Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3139/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:kassasiya şikayətindən imtina barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2265/2023 saylı mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə verdikləri kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraa t qaydasında baxılarkən, onların kassasiya şikayətindən imtina barədə ərizəsinə baxaraq müəyyən etdi: İşin halları
1. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən sonuncu ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən, faktiki ümumi sahəsi 244.9 kv.metr olan evinin əvəzinə 30.5% artıq, həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B “1” blokunda, 4-cü mərtəbədə, ümumi sahəsi 64.79 kv.metr olan, 21 saylı təmirli 2 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cava bdeh MMC ünvan 1 ünvanda yerləşən yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən, faktiki ümumi sahəsi 244.9 kv.metr olan evinin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B “1” blokunda, 2-ci mərtəbədə, 1 saylı təmirli, ümumi sahəsi 51.21 kv.metr olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən, yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən, faktiki ümumi sah əsi 244.9 kv.metr olan evin əvəzinə 30.5% artıq, İddiaçı2 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B “1” blokunda, 5-ci mərtəbədə, 28 saylı təmirli, ümumi sahəsi 64.79 kv.metr olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən, faktiki ümumi sahəsi 244.9 kv.metr olan evin əvəzinə 30.5% artıq, İddiaçı3 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B “1” blokunda, 3-cü mərtəbədə, 8 saylı təmirli, ümumi sahəsi 51.21 kv.metr olan, 1 otaqlı mənzili mülkiyyətinə verməyi öhd əsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən faktiki ümumi sahəsi 244.9 kv.metr olan evin əvəzinə 30.5% artıq, X1 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B “1” blokunda, 3-cü mərtəbədə, 11 saylı təmirli, ümumi sahəsi 77.14 kv.metr olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.6-cı bəndinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən faktiki ümumi sahəsi 244.9 kv.metr olan evin əvəzinə 30.5% artıq, İddiaçı4 həmin ünvanda inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasının B “1” blokunda, 6-cı mərtəbədə, 35 saylı təmirli, ümumi sahəsi 64.79 kv.metr olan, 2 otaqlı mənzili mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
2. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B1 blokunda, 4-cü mərtəbə, 21 saylı, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 54,34 kv.metr, sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 64,2 kv.metr təşkil etdiyi müəyyən edilmişd ir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B “1” blokunda, 2-ci mərtəbə, 1 sakylı, 1 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 40,96 kv.metr, sözügedən mənzilin daxili divarlarının altına, şaxta/altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 51,21 kv.metr təşkil etdiyi nüəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B “1” blokunda, 6- cı mərtəbə, 35 saylı, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 53,18 kv.metr, sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 kv.m etr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B “1” blokunda, 5-ci mərtəbə, 28 saylı, 2 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 53,43 kv.metr, sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 64,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, bina B “1” blokunda, 3-cü mərtəbə, 8 saylı, 1 otaqlı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 41,38 kv.metr, sözügedən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin isə 51,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliyi lazımi qaydada icra etmədiyi üçün, yəni müqavilə ilə göstərilmiş mənzilin ümumi sahəsi ilə iddiaçılara təhvil verilmiş mənzilin faktiki sahəsi arasında olan kəskin fərqə görə cavabdehdən iddiaçıların xeyrinə çatışmayan hər 1 kv.metr üçün 3.000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (005)-193/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-nə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddiası rədd edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
5. İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2265/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov sədrlik edən, məruzəçi, Fuad Talışinski və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. İddiaçılar birgə kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya şikayətindən imtina barədə ərizənin dəlilləri
9. İddiaçılar kassasiya şikayətindən imtina barədə ərizə ilə Ali Məhkəməyə müraciət edərək, hazırkı mülki mübahisəni cavabdehlə öz aralarında həll etdiklərini göstərib, birgə verdikləri kassasiya şikayətindən imtina etdikləri üçün onlara münasibətdə kassasiya instansiyasında icraata xitam verilməsini xahiş etmişlər. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.
11. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
12. Kassasiya instansiyası məhkəməsi iddiaçıların iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən birgə verdikləri kassasiya şikayətindən imtina barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir.
13. Belə ki, işdən görünür ki, iddiaçılar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(103)-2265/2023 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayətindən kassasiya instansiyası məhkəməsində qərar çıxarılanadək imtina etmişlər.
14. Mülki iş materiallarından görünür ki, iddiaçıların kassasiya şikayətindən imtina etmələri qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur.
15. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların kassasiya şikayətindən imtina etməsi onların hüququ sayıldığından, habelə işdə, onların kassasiya şikayətindən imtina etmələrini istisna edən heç bir hal olmadığından, onların kassasiya şikayətindən imtina etmələrinə dair ərizəsi təmin edilməli, kassasiya şikayətindən imtinaları qəbul edilməklə və onlara münasibətdə kassasiya instansiyasında icraata xitam verilməlidir.
16. Azərbaycan Respublikası MPM-nin 410.3-cü maddəsində göstərilir ki, kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.
17. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(103)-2265/2023 nömrəli qətnaməsindən birgə verdikləri kassasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, kassasiya şikayətindən imtinaları qəbul edilsin və onlara münasibətdə kassasiya instansiyasında i craata xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.