Məhkəmə qərarları › İş №2(102)-3135/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3135/2019

06.05.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3135/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3135/2019 06 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli, 2(103)12666/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakışəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim R.R.Mustafayev) 04 sentyab r 2018-ci il tarixli, 2(094)-257/2018 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) 06.12.2018-ci il tarixli, 2(103)-12666/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təminolunmamış, Bakışəhəri Pirallahı rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3Əliabas qızına qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinəəlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus *** sahəsində yerləşən 4589T saylı evdən əşyalarları ilə birlikdəçıxarılmaları barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. İddia tələbi beləəsaslandırılmışdır ki, Pirallahı qəsəbəsində 0,0143 ha sahədə bir mərtəbəli, 5 otaqdan ibarət *** sahəsində 4589 T saylı bağ evini tikmiş, qeyd edilən torpaq sahəsinin onun istifadəsində və evin ona məxsus olmasına dair Azərbaycan RespublikasıƏmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakıərazi idarəsindən 28.02.2018-ci il tarixli çıxarış almışdır. Həmin evdə cavabdehlərdən anası və bacısına yaşamağa icazə vermiş, lakin sonuncular onun icazəsi olmadan qardaşlarını da gətirmiş, bundan sonra həyat yoldaşını döyməyə, incitməyə başlamışlar; həyat yoldaşı hamilə olmuş, dava-dalaş nəticəsindəövladları yarımçıq doğulmuş, üç gündən sonra is ə vəfat etmişdir. 2016-cı ilin yanvar ayından məcburiyyət qarşısında qalaraq öz evlərini tərk edib başqa-başqa ünvanlarda kirayə yaşamağa məcbur olmuş, dəfələrlə tələb etmələrinə baxmayaraq cavabdehlər evi könüllü tərk etməmiş və qanunsuz istifadə etməkdə davam etmişlər. Nəticədə qanuni mülkiyyətindən istifadədən məhrum olmuş və məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, fərdi yaşayış evinin kimin tərəfindən tikilməsinə dair sübutlara qiymət ve rilməmişdir, eyni zamanda torpaq sahəsi mülkiyyətdə olmadığı halda inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanuni hesab edilə bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat verdi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxı lmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.12.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakışəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi 4589T ünvanda yerləşən, ümumi sahəsi 116,9 m2 olan bağ evi 2017-ci ildə iddiaçı tərəfindən inşa olunmuş, Pirallahı Rayon icra Hakimiyyəti başçısının 07 nömrəli 23.01.2018-ci il tarixli sərəncamıəsasında 28.02.2018-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; cavabdehlər (həmçinin kassator) isə ünvan 2 ünvanında qeydiyyatda olsalar da, mübahisəsi gedən həmin evdə yaşamaqdadırlar. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinəəs asən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona d air sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işüzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi vəəsasını təşkil edən aspektidir vəəmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu t oxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Cavabdehin mübahisəsi gedən fərdi yaşayış evi üzərində hər hansı hüquqa sahib olduğu müəyyən edilməmişdir; belə olan halda isə onun, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə onun iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etməsi əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin müdaxiləsi nəticəsində iddiaçıöz əmlakıüzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya kollegiyası ilk növbədə hesab edir ki, fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının iddiaçının adına olduğu halda onun kimin tərəfindən inşa edilməsinin hazırki tələb üzrə əhəmiyyəti yoxdur. Digər tərəfdən, nə qədərki iddiaçının adına verilmiş müvafiq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədədir, habelə qanunla mçüəyyən edilmiş qaydada mübahisələndiril məmişdir, kassatorun onun qanunsuzluğu ilə bağlı bildirdiklərinin əhəmiyyəti ypxdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli, 2(103)-12666/2018 nömrəli qətnaməsi Cavabdeh1 aid hissəd ə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar