsi olmuş və onlar evləri dəyişmişlər. Sözügedən evləri dəyişdikləri zaman İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanı təmirsiz və sənədsiz olmuş, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən mənzil isə tam təmirli olmuşdur. Bu göstərdiyi halları İddiaçı özü də bilir və bununla əlaqədar bəzi sübutlar təqdim edilmişdir. Sözügedən evləri dəyişdik dən indiyə kimi cəmi 100.000 (yüz min) manatdan çox xərc çəkilmişdir. Bunu təsdiq edən sənədlərinin bir hissəsi təqdim edilmişdir. Məhkəmə tərəfindən onlar tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi vaxtında verilməməsi səbəbindən geri qaytarılmışdır. Lakin onu da qeyd etmək lazımdır ki, təmir xərcləri ilə bağlı iddia ayrıca qaldırılmışdır. Hazırda da məhkəmənin icraatındadır. Bu səbəbdən də hesab edir ki, hər iki qətnamə birlikdə icra edilməlidir. Belə ki, İddiaçı hazırda Cavabdeh1 mülkiyyətində olan mənzildə yaşayır və əlavə olaraq Cavabdeh1 100.000 manatdan daha çox xərc çəkib təmir etdirdiyi mülkiyyətində olan evdən onu çıxarmaq istəyir. Belə olan halda ədalətlilik və vicdanlılıq prinsipləri pozulur. Çünki Cavabdeh1 ailə üzvləri ilə birlikdə çöldə qalmaq məcburiyyətində olacaqdır. Ona görə də, bütün icra sənədləri birlikdə icra olunmalıdır. Lakin hazırki vəziyyətdə Cavabdeh1 evi tikdirib-təmir etməsinə və həmin evdə yaşamasına baxmayaraq onun hüquqları tapdalanmaqdadır. Bununla da, cavabdehin istifadə hüququ və evə köçürülməsilə bağlı hüquqları əsassız olaraq təmin olunmamışdır. İşin qeyd edilən faktiki halları ilə yanaşı, hüquqi tərəfləri də, iddiaçının qanunsuz əməlləri nəticəsində ona qarşı maddi ziyanın vurulmasını sübuta yetirir. Belə ki, ona dəymiş maddi zərərin əsaslı olmasına və ödənilməsinə dair də qanunvericilikdə kifayət qədər normalar mövcuddur. İddiaçının tələbi ilə onun hüquqları tapdalanır və o, ailə üzvləri ilə çöldə qalmış sayılır.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) 2(107)-448/20 23 nömrəli mülki iş üzrə 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), E.M.Mehdiyev və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və cavabdehin apellyasiya şikayətində qətnamənin 22 və 24-cü bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin özü də göstərir ki, maddi ziyan tələbinə dair iddia ayrıca iddia icraatı qaydasında məhkəməyə verilmişdir və hal-hazırda məhkəmənin icraatındadır. Lakin həmin iş üzrə işə baxılması və iddianın təmin və ya rədd edilməsi hazırki iş üzrə yuxarıda göstərilən səbəblərdən iddianın t əmin edilməsinin haqlı olduğu halını dəyişdirmir. Hər iki qətnamənin birlikdə icra olunması məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələyə hazırki iş üzrə baxılaraq qərar verilə bilməz. Belə ki, qətnamənin 30-cu bəndində göstərilmiş hüquq normalarının tələblərindən görünür ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxıl manın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 23-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin istifadə hüququ və evə köçürülməsi ilə bağlı heç bir iddia tələbi mövcud deyildir. Qətnamənin 37-ci bəndində göstərilənlərə əsasən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmamışdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol ver ilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 43, Mülki Məcəllənin 157, Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 5 və 8, MPM-nin 14.2 və 77.1-ci maddələri pozulmuşdur. Məhkəmə iclasında araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə çıxarmışdır. Belə ki, məhkəmə iclasında reallıqda qətnamədə göstərilməyən sübutlar araşdırılmış, lakin əsas sübutlar isə araşdırılmadan üzərindən keçilmiş, hakim isə iş materiallarında olmayan sübutlar əsasında və öz mülahizəsinə uyğun qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, əsassız olduğunu və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin h ərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MPM

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, cavabdeh tərəf qanuni əsaslar olmadan mənzilə sahiblənmiş və ondan istifadə edir.

40. Cavabdeh tərəf mənzildən çıxarılmaya dair iddianın rədd olunmasının əsas kimi mənzilə onun tərəfindən xərc çəkildiyi və həmin məbləğin ödənilməsindən sonra mənzildən çıxa biləcəyini bəyan edir. Lakin qeyd edilməlidir ki, işin aşkar olan halına görə cavabdeh xərcin ödənilməsi ilə bağlı ayr ıca icraata tələb irəli sürmüşdür. Hətta zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməməsi iddiaçının mənzildən çıxarmaya dair tələbin irəli sürülməsi imkanından məhrum etmir. Cavabdehin göstərilən dəlilləri hazırkı işin icraatı daxilində əhəmiyyətli hesab edilmir. Hər bir halda iddiaçı mülkiyyətçidir və onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun mənzil üzərində hüquqlarının bərpasına yönəlmiş tələbi müdafiə olunmalıdır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməs inin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolle giyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(107)- 448/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar