Məhkəmə qərarları › İş №2(102)-3131/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3131/2022

25.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3131/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3131/2022 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması) Bakı şəhəri, 25 may 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-133/2022 nömrəli mülki iş üzrə 07 aprel 2022-ci il tarixli qərardadından Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 25 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 132538-112047/1 nömrəli 11 sentyabr 2014-cü il tarixli kommersiya kredit müqaviləsi üzrə 11 sentyabr 2017-ci il tarixinə banka borclu olduğu 9.041.448,45 RUB məbləğində əsas borc, 13.845,28 RUB məbləğində faiz üzrə borcu, 205.866 RUB məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9.261.159,73 RUB məbləğində, eləcə də 30 manat məhkəmə üçün və 90 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 120 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına, bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 oğluna məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiy mətinin 235.000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin qeyri-yaşayış yönəldilməsinə, daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 oğlunun ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən ən gec bir ay ərzində məcburi qaydada çıxarılmasına və qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-37/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 11 sentyabr 2014-cü il tarixli 132538-1-12047 nömrəli “Baş kredit razılaşması əsasında 11 sentyabr 2014-cü il tarixli 132538-1 -12047/1 nömrəli kommersiya krediti müqaviləsinə əsasən 8.464.243,73 (səkkiz milyon dörd yüz altmış dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində əsas borc və 50.000 (əlli min) RUB məbləğində cərimə borcu olmaqla, cəmi 8.514.243,73 (səkkiz milyon beş yüz on dörd min iki yüz qırx üç rubl yetmiş üç qəpik) RUB məbləğində borc, (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 90 (doxsan) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar C əmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən, 234,9 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi, evin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 oğluna verilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330.000 manat müəyyən olunması, Cavabdeh1 oğlunun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-133/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Nümayəndə (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 405.000 manat müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Qətnamədən Cavabdeh1 oğlunun vəkili Vəkil kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-133/2022 saylı, 01 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qə tnaməsindən Cavabdeh1 oğlunun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayəti Cavabdeh1 oğlunun vəkili Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilərək, vəkil tərəfindən imzalansa da, lakin vəkilin belə səlahiyyətinə dair etibarnamə olmamışdır və hal-hazırda da etibarnamə verilməmişdir.

6. Qətnamədən Cavabdeh1 tərəfindən 06 aprel 2022-ci il tarixdə yenidən kassasiya şikayəti verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(103)-133/2022 saylı qərardadına əsasən bu kassasiya şikayəti də geri qaytarılmışdır.

8. Qərardad belə əsaslandırılmışdır ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllədə kassasiya şikayəti veril məsi üçün müəyyən olunmuş müddətdən 04 gün sonra “Elektron məhkəmə” sistemi vasitəsi ilə göndərilmiş, habelə buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayətini baxılması üçün göndərilməsinin təmin edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, kassasiya şikayəti 28 mart 2022-ci il tarixdə elektron kabinet vasitəsilə göndərilmişdir. Lakin məhkəmə kollegiyası etibarnamə təqdim edilmədiyi nə görə kassasiya şikayətinin geri qaytarılması barədə 01 aprel 2022-ci il tarixdə qərardad qəbul etmişdir. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, 06 aprel 2022-ci il tarixdə kassasiya şikayəti yenidən verilmişdir. Ona görə də, prosessual müddət ötürülməmiş hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

13. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

15. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2022-ci il tarixli qətnaməsi xəbərnaməli poçt vasitəsi ilə Cavabdeh1 oğluna 1 fevral 2022-ci il tarixdə təqdim edilmiş, cavabdeh tərəfindən kassasiya şikayəti ilə isə məhkəməyə xx.xx.2022-ci ildə, yəni Mülki Prosessual Məcəllədə kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətdən 4 gün sonra “Elektron məhkəmə” sistemi vasitəsi ilə göndərilmişdir.

18. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hall arda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Azərbaycan Respublikasının MPM-in 405.0.2-ci maddəsinə əsasən qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

20. Müəyyən olunduğu kimi cavabdeh tərəfindən qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilərkən prosessual müddət ötürülmüşdü. Lakin həmin müddətin üzrlü sayılaraq bərpa olunmasına dair məhkəməyə ərizə təqdim olunmamışdır.

21. MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

22. Belə olan halda Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı mülki prosessual qanunve riciliyin tələblərinə uyğun çıxarılmışdır, kassasiya şikayətinin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-133/2022 nömrəli iş üzrə 7 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: İlqar Xələfov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar