Məhkəmə qərarları › İş №2(102)-314/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-314/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-314/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “X7” Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:hərracın mübahisələndirilməsi) etibarsız hesab edilməsi, hərracın nəticələrinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, “X7” Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestri” X15 və Cavabdeh5 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4497/2024 nömrəli 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02.07.2011-ci il tarixli etibarnamə ilə İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməyi, əmlakı ipoteka qoymaq və digər səlahiyyətləri xx.xx.2031-ci il tarixinədək oğlu X6 etibar etmişdir.

2. Həmin etibarnamə əsasında X1 Emin Maarif oğlu adlı şəxsin "xxxx" KB ASC-də n götürdüyü kredit öhdəliyinin təminatı olaraq iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi 8 saylı evin 1 saylı ümumi sahəsi 157,2 kv.m olan 4 otaqlı mənzili ipoteka ilə yüklü etmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-62/2016 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, "xxxx" KB ASC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 xx.xx.2011-ci il tarixli, 13B8/11 saylı kredit müqaviləsinə əsasən 120.000 ABŞ dolları borc, 34.924 ABŞ dolları məbləğində faiz, 1.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 155.924 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq "xxxx" ASC-yə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi 8 saylı evin 1 saylı mənzilinə yönəldiməsi, evin ilkin satış qiymətinin 120.000 manat olaraq müəyyən edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinin təmin edilməsi, İddiaçı və X4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzildən, mənzil satıldıqdan ən geci 1 ay ərzində çıxarılmaları qət edilmişdir.

4. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli, 01 saylı bildir işə əsasən, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 120.000 manat göstərilmişdir.

5. Sabunçu rayon İcra şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubla hərracın Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-62/2016 nömrəli qərardadına əsasən dayandırılması xahiş edilmişdir.

6. Sabunçu rayon İcra şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubla hərracın davam etdirilməsi xahiş edilmişdir.

7. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hə rracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti 102.000 manat müəyyən edilmişdir.

8. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə saat 11:00-a (ramazan bayramı ilə əlaqədar hərrac xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinə keçirilmişdir) təyin edilmişdir.

9. Hərracın yekunları barədə 40/05-1 saylı, xx.xx.2017-ci il tarixli protokola əsasən Ba kı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzil 76.500 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir. 10. “Birja Yenilikləri” qəzetinin 11.11.-xx.xx.2016-cı il, 25.11-xx.xx.2016-cı il, 30.06 xx.xx.2017-ci il, 09.06.-xx.xx.2017-ci il və 26.05-xx.xx.2017-ci il tarixli tirajlarına əsasən, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilinə dair açıq hərracın keçirilməsi, 30.06-xx.xx.2017-ci il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir.

11. Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzil "xxxx" ASC-nin adına xx.xx.2017-ci il tarixində qeydə alınmışdır. 12. 08.0 7.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı "xxxx" ASC Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzili 175.000 manata alıcı Cavabdeh5 satmışdır. Hazırda daşınmaz əmlak onun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərracın, o cümlədən cavabdehlər "xxxx" MMC, "xxxx" ASC və Sabunçu rayon İcra şöbəsi arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 40/05-1 nömrəli hərracın nəticələri haqqında yekun protokolun, hərracın yekunu üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilənin etibarsız sayılması, "xxxx" KB ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, "xxxx" KB ASC ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh5 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qızı Nümayəndə Bakı şəhərində ev almaq qərarına gəlmiş və Rusiya Federasiyası vətəndaşı olduğu üçün aldığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini onun adına rəsmiləşdirmişdir. Qızı Azərbaycana gəldiyi vaxt həmin evdə qalardı. O, özü Qaradağ rayonu, Səng əçal qəsəbəsi 4 saylı yataqxanada yaşamışdır, o evdə yaşamamışdır. Pandemiya dövründə xəstəlik və yolların bağlı olduğu müddətdə qızı 3-4 il Azərbaycana gələ bilmədiyindən evə baxmağı onlara tapşırmışdı. O, gedib gəlmədiyi üçün oğlu Rövşən evə baxırdı. Sonuncu dəfə 2022-ci ilin yay aylarında qızı Bakıya gəlmiş və evə getdiyi zaman evinin başqası tərəfindən alındığını və həyətdə təmir işləri getdiyini söyləmişdir. O, bunun mümkün olmadığını bildirdi və araşdırma zamanı özünü evin təzə sahibi kimi təqdim edən şəxs evin banka girov qoyulduğunu və bank tərəfindən də ona satıldığını bildirmişdir. Bundan sonra qızı ilə birlikdə dərhal Baş Prokurorluğa, Prezident Admistrasiyasına, "xxxx" ASC-yə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etmiş və araşdırma zamanı bəlli olmuşd ur ki, oğlu X12 onu aldadaraq öz adına etibarnamə almış və evi Banka qoyaraq kredit götürmüş və ödəniş etmədiyi üçün Bank evi hərraca çıxarmışdır. O, heç bir zaman ev ilə bağlı oğluna etibarnamə verməmişdir. Hadisənin üstü açıldıqdan sonra ona məlum olmuşdur ki, o, bir dəfə onu yaşlı olduğu üçün guya ona əziyyət olmasın deyə kommunal məsələlərin həlli ilə bağlı, ödənişlərin onun tərəfindən həll edilməsi üçün idarəyə getməli olduqlarını bildirmiş və bu bəhanə ilə onu aldadaraq notariusa aparmış, orada ondan mülki etibarnamə almışdır. Həmin etibarnamənin məzmunu ona izah edilməmiş, mahiyyəti, gələcək riskləri deyilməmişdir. Halbuki, notarius tərəfindən etibarnamənin nə məqsəd ilə verildiyi izah edilmiş olsa idi oğlu yaxşı bilirdi ki, o, buna razı olmayacaq və dərhal bu barədə qızına məlumat verəcək. Ona görə də notarius ilə əlbir olaraq ona heç nə izah etmədən, dindirmədən, bu sənədi nə üçün verdiyini soruşmadan əvvəlcədən hazırlanmış etibarnaməyə imza etdirmişlər. Banka müraciət zamanı əldə etdikləri sənədlərdən bəlli olmuşdur ki, oğlu bu işdə tək olmamış, dostu X8 ilə əlbir olaraq heç bir ödəniş etmək niyyətləri olmadan evi banka girov qoyaraq 120.000 ABŞ dolları məbləğində kredit götürmüşlər və heç bir ödəniş etməmişlər. Kredit borcu olduğu kimi qalmışdır. Adına kredit rəsmiləşdirilən Emin Quliyev və oğlu Rövşən tərəfindən heç bir ödəniş edilmədiyi təqdirdə illərlə işi saxlamışlar və mülkiyyətçi olaraq ona heç bir məlumat verməmişlər. İpoteka müqaviləsinin surətindən görünür ki, oğlu Rövşən Səlimov onu aldadaraq əldə etdiyi etibarnamədən istifadə edərək mülkiyyətindəki e vi Emin Quliyevin götürmüş olduğu kreditə görə ipotekaya qoymuşdur. Daha sonra iş planlandığı kimi heç bir ödəniş edilməmiş və məhkəmə qərarlarını götürdükləri zaman bəlli olmuşdur ki, məhkəmənin qərarı ilə yekun olaraq 155.974 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın onun mülkiyyətində olan evə yönəldilməsi qərara alınmış, daha sonra da hərraca çıxarılmışdır. Nə məhkəmələr barədə, nə də ki, hərrac barəsində onun heç bir məlumatı olmamışdır. Onun yaşayış yerinə, qeydiyyat ünvanına heç bir bildiriş, xəbərdarlıq gəlməmişdir. İş materialına əlavə edilmiş hərrac işindəki sənədlərdən görünür ki, ümumiyyətlə cavabdeh tərəfindən birinci hərrac keçirilməmiş, bu barədə nə ipoteka saxlayana nə də ki, ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildiriş göndərilməmiş, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməmişdir. Hərrac işinin materiallarında sadəcə təkrar hərracın keçirilməsinə dair bildiriş vardır ki, həmin bildirişə baxıldığı zaman formal tərtib edildiyi, niyyətin ipoteka qoyana məlumat verilməməsi olması açıq aydın görünür. Belə ki, təkrar hərracın keçirilməsinə dair bildirişlərdən göründüyü kimi, bildirişdə X8, X12 və İddiaçı olmaqla üçlərinin adı qeyd edilməklə bildiriş bir ünvana - ünvan 4 nə qeydiyyat ünvanına, nə də ki, faktiki ünvanına bildiriş göndərilməmişdir. Bildirişin göndərildiyi Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 6 mənzil 44 ünvanının ipoteka qoyanla əlaqəsi yoxdur. Bununla da sübut olunmuşdur ki, hərracın təşkilatçısı hərracın vaxtı və yeri barədə ona nə rəsmi nə də ki qeyri rəsmi məlumat verməmiş, əml akın mülkiyyətçisi olaraq hərracda iştirak edərək əmlakını almaq hüququ olmasına baxmayaraq iştirakı təmin edilməmiş, nəticədə milyon dəyərində olan əmlakı bankın qərəzli oyunu nəticəsində 76.000 manata özləri tərəfindən qəbul edilmişdir. Bir sözlə Mülki Məcəllənin 415-ci maddəsi, “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq ilkin satış dəyəri 120000 manat müəyyən edilmiş ipoteka predmeti, ilkin satış dəyəri ilə hərraca çıxarılmamış, bundan sonra xx.xx.2017-ci il tarixə əmlakın dəyərinin 15% aşağı düşməklə təkrar hərrac təyin edilmiş və bu dəfə də bildirişdə ipoteka saxlayanın adı formal olaraq qeyd edilmiş, lakin onun ünvanına məlumat göndərilməmiş, bildirişin göndərildiyi qeyd edilmiş ünvanın ipoteka saxlayan ilə hər hansı bir bağlılığı, əlaqəsi olmamışdı r. Belə olan halda təkrar hərracda da vəziyyət bankın istədiyi şəkildə getdiyindən heç kəs hərracdan məlumat ala bilməmiş və nəticədə əmlak təkrar hərracdakı qiymətinin 25% az olmayan qiymətə yəni 76.000 manata banka təklif edilmiş və bank istədiyinə çataraq nəticədə yekun protokol tərtib edilməklə alqı-satqı müqaviləsi bağlanmşdır. Hərracın keçirilməsi barədə məlumat qərəzli olaraq onlara verilməmişdir. Çünki bilirdilər ki, onun məlumatı olacağı təqdirdə bu barədə dərhal qızına məlumat verəcək və qızı bu cinayətkar dəstənin oyununu pozub evi hərracda satılmağa qoymayacaq, ən pis halda hərracın keçirilməsindən məlumatları olmuş olsaydı belə, yenə də hərracda iştirak edib evi özləri ala bilmə iqtidarında idilər ki, bu da banka sərf etmirdi. Çünki, evi çox ucuz qiymətə ala bilməyəcəklərdi. B ank bunun qarşısının alınması üçün formal hərrac təşkil edərək heç birinin məlumatı olmadan guya hərrac keçirdərək evi özləri qəbul edirlər və bu barədə onlara bu günədək heç bir şey bildirmirlər. Hərracın formal olması, onların məlumatları olmadan keçirilməsi təqdim etdiyi sübutlarla açıq aydın görünür. Bundan əlavə dəlilləri möhkəmləndirən bir sıra hərəkətlər də ortaya çıxır ki, yaranmış suallar da bankın əsl niyyətinin nə olmasını aşkara çıxarır. Belə ki, əgər bank qanuni yolla hərrac keçirdib evi öz mülkiyyətinə qəbul etmişdirsə, o zaman hərracda satılan ev ilə ödənilməli olan məbləğ arasındakı fərq niyə əsas borcludan tələb edilməmiş və iş üzrə icraata xitam verilmişdir. Bu sualların bir cavabı vardır ki, nə bank, nə icra məmuru, nə də ki digər cavabdehlər evin satış üçün hərraca çı xarılmasından xəbər tutmalarını istəməmişlər. Ev formal olaraq başqasının adına keçirilmiş və evdəki qızı tərəfindən alınmış bütün dəyərli əşyalar da evdən çıxarılmaqla ev boşaldılmış, ona məlumat verilmədən götürülmüş, özgəninkiləşdirilmişdir, Hansı ki, həmin əşyaların ümumi dəyəri evin dəyərinə yaxın olmuşdur.

15. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC müddətin tətbiqi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsi ci müddətlərə aiddir. Göründüyü kimi, iddiaçı 2017-ci ildə əmlakın hərracdan satılaraq bankın mülkiyyətinə keçməsi barədə məlumatlı olmuşdur. Odur ki, iddiaçının əmlakın hərracdan satılmış olmasından məlumatsız olması mümkün deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354 cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi nəzərindən mübahisləndirməni n yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla i ddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

16. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)422/2024 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, evə dair etibarnamə verərkən onun məzmununu anlamaması, evini heç vaxt ipoteka qoymaq niyyətinin olmaması, etibarnamənin aldatma yolu ilə alınması dəlillərinə münasibətdə bildirmişdir ki, etibarnamə verilərkən tərəflər səlahiyyətli, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, etibarnamə konkret məqsədlə verilmiş, etibarnamə forma və məzmunca qanunvericiliyin tələblərin ə müvafiq olaraq tərtib edilmişdir. Həmçinin həmin etibarnamə məhkəmə qaydasında etibarsız hesab edilməmiş, hazırkı icraatda isə müvafiq tələb irəli sürülməmişdir. Bu baxımdan iddiaçının etibarnamənin etibarsız olması ilə bağlı dəlilləri öz təsdiqini tapmamışdır.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının keçirilən hərraclar barədə onun rəsmi qeydə alındığı ünvana bildirişlərin göndərilməməsində hərrac təşkilatının hər hansı bir təqsiri müəyyən edilməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyə ti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Hazırki işdə isə iddiaçı, eləcə də onun etibarnamə üzrə nümayəndəsi yaşayış yeri üzrə qeydiyyata alınmamaqla müvafiq qanunun tələblərinə riayət etməmiş, yaşayış yeri barədə banka və ya hərrac təşkilatına rəsmi məlumat verməmişdir.

19. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir.

20. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2013-cü il tarixli qətnaməsi və 10 yanvar 2014-cü il tarixli əlavə qətnaməsi ilə daşınmaz əmlakın dəyəri (120000 ABŞ dolları) müəyyən edilmiş və onun açıq hərracdan satılması qət edilmişdir. Cavabdeh X12 ərazi aidiyyətini mübahisələndirmiş, daha sonra məhkəmə iclasında iştirak etmiş, iddianı qismən qəbul etmişdir. Həmin qətnamədən X12 apellyasiya şikayəti vermiş, qətnaməni yalnız borc hissəsində mübahisələndirmişdir. Apellyasiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, borc məbləği dəyişdirilmiş, evin ilkin satış qiymətinin 120.000 ABŞ dolları deyil (iddia tələbindən kənara çıxıldığından), 120.000 manat olması müəyyənləşdirilmişdir. Qətnamədən digər cavabdeh Quliyev Emin şikayət versə də, şikayəti geri qaytarılmışdır. Qətnamə 2016-cı ildə qanuni qüvvəyə minmiş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tər əfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür.

21. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir.

22. Birinci instansiya məhkəməsi iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, daşınmaz əşyanın satılması ilə bağlı hərracın keçirilmə qaydalarının pozulması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərrac ın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia təmin edilməməlidir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərracın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından iddiaçının irəli sürmüş olduğu digər tələblərin də araşdırılması zərurəti aradan qalxmışdır. Çünki “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, ondan törəmə olan digər tələbələrin də əsassızlığını ehtiva edir.

24. Birinci instansiya məhkəməsi müddətin tətbiqinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olmadığı üçün onun tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlər tətbiqi oluna bilməz.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-362.2, 363.1-363.3-cü maddələrinin əvvəlki redaksiyasına, 6, 354.1, 415.2, 416-cı, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu, “İpoteka haqqında” Qanunun 1.0.9, 35-39, 39.3.3, 41.2-ci, 41.3, 41.5, 42, 43, 43.5, 43.7, 44-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” 30 dekabr 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 82.3, 119.1, 217.2, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 oktyabr 2024-cü il tarixli, 2(103)-4497/2024 saylı qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən, məruzəçi), A.Ə.İsgəndərov və S.R.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkə məsi ilkin olaraq qeyd etmişdir ki, iddiaçının öz oğluna Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi 8 saylı evin 1 saylı mənzilinə dair etibarnamə verərkən sonuncu tərəfindən aldadılıbaldadılmaması hazırki işin həlli baxımından əhəmiyyət kəsb etmir. Belə ki, artıq qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-62/2016 nömrəli, xx.xx.2016cı il tarixli qətnaməsi mövcud olmuş və həmin məhkəmə aktına əsasən xx.xx.2011-ci il tarixli, 13B8/11 saylı kredit müqaviləsinə əsasən cəmi 155.924 ABŞ dolları məbləğində pul vəsaitinin X3 tutularaq "xxxx" ASC-yə verilməsi, tələbin ipoteka predmeti olan iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi 8 saylı evin 1 saylı mənzilinə yönəldiməsi, evin ilkin satı ş qiymətinin 120.000 manat olaraq müəyyən edilərək həmin evin açıq hərracdan satılaraq borcun ödənilməsinin təmin edilməsi qət edilmişdir.

30. İşdən həmçinin görünmüşdür ki, iddiaçı tək oğlu Rövşən Səlimova deyil, xx.xx.2017-ci il tarixində X9 da etibarnamə vermiş və etibarnaməni şəxsən özü imzalamış, etibarnaməyə əsasən X9 iddia ərizəsinin imzalanması, məhkəmə aktlarından şikayətin verilməsi və digər səlahiyyətlər verilmiş, həmin etibarnamə əsasında X13 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin İddiaçı "xxxx" MMC və qeyrilərinə qarşı “hərracın yekunları üzrə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadı almışdır. Belə olan halda, iddiaçın ın ikinci dəfə başqa şəxsə məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı etibarnamə verərkən onun da mahiyyətini anlamadığı, artıq məhkəmə aktına əsasən kredit müqaviləsi üzrə borcun mənzilə yönəldildiyi, bununla bağlı hərracın keçirildiyi ilə bağlı məlumatlı olmadığı ağlabatan və inandırıcı deyil.

31. İşdən həmçinin görünmüşdür ki, iddiaçı məcburi köçkün olmaqla rəsmi qeydə alındığı ünvan Laçın rayonu, Təzəkənd kəndidir. Hərraclar keçirildiyi vaxt həmin rayon işğal altında olduğundan sözügedən ünvana hərrac mərkəzi tərəfindən hər hansı bildiriş göndərilməmişdir.

32. Lakin işdə olan poçt bildirişlərindən müəyyən edilir ki, hərraclarla bağlı məlumatlar iddiaçının mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş mənzilin ünvanına göndərilmişdir.

33. Eyni zamanda, hərraclarla bağlı məlumat “Birja Yenilikləri” qəzetinin 11.11.xx.xx.2016-cı il, 25.11-xx.xx.2016-cı il, 30.06 xx.xx.2017-ci il, 09.06.-xx.xx.2017-ci il və 26.05-xx.xx.2017-ci il tarixli tirajlarında qeyd edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh hərrac təşkilatı tərəfindən hərraclar keçirilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanın dərc edilməsi, habelə ipoteka qoyana bildirişin göndərilməsi öhdəliyi qoyulmuşdur.

35. İşdən görünmüşdür ki, cavabdeh "xxxx" MMC hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmiş, hər hansı pozuntuya yol verməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab e tmişdir ki, hərracın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından iddiaçının irəli sürmüş olduğu törəmə tələblərin araşdırılmasına zərurət yoxdur.

37. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.2, 324.1, 337.1, 359.1, 362.1, 362.2, 414.1, 414.3, 415.5, 416.1-ci, “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 43.4, 43.5, 43.7, 44-cü MPM-in 14.2, 77.1, 88, 217.2, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti və şikayətə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarıl masını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Bakı Apelyasiya Məhkəməsi yuxarda qeyd olunan işin faktiki hallarını nəzərə almamış, işin hallarını səthi araşdırmış, nəticədə maddi hüquq normalarının pozunlması ilə nəticələnən qətnamə qəbul etmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Halbuki hərracın keçirilməsi ilə bağlı iddiaçıya poçt vasitəsilə məlumat verilməsinə dair işdə heç bir konkret sübut mövcud deyil. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə yalnız cavabdehlərin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnaməd ə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. İddiaçının göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir. Hazırki iş üzrə ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması üçün xx.xx.2016-cı il tarixə təyin edilmiş hərrac ümumiyyətlə keçirilməmişdir. Belə ki, iddiaçı icra sənədinin verilməsi üçün əsas olan məhkəmə qətnaməsi kassasiya qaydasında mübahisələndirdiyindən Sabunçu rayon İcra Şöbəsinin rəsmi müraciətinə əsasən hərrac ümumiyyətlə keçirilməmiş, hərracın keçirilməsi proseduru dayandırılmışdır. Tərəflər arasında məhkəmə mübahisələri yekunlaşdıqdan sonra, Sabunçu Rayon İcra şöbəsi yenidən Hərrac Mərkəzinə müraciət edərək, hərracın davam etdirilməsini xahiş etmişdir. Belə olan halda, ipoteka predmetinin sa tılması ilə bağlı hərrac təkrar deyil, ilk hərrac kimi təşkil edilərək keçirilməli, əmlakın ilkin satış qiyməti də ilk hərraca uyğun olaraq 120.000 manat müəyyən edilməli idi. Lakin işdə olan sənədlərdən də göründüyü kimi, Hərrac Mərkəzi xx.xx.2016-cı il tarixə təyin edilmiş, lakin dayandırılaraq keçirilməmiş hərracı, baş tutmamış hərrac kimi qəbul etmiş və hərracın dayandırılması üçün əsas olan hal aradan qalxdıqdan sonra, xx.xx.2017-ci il tarixə təkrar hərrac təyin edərək, əmlakı ilkin satış qiymətindən 15% aşağı salmaqla, 102.000 manat müəyyən etmişdir. Halbuki, “İpoteka haqqında” Qanun (43.1-ci maddə) hərracın baş tutmamasının əsaslarını müəyyən etmişdir ki, hərracın dayandırılması həmin əsaslar sırasında deyil. Göründüyü kimi, Hərrac Mərkəzi hərracın keçirilməsi ilə bağlı qanunvericil iyin tələblərini pozmuş, ilk hərrac keçirilmədiyi halda, əmlakı birbaşa ilkin satış qiymətindən 15% aşağı qiymətlə təkrar hərraca çıxarmış, nəticədə iddiaçıya məxsus əmlak aşağı qiymətlə Bankla əlaqəsi olan şəxs (Cavabdeh5) tərəfindən əldə edilmişdir. Hərrac Mərkəzi tərəfindən bu pozuntulara yol verilməsi nəticəsində iddiaçı mülkiyyətindən məhrum olmuşdur. Bunlardan başqa, onu da qeyd etməyi vacib hesab edirik ki, qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş hərracdan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzili real bazar dəyərindən qat-qat aşağı qiymətə almış Cavabdeh5, həm də eyni zamanda həmin mənzilin yerləşdiyi torpaq sahəsini və bu torpaq sahəsində iddiaçı tərəfin vəsaiti hesabına inşa edilmiş digər tik ililəri (qaraj, besedka, hovuz, hamam, ayaqyolu və sair) heç bir əvəz ödəmədən öz sahibliyinə keçirmiş, bununla da iddiaçının hesabına əsassız varlanmışdır. Halbuki, qeyd olunan əmlaklar, yəni nə torpaq sahəsi, nə də ki, həyətdə inşa edilmiş digər tikililər ipoteka predmeti olmamışdır. Göründüyü kimi, mülkiyyətçi olan iddiaçının əmlakı Bank və Cavabdeh5 tərəfindən qanunsuz ələ keçirilmişdir

40. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyanın 60, 71, 127-ci Mülki Məcəlləsinin 416.1, 416.2, 425.1-ci, “İcra haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.1ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

43. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

44. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (2016-2017-ci ildə qüvvədə olan redaksiyada)

45. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

46. Maddə 43.1. Hərracı n təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

47. Maddə 43.3.Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

48. Maddə 43.

4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

49. Maddə 43.5. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

50. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

51. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülk i Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə m addi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilərək yeni baxışa qaytarılmalıdır.

63. İşin hallarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzillə bağlı hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulduğunu iddia etmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, hərrac keçirilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

64. Kassasiya şikayətinin dəlillərinə əsasən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, işