Məhkəmə qərarları › İş №2(102)-3135/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3135/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3135/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış evinə köçürülmə) 13.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçı Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızının Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-544/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2023-c ü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağstafa rayon Aqrar İslahat Komissiyasının 27 may 1997-ci il tarixli qərarı ilə X8, X5, X3 və Cavabdeh (bundan sonra - cavabdeh) Ağstafa rayonu, Yuxarı Göycəli kəndində 0.28 ha torpaq sahəsi verilmişdir.

2. Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızı (bundan sonra - iddiaçı) ilə cavabdeh 01 avqust 2007-ci il tarixdə faktiki nikaha daxil olmuş, xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü Damla, xx.xx.2010 təvəllüdlü Əhməd və xx.xx.2013 təvəllüdlü Bilal anadan olmuşlar.

3. Nikahda olduqları dövrdə Ağstafa rayonu Göyçəli kəndində ümumi sahəsi 93.2 kv.m olan fərdi yaşayış evində (bundan sonra - mübahisəli ev) yaşam ışlar.

4. X11 2015-ci il tarixdə vəfat etmişdir.

5. Tərəflərin sonradan ailə münasibətləri pozulmuş, iddiaçı X6 mübahisəli evdən 2019-cu ilin aprel ayında çıxmış və həmin tarixdən xx.xx.2013 təvəllüdlü Bilal ilə valideynlərinə məxsus evdə yaşamaqdadır.

6. Ağstafa Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2013cü il tarixdə qeydiyyata alınmış nikahın pozulması, xx.xx.2010 təvəllüdlü Əhməd və xx.xx.2013 təvəllüdlü Bilalın iddiaçının, xx.xx.2008-ci il təvəllüdlü Damlanın cavabdehin yanında saxlanılması qət edilmişdir.

7. X7 ölümü ilə ondan miras qalmış sahəsi 93.2 kv.m mübahisəli fərdi yaşayış evi birgə mülkiyyət hüququ üzrə 25 avqust 2022-ci il tarixdə X4, X1 və cavabdehin adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində i craat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Bilalla birlikdə mübahisəli evə köçürülməsi və evə onun və övladı X9 istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, evlənən zaman cavabdehin və valideynlərinin yaşadığı, həmçinin istifadə etdiyi Ağstafa rayonu Yuxarı Göycəli kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin nikahdan həmin evdə yaşadıqları dövrdə 3 uşaqları anadan olmuşdur. O, evdən döyülüb qovulana kimi həmin evdə bərabər yaşamış və bərabər təsərrüfatı idarə etmişlər. Hazırda o, Bilalla birlikdə atası evində yaşayır. Bilal da həmin evdə anadan olmuş və evdən çıxarılana kimi orda yaşamışdır. O, hazırda Bilalla birlikdə cavabdehin yaşadığı Ağstafa rayonu Yuxarı Göycəli kəndində yerlə şən evdən yaşayış hüquqlarının tanınması və övladı Bilalla birlikdə həmin evə köçürülmələrini xahiş edir.

10. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, həmçinin məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə üç ildən artıqdır ki, faktiki ayrı yaşayırlar, böyük uşaqlar onda, balaca isə iddiaçıdadır. İddiaçı qeyd edir ki, o evdən qovulana kimi həmin evdə birgə yaşamışlar, bərabər təsərrüfatı idarə etmişlər. Əvvəla, iddiaçı evdən döyülüb qovulmayıb, əksinə iddiaçının qardaşları gəlib onları söyüb və təhqir etmişlər. Hətta bu barədə Ağstafa Rayon Polis Şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da mövcuddur. Orada olan ifadə və sübutlar onu qeyd edir ki, iddiaçının qeyd etdiyi nüanslar tamamilə yalandır. Hazırda iddiaçının tələb etdiyi evə kö çürülmə məsələsi absurd məsələdir. Belə ki, iddiaçı onlara 2007-ci ildə gəlin köçüb, həmin vaxtı evin mülkiyyətçisi atası X7 adına olub, atası 2016-cı ildə vəfat edib, iddiaçı ilə atasının arasında heç bir razılaşma notarial qaydada müqavilə olmayıb. Atasından sonra evi anası X10 idarə edib, hazırda yaşayır, anası ilə iddiaçı arasında heç bir notarial ərizə və müqavilə yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçının həmin evdə yaşayış hüququ və istifadə hüququ yoxdur. Hazırki mübahisə üzrə cavabdehin mənzilə dair qanunun tələbinə görə nə istifadə hüququ nə də ki, birgə mülkiyyət hüququ mövcud deyildir. Bundan başqa iddiaçı ailə münasibətlərinə daxil olarkən, gəlin kimi köçdüyü və yaşadığı mənzilin məhrum atasının adına DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsində qeydiyyatı mövcud olmuşdur.

11. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 oktyabr 2022-ci il tarixli, 2(015)-758/2022 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia rədd olunmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edilməmişdir. Bundan başqa, Ağstafa rayonu Göyçəli kəndində yerləşən mübahisəli yaşayış evi X4 adına dövlət qeydiyyatına alınmışdır.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisə olunan mənzilə hüququ ilə bağlı mübahisə ailə münasibətlərinin 2013-cü ildə yaranması nəzərə alınmaqla iddiaçıya münasibətdə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll olunmalıdır. Həmin normaya əsasən iddia təmin edi lməməlidir.

14. Məhkəmə öz mövqeyini, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 30.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayət belə əsaslandırılmışdır ki, cavabdehlə birlikdə h əmin evdə təsərrüfatı idarə etmiş, evi təmir etdirmiş və digər tikinti işləri aparmışlar. Evin təmirini cavabdeh özü usta olduğundan özü, onun əmisi və qardaşı bərabər etmişlər. Həmin evdə cavabdehlər birlikdə uşaq böyütmüşlər. Cavabdeh məhkəmə icraatı zamanı torpağı və evi öz adına keçirmişdir. Məhkəmə qətnamə qəbul edərkən formal mülahizələrə əsaslanmışdır. Onların toy videoyazısından görünür ki, onlar illərlə həmin evdə birlikdə təsərrüfatı idarə etmişlər. İddiaçı hazırda həmin evdə pasport qeydiyyatındadır.

17. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, məhkəmə iclasında izahat verib əlavə olaraq bildirmişdir ki, o, 89 aydır ki, ikinci dəfə ailə qurmuşdur. Hesab edir ki, iddiaçı da məhz onun evliliyi ilə əlaqədar qərəzli olaraq iddia qaldırmışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, mübahisəli ev atasından qalmış miras kimi onun, anasının və bacısının birgə mülkiyyətinə keçmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 10 fevral 2023-cü il tarixli, 2(103)-544/2023 nömrəli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyevvə İ.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2007-ci il tarixdə faktiki ailə qurmaqla cavabdehin atası X7 evinə köçmüşdür ki, ilk öncə mübahisəyə tətbiq edilməli olan norma Mülki Məcə llənin 228.2-ci maddəsi olmuşdur. Həmin maddənin tələbinə görə isə mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni iddiaçı mənzilin mülkiyyətçisi ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onun bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. İddiaçı tərəfindən isə qeyd olunan normanın şərtlərinin yerinə yetirilməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, yəni iddiaçı mübahisəli evə köçdüyü zaman evin mülkiyyətçisi X12 ilə evdən istifadə hüququna dair yazılı razılaşma bağlamamışdır. Buna görə də iddiaçının evə köçdüyü zaman həmin evə istifadə hüququ yaranmamışdır.

20. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halı kimi isə evin mülkiyyətçisi olmuş X7 2015-ci il tarixdə vəfa t etməsi ilə əlaqədar isə həmin ev miras qalmış, digər vərəsələr kimi cavabdeh də iddiaçı ilə birgə nikahda olduğu müddətdə mirası faktiki qəbul etmiş, lakin miras əmlak üzrə hüquqlarını 2022-ci il tarixdə, yəni iddiaçı ilə nikah pozulduqdan sonra qeydə aldırmışdır. Cavabdehin miras qalmış evi faktiki qəbul etməklə, 2015-ci il tarixdən mübahisəli evin birgə mülkiyyətçisi hesab olunmuşdur ki, bununla da iddiaçının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbinə əsasən ailə üzvü qismində mübahisəli evə istifadə hüququ yaranmışdır. Lakin, iddiaçı ilə cavabdeh 2019-cu ildən ailə münasibətlərinə xitam verilmiş, 2020-ci il də isə aralarında bağlanmış nikah pozulmuşdur ki, bununla da iddiaçının Mənzil Məcəllənin 30.4-cü maddəsinin tələbinə əsasən mübahisəli mənzilə yaranmış istifadə hüququ itmişd ir. İddiaçı 2019-cu il tarixdən isə mübahisəli evdən çıxıb, valideynlərinin evində yaşamaqla özünə daimi yaşayış yeri seçmişdir ki, bununla da onun mübahisəli mənzilə müəyyən müddətə istifadə hüququnun saxlanması üçün də əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi onun uşaqlarının həmin evdə qeydiyyatda olması və o cümlədən ona məxsus cehiz əşyalarımın cavabdehə məxsus evdə olmasını bilə-bilə iddia tələbini qanunsuz olaraq təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sah əsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 26. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 27. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçi si ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarı: 28. 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2- ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı:

29. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-pros essual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-544/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar