Məhkəmə qərarları › İş №2(102)-314/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-314/2023

31.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-314/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X22, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə (Azərbaycan Respublikası Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi) Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X22, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə (Azərbaycan Respublikası Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4967/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktorunun 25 okty abr 2021-ci il tarixli 276 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə; 26 noyabr 2021-ci il tarixli 333 saylı əmri ilə kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə; 26 noyabr 2021-ci il tarixli 334 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə; 08 dekabr 2021-ci il tarixli 342 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə; 08 dekabr 2021-ci il tarixli 343 saylı əmri ilə kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə 08 dekabr 2021-ci il tarixli 344 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi və ərizədə olan texniki yanlışlığın aradan qaldırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onların Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmələri barədə əmrlərin ləğv edilərək vəzifələri üzrə işə bərpa edilmələri, işsiz qalma dövrü üçün əmək haqqlarının cavabdehdən tutularaq onla ra ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, işdən azad olunma barədə əmrlər verilərkən İddiaçı1 qarmon müəllimi kimi 21 il əmək stajına malik olması, qüsursuz fəaliyyət göstərməsi, məcburi köçkün, 2-ci qrup əlil və ailənin yeganə gəlir gətirəni olması, himayəsində iki azyaşlı uşağının olması, İddiaçı4 qüsursuz fəaliyyət göstərməsi, həyat yoldaşının 3-cü qrup əlil olması, İddiaçı3 ümumilikdə 34 il pedaqoji staja malik olmaqla 1997-ci ildən Bakı Humanitar Kollecində işləməsi, işdən çıxarılma barədə əmr verilən tarixin onun müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi dövrə təsadüf etməsi, İddiaçı2 21 ilə yaxın pedaqoji staja malik olması, ailənin yeganə gəlir gətirən i olmaqla himayəsində iki azyaşlı uşağının olması, İddiaçı5 ailənin yeganə gəlir gətirəni olması, İddiaçı6 31 ildən artıq pedaqoji staja malik olmaqla qüsursuz fəaliyyət göstərməsi nəzərə alınmamışdır. Əmək müqavilələrinə işçilərin sayı və ştatlarının ixtisar edilməsi əsası ilə xitam verilsə də, ştatların ixtisarının zəruriliyi əsaslandırılmamış, əmək müqavilələri ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmamışdır. Bundan əlavə, ixtisar aparıldığı halda, ixtisar aparılmış vəzifələr üzrə tədris prosesi davam etdirilir.

4. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz göndərmiş və bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. İddiaçı1 münasibətdə bildirilir ki, iddiaçı nəzərə almamışdır ki, məcbur köçkü n statusuna malik olması, ikinci qrup əlil olması, eləcə də himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı4 münasibətdə bildirilir ki, o, nəzərə almamışdır ki, ərinin ücüncü qrup əlil olması Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı3 münasibətdə bildirilir ki, 26 noyabr 2021-ci il tarixdə xəstə olduğu dövrdə (bülletendə) əmək müqaviləsinə xitam verilməsi ilə bağlı arqumentə və əlavə etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinə dair etiraza əlavə etdiyi ərizədə münasibət bildirmişlər. İddiaçı2 münasibətdə bildirilir ki, o, nəzərə almamışdır ki, evdə tək gəlir gətirən şəxs olması və öhdəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı5 münasibətdə bildirilir ki, o, nəzərə almamışdır ki, ailədə işləyənin olmaması və evdə tək işləyənin onun olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. İddiaçı6 münasibətdə isə bildirilir ki, o, nəzərə almamışdır ki, tək yaşaması Əmək Məcəlləsinin 79-cu maddəsinin müddəaları altına düşmür. Bundan başqa, iddiaçıların cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinin pozulması ilə bağlı arqumenti ilə bağlı qeyd edilməlidir ki, 24 sentyabr 2021-ci il tarixdə kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri (tədris işləri üzrə direktor müavini X16, inzibati-təsərrufat işləri üzrə direktor müavini X17, baş mühasib X12, hüquqşünas X5 və İnsan resursları və informasiya şöbəsini n müdiri X24) tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarlarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da, xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. Xəbərdarlıq məktubu 30 sentyabr 2021-ci ıl tarixdə göndərilmiş və Əmək Məcəlləsinin 77ci maddəsində nəzərdə tutulan müddətlər gözlənildikdən sonra mübahisələndirilən əmr verilmişdir. İddiaçıların cavabdeh qurumda 67 nəfərin ixtisara düşməsi, tutduqları vəzifələr üzrə ştatların yenidən bərpa edilərək müvafiq vəzifələrə yeni işçilərin götürülməsi, direktor tərəfindən hər formada təzyiqlə rin göstərilməsi ilə bağlı qeyd etdikləri arqumentlərin heç bir faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri 04 avqust 2020-ci il tarixli F-355 saylı əmr imzalamışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 iyul 2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməyi vurğulanmışdır. Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəlinin təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başl amışdır. Təhsil Nazirliyinin 26 fevral 2021-cı il tarixli F-65 nömrəli əmrinə əsasən Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X6, həmin şöbənin böyük məsləhətçisi X3, məsləhətçisi X23 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə (Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-cı il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli arayış tərtib edilmişdir. Sözügedən arayışda normativ sənədlərin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu kitabçasının orta ixtisas təhsili müəs sisələri ilə bağlı V bəndi”) tələblərinin pozulması nəticəsində 2019-2020-ci tədris ilində 19 orta ixtisas təhsil müəllimə 10.260 saat dərs yükünə görə 77.292 manat, 2020-2021-ci tədris ilinin İ yarısında isə 17 müəllimə 3.325 saat dərs yükünə görə 24.361,1 manat əmək haqqı ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017- ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu kitabçasının orta ixtisas təhsil müəssisələri ilə bağlı V bəndində müəllimlərin ödənişi dərəcələrinə ixtisas tələbləri ilə bağlı müvafiq ixtisas üzrə ali təhsilin olması tələb olunur. Lakin iddiaçıların heç birinin ali təhsili yoxdur. Eyni zamanda, orta ixtisas təhsil müəssisəsinin əmək stajının ali təhsil diplomun a bərabər tutularaq onlara orta ixtisas təhsil müəssisələrində dərs keçmək hüququ verilməsi barədə də heç bir sənəd yoxdur. Qeyd olunanlar nəinki 16 mart 2021-ci il tarixli arayışda, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanladığı 04 avqust 2021-ci il tarixli 1101/302 saylı və 22 noyabr 2021-ci il tarixli 10- 01/134 saylı məktubda ətraflı şəkildə öz əksini tapmışdır. 2020/2021-ci tədris ilində orta ixtisas təhsilli şəxslərin pedaqoji fəaliyyətlərinin davam etdirilməsinə icazə verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə 25 sentyabr 2020-ci il tarixli 772/1- 12 syalı məktubla müraciət olunmuş, sonuncu da 25 noyabr 2020-ci il tarixli 03-11- 1236/15 saylı razılıq məktubu ilə cavab vermişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçılar və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmişlər və həmin müraciətlərə aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçılarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi əsasları çoxdur və bu səbəbdən iddiaçıların tələbləri təmin edilə bilməz.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1967/2022 nömrəli iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli) iddia təmin edilmiş, İddia çı1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 26 noyabr 2021-ci il tarixli, 334 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı1 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli, 342 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı2 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 26 noyabr 2021-ci il tarixli, 333 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı3 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli, 344 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı4 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə xitam ver ilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 25 oktyabr 2021-ci il tarixli, 276 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı5 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi, İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 08 dekabr 2021-ci il tarixli, 343 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı6 öz vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir k i, iddiaçılar İddiaçı3 və İddiaçı6 01 və 15 oktyabr 1997-ci il tarixlərdən fortepiano üzrə müəllim vəzifəsinə, iddiaçılar İddiaçı1 və İddiaçı2 01 sentyabr 2001-ci il tarixdən qarmon üzrə müəllim vəzifəsinə, İddiaçı4 09 oktyabr 2002-ci il tarixdən, İddiaçı5 17 sentyabr 2018-ci il tarixdən konsertmeyster vəzifəsinə işə qəbul edilmişlər. Cavabdeh kollecin rəhbərinin 14 sentyabr 2021-ci il tarixli əmri ilə vəzifə ştatlarının ləğv edilməsi və işçilərin sayının azaldılması əmr edilmiş, bununla bağlı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmış və iddiaçılar rəsmi qaydada xəbərdar edilmiş, sonra isə iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam vermişdir.

7. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, əmək qanunvericiliyinə əsasən işçilərin sayını ixtisar etmək, ştatları, stru ktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmasına baxmayaraq, bunu həyata keçirərkən əmək qanunvericiliyin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür.

8. Məhkəmə cavabdeh kollecdə qarmon üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh 14 sentyabr 2021-ci il tarixli əmr imzalamaqla “qarmon” ixtisası üzrə beş müəllimdən iddiaçılar da daxil olmaqla dördünün ixtisar prosesinə cəlb edilməsini dərs saatlarının azalması ilə əsaslandırsa da, iş materialları ilə müəyyən olunur ki, həmin əmrin qəbul edilməsindən sonra 11 və 12 oktyabr 2021-ci il tarixlərində X25 və X26 qarmon üzrə müəllim işinə qəbul edilmişlər. Göründüyü kimi, işçilərin sayı faktiki olaraq azalmamış, əksinə iddiaçıların yerinə digər işçilər işə qəbul edilmişlər. Bundan əlavə, cavabdeh iddiaya etirazda, həmçinin onun nümayəndələri məhkəmə iclasında bildirmişlər ki, iddiaçıların əmək müqavilələrinə xitam verilməsinin digər səbəbi də iddiaçıların müvafiq ixtisas üzrə ali təhsillərinin olmamasıdır və bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçasının orta ixtisas təhsili müəssisələri ilə bağlı V bəndi” ilə əsaslandırmışlar. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həmin Kitabçanın “giriş” hissəsində göstərilmişdir ki, bu Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra işçilərin attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə bu Kitabça ilə müəyyən edilmiş müvafiq ixtisas tələbləri tətbiq edilir. İşdə olan Təhsil Nazirliyi tərəfindən iddiaçılara ünvanlanmış məktubda və cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, iddiaçıların peşəkarlıq səviyyəsinə şübhələri yoxdur. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, iddiaçılar 20 ildir ki, həmin vəzifədə işləmiş və onların üzərinə qoyulan vəzifələrin keyfiyyətlə yerinə yetirilməməsi və onların lazımı praktiki təcrübəyə malik olmaması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

9. Məhkəmə həmçinin, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıların peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə əmək müqaviləsinin ləğv edilməsi işçilərin sayının ixtisarı yolu ilə deyil, qeyd olunan “c” bəninə əsaslanmaqla və bununla bağlı əmək qanunvericiliyinin tələblərinə riayət etməklə həyata keçirilə bilərdi.

10. Məhkəmə cavabdeh kollecdə fortepiano üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı3 və İddiaçı6 iddia t ələbləri ilə bağlı yuxarıda göstərilənlərdən əlavə olaraq həmçinin qeyd etmişdir ki, 17 müəllimdən 8-i ixtisara cəlb edilsələr də, sonradan X18 ali təhsil haqqında diplom aldığına görə müddətli əmək müqaviləsi bağlanılmaqla işdə saxlanılmış, X2 tənha yataqxanada yaşaması və 60 yaşında olması ilə əlaqədar işdə saxlanılmış, yaş həddi ilə əlaqədar işdən azad edilmiş X14 isə əlavə dərs yükü və ali təhsili olduğu üçün yenidən işə qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən faktiki olaraq işçilərin sayı, habelə iş yükü də azaldılmamış, lakin qeyd olunan iddiaçılara münasibətdə əmək qanunvericiliyi ilə qadağan edilmiş ayrı-seçkiliyə yol verilmişdir. Bundan başqa, iş materialları ilə həmçinin müəyyən olunur ki, ixtisara cəlb edilməmiş fortepiano üzrə müəllimlərdən X10 diplom üzrə ixtis ası “mədəni maarif işçisi, özfəaliyyət teatr kollektivi rəhbəri”, X1 ixtisası “xalq çalğı alətləri orkestri dirijorluğu”, X7 ixtisası “maarif musiqi”dir, lakin iddiaçılar “fortepiano” ixtisası üzrə təhsil almışlar. Halbuki, Əmək Məcəlləsin yuxarıda istinad olunan 78-ci maddəsinin tələblərinə əsasən işçilərin sayı azaldılarkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, cavabdeh İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyini nəzərə almamış, bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur.

11. Məhkəmə cavabdeh kollecdə konsertmeyster (musiqi müşayətçisi ) üzrə müəllim vəzifəsində işləmiş iddiaçılar İddiaçı5 və İddiaçı4 iddiaları ilə əlaqədar həmçinin qeyd etmişdir ki, 15 müəllimdən 4-ü ixtsara cəlb edilsələr də, ixtisara cəlb edilməmiş müəllimlərdən Qoşqarova (Aşumova) Ulduz Azad qızının diplom üzrə ixtisası “mədəni maarif işinin təşkilatçı metodisti”, Ağayeva (Quliyeva) Samirə Nəriman qızının ixtisası “mədəni maarif işi və özfəaliyyət yaradıcılığının təşkili (xalq çalğı alətləri orkestrinin rəhbəri)”, X4 ixtisası “musiqişünaşlıq”-dır, lakin iddiaçıların ixtisası “konsertmeyster və fortepiano”dur. Göründüyü kimi, burada da cavabdeh tərəfindən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələbləri pozulmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a”, “b”, “ə”, 12-ci mddəsin in 1-ci hissəsinin “b”, “c”, 16-cı maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “b”, “c” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi,77ci maddəsinin 1-ci hissəsi, 78, 79.1, 80-ci maddəsinin 1-ci hissəsi, 300-cü maddəsinin 1-ci hissəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən onun icrasında çətinliklər yaranacağını, iddiaçıların tədris etdikləri dərs saatları nın azalmasını, bəzi dərslərin isə ümumiyyətlə tədrisdən çıxarılmasını, iddiaçıların orta təhsilli olmalarının ixtisar prosesinə cəlb üçün əsas olsa da, əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən sübutlara yalnız iddiaçıların mənafeyi hissəsində qiymət vermiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4967/2022 nömrəli mülki iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)1967/2022 saylı mülki iş üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların orta təhsilli olmalarının əmək müqaviləsinə xitam verilməsinə əsas olmadığı barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin faktiki əsası onların orta təhsilli olmaları olmuşdur. İxtisar aparılmasına əsas kimi həmin ştatlar üzrə dərs saatlarının azalması, qeyd olunan ştatlara ehtiyac olmaması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. İddiaçı3 verilmiş əmək qabiliyyətinin müvəqqəti olmaması barədə vərəqənin həqiqiliyinin şübhə doğurması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh təşkilat həmin vərəqənin etibarsız olması barədə məhkəməyə sübut təqdim etməmiş, həmin vərəqənin etibarlılığı nı mübahisələndirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların orta təhsil diplomunun olması ixtisar prosessinə cəlb üçün əsas olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi üçün isə bu hal əsas olmayıb. Yəni iddiaçılar orta ixtisaslı olduqlarına görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməyib. Lakin məhkəmə qətnamədə sanki həmin şəxslərin orta təhsil diplomu olduğuna gör ə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildiyini, bu halın qeyd olunan norma ilə (“c” bəndi) tənzim olunmalı olduğunu göstərmişdir. Burada qeyd olunmalı zəruri hal odur ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə “b” bəndini səhv salmış və eyni zamanda mübahisələndirilən əmrə diqqət yetirməmişdir. Məhkəmə o zaman düzgün mövqedə olardı ki, əgər mübahisələndirilən əmrdə iddiaçılarla bağlanmış müqavilənin ləğvi üçün onların ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı qeyd olunaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunsun. Universitetinin nəzdində X8 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixində keçirilmiş iclasına iddiaçıların heç biri dəvət olunmamış, onlar məhkəmə iclasında iştirak etməmişlər. Kollecin həm karlar təşkilatı siyahıda adları qeyd olunan 91 işçidən 75-nin ixtisara salınmasına razılıq verməsini, 16 işçinin isə ixtisara salınmasına etiraz etdiyini əsaslandırmamışdır. İlk öncə məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X8 İttifaqı Komitəsinin qərarı iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Yuxarıda qeyd olunmuş mövqeyi ilə məhkəmə göstərmişdir ki, sanki həmkarlar ittifaqı komitəsi cavabdeh qurumda çalışan bütün işçilərin iştirakı ilə iclas keçirməli və qərar qəbul etməli idi. Məhkəmənin bu mövqeyi absurddur. Belə ki, istər göstərilən normada istərsə də “Həmkarlar ittifaqları haqqında” Qanunun heç bir maddəsində qeyd olunmayıb ki, əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən keçi rilən iclasda bütün işçilər iştirak etməlidirlər. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmkərlar ittifaqı qərar qəbul edən zaman həmin 10.000 nəfərin iştirakını cəlb etməli və əgər həmin şəxslərdən biri iştirak etməmişsə qəbul ediləcək qərar qanunsuz hesab ediləcəkdir. Qeyd edildiyi kimi məhkəmənin belə bir mövqeyi absurddur. Eyni zamanda məhkəmə bu mövqeyi ilə sanki tələbin işə bərpa olmasını deyil, həmkarlar ittifaqının qərarının qanuni və yaxud qanunsuz olmasını göstərməyə çalışmışdır. Lakin nəzərə almamışdır ki, iddiaçının belə bir tələbi olmamışdır. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması qənaətinə gələrkən iddiaçının tərəfindən təqdim edilmiş sübutları qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr irəli sürülmüşdür. Qətnamə ni qəbul edən məhkəmə nəzərə almamışdır ki, dərs saatları azalıb, bütün müəllimlər ixtisara cəlb olunub. Tərəflərindən ayrı-seçkiliyə yol verilməmişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, iddianın təmin edilməsi icra mərhələsində böyük hətta həll edilməsi qeyri-müəyyən çətinliklərə yol açacaq. Bu istər maddi, istərsə də digər hallarda öz əksini tapcaq. Belə ki, işin maddi tərəfini iş üzrə 3-cü şəxs qismində cəlb olunmuş Təhsil Nazirliyi öz arayışında göstərib. Digər cəhət özü-özlüyündə sual yaradır və bu suala cavabı məhkəmə öz qətnaməsində iddianı təmin etməklə vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişd irilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

21. Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları.

22. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

23. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları.

24. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə

25. Maddə

78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər.

26. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin dah a yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

27. Maddə

79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar.

28. İşəgötürən tərəfindən:...əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

29. Maddə

80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar” 30.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 31.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsind ə nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını”işəgötürənə təqdim etməlidir. 32.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 33. ”Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri. 34.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu M əcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə”qərardad çıxarır. MPM

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad et diyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilm əli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

47. İş materiallarından aydın olur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktorunun 25 oktyabr 2021-ci il tarixli 276 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə; 26 noyabr 2021-ci il tarixli 333 saylı əmri ilə kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə; 26 noyabr 2021-ci il tarixli 334 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə; 08 dekabr 2021-ci il tarixli 342 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə; 08 dekabr 2021-ci il tarixli 343 saylı əmri ilə kollecin instrumental ifaçılıq fənn birləşməsinin müəllimi İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə 08 dekabr 2021-ci il tarixli 344 saylı əmri ilə kollecin solo ifaçılıq və xalq çalğı alətləri fənn birləşməsinin müəllimi İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xitam verilmişdir.

48. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrində qeyd edilmişdir ki, Bakı Humanitar Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tari xli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Respublikası Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Bakı Humanitar Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması, işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi zərurətinin yaranması ilə əlaqədar müvafiq işçilərin say və ştatlarının ixtisar edilməsi əmr edilmişdir.

49. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Human itar Kollecinin 05 iyul 2021-ci il tarixli məktubu ilə təklif olunan ştat cədvəlinə münasibət bildirilməsi Təhsil Nazirliyinə, 23 iyul 2021-ci il tarixli məktubu ilə X9 və İncəsənət Universitetinə və müvafiq həmkarlar ittifaqı komitəsinə göndərilmişdir.

50. Qeyd edilən hallar onu deməyə əsas verir ki, ixtisar formal xarakter daşımamış, istinad olunan Nazirlər Kabinetinin 25 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı əsas götürülmüşdür. Ştat ixtisarının hansı zərurətdən irəli gəlməsi məsələsi isə müəssisədə ştat ixtisarının aparılmasına dair əmrin özündə əsaslandırılır ki, yuxarıda qeyd edildiyi kimi, 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmrdə də bu əsaslandırma öz əksini tapmışdır.

51. İşə baxan məhkəmələr nəzərə almamışdır ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi nə əsas məhz 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli ştat ixtisarına dair əmr olmuş, baxılan işin icraatında və digər icraatda həmin əmr mübahisələndirilməmişdir.

52. Cavabdeh apellyasiya şikayətində, eyni zamanda kassasiya şikayətində eyni dəlillərə istinad edərək göstərmişdir ki, - «Qarmon» ixtisasına dair işə əlavə edilən arayışlarla müəyyən olunur ki, ixtisas prosesinə qədər 5 nəfər müəllim çalışmışdır. İxtisar prosesinə cəlb olunmalarının əsas səbəbi dərs saatlarının azalması olmuşdur. İxtisar prosesinə cəlb olunmayan şəxslər ali təhsilli olmuşlar. 2021/2022-ci tədris ili üzrə xalq çalğı alətləri ifaçılığı (qarmon) ixtisası üzrə qəbul aparılmamış, 2022/2023-cü il tədris ili üzrə qəbul nəzərdə tutulmamışdır. - müşayiət fənn birləşməsinə ixtisara qədər 15 nəfər müəllim çalışmışdır. 2 021/2022-ci tədris ili üçün təsdiq edilmiş fənn birləşmə sərtləri və tərkibi haqqında əmrdə artıq «Musiqi müşayiəti» fənn birləşməsi olmadığından ixtisar zərurəti yaranmışdır. İxtisar zamanı ali təhsili olan şəxslərə üstünlük verilmişdir və sair.

53. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə 01 yanvar 2019-cu il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli arayış tərtib olunmuşdur. Həmin arayışda normativ sənədlərin (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş «Təhsil sahəsinə aid olan qulluqcu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçasının orta ixtisas təhsilli müəssisələri ilə bağlı V bəndi») tələblərinin pozulması nəticəsində 2019-2020-ci tədris ilində 19 orta ixtisas təhsilli müəllimə 10260 saat dərs yükünə görə 77292,0 manat, 2020-2021-ci tədris ilinin 1 yarısında isə 17 müəllimə 332 saat dərs yükünə görə 24361,1 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil sahəsinə aid olan qulluqcu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçasının orta ixtisas təhsilli müəssisələri ilə bağlı V bəndində müəllimlərin ödəniş dərəcələrinə ixtisas tələbləri ilə bağlı müvafiq ixtisas üzrə ali təhsilin olması tələb olunur.

54. İşin halları ilə müəyyən olunur ki, təhsil müəssisəsində ümumilikdə ixtisar prosesinə 91 nəfər şəxs cəlb olunmuş, iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas onların ail təhsilli olmaması olmamışdır. Bu hal yalnız ixtisar prosesinə cəlb olunmaq üçün əsas götürülmüşdür.

55. Məhkəmələr göstərilən dəlillərlə bağlı mövqelərini müvafiq olaraq 7-11 və 17-ci bəndlərdə göstərilən qaydada əsaslandırmışlar. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşmır və qeyd edir ki, məhkəmələr qətnamə qəbul edərkən iddiaçıların tədris etdikləri dərs saatlarının azalmasını, bəzi dərslərin isə ümumiyyətlə tədrisdən çıxarılmasını, iddiaçıların orta təhsilli olmalarının ixtisar prosesinə cəlb üçün əsas olsa da, əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını, həmkarlar ittifaqının razılığının mövcudluğunu, ixtisarın mümkünlüyü mübahisələndirilən əmrlərlə deyil, yuxarıda istinad olunan digər əmrlə həyata keçirilməsini və həmin əmrin mübahisələndirilmədiyini nəzərə almamışdır. Müvafiq olaraq ixtisar zaman ayrı-seçkiliyə yol verilməsinə istinad edilsə də bunun nədən ibarət olması və məhz hansı işçiyə münasibətdə tətbiq edildiyi işin halları baxımından qiymətləndirilməmişdir.

56. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normaları düzgün tətbiq etməmiş, bu da düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Bu hallar apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış, ümumi sözlərlə apellyasiya şikayətinin əsassız olm ası qənaətinə gəlmişdir.

57. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

58. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 59. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir.

60. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

61. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail o lmaq üçün lazım olan bütün tədbirləri görməli, zərurət olarsa əmək qanunvericiliyin tətbiqinə nəzarət edən orqanın (X11) işə cəlb olunmasını tərəflərlə birlikdə müzakirə etməklə hər bir iddiaçıya münasibətdə fərdi qiymətləndirmə aparmaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4967/2022 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar