Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3131/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:əmlakdan çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-584/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 dekabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halla rı 1. 20.12.2022-ci il tarixli dövlət reyestrindən Çıxarışlara əsasən aşağıdakı əmlaklar (bundan sonra birgə - mübahisəli əmlaklar) mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin (bundan sonra – iddiaçı və ya bank) adına qeydiyyatdan keçmişdir:
2. Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 333,10 m2 olan 108 nömrəli fərdi yaşayış evi (bundan sonra – birinci mübahisəli əmlak);
3. Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1288,50 m2 olan qeyri-yaşayış binası;
4. Ağcabədi şəhəri, 20 Yanvar küçəsində 0,434160 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 903,80 m2 olan qeyri-yaşayış binası;
5. Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində 0,07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 44 1,70 m2 olan qeyri-yaşayış binası.
6. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakların könüllü olaraq boşaldılması və Banka təhvil verilməsi barədə xəbərdarlıq edilmişlir (xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətlərinə əsasən). İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli əmlaklara dair istifadə hüququna xitam verilməsi, evdən və qeyri-yaşayış binasından çıxarılması və əmlakların boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mübahisəli əmlaklar qanuni qüvvəsini almış məh kəmə qərarının icrası qaydasında bankın mülkiyyətinə götürülmüşdür. Mülki qanunvericiliyin tələblərinə əsasən əmlakların 10 gün ərzində könüllü olaraq boşaldılması və iddiaçıya təhvil verilməsi barədə cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişlər. Cavabdehlər qeyd olunan əmlaklar üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar.
9. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1083/2023 nömrəli 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Quliyev) iddia təmin edilərək, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi, onların mübahisəli əmlaklardan çıxarılması və həmin əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişd ir.
10. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdə yaşamaları, hazırda Bankın mülkiyyətində olan fərdi yaşayış evini və qeyri-yaşayış sahəsini boşaldaraq Banka təhvil verməmələri sonuncunun öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam vermək hüquqlarını kobud surətdə pozur. Odur ki, cavabdehlərə qarşı iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 153.3, 157.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas a zadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayətləri eyni məzmunda onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onların hazırlıq iclasında iştiraklarını təmin etməmişdir, qanun işə 4 ay müddətində baxılmasına imkan versə də, məhkəmə “tələsərək” işə bir hazırlıq və bir baxış iclası ilə mahiyyəti üzrə baxıb yekunlaşdırmışdır. Bu prosessual hüquqlarının pozulması onların digər hüquqlarını da pozmuşdur. Belə k i, onların verdiyi vəsatətlərə, şikayətlərə münasibət bildirilməmişdir. Onlar vəsatətlər həll olunduqdan sonra məhkəmə iclasında iştirak edəcəkdilər. Çünki hesab edirdilər ki, işə səlahiyyətli məhkəmə baxacaq və onlar da orada öz sözlərini deyəcəklər. Təkcə bu deyil, digər hüquqları da pozulmuşdur. Qarşı tərəflə məhkəmə iclasında barışığın əldə olunmasından da məhrum olmuşlar. Məhkəmənin ən xırda işə baxırmış kimi onları yaşadıqları yerdən bir iclasa məhrum etməsi məhkəmənin hara, nəyə və “niyə” tələsməsi ilə bağlı sual doğurur. Prosessual olaraq işin təxirə salınması və iştiraklarının təmin edilməsi üçün imkan da var idi. Məhkəmə iştiraklarına şərait yaratmadığından yuxarıda göstərilən hüquqları pozulmuşdur. Məhkəmənin hazırlıq və baxış iclası onların iştirakı olmadan keçirilmiş və həmin iclaslarda həyata keçirilməsi mümkün olan hüquqlarından məhrum olmuşlar. Barışığın təmin edilməsi məhkəmənin vəzifəsi olmasına baxmayaraq buna da cəhd edilməmiş, əksinə mane olunmuşdur. İşin halları ilə də müəyyən edilmişdir ki, iş üzrə yol verilmiş prosessual pozuntular yekunda düzgün olmayan nəticəyə gəlmək üçün əsas olmuşdur
14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassızdır və təmin edilməməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qətnamədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunan əmlaklar qanuni qüvvəsini almış məhkəm ə qərarının icrası qaydasında bankın mülkiyyətinə götürülmüşdür. Həmçinin bank tərəfindən məhkəməyə müraciət olunarkən aidiyyət qaydaları pozulmamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-584/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov, sədrlik edən, məruzəçi, İ.Əsədov və T.Heydərov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1083/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyini və məhkəmənin cəmi bir hazırlıq və bir baxış iclası keçirməklə nəticəyə gəlməsinin qanunsuz olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər əsassızd ır. Belə ki, məhkəmə öz üzərinə düşən vəzifəni icra edərək cavabdehləri məhkəmə iclaslarının vaxtı və yeri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırmışdır. Bunu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsatətlərlə məhkəməyə müraciət etmələri də təsdiq edir. Bundan başqa cavabdehlər həmin vəsatətlərə münasibət bildirilmədiyini qeyd etsələr də, məhkəmənin 11 iyul 2023-cü il tarixli qərardadları ilə bu dəlilin də əsassız olduğu öz təsdiqini tapmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin baxılması və həll edilməsi üçün MPM-də 4 aylıq müddət nəzərdə tutulmuş olsa da, bu, mütləq hər bir işin məhz 4 ay müddətində baxılmalı olması demək deyil. Belə ki, məhkəmə işin xarakterindən və təqdim edilmiş sübutların həcmindən asılı olaraq işi bir hazırlıq və bir baxış iclası k eçirməklə də həll etmək hüququna malikdir. MPM-in 166.3-cü maddəsi işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclasının keçirilməsinə dair məhkəməyə hüquq vermiş, mütləq iki və ya daha artıq hazırlıq iclasının keçirilməsi ilə bağlı hər hansı vəzifə müəyyən etməmişdir. İddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edən bütün sübutları məhz iddia ərizəsinə əlavə etdiyindən və cavabdehlər tərəfindən hər hansı sübut təqdim edilmədiyindən məhkəmənin MPM-in 171-ci maddəsinə əsasən işin kifayət qədər hazırlanmış hesab edilməsi qənaətinə gəlməsi üçün imkanı olmuşdur.
18. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, işə baxılmasının təxirə salınmasına MPM-in 188.1-ci maddəsində göstərilən müstəsna hallarda yol verilir. Bu isə onu göstərir ki, əgər həmin maddədə qeyd ed ilən müstəsna hallar mövcud deyilsə, məhkəmə baxış iclasını təxirə salmaq imkanına malik deyil. Cavabdehlər birinci instansiya məhkəməsində cəmi bir baxış iclasının keçirildiyini qeyd etsələr də, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə 09 iyun 2023-cü il və 11 iyul 2023-cü il tarixlərdə olmaqla iki baxış iclası keçirilmiş, lakin cavabdehlər həmin iclasların heç birində iştirak etməmişlər. Apellyasiya şikayətlərində mülki işin “tələsik” baxılaraq qərar qəbul edildiyi bildirilsə də, işdən göründüyü kimi iddia ərizəsi məhkəməyə 12 aprel 2023-cü il tarixində daxil olmuş, məhkəmə isə 11 iyul 2023-cü il tarixində qətnamə qəbul etmiş, işə məhkəmədə baxılması 3 aylıq müddəti əhatə etmişdir. Bu isə işin “tələsik” baxılması ilə bağlı apellyasiya şik ayətlərinin dəlilinin əsassız olduğunu göstərir. Qeyd edilənlərə əsasən məhkəmə işi bir hazırlıq və iki baxış iclasında həll etməklə hər hansı prosessual pozuntuya yol verməmişdir.
19. Bundan başqa apellyasiya şikayətlərində qeyd edilən cavabdehlərin iştiraklarının təmin edilməməsinin düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırda birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə münasibətdə düzgün olmayan qətnamənin qəbul edilməsi halı öz təsdiqini tapmadığı üçün MPM-in 387.1-ci maddəsi tətbiq edilə bilməz.
20. Məhkəmə kollegiyası, həmçinin cavabdehlərin şikayətlərində məhkəmənin onlara iddiaçı tərəflə barışmaq üçün imkan yaratmaması dəlilinə münasibətdə qe yd etmişdir ki, tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələrini, eləcə də cavabdehlərin keçən müddət ərzində iddiaçı ilə barışıq əldə etmək üçün müstəqil olaraq hər hansı tədbir görməməsini nəzərə alaraq cavabdehlərin həmin dəlili də əsassızdır və məhkəmə icraatının yubadılmasına yönəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasları ilə yanaşı cavabdehlərin apellyasiya məhkəməsinin iclasında da iştirak etməmələri və məhkəmə iclasının təxirə salınmasına əsas kimi qeyd etdikləri halların əsassızlığı cavabdehlərin məhkəmə icraatının yubadılmasına nail olmaq niyyətində olduqlarını göstərmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikay əti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsini yanlış tətbiq etmişdir. Belə ki, cavabdehlərin qanuni əsaslarla mübahisəli əmlaklarda istifadə hüquqları mövcud olduğu üçün onlar mübahisəli əmlaklara qanunsuz sahiblik etməmişdir. Həmçinin iddiaçı hüquqdan sui-istifadəyə yol verməklə cavabdehlərin əmlaklarının tez bir şəkildə əlindən alınmasına çalışır. Məhkəmələr isə cavabdehlərlə iddiaçının arasında razılığın əldə olunması üçün təşəbbüslə çıxış etməmişdir. Bundan başqa məhkəmə cavabdehlərin üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəklərini nəzərə almamış və məhkəmə icl asını təxirə salmadan yekun akt qəbul etmiş, bununla da onların ədalətli məhkəmə araşdırılması hüquqlarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, kassasiya şikayətinin tam əsassız olması cavabdehə də çox yaxşı aydındır, şikayəti verməkdə məqsəd işin gedişatını qanunsuz uzatmaq, məhkəmə qətnaməsinin icrasına mane olmaqla kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrasından yayınmaq və əlavə vaxt qazanmaqdan ibarətdir. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - sub yektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
35. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tə tbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli evdə yaşamaları, hazırda Bankın mülkiyyətində olan fərdi yaşayış evini və qeyri-yaşayış sahəsini boşaldaraq Banka təhvil vermə mələri Bankın öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüquqlarını kobud surətdə pozur. Odur ki, cavabdehlərə qarşı iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
38. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Apellya siya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 aprel 2024-cü il tarixli, 2(106)-584/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.