Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3134/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-xx/17) İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx2018-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev-sədrlik edən və məruzəçi, R.Eyvazov və F.Talışinski, iş № 2(103)-xx/18) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov-sədrlik edən və məruzəçi, Q.Allahverdiyev və Ə.Şadiyev, iş № 2(102)-6298/18) İddiaçı kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkə məsinin xx xx2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev, iş № 2(103)-xx/18) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq Nəsimi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmuş, Cavabdeh xx xx 2017-ci il tarixli Ş-8912 saylıəmri ləğv olunmaqla, İddiaçı Cavabdeh QSC-nin Hərəkət xidmətinə “qatarların qəbulu və yola salınması üzrə növbətçi” vəzifəsinə bərpa edilmiş, xx xx 2017-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qə t edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən çıxarılması barədə Cavabdeh” QSC-nin xx xx 2017-ci il tarixli Ş-8912 saylı əmrinin ləğv olunaraq vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi M.Fətullayev və vəkili T.Qasımov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Məruzəçini, iddiaçının nümayəndəsi M.Fətullayevin və vəkili T.Qasımovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəz ərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da əsas götürməklə hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı k-239 saylı 18.07.2014-cü il tarixli əmrlə Cavabdeh QSC-nin Hərəkət xidmətinə “qatarların qəbulu və yola salınması üzrə növbətçi” vəzifəsinə təyin edilmiş, Ş-8912 saylı 06.10.2017-ci il tarixli əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbayca n Rеspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla 02-xx xx 2017-ci il tarixlərində heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi əsas göstərilərək xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının işdən azad olunmasını qanuni hesab edərkən onun təqdim etdiyi Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının “sahə həkimi üçün xəbərdarlıq vərəqəsi”nin üzrlü səbəbdən işə çıxmadığı nəticəsinə gəlməyə əsas vermədiyini səbəb göstərmiş, 3 gün ərzində işə çıxmamaqla əmək vəzifələrini kobud şəkildə pozduğunu vurğulamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmə dikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “02-xx xx 2017-ci il tarixlərində heç bir üzürlü səbəb olmadan işə gəlməməsi” əsasının qanuni hesab edilə bilməsi üçün, qeyd olunan bu halın heç bir üzrlü səbəb olmadan davam etməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin təl əblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Halbuki, işin mübahisə olunmayan hallarından görünür ki, İddiaçı xx xx və xx xx 2017-ci il tarixlərində 2 dəfə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət etmiş, hər iki halda ona müvafiq müalicə tədbirləri görülməklə tibbi yardım göstərilmiş,xx xx 2017-ci il tarixdə Onkoloji Klinikada “Uşaqlıq borusunun erroziyası” diaqnozu ilə üzərində cərrahiyə əməliyyatı aparılmış, 11.09.2017-ci il tarixindək əmək qabiliyyətsiz olmuş, 12.09.2017-ci il tarixdə isə işə çıxmışdır. İşin göstərilən halları, eləcə də iddiaçının nəticə etibarilə əməliyyat olunması təsdiq edir ki, o, məhz xəstə olması ilə əlaqədar işə çıxmamışdır və ərazi üzrə poliklinikaya müraciət edib müvafi q xəstəlik vərəqələrini almaması onun ağır xəstə olmadığı və üzrsüz səbəbdən işə çıxmadığı nəticəsinə gəlmək üçün əsas verə bilməz. Başqa sözlə, təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən iddiaçıya tibbi yardım göstərilmiş olması və bundan bir-neçə gün sonra onun üzərində cərrahiyyə əməliyyatının aparılması iddiaçının həqiqətən də xəstə olmasını sübut edir. Nəzərə alınmalıdır ki, işçinin xəstə olması həm müvafiq tibb müəssisəsinin verdiyi xəstəlik vərəqəsi əsasında, həm də digər sübutlarla təsdiq oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı işə gəlməməsinin üzrlü səbəbi olmuş, eyni zamanda, onun iş yerinə gəlməməsi nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayr ı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnaməçıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləği nin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən işə apellyasiya qaydasında yenidən baxan məhkəmə bu nəticəyə gəlmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdehnə xx xx 2017-ci il tarixli Ş-8912 saylıəmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh QSC-nin Hərəkət xidmətinə “qatarların qəbulu və yola salınması üzrə növbətçi” vəzifəsinə bərpa olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı iddia tələbində məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etməsə də, onun əvvəlki işinə bərpa olunması xahişi özü-özlüyündə həmin tələbi də ehtiva edir. Çünki, işinə bərpa olunan işçinin məcburi iş buraxmaya gö rə əmək haqqının ödənilməli olduğu bilavasitə qanundan irəli gələn göstərişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aid dir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmiş, lakin cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda gös tərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-3134/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3134/2019
07.05.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver