Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3131/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(107)460/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 21 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları: 1.Səlimov Bilal Sabir oğlu ilə X1 birgə nikahından Gülşən, Səxavət, Şərqiyə, Ətirə, Əlsəbir, İlqar və Vüqar adlı övladları doğulmuşdur. 2. 01 mart 1987-ci il tarixdə Səlimov Bilal Sabir oğlu, 26 yanvar 1989-cu il tarixdə X4 ölmüşlər. 3. 30 aprel 1998-ci il tarixdə Ağsu rayon AİK-nın 06 saylı qərarı ilə Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsi X22, X17, Cavabdeh və X7 mülkiyyətinə verilmiş və 16 may 2003-cü il tarixli, JN-047 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınmışdır. 4. 13 mart 2014-cü il tarixdə Cavabdeh rəsmi nikah əsasında X8 ilə ailə qurmuş və onların birgə nikahından 27 iyun 2014-cü il tarixdə Ayan, 09 iyul 2015 -ci il tarixdə Namiq adlı övladları doğulmuşdur.
5. Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh, arvadı X10, övladları X26 və X23 ilə birlikdə Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evdən istifadə hüquqlarının tanınmaqla, onların həmin evə köçürülmələri qət edilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(107)863/2022 saylı qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh yetkinlik yaşayına çatmamış övladları ilə birlikdə Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evdən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri hissəsində dəyişdirilmədən saxlanılmışdır.
7. Həmçinin həmin məhkəmənin eyni tarixli və eyni saylı qə rardadı ilə Ağsu rayon məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsi- X3 Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evdən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi hissəsində ləğv edilmiş və iddia ərizəsi həmin hissədə baxılmamış svaxlanılmışdır.
8. Ağsu rayonu, Ərəbuşağı kəndində, mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsində yerləşən, 1955-ci ildə inşa edilmiş, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 103.6 kv.metr, yaşayış sahəsi 69.5 kv.metr, köməkçi sahəsi 34.1 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X11 adına qeydə alınmış və bu barədə sonuncunun adına 17 avqust 2022-ci il tarixli Çıxarış verilmişdir. 9. 23 avqust 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, mərhum Səlimov Bilal Sabir oğlundan miras qalmış Ağsu rayonu, Ərəbuşağı kəndində, mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 103.6 kv.metr olan fərdi yaşayış evində hər birinin payı 1/7 hissədə olmaqla X22, X14, X12, X18, İddiaçı, X15 və X5 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. 10. 11 sentyabr 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X22, X14, X12, X18, İddiaçı, X15 və X2 rayonu, Ərəbuşağı kəndində, mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 103.6 kv.metr olan fərdi yaşayış evindəki 1/7 paylarını İddiaçı bağışlamışlar. 11. 19 sentyabr 2022-ci il tarixli Çıxarışa əsasən, Ağsu rayonu, Ərəbuşağı kəndində, mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 103.6 kv.metr olan fərdi yaşayı ş evi tam, 0.26 ha torpaq sahəsinin 14/35 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı, həmin torpaq sahəsində hər birinin payı 7/35 hissədə olmaqla mülkiyyət hüququ üzrə X19, Cavabdeh və X9 adlarına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən yaşayış evindən Cavabdeh, ailə üzvləri ilə birlikdə istifadə hüququna 2.520 manat kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir.
13. İddia tələbini onunla əsaslandırılmışdır ki, yaşayış evi atasından miras qalmışdır. Evin ümumi sahəsi 103,60 kv.metr olmaqla ona olan hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz ə mlakın dövlət reyestrində 16 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin, cavabdeh yaşayış evinin bir otağını ailə üzvləri ilə birlikdə zəbt edərək orda yaşayır. Cavabdehdən dəfələrlə qanunsuz əməllərinə son qoymasını və ona məxsus olan evdən ailə üzvləri və əmlakları ilə birlikdə çıxmasını tələb etsə də, heç bir əhəmiyyəti olmamışdır.
14. Ağsu Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(016)-40/2023 saylı qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia təmin edilmiş, iddiaçı tərəfindən cavabdehə 2.520 manat məbləğində kompensasiya ödənilməklə, Cavabdeh və yetkinlik yaşına çatmayan övladları - 27 iyun 2014-cü il təvəllüdlü X26 və 09 iyul 2015-ci il təvəllüdlü X13 Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103,6 kv.metr olan fərdi yaşayış evinə olan istifadə hüquqla rına xitam verilməsi qət edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə 2.520 manat məbləğində kompensasiya qanunvericiliyin müəyyən etdiyi standarlara cavab verdiyindən, həmin məbləğ cavabdehə ailə üzvləri ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanını təmin edə bilər.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mütənasiblik prinsipinə uyğun cavabdehin mövcud yaşayış sahəsindən istifadə hüquqlarının olmasına baxmayaraq, iddiaçının mülkiyyət hüquqları onun mülkiyyət üzərində müstəsna səciyyə daşıyan sahiblik vəsərəncam hüquqlarının təmin edilməsində ifadə olunduğundan, təklif edilən 2.520 manat kompensasiyanın məbləği məqbul hesab edilməli, iddiaçı tərəfindən cavabdehə 2.520 manat komp ensasiya ödənilməklə, onun və yetkinlik yaşına çatmayan övladlarının (27 iyun 2014-cü il təvəllüdlü Ayan və 09 iyul 2015-ci il təvəllüdlü Namiq) Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103,6 kv.metr olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 158.1.2, 158.4, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 123-cü maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(016)-40/2023 saylı qətnaməsinin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qət edilmiş kompensassiya məbləği ilə razı deyil. Belə ki, onun və yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X27 və xx.xx.2015-ci il təvəllüdlü X23 üçün müəyyən edilmiş 2.520 manat kompensassiya məbləği ilə başqa yerdə gedib müəyyən müddətə əvvəlki şəraitlə təmin olunmuş evdə yaşamaqları mümkün deyil. Belə ki, həmin evdə cavabdeh dünyaya göz açmış və 30 il orada yaşayıb ailə qurmuşdur. Yaşadıqları ev təmirli olmaqla, orada yaşayış üçün hər bir şərait vardır. Hazırda həmin ərazidə onların ev kimi şəraiti və sahəsi geniş olan evin aylıq kirayə haqqı 50-70 man deyil, 150-200 manat təşkil edir. Lakin, məhkəmə evin aylıq kirayə haqqını Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin təqdim etdiyi xx.xx.2023-cü tarixli arayışa əsasən qiymətləndirmişdir. Bu iddiaçının hansısa yolla əldə etdiyi və öz mənafeyinə xidmət edən bir sübutdur. Bu sübutu təqdim etməkdə də məqsədi kompensassiya məbləği olduğundan qat-qat aşağı hesablanması olmuşdur. Məhkəmə mübahisəyə qeyri mötəbər və real vəziyyətlə ziddiyyət təşkil edən sübut əsasında (kənd nümayəndəliyi tərəfindən tərtib edilmiş arayış) əsasında qiymət vermişdir. Halbuki, bu mübahisəyə qanunda göstərilən əsaslarla müvafiq ekspert rəyi əsasında qiymət verilməsi daha ədalətli və insaflı olardı.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(107)-460/2023 saylı qətnaməsi ilə (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Vəzirxan Məli kov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Ağsu Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(016)-40/2023 saylı qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir.
22. Belə ki, iddiaçının cavabdehlərə kompensasiya kimi 2.520 manat məbləğində pul təklif etməsi qəbul edilə bilməz. Belə ki, cavabdehin himayəsində iki azyaşlı övladı vardır və iddia təmin ediləcəyi təqdirdə onlarla birlikdə yaşayış evindən çıxmalıdır. Cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sah əsi və ya torpaq sahəsi yoxdur. Cavabdeh göstərilən məbləğə razı olmamışdır. Cavabdehə təklif olunan kompensasiyanın məbləği, Ağsu rayonu, Ərəbuşağı kəndi ərazisində başqa yerdə əvvəlki yaşayış evində olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehin iki azyaşlı uşağı ilə yaşayış evindən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə təklif olunun 2.520 manat pul isə bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. Biri qız, digəri oğlan olan iki uşağa, cəmi üç nəfər şəxsdən ibarət ailə üzvlərinə görə 2.520 manat müqabilində evdən istifadə hüquqlarına xitam verilməsi məqsədə müvafiq deyil.
23. Məhkəmə kollegiyasının qənaətinə görə mülki qanunvericiliyin tələbləri baxımından yaşayış binasının tərkib hissəsind ən istifadə hüququna tərəflərin razılaşması, bu olmadıqda isə həmin hüquqa müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırda iddiaçı ilə cavabdeh arasında kompensasiya ödənilməsi ilə əlaqədar fikir ayrılığı vardır. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdeh minimum 7.000 manat kompensasiya müqabilində onun və iki azyaşlı uşağının istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirmiş, iddiaçı isə bütün imkanlarını hesablamaqla cəmi 2.520 manat məbləği təklif etdiyini bəyan etmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə üzrə kompensasiya məbləğinin 4.000 manat müəyyən edilməsi cavabdehin iki azyaşlı uşağı ilə birilikdə mübahisəli evdə olan istifadə hüququnun qarşılığında, eləcə də cavabdehin istifadə hüququna xitam verildiyi halda gələcəkdə onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin evdən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 2.520 manat kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, kompensasiyanın məbləğinin 4.000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı tərəf isə məbləğin artırılması ilə razılaşmamaqla, iddia tələbinin 2.520 manata münasibətdə təmin olunmasını tələb etmişdir.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPMnin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına, habelə Mülki Məcəllənin 152.1, 158.1.2, 158.2, 228.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkili X6) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Ağsu Rayon İcra Hakimiyyə tinin Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin təqdim etdiyi 07 yanvar 2023- cü il tarixli arayışını məhkəməyə təqdim edərək göstərmişdir ki, həmin ərazidə ona məxsus ev kimi şəraitli və sahəsi geniş olan evin aylıq kirayə haqqı 50-70 manat təşkil edir. Cavabdeh tərəfindən həmin ərazidə evlərin kirayə haqqının daha yüksək olması barədə hər hansı bir rəsmi sübut təqdim olunmamışdır. Sadəcə olaraq cavabdeh məhkəmədə çıxışında bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə başqa yerdə gedib müəyyən müddətə yaşamaqları mümkün deyil.
28. Kassator daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən cavabdehə təklif edilən 4.000 manat kompensasiyanın ödənilməsini daha ədalətli və aglabatan hesab edərək, həmin məbləği ona təklif etmiş, lakin həmin vaxt maddi vəziyyəti çox ağır olduğuna görə edilən təkliflə razılaşa bilməmişdir. Hazırda maddi vəziyyəti yaxşılaşmış və cavabdehə 4000 manat kompensasiya verilməklə onun azyaşlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən yaşayış evindən istifadə huququna xitam verilməsinə razıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasi l etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyy ətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
34. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını nəzərə alıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməli dir.
43. Əvvəla, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının cavabdehə qarşı hazırkı tələbi cavabdehin və iki uşağının mülkiyyətində olan Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, ümumi sahəsi 103.60 kv.metr olan evdən istifadə hüquqlarına xitam verilməsindən ibarətdir.
44. Birinci instansiya məhkəməsi, iddiaçı tərəfindən cavabdehə və iki uşağına təklif edilən 2.520 manat kompensasiya məbləğinin qanunvericiliyin müəyyən etdiyi standarlara cavab verdiyini, həmin məbləğin cavabdehə ailə üzvləri ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanı verdiyini əsas tutub iddianı təmin etmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin müəyyə n etdiyi 2.520 manat kompensasiya məbləği ilə razılaşmayıb qeyd etmişdir ki, hazırkı mübahisə üzrə kompensasiya məbləğinin 4.000 manat müəyyən edilməsi cavabdehin iki azyaşlı uşağı ilə birilikdə mübahisəli evdə olan istifadə hüququnun qarşılığında, eləcə də cavabdehin istifadə hüququna xitam verildiyi halda gələcəkdə onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Bu səbəbdən də cavabdehin və iki uşağının evdən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 2.520 manat kompensasiya məbləği yetərli sayıla bilməz. Ona görə də iddiaçının cavabdehə iki uşağı ilə birlikdə evdən istifadə hüquqlarına xitam verilməsi üçün təklif etdiyi kompensasiya məbləğini 4.000 manat edir, iddiaçı isə məbləğin artırılması ilə razılaşmamış, əksinə iddia tələbinin 2.520 manat məbləğdə təmin edilməsini tələb etmişdir.
46. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, iki uşağı ilə birlikdə cavabdehin evdən istifadə hüququna xitam verilməsi üçün iddiaçı tərəfindən ödəməli olan kompensasiya məbləğini 4.000 manat məbləğində müəyyən etdiyi halda, cavabdeh qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir.
47. İddiaçı isə kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə təklif edilən 4.000 manat kompensasya məbləğinin ağlabatan, ədalətli olmaqla, həmin vaxt maddi vəziyyəti ağır olduğu üçün bu təkliflə razılaşmadığını, lakin hazırda maddi vəziyyətinin yaxşılaşdığını və cavabdehə 4000 manat kompensasiya verilməklə, onun azyaşlı uşaqları i lə birlikdə mülkiyyətində olan evindən istifadə huququna xitam verilməsinə razı olduğunu bildirir.
48. Yuxarıda sadalanan sübutlardan görünür ki, mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin və iki uşağının isə həmin evdən istifadə hüquqları vardır və bu fakt işin mübahisə olunmayan hallarıdır.
49. Bundan başqa, tərəflər əmi-qardaşoğlu olmaqla, onlar arasında cavabdehin və iki uşağının evdən istifadə hüquqlarına xitam verilməsi, habelə kompensasiyanın məbləği ilə bağlı hər hansı razılaşma yoxdur, əksinə hazırda tərəflər biri-birinə qarşı barışmaz mövqedədirlər. Belə olan halda qanunun mənasına görə, tərəflərin mübahisəli evdə birgə yaşamaları qeyri-mümkündür, cavabdehin və iki uşağının həmin evə olan istifadə hüquqlarına evin mülkiyyətçisi, yəni iddiaçının hazırkı tələbinə əsasən 4.000 manat kompensasiya verməsi yolu ilə xitam verilməlidir.
50. Kassasiya instansiyası məhkəməsi, bu nəticəyə gələrkən həmçinin mübahisəli evin ümumi sahəsinin 103.6 kv.metr, yaşayış sahəsinin 69.5 kv.metr, köməkçi sahəsinin 34.1 kv.metr olmaqla, 3 otaqdan ibarət olmasını da nəzərə alır.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 52. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunl uğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
53. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etm ək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.
54. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermiş, lakin iddiaçı, müəyyən olunmuş 4.000 manat kompensasiya məbləği ilə razılaşmadığı üçün iddianı rədd etmişdir.
55. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə iki uşağı ilə birlikdə təklif etdiyi 4.000 manat kompensasiya məbləği onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün yetərli hesab edilməlidir.
56. Belə ki, sözügedən Qərarda Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensas iya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.
57. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: mə sələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.
58. Hazırkı işdə iddiaçı, mübahisəli evindən istifadə hüquqlarına xitam verilməsi üçün cavabdehə və iki uşağına 4.000 manat kompensasiya təklif edir.
59. Cavabdeh isə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş 4.000 manat kompensasiya məbləği ilə razılaşaraq qətnamədən kassasiya şikayəti vermə mişdir.
60. Yuxarıda sadalanan maddi hüquq normalarının mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidirlər.
61. Nəzərə alınmalıdır ki, mülkiyyətçi kimi iddiaçı, cavabdehin qarşısında ona mübahisəli evə bərabər başqa ev almaq öhdəliyi daşımır və bu, mülki qanunverciliyin tələblərin də uyğun olmaz.
62. Kassasiya instansiyası məhkəməsi həmçinin iddiaçının bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə cavabdehin və iki uşağının sözügedən evdən istifadə hüququna xitam verilməsi haqqında hazırki iddianı 4.000 manat məbləğdə təmin edərkən mülkiyyətçi kimi iddiaçının həmin məbləgin ödənilməsinə yazılı razılıq verməsini də nəzərə alır və belə qənaətə gəlir ki, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.
63. Kassasiya instansiyası məhkəməsi eyni zamanda cavabdehin sözügedən evdə yalnız istifadə hüququnun olmasını, bundan sonra tərəflərin həmin evdə birgə yaşamalarının qeyri-mümkün olmaqla, oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminin 150-200 manat civarında (cavabdehin deməsinə görə) ol masını nəzərə alıb hesab edir ki, cavabdehin və iki uşağının mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçının təklif etdiyi 4.000 manat kompensasiya məbləği yetəli, bazar qiymətlərinə uyğun olmaqla, iddiaçının hesabına cavabdehin, ailə üzvlərinin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. 64. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan ko mpensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
65. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun a ğlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.
66. Qeyd olunmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunub.
67. Kassasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, sadalanan normaların mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ yalnız mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti işə baxan məhkəmələrə verilib.
68. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qər ar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
69. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia təmin edilməli, cavabdehin və iki uşağının iddiaçının mülkiyyətində olan mübahisəli evindən istifadə hüququna 4.000 manat kompensasiya ödənilməklə xitam verilməli, kompensasiyanın ödənilməsi ilə evdən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(107)-460/2023 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul olunsun. İddia təmin edilsin, İddiaçı tərəfindən Cavabdeh 4.000 manat kompensasiya ödənilməklə, Cavabdeh və yetkinlik yaşına çatmayan övladları 27 iyun 2014-cü il tarixdə doğulmuş X26 və 09 iyul 2015-ci il tarixdə doğulmuş X13 Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən, 3 otaqlı, ümumi sahəsi 103,6 kv.metr, yaşayış sahəsi 69,5 kv.metr, köməkçi sahəsi 34,1 kv.metr olan evdən istifadə hüquqlarına xitam verilsin. Evdən istifadə hüququna xitam verilmə ilə kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.