Məhkəmə qərarları › İş №2(102)-3132/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3132/2024

26.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3132/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X6, Cavabdeh2 və X24 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, əşyaların çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər X6, Cavabdeh2 və X24 qarşı “cavabdehə məxsus tikilinin sökülməsi, cavabdehə məxsus əşyaların iddiaçının torpağından çıxarılması, iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-66/20 24 nömrəli 25 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

2. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-163/2019 nömrəli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh2, X29 və X5 İddiaçı mülkiyyətində olan Lənkran rayonu, Seydəkəran kəndində yerləşən 0.05 ha torpaq sahəsindən iddiaçının iradəsinə zidd istifadə etmələrinə, həmçinin İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hasara alınmasına törətdikləri maneələrə və qanunsuz hərəkətlərə son qoyulması qət edilmişdir.

3. Şirvan Apellya siya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-613/2020 nömrəli qətnaməsinə əsasən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)163/2019 saylı qətnaməsi X6 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-86/2021 nömrəli qətnaməsinə əsasən, iddiaçılar X17, Cavabdeh2 və X18 cavabdehlər X25, İddiaçı, Lənkəran rayonu 1 saylı Notariat Kontoru, Lənkəran rayon X39 və DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu, Seydəkəran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair 02 dekabr 2014-cü il tarixli AN ******* nömrəli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında qeyd edilən torpaq sahəsinin X7 adına qeydiyyata alınmasına dair 6 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqlar ın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, həmin torpaq sahəsinin X26 tərəfindən İddiaçı satılmasına dair 8 dekabr 2014-cü il tarixli AN ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında İddiaçı verilmiş 13 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsızın hesab edilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1996/2021 nömrəli qətnaməsinə əsasən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)- 86/2021 nömrəli qətnaməsi ləğv edilərək, qeyd olunan iddia rədd edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il ta rixli, 2(102)-1195/2022 nömrəli qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1996/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində cavabdehlər X17, Cavabdeh2 və X29 tərəfindən qanunsuz tikilmiş təndirxananı sökdürməklə, cavabdehlərə məxsus ev əşyaların torpağından çıxarılması və ona dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən 0,05 ha torpaq sahəsini 08 dekabr 2014-cü il tarixli AN ******* N-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında 13 dekabr 2014-cü il tarixli, seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla almışdır. Cavabdehlər Əsgərova Ağabacı və digərləri ona həmin həyətə çəpər çəkməyə imkan vermədiklərindən o həmin predmetlə məhkəməyə müraciət etmiş, məhkəmə qaydasında iddiası 1 -ci, 2-ci və 3-cü məhkəmə instansiyalarında təmin edilərək təsdiq olunmuşdur. Sonra cavabdehlər torpağa mülkiyyət sənədlərinin ləğvi barədə məhkəməyə iddia vermiş, 1-ci, 2-ci və 3-cü məhkəmə instansiyalarında iddiaları rədd edilmişdir. Sonra cavabdehlər özlərinə məxsus ev əşyalarını torpağında olan tikiliyə yerləşdirərək ona öz mülkiyyətində olan torpaqda hərəkət etməyə mane olmağa başladılar. Haz ırda məhkəmə qaydasında həyətinə çəpər çəkdirsə də cavabdehləri və əşyalarını torpağından çıxarda bilmir. Hətta məhkəmə icraçıları cavabdehlərə əşyalarını götürün çıxın vətəndaşın həyətindən desələr də, onlar «sizi bizi torpaqlardan çıxarda bilməzsiniz, sizin ancaq çəpər çəkdirmək barədə icra vərəqəniz var.» demişlər. Ona görə də cavabdehləri və əşyalarını torpaqdan çıxartmaq mümkün olmamışdır. Özbaşınalıq o həddə çatmışdır ki, küçə qapısında olan açarı sındırmış və dəmir qapını qaynaqlamışlar. 2014-cü il tarixdən cavabdehlər qanunsuz olaraq torpağında tikdiyi tikililəri sökmüş, ağaclarını kəsmiş, bir qismini yandırmış, özünü, ailə, uşaqlarını təhqir etməklə hər cür formada sakit yaşamalarına imkan verməmişlər. Hər dəfə rayona gedib həyətinə daxil olmaq üçün saatlarla vaxt itirir. Polis mü daxiləsi olmadan həyətə daxil ola bilmir. O səbəbdən ürək ağrısı ilə yaşayır. 2 dəfə infakt keçirmiş, başında problemlər yaranmışdır. Həmin vaxtdan indiyə kimi mütəmadi müayinə və müalicə olunur. Xəstəlik vərəqələrini ərizəyə əlavə etmişdir. 2014-cü ildən indiyə kimi məhkəmə yollarında qalmışdır. Maddi cəhətdən böyük pul itkisi yaranmışdır.

9. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz verərək qeyd etmişdir ki, iddiaçı onların doğma əmisidir. Lakin o uşaqlıqdan Bakı şəhərində böyümüş və yaşamışdır. Yaşadıqları ev 1998-ci ildən mərhum ataları X19 mülkiyyətində olmuşdur. Ataları 2008-ci ildə rəhmətə getmişdir. Əmiləri ata-babalarına məxsus olan evin bir hissəsini saxtakarlıqla əllərindən almaq üçün plan qurmuşdur. O yaşadıqları 1 otaq və bir mətbəxdən ibarət olan evi əllərindən almaq üçün həmin evin yerləşdiyi torpaq sahəsi kimi 2014-cü ilin dekabr ayında əslində bələdiyyədən alqı-satqı yolu ilə almışdır. Belə ki, üstündə qeydiyyatda olub yaşadıqları ev bələdiyyə torpağı kimi xx.xx.2014-cü ilə boş torpaq sahəsi kimi 500 manata kənd sakini kimi Rəxşəndə adlı qadına, xx.xx.2014-cü idə isə guya həmin torpağı Rəşxəndə 5000 manata iddiaçıya satmışdır. İddiaçı öz adına torpağa dair çıxarış aldıqdan sonra bir müddət onu gizli saxlamış, sonra isə məhkəməyə müraciət etmişdir ki, guya o torpaq alıb onlar ona çəpər çəkməyə icazə vermirlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-169 saylı qətnaməsinə əsasən onlar cavabdehlərin iştirakı olmadan məhkəmə keçirilmiş, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin hasara alınmasına törətdikləri maneələr və qanunsuz hərəkətlərə son qoyulmalı, bələdiyyə tərəfindən boş torpaq sahəsi kimi saxta əsaslarla ilkin olaraq kənd sakini X2 isə onun tərəfindən doğma əmiləri olan İddiaçı satılmış olan torpaq sahəsi hasarlanmasına qərar verilmişdir. Həmin qətnamənin qəbul edilməsi vaxtı məhkəmə prosesində qəbul edilməsi vaxtı məhkəmə prosesindən xəbərləri olmamış, xəbər tutduqda isə gec olmuş, apelyasiya şikayəti vermək müddətləri keçdiyi üçün müddət bərpa olunmamışdır. Bu səbəbdən onlar cavabdehlər əmiləri İddiaçı qarşı X25 ilə onun arasında olan xx.xx.2014-cü il tarixli AN ******* N-li alqı-satqı müqaviləsinin həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair ayrıca iddia qaldırdılar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-86 saylı qətnaməsi ilə yenidən hə rtərəfli araşdırılaraq torpağa faktiki baxış keçirilərək onun boş olmadığı onlara məxsus həyətin içində olduğu müəyyən edilərək iddiaları tam təmin olundu. Lakin təəssüf ki, yenə də əmiləri İddiaçı gizli fəaliyyəti nəticəsində onların xəbərləri olmadan verdiyi şikayətlər əsasında iştirakları olmadan qapalı keçirilmiş məhkəmələrin qərarları sayəsində Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. Halhazırda bununla bağlı Ali Məhkəməsinin qərarından xx.xx.2022-ci il tarixdə Konstitusiya Məhkəməsinə şikayət vermişlər. İş Konstitusiya Məhkəməsində olmasına baxmayaraq iddiaçı yalandan məhkəməyə müraciət etmişdir ki, guya evi o tikib, onlar onun evinə zorla giriblər çıxmırlar. Bu ağ yalandır. Birincisi ona verilmiş çıxarışda da qeyd olunur ki, ona boş torpaq sahəsi satılmış, ikincisi həm in dövrdə bələdiyyələrin torpaq satmaq hüququ yox idi. Üçüncüsü bələdiyyə həmin torpağı satmaq hüququna malik olsaydı belə onu ilk növbədə Rəxşəndəyə yox, orada yaşayan şəxs kimi onlara təklif etməli idi. Dördüncüsü iddiaçı orada yaşadığı halda onlar onun malını çölə atmış və yaxud da götürüb öz əşyalarını ora qoymuşdusa o bunu müəyyən etdiyi zaman niyə polisə müraciət etməmişdir. İddiaçının məqsədi yaşadıqları evi saxta yollarla ələ keçirməkdir. Belə olmasaydı ona mübahisənin sülh yolu həll olunması üçün təqdim etdikləri kənddə olan 5 sot torpaq sahəsini götürərdi. O bu yolla onların evlərini əllərindən almaq istəmişdir.

10. Lənkəran Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(049)-145/2023 saylı qətnaməsi ilə (hakim R.A.Məmmədov) iddia qismən təmin edilmiş, hüquqların Dövlət qey diyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışa əsasən İddiaçı məxsus Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsində cavabdehlər X17, Cavabdeh2 və X29 tərəfindən inşa edilmiş qanunsuz tikilinin (təndirxana) sökülməsi, həmin torpaq sahəsindən cavabdehlər X17, Cavabdeh2 və X24 məxsus ev əşyaların çıxarılması, iddianın qalan hissədə, yəni iddiaçıya dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir kiiddiaçının tələbi 2 hissədən ibarətdir: 1) İddiaçıya məxsus torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikilmiş təndirxananı sökdürməklə, cavabdehlərə məxsus ev əşyalarının torpağından çıxarılması 2) İddiaçıya dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iddia tələbinin 1-ci hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddia həmin hissədə əsaslıdır.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışa əsasən Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikili(təndirxana) və cavabdehlərin ev əşyaları mövcuddur. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Belə olan halda iddia nın «İddiaçı məxsus torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikilmiş təndirxananı sökülməsi və cavabdehlərə məxsus ev əşyalarının torpağından çıxarılması» hissəsi qanuni və əsaslıdır.

14. Məhkəmə iddianın 2-ci hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 5000 manat maddi və 5000 manat mənəvi zərərin nədə ifadə olunduğunu və zərərin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərə rlə bağlı hər hansı sübut təqdim edilmədiyindən və həmin halları sübut etmək vəzifəsi məhz iddaçının üzərinə düşdüyündən iddia həmin hissədə rədd edilməlidir.

16. Məhkəmə cavabdehlərin iddiaya qarşı etirazının dəlillərinə qiymət verərək, qeyd edir ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki işin hallarından isə müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-86/2021 saylı qətnamədən görünür ki, iddiaçılar X17, Cavabdeh2 və X18 cavabdehlər X25, İddiaçı, Lənkəran rayonu 1 saylı Notariat Kontoru, Lənkəran rayon X39 və DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsinə qar şı «Lənkəran rayonu, Seydəkəran kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin X1 dair 02 dekabr 2014-cü il tarixli AN ******* nömrəli alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında qeyd edilən torpaq sahəsinin X7 adına qeydiyyata alınmasına dair 06 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, həmin torpaq sahəsinin X26 tərəfindən İddiaçı satılmasına dair 08 dekabr 2014-cü il tarixli AN ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında İddiaçı verilmiş 13 dekabr 2014-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsızın hesab edilməsi» tələbinə dair iddası təmin edilmişdir. Şirvan Ap elyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-1996/2021 saylı qətnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-86/2021 saylı qətnaməsi ləğv edilərək, qeyd olunan iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1195/2022 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1996/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaya qarşı etirazın dəlillərində göstərilən hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan və həmin hallara hüquqi qiymət verilərək, cavabdehlərin iddiası rədd edildiyindən həmin məsələyə yenidən hər hansı hüquqi qiymətin verilməsi MPM-nin 82.3cü maddəsinin tələbi baxımından istisna olunur.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhum X30 ilə yanaşı, onun hüquqi varisi X27, onun ailə üzləri Cavabdeh3, X11, X28 və X20 mülkiyyətçi kimi tanınmışdır. Eyni zamanda Lənkəran şəhər İcra Hakimiyyətinin, Kənarmeşə kənd inzibati ərazi idarəsi üzrə nümayən dəliyinin xx.xx.2020-ci il tarixli 12-6/29 nömrəli arayışı təsdiq etmişdir ki, Seydəkəran kəndində mülkiyyətdə olan 500 kv.m həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində tikilən ümumi sahəsi 105,5 kv.m, yaşayış sahəsi 36 kv.m olan birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evi X21 hüquqi varisi X27 və onun ailə üzləri X27, onun ailə üzləri Cavabdeh3, X11, X28 və X8 məxsusdur. Lənkəran şəhəri, Seydəkəran kəndində yerləşən ev mərhum X19 mülkiyyətində olmuşdur. Ataları 2008-ci ildə “ürəyin işemik xəstəliyi” səbəbindən dünyasını dəyişmişdir. Lənkəran rayon İcra Hakimiyyəti başçısı 9 yanvar 2008-ci il tarixli, 18 saylı sərəncamla Fərdi yaşayış evinin tikintisinə icazə vermişdir. DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin ərizəsinin icrasından imtina etmək üçün əsas gətirdiyi JN -048A nömrəli Şəhadətnamə üzrə göstərilən konfiqurasiyada olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları tanınmış (“RN-**********7” reyestr nömrəli çıxarışla hüquqları tanınmış şəxsin torpaq sahəsi ilə üst üstə düşür) digər şəxsə məxsus torpaq sahəsi ilə üst üstə düşür. Qeyd olunan çıxarışın (“RN-**********7” reyestr nömrəli çıxarış) ləğv olunması tələbi ilə bağlı halhazırda cavabdehlərin iddia ərizəsi əsasında Şirvan İnzibati Məhkəməsində iş davam edir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/157 saylı ekspert rəyinə əsasən qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3542/2023 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014- ci il tarixli ********** qeydiyyat ( Seriya RX 054867) nömrəli Çıxarışla İddiaçı X12 mülkiyyətində olan Lənkəran rayonu Seyidəkəran kəndi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və Lənkəran rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylt qərarı ilə JN- 048A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə cavabdehlər X3 X16 Həqiqət Fətəli qəzə X4 Nuriyyə Miraydın qızı və X15 mülkiyyətinə verilmiş 0.05 hektar (457 kv.m) yaşayış məntəqələrinin tor paqları təyinatlı torpaq sahəsinin ayri-ayrılıqda koordinatları müəyyən edilmişdir.

21. Qərardadın ikinci və üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3542/2023 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat (Seriya RX 0548067) nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu Seyidəkəran kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ilə və Lənkəran rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə JN-048A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə cavabdehlər X3 X16 Həqiqət Fətəli qəzə X4 Nuriyyə Miraydın qızı və X15 mülkiyyətlərinə verilmiş 0.05 ha (457 kv.m) yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 0.01 ha hissəsinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Belə ki, JN048A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə cavabdehlərin mülkiyyətlərinə verilmiş torpaq sahəsinin konfiqurasiyasında cənub istiqamətdə çıxıntının olması və həmin çıxıntının faktiki vəziyyətdə İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin üst-üstə düşən hissədə və üst-üstə düşən hissəyə bitişik yerdə mübahisəli tikililərin mövcud olması müəyyən edilmişdir. Qeyd o lunmuşdur ki, Mərkəzdə torpaq sahələrinə dair tədqiqatlar mütəxəssis rəyləri əsasında aparıldığından və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3542/2023 saylı mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 1 avqust 2019-cu il tarixli məktubla göndərilmiş, **********97 saylı Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyi arasında fərq olduğundan (xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinin üst-üstə düşmə halı qeyd olunmasa da, xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3542/2023 saylı mütəxəssis rəyində torpaq sahələrinin üst-üstə düşməsi qeyd olunmuşdur) xx.xx.2019-cu il tarixli, 10699 №-li ekspert rəyi ilə hazırkı ekspert rəyi arasında fərq yaranmışdır.

22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-66/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.F.İmanov (sədrlik edən və məruzəçi), P.V.Hacıyev, İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişd ir.

