Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3133/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) işi üzrə QƏRARİ Açar sözlər: hüquqi faktın müəyyən edilməsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-629/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi (bundan sonra - ərizəçi) xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilərək ödənilmişdir. 2022-ci ilin avqust ayından həmin pensiyanın verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – Fond) tərəfindən dayandırılmışdır.
2. Buna səbəb kimi göstərilmişdir ki, ərizəçiyə pensiya təyin edilərkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda xx.xx.1980 - xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə onun kolxozda elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə əmrlər kitabında adı aşkarlanmamış, yəni kolxozda ərizəçinin işləməsi öz təsdiqini tapmamışdır. Müvafiq dövrlərə aid “Kolxozçuların əmək stajı və qazanc uçot kitabları”nda “Ərizəçi” deyil, “X6” aşkar edilmişdir. Bu uyğunsuzluğa baxmayaraq Ərizəçi xx.xx.2015-ci il tarixdən DSMF-nin Saatlı Rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.
3. Azərbaycan Respublikası X12 filialının xx.xx.2022-ci il tarixli 723 saylı arayışında qeyd olunmuşdur ki, “Kolxozç uların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı aşkarlanmamış, “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı” Fond № 33, saxlama vahidi № 275, vərəq № 2036 Ərizəçi deyil, X6 olaraq aşkar edilmişdir.
4. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işləmişdir. Kitabda adı səhvən “Zahid” yazılmışdır.
5. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Ərizəçi X6 adında qohumu olmamış, belə bir şəxs Saatlı rayonu, Orta Muğan kəndində yaşamamış, “Nizami” kolxozunda işləməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi ərizə, sonradan tələbin dəqiqləşdirilməsi barə də ərizə ilə məhkəməyə müraciət edərək, 1980-1999-cu illərdə Nizami adına kolxozda elektrik qaynaqçısı işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən X4 adına verilmiş xx.xx.2018-ci il tarixli 246 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Saatlı rayonda fəaliyyət göstərmiş Nizami adına kolxozunda elektrik qaynaqçısı vəzifəsində işləmiş, lakin pensiya təyinatı üçün DSMF-nin Saatlı rayon Şöbəsinə təqdim edilmiş arxiv arayışında və kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı səhvən “X6” kimi qeyd edilmişdir. Nizami adına kolxo zda işlədiyi 1980-1999-cu illər ərzində nə adıçəkilən kolxozda, nə də həmin dövrdən indiyə qədər Ərizəçi qeydiyyatda olduğu və yaşadığı kənddə “X6” adında şəxs yaşamamış, Ərizəçi adı yuxarıda qeyd edilən kolxoza aid kitablarda texniki səhv olaraq “Vahid” əvəzinə “Zahid” kimi yazılmışdır. Odur ki, Ərizəçi pensiya ilə təmin edilməsi üçün Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.04.2018ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması zərurəti yaranmışdır.
8. Fond məhkəməyə etiraz göndərərək, ərizəçinin tələbinin iş stajının təsdiq edilməsi olduğundan işə inzibati icraat qaydasında baxılmalı olduğunu bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, ərizəçi lazımi sənədləri ala bilməməsini, itən sənədlərin bərpasını, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
9. Məhəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Ərizəçi həmkəndlisidir. Özü Nizami adına kolxozunda baş mühəndis işləmişdir. Ərizəçi ilə iş yoldaşı olmuşdur. Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi adı “X6” kimi qeyd edilmişdir.
10. X2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Özü Nizami adına kolxozda əvvəlcə yanacaq dispetçeri, daha sonra əmək haqqı üzrə mühasib işləmişdir. Ərizəçi ilə iş yoldaşı olmuşdur. Ərizəçi adı ilə bağlı texniki səhvə yol verilmiş və kolxoza aid müvafiq kitablarda Ərizəçi “X6” kimi qeyd edilmişdir.
11. Saatlı Rayon Məhkəməsinin 2(055)-335/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş dir (hakim M.Sadıqov).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ərizənin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində göstərilən şərtlər mövcuddur. Belə ki, ərizəçinin sənəddə göstərilən adı ilə şəxsiyyətini təsdiq edən sənəddəki adı üst-üstə düşmür. İkincisi, arxiv arayışı hüquqmüəyyənedici sənədlər sırasındadır. Üçüncüsü, kolxozlar ləğv edildiyindən kolxoz tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq sənəddəki səhvlərin düzəldilməsi mümkün deyil.
13. Məhkəmə maraqlı şəxsin etirazına münasibətdə bildirmişdir ki, hazırkı tələb əmək stajının təsdiqi deyil, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsidir ki, bu işə də xüsusi icraat qaydasında baxılmalıdır. Eyni zamanda, arxiv arayışı məhz kolxozun şəxsi hesab kitablarına əsasən verilib və kolxozlar ləğv edildiyindən kolxoz tərəfindən arxiv arayışına hər hansı düzəliş etmək imkanı mövcud deyildir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessualı Məcəlləsinin 307.1, 307.2.5, 308-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ilk icraat
15. Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv edilərək, ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxılır. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər.
17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1178/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair Ərizəçi ərizəsinin təmin edilməməsi qət edilmişdir (haki mlər: İ.Əsədov - sədrlik edən və məruzəçi, A.Mayılov və T.Heydərov).
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, ərizəçi öz tələbini əsaslandıra bilməmişdir.
19. Belə ki, ərizəçinin ona məxsus olduğunu iddia etdiyi arayış şəxsin 1974-cü ildən 1999-cu ilədək kolxozda işlədiyi barədə məlumatı özündə əks etdirir. Həmin arayış bir sənəd əsasında deyil, 1974-cü ildən 1999-cu ilədək mövcud olmuş digər kolxoz sənədləri gündəlik tabellər, gündəlik və aylıq əməkgünləri, əmək haqqı cədvəlləri, illik hesabat və s. sənədləri əsasında tərtib edilir. Həmin arayışdan belə çıxır ki, 25 il ərzində yığılmış ayrıayrı sənədlərin- gündəlik və aylıq əmək günləri, əmək haqqı cədvəlləri və s. sənədlər Ərizəçi deyil, X14 adına tərtib edilmişdir.
20. Ərizəçi iddia edilən arayışın verilməsinə əsas olmuş ilkin sənədlə ri təqdim etməmişdir. Eləcə də iddia etdiyi müddətlərdə onun işlədiyini dolayı yolla təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir.
21. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası X12 filialı da yalnız X14 adına tərtib edilmiş, sözügedən arayışı təqdim edə bilmiş, həmin arayışın verilməsinə əsas olmuş sənədləri təqdim edə bilməmişdir.
22. Bundan başqa, ərizəçinin əvvəllər mövcud olmuş pensiya işinin materiallarında ərizəçiyə məxsus və iddia edilən illərdə (yaxud arayışda göstərilən 25 il ərzində) onun işlədiyini təsdiq edən digər sənəd yoxdur. Pensiya işinə, eləcə də hazırki işin materiallarına əlavə edilmiş əmək kitabçası da ərizəçinin deyil, X14 adına tərtib edilmiş əmək kitabçasıdır. Həmin əmək kitabçasının ərizəçiyə məxsus olması da müəyyən edilmir.
23. M əhkəmə kollegiyası hesab etmişdir ki, göstərilən şahid ifadələri Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 246 saylı arxiv arayışının ərizəçiyə məxsusluğunu təsdiq edən sübut olaraq qəbul edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsində ilk icraat
24. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)254/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilm işdir (hakimlər: Əhliman Xıdırov – sədrlik edən və məruzəçi, Elşad Şamayev və Elşanə Vəliyeva).
26. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi şahid ifadələrinin Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 246 saylı arxiv arayışının ərizəçiyə məxsusluğunu təsdiq edən sübut olaraq qəbul edilə bilməyəcəyini qeyd etsə də, bu mövqeyini əsaslandırmamışdır ki, nəyə görə şahid ifadələri arxiv arayışının ərizəçiyə məxsusluğunu təsdiq edən sübut olaraq qəbul edilə bilməz.
27. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində Ərizəçi 1980-1999-cu illərdə Nizami adına kolxozda elektrik qaynaqçısı işlədiyi, kitabda adının səhvən “Zahid” yazıldığı barədə Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN- nin xx.xx.2023-cü il tarixli arayışını, Ərizəçi X6 adında qohumunun olmadığı, belə bir şəxsin Saatlı rayonu, Orta Muğan kəndində yaşamadığı, Nizami adına kolxozda işləmədiyi barədə Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışını sadalasa da, həmin sənədlərə ümumiyyətlə hüquqi qiymət verməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası X12 filialı da yalnız X14 adına tərtib edilmiş, sözügedən arayışı təqdim edə bilmiş, həmin arayışın verilməsinə əsas olmuş sənədləri təqdim edə bilməmişdir. Kassasiya kollegiyası göstərilənlərlə də razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2023cü il tarixli 2 (106)-1178/2023 nömrəli sorğusuna müvafiq olaraq Azərbaycan Respublikası X12 filialı filialda mühafizə olunan Saatlı rayon Nizami adına kolxoza aid “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nda vətəndaş X4 adı aşkarlanan vərəqin müvafiq qaydada təsdiq olunmuş surətini xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim etmişdir və həmin sənəd iş materiallarında mövcuddur (iş vərəqi 145-147).
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsinin araşdırması və sübutlara qiymət verməsi MPM-in 9.3, 14.1 və 88-ci maddəsinin tələblərinə cavab vermir.
30. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci, Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 14.2, 77.1, 88, 307, 308-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
31. Məhkəmə kollegiyası X12 filialına sorğu vermişdir. Apellyasiya baxışı iclasında Filialın nümayəndəsi X7 iştirak etmiş və məhkəməyə Saatlı rayonu Nizami adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nı təqdim etmişdir. Həmin kitaba baxış keçirilmiş və kserosurəti çıxarılaraq surəti iş materiallarına əlavə edilmişdir. Qeyd edilən kitabda da, ərizəçiyə aid məlumatlar öz əksini tapmışdır.
32. Həmçinin kollegiyanın baxışında şahid X8 və X2nun əmək kitabçalarına baxış keçirilməklə yenidən şahid kimi dindirilmiş və onlar birinci instansiya məhkəməsində vermiş olduqları ifadə ilə eyni məzmunda ifadə vermişlər. Onların da əmək kitabçalarının kserosurətləri çıxarılaraq işə əlavə edilmişdir.
33. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 2(106)-629/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi), P.Əhmədov və T.Kərimov) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
34. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası X12 filialının 21 dekabr 2022-ci il tarixli 723 saylı arayışı ilə "Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı aşkarlanmamış, "Kolxozçuların əmək stajı və qazanc uçot kitabı” Fond № 33, saxlama vahidi № 275, vərəq № 2036-da Ərizəçi deyil, X6 olaraq aşkar edilmişdir. Həmçinin Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Ərizəçi 1980-1999-cu illərdə Niz ami adına kolxozda elektrik qaynaqçısı işləmişdir. Kitabda adı səhvən "Zahid” yazılmışdır. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərmişdir ki, Ərizəçi X6 adında qohumu olmamış, belə bir şəxs Saatlı rayonu, Orta Muğan kəndində yaşamamış, Nizami adına kolxozda işləməmişdir. Bundan başqa, Ərizəçi ilə birlikdə kolxozda işləyən şahid X13 və şahid X1 adına kolxozda onlarla birlikdə X6 adında işləmiş şəxs olmadığını, lakin Ərizəçi kolxozda elektrik qaynaqçısı işləmədiyini bildirmişdir. Kollegiya hesab edib ki, “Vahid” adının “Zahid” kimi qeyd edilməsini adların (“Ваhид” “Заhид”) baş hərflərinin kiril əlifbası ilə yazılması və “В-(ve)” hərfinin soldakı şaquli xəttin solğun yazılması və ya pozulması, bununla da kirilcə “В-(ve)”-nin “З”- (ze)-yə dönüşülməs i ilə izah edilə bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək tələbin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Belə ki, ərizəçinin məhkəmə qərarı ilə təsdiq olunan əmək stajı 1980-1999-cu illəri əhatə etməklə pensiya təyinatı üçün tələb olunan is stajının (25 il) yarısından artıqdır.
37. Kassasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmə k stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
39. Maddə
38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu
40. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;...
47. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
48. Maddə 307.1. Məhkəmə fiziki v ə hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:... 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;...
49. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
50. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
51. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğvinə əsas vermir. Belə ki, məhkəmə tərəfindən kassasiya şikayətində deyildiyi kimi ərizəçinin iş stajı faktı deyil, hüquq müəyyənedici sənədin - Saatlı rayon Dövlət Arxivi tərəfindən X4 adına verilmiş xx.xx.2018-ci il tarixli 246 saylı arxiv arayışının ərizəçiyə məxsus olması faktı müəyyən edilmişdir. Bu faktı təsdiq edən sübut kimi təkcə şahid ifadələri deyil, həmçinin yerli icra hakimiyyəti orqanının verdiyi arayışlar və işə aid olan digər hallar nəzərə alınmışdır.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
59. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-629/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.