Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3134/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlaka payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı miras əmlaka payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması və payların natura qaydasında bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-959/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının valideynləri olan Suxandani Hüseyn Məhəmməd oğlu xx.xx.1985-ci ildə, X9 isə xx.xx.2011-ci ildə vəfat etmiş və onların vəfatından sonra Tərtər şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61.8 kvadrat metr olan 22 saylı fərdi yaşayış evi miras qalmışdır. 2. 466 saylı inventar işi əsasında verilmiş xx.xx.1987-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Tərtər şəhəri N.Nərimanov küçəsində 2 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi 06 avqust 1957-ci il tarixli müqavilənamə əsasında mülkiyyət kimi Suxandani Hüseyn Məhəmməd oğlunun adına qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 3622 saylı, 16 may 2022ci il tarixli məktubundan görünür ki, Tərtər Rayon N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evi keçmiş rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən Suxandani Hüseyn Məhəmməd oğlunun adına qeydə alınmışdır.
4. Tərtər Rayon Xüsusi Notariat Ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə ünvanladığı 04 iyul 2022-ci il tarixli, 584 və 585 saylı məktublarla X2 və X3 miras qalmış əmlakların mülkiyyət hüquqlarına dair sənədlərin hazırlanması xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 və mərhum anası X3 miras qalmış, Tərtər şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə vərəsəliyinin tanınması və həmin miras payın naturada bölünməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası Hüseyn Suxandani və mərhum anası Roza Qurbanova vəfat edənə kimi Tərtər şəhəri N.Nərimanov küçəsində 22 saylı evdə yaşamışlar. Ailədə 7 övlad olmuş, onlardan 4-ü vəfat etmiş, 3 övlad isə hazırda yaşayırlar. Özü uzun illər Ukrayna Respublikasında yaşamış, hazırda Azərbaycan Respublikasına qayıtmışdır. A zərbaycan Respublikasında yaşamağa başqa yeri olmadığından ata evinə sığınmışdır. Lakin vəfat etmiş qardaşı X1 arvadı, iş üzrə Cavabdeh onu evə qoymur, bildirir ki, ev şəxsi ev olaraq özünündür. O, küçələrdə yaşayır, başqa yaşayış yeri yoxdur. Hesab edir ki, 0.1 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə onun vərəsəliyi tanınmalı və həmin hissə onun mülkiyyətinə verilməlidir. Atadan miras qalmış mülkü faktiki olaraq qəbul etməmişdir.
7. Tərtər Rayon Məhkəməsinin (hakim E.A.Bayramov) xx.xx.2022-ci il tarixli, 2(061)1650/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı atası X2 və mərhum anası X3 miras qalmış, Tərtər Şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşə n 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə vərəsəliyinin tanınması və həmin miras payın naturada bölünməsi və ya onun təklif etdiyi 4000 manat pulu qəbul etmədiyi halda, cavabdehin evdən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətə getmiş, 1979-cu ildən Ukrayna Respublikasında yaşamış, həmin ölkənin vətəndaşlığını almış, hazırda da Azərbaycan Respublikasında, o cümlədən də mübahisələndirilən evdə qeydiyyatda deyildir. O, valideynlərindən miras qalmış mülkdə yaşamamış və mirası qəbul etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1134, 1145, 1146, 1246, 1243.2, 1151,1157 1159-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Tərtər şəhəri N.Nərimanov küçəsində anadan olmuş, 1979-cu ildən isə Ukrayna Respublikasına getmiş, yay aylarında hər il gəlib ata yurdunda qalmışdır. Onun və bacı, qardaşlarının həmin evdə məcburi payı vardır. Hazırda Tərtər şəhərində yaşayır, lakin cavabdeh onu evə buraxmır.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – L.S.Süleymanov (sə drlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) 2(104)-959/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1650/2022 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı mərhum atası X2 və mərhum anası X3 miras qalmış, Tərtər şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə vərəsəliyinin tanınması və həmin miras payın naturada bölünməsi tələblərinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli hüquq münasibətləri ilk növbədə mər hum İddiaçı xx.xx.1985-ci il tarixdə vəfat etməsi ilə yarandığından mübahisəyə ona münasibətdə xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları, xx.xx.2011-ci ildə vəfat etmiş X7 münasibətdə isə, xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını tətbiq edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə, hər iki miras qoyan şəxsə münasibətdə xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını tətbiq etməklə, maddi hüquq normalarının pozuntusuna yol vermişdir ki, bu hal da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğvi üçün əsasdır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaç ı miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüququnu itirmişdir. İddiaçının valideynləri olan Suxandani Hüseyn Məhəmməd oğlunun xx.xx.1985-ci ildə, anası X6 isə xx.xx.2011-ci ildə vəfat etməsindən sonra, Tərtər şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61.8 kvadrat metr olan 22 saylı miras fərdi yaşayış evini birinci növbə vərəsələrindən olan oğlu X4, onun 07 fevral 2021-ci il tarixdə vəfatından sonra isə, arvadı Cavabdeh həmin miras evdə yaşamaqla, onu idarə və sahiblik edərək, faktiki qəbul etmişlər.
15. Məhkəmə gəldiyi nəticəni 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şi kayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakimlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsini, yəni vərəsə ola biləcək şəxslərin siyahısında gəlin olmamasını nəzərə almamış və yanlış nəticəyə gəlmişlər. Cavabdeh ər i mərhum qardaşı mirası qəbul etməsi barədə mülkiyyət hüquqlarını DƏDRX-də qeydə aldırmadığından deməli onun arvadının mübahisəli evə heç bir aidiyyəti yoxdur. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
18. İddiaçı həmçinin etiraz məktubu ilə məhkəməyə müraciət edərək, məktubunu onunla əsaslandırmışdır ki, bankın iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı “Nikoyl” X5 ilə 29 sentyabr 2009-cu il tarixdə RBB (A) 592 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmişdir və bankın iddiaçıya qarşı hazırkı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazında qaynı İddiaçı irəli sürdüyü iddiaların heç biri ilə razı olmadığını bildirmişdir. Tətbiq edilən hüquq 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi:
20. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
21. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
22. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəl ik açılan gündən altı ay müddətində edilməlidir. xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
24. Maddə 1159.1.1 Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
25. Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
26. Maddə 1246.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldı ğı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
27. Maddə 1255.Qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüququnu itirmişdir.
39. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır, onu qanuni və əsaslı hesab edir.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. Məhkəmə kollegiyası k assasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ı, kassasiya şikayəti təmin olunmamalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-959/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.