23. Apellyasiya instansiyası məhkəməsi işin hallarına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 14 avqust 2019-cu il tarixli, 10699 nömrəli ekspert rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/157 saylı ekspert rəyinə də istinad etməklə qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, eyni zamanda ekspert rəylərinə uyğun olaraq apellyasiya şikayəti əsassız hesab edilir. Apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 170.2-ci, Torpaq Məcəlləsinin 68, 84, 111-ci, MPMin 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29, 60-cı, Mülki Məcəllənin 6.1.4, 152, 203.3-cü, MPM-in 1.3, 9, 14.2, 76.2, 77.1, 77.3, 80, 88, 217.1, 217.4, 372.6, 384.0.2, 385.1 və 385. 2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Apelliyasiya instansiyasıməhkəməsi işə baxarkən qərəzli yanaşma sərgiləyərək cavabdehin müraciətlərini və ifadələrini nəzərə almış, iddiaçının haqlı dəlillərini və mövqeyini isə nəzərə almadan qətnamə çıxarmışdır. Apellyasiya instansiyasında iş baxılarkən iş üzrə ekspertiza keçirilmiş və xx.xx.2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, dövlət aktında göstərilən torpaq sahəsi ilə iddiaçıya məxsus çıxarışda planı çəkilmiş torpaq sahəsi müəyyən hissələrdə üst-üsdə düşür və həmin torpaqda evlər var. Buda sübuta yetirir ki, çıxarışın verildiyi tarixdən daha əvvəl alınmış dövlət aktına əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsi sonradan qanunsuz yollarla iddiaçıya keçmişdir. Mü lki kollegiya bu qdəər sübutlara rəğmən bu məsələlərə toxunmamış, suaların cavabı açıq olaraq qalmışdır. Aydınlaşdırılmalıməsələlər aydınlaşdırılmadan saxlanmışdır.

27. Şəxslərin hüquqi vərəsəliklə əldə etdiyi əmlakın reyesterdə qeydiyyatının olmaması onların əmlak üzərində mülkiyyət hüququnun olmamasına və vərəsəlik qaydasında onlara keçməməsinə dəlalət etmir. Hesab edirik ki, mülki kollegiya iddiaçının çıxarışı var deyə mütəxəssis rəylərini və ekspertizanın nəticəsini həmçinin, cavabdehin mülkiyyət sənədlərini sübut kimi qiymət vermədən şikayətimizi təmin etmişdir və qətnamə tamamilə ləğv edilməlidir.

28. Məhkəmə kollegiyası tərəflərin tələblərini müəyyən edən faktlarla və hallar ilə əlaqədar olmayan arayışlar və çıxarış ilə işi nəticələndirmişdir. Belə ki, yuxarıda qeyd edilən hallarınd an göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir

29. Cavabdeh tərəfi olaraq bütün hallarda mübahisələndirilən əmlakın istər yerləşmə mövqeyi, istər həmin ərazinin hasar içərisində olması faktı, istərsə də ona mülkiyyət və sahiblik hüququmuza dair mülkiyyət sənədləri və arayışlar, ekspertiza rəyləri və yerində baxışlar ilə sübuta yetirməyimizə baxmayaraq vermiş olduğumuz apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh haqlı ikən haqsız vəziyyətə düşmümdür. Çıxarılmış bu əsassız qətnamə ilə “Ədalət güclü, güclülər isə ədalətli olmalıdır” ibarəsi yoxa çıxmış, ədalət zəif, güclülər isə ədalətsiz olmuşdur.

30. Şirvan Apelliyasiya Məhkəməsi Mülki Kollegiyasımövcud sü butları tam qiymətləndirməmiş, tərəflərin sübutlarımüzakirə etməsi üçün hərəkətsiz qalmış və heç bir sübut tələb etməmiş, öz mülahizəsinə əsasən bir ifadə çıxarmış, sübutları əvvəlcədən qiymətləndirərək əsas hesab etmişdir. Nəticədə ortaya ədalətsiz və əsaslı olmayan qətnamə çıxarılmışdır.

31. Şirvan Apellyasiya Məhkəməsi çıxardığı qətnaməsində ümumiyyətlə Azərbaycan Respublikasının MPM-in 385.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası cavabdehin pozulmuş mülkiyyət və istifadə hüquqlarının aqibəti haqqında da heç bir nəticəyə gəlməmişdir. Halbu ki, bu məsələlər tam araşdırılmalıdır və nəticələnməlidir.

32. Şirvan Apellyasiya Məhkəməsi Qətnaməsini çıxararkən qətnamənin ləğv edilməsinə yönələn apellyasiya şikayətində və onun dəlillərində ifadə olunmuş hallara əsasən y oxlama aparmamışdır.

33. Göründüyü üzrə məhkəmə kollegiyası sübutlara ümumiyyətlə düzgün qiymət verməmiş, onları araşdırmamışdır. Sübutlar arasında yaranan təzadları aydınlaşdırmamışdır. Bu məsələlər həll edilməmişdir. Bir əmlaka görə iki mülkiyyət sənədi olmasına baxmayaraq çıxarış daha üstün tutulmuşdur. Hesab edirəm ki, kollegiyanın mövqeyi yanlışdır.

34. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayətinə əlavə verərək X35 və İddiaçı verilmiş Dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edildiyini göstərərək məhkəmə tərəfindən yerli baxışın keçirilməsi, Şirvan İnzibati Məhkəməsinin icraatında olan inzibati işin yekunlaşmasının gözlənilməsini, eləcə də kassasiya şikayətində qeyd edilən əsaslara görə kassasiya şika yətini təmin edərək mülki işə yenidən baxılması məqsədilə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz versə də həmin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən nəzərə alınmır.Çünki Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə hə yata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şər ti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

41. Maddə

68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

42. Maddə 84.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərini n və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

43. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. [617]

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmələrin qətnamələrində istinad olunan və qanuni qüvvədə olan Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2(049)-163/2019 nömrəli İddiaçı cavabdehlər Cavabdeh2, X24 və X6 qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə qətnamə ilə təsdiq edilir ki, həmin işə baxılarkən tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 14 avqust 2019-cu il tarixli, 10699 nömrəli ekspert rəyində mübahisəli torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Cavabdeh2, X24 və X5 istifadə etdikləri torpaq sahəsi arasında hasar çəpər olmadığına görə cavabdehlər tərəfindən gediş-gəliş yolu kimi istifadə olunur.

59. İş materialları ilə təsdiq edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 14 avqust 2019-cu il tarixli, 10699 nömrəli ekspert rəyində cavabdehlər Cavabdeh2, X6 və X29 istifadə etdikləri həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür.

60. Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2(049)-163/2019 nömrəli qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 14 avqust 2019-cu il tarixli, 10699 nömrəli ekspert rəyinə də istinad edilərək müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Cavabdeh2, X24 və X5 istifadə etdikləri torpaq sahəsi arasında hasar çəpər olmadığına görə cavabdehlər tərəfindən gediş-gəliş yolu kimi istifadə olunur.İddiaçı mülkiyyətdə olan torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi arasında hasar ti kdirmək istəmiş, lakin cavabdhlərbuna imkan vermədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsi müəyyən olunanlara əsasən cavabdehlər Cavabdeh2, X29 və X5 İddiaçı mülkiyyətində olan Lənkran rayonu, Seydəkəran kəndində yerləşən 0.05 ha torpaq sahəsindən iddiaçının iradəsinə zidd istifadə etmələrinə, həmçinin İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hasara alınmasına törətdikləri maneələrə və qanunsuz hərəkətlərə son qoyulmasını qət etmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən mülki işlə hazırkı işin tərəfləri eynidir.Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2(049)-163/2019 nömrəli qətnaməsi ilə mübahisələndirilən hissədə torpaq sahəsinin İddiaçı mülkiyyətində olması müəyyən edilmişdir və həmin fakt ha zırkı mülki iş üzrə preyudisialdır.Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə əsasən də bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

62. Hazırki iş üzrə də qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, düzgün olduğu hesab edildiyinə görə dəyişdirilmədən saxlanılan birinci instansiya məhkəməsi də qətnaəmə qəbul edərkən Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə istinad etmişdir.

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməs i tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Cavabdeh X17 məhkəməyə ərizə təqdim edərək ərizəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, arayış, mütəxəssis rəyinin surətini əlavə edərək xahiş etmişdir ki, işləri Şirvan məhkəməsinə qaytarılsın, Şirvan məhkəməsi düzgün araşdırsın, həyətə baxış keçirilsin ki bələdiyyə ev satıb ya torpaq s atıb.

65. Məhkəmə kollegiyası cavabdeh X5 ərizəsi və əlavə etdiyi sənədlərlə əlaqədar bildirir ki, kassasiya instansiyası məhkəməsi sübut qəbul etmir və onlara hüquqi qiymət vermir.Azərbaycan Respublikasının MPM-in 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məh kəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2024-cü il tarixli 2(106)-66/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar