Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3134/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-851/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh 2016-cı ilin dekabr ayından 02 avqust 2022-ci il tarixə kimi ərarvad kimi birlikdə yaşamış, 21 sentabr 2018-ci ildə Məhəmmədəli adlı bir uşaqları olmuşdur. Uşaq iddiaçının yanında qalmışdır. Həm iddiaçının, həm də cavabdehin daha əvvəlki nikahlarından 2 uşağı vardır.
2. Cavabdeh və X2 arasında 19.10.223-cü il tarixdə İmişli “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 533 nömrə ilə qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayonu, Qaradonlu kəndində öz vəsaiti hesabına tikdiyi və hal-hazırda cavabdehin yaşadığı mişar daşından inşa edilmiş iki mərtəbəli f ərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə ailə qurduqdan sonra birgə yaşamaları üçün ev tikmək məqsədilə özünə məxsus 40 baş iribuynuzlu, 15 baş xırda buynuzlu heyvanlarını və ailə qurmazdan əvvəl aldığı qızıl-zinət əşyalarını satıb 10000 ədəd mişar daşı və digər tikinti materialları almış və İmişli rayonunun Qaradonlu kəndində iki mərtəbəli ev tikdirmişdir. Həmin evin bütün materialları və usta xərcləri onun tərəfindən ödənilmişdir. Bütün bunlara baxmayaraq 2 avqust 2022-ci il tarixdə cavabdeh onu döyüb xəsarət yetirərək, məcburi qaydada evdən çıxarmışdır. Aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll edə bilməmişlər.
5. Cavabd eh iddia tələbinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı ilə rəsmi nikaha daxil olmamışlar və onlar qanunla ər-arvad deyil. Eyni zamanda iddiaçı onun yaşadığı evdə qeydiyyatda deyil. İddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinin heç bir mülkiyyət sənədi yoxdur. Qanuna görə isə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə yaşayış sahəsinin mülkiyyətçinin razılığı ilə onun ailə üzvlərinin istifadə hüququ tanına bilər. İddiaçı isə onun ailə üzvü deyildir və onun mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış heç bir əmlak yoxdur.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8511 saylı ekspert rəyindən görünür ki, İmişli rayonunun Qaradonlu kəndi yaxınlığında Cavabdeh yaşadığı mişar daşından inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin və köməkçi tikililərin yerləşdiyi 0,2 ha həyətyanı torpaq sahəsi 9 saylı X1 Mərkəzinin İmişli rayonunun ərazisində olan torpaq sahəsinin sərhədləri daxlində yerləşməklə dövlət mülkiyyətinə aid torpaq sahəsidir və Cavabdeh istifadəsindədir. Qeyd olunan həyətyanı torpaq sahəsinə aid mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İmişli rayonunun Qaradonlu kəndi yaxınlığında Cavabdeh yaşadığı mişar daşından inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin və köməkçi tikililərin yerləşdiyi 0,2 ha həyətyanı torpaq sahəsi başqa mülkiyyətçilərin həyətyanı torpaq sahələri ilə üst-üstə düşmür.
7. İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 nönmrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Quliy ev) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı 50 manat məbləğində ekspertiza xərcinin tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, tərəflər arasında mənzillə dair hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah olmadığından ər-arvad arasında hüquq və vəzifələrin yara nmadığı, həmçinin heç bir hüquq müəyyənedici sənədi olmadığı üçün iddiaçının özbaşına tikili olan evə köçürülməsi barədə iddia tələbi təmin edilə bilməz.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü, Mənzil Məcəlləsinin 16, 30.2 və 30.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlarının müdafiəsi üçün gətirdiyi bütün sübutları-meşə fondu torpaq sahəsində tikilmiş və hazırda cavabdehin qanunsuz olaraq yaşadığı həmin yaşayış evi onun 45 baş iribuynuzlu mal qaranın, 15 baş qoyunun, 20000 manat dəyərində qızıl-zinət əşyalarının satılması və götürdüyü 10000 manat dəyərində kreditin hesabına inşa edilmiş, həmin evə qaz, su, elektrik xətti çəkilmiş, mişar daşı və digər tikinti materialları alınmasına dair təqdim etdiyi mötəbər sübutları məhkəmə nəzərə almamış, bununla da insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməmiş, qanunun aliliyinə riayət etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünü maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanıla bilməsinə q əbul etdiyi qərarda münasibət bildirməmişdir. Halbuki, məhkəmə bu halda müəyyən etdiyi faktın, yəni meşə fondu torpaq sahəsində qanunsuz onun pul vəsaiti ilə tikilmiş evdə cavabdehlə birlikdə azyaşlı uşağı ilə bağlı evə köçürülməyə dair haqlı tələbimi əsassız və qanunsuz olaraq təmin etməmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-851/2024 nömrəli mülki iş üzrə 27 may 2024cü il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və T.Kərimov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-31/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Əsədli X3 rayonunun Qaradonlu kəndi yaxınlığında 0,2 ha torpaq sahəsində mişar daşından inşa edilmiş iki mərtəbəli on otaqdan ibarət Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, inşa edilmiş tikilinin tərəflərin birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edildiyinin müəyyən edilməsi tərəflərin tikiliyə münasibətdə bərabər faktiki sahiblik hüquqlarının olması anlamına gəlmişdir ki, cavabdeh tərəfindən buna dair hər hansı qanuni əsas olmadan iddiaçını evə buraxmamaqla bu hüquqdan məhrum etməsi qadağan edilmiş özbaşınalıqdır. Digər tərəfdən qeyd edilməlidir ki, tikilinin özbaşına tikili olması özü-özlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
14. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev iddiaçı ilə cavabdehin birgə faktiki nikahı müddətində və məhz birgə vəsait hesabına inşa edilmişdir. Belə olan halda iddiaçının da bu tikilinin ərsəyə gəlməsində hansısa formada iştirakı istisna deyildir. Cavabdehin özü də bu faktı etiraf etmişdir, yalnız aralarında nikahın olmama sı və evin dövlət qeydiyyatına alınmamasını iddiaçının mübahisəli evə köçürülməməsinə əsas vermir. Halbuki iddiaçı birgə inşa etdikləri evdən cavabdehin ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Buna görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 11.1, 164.1, 164.2, 180.1 və 180.2-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiyasının 13, 60 və 127-ci, Mülki Məcəlləsinin 27.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin tələblərini pozaraq iddianı təmin etmiş, mənzil hüququnu məhdudlaşdırmışdır. Əgər yaşayış sahəsinin mülkiy yətçisi ilə ailə üzvlərinin razılaşması yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik deyildir. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İddiaçı həmin ailənin üzvü olmamaqla həmin evdə qeydiyyatda olmadığına baxmayaraq məhkəmə tərəfindən düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.
18. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60 və 127-ci, Mülki Məcəlləsinin 27.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci, Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı k assasiya şikayətinə qarşı etiraz edərək göstərmişdir ki, cavabdeh tərəfindən şikayətdə göstərilən hallar əsassızdır, məhkəmədə işə baxılan zaman öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qannui, əsaslı və ədalətli qətnamə qəbul etmişdir, həmin qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onupozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
21. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhr umetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri iddiaya etirazın və işə baxılan zaman cavabdehin irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-851/2024 nömrəli iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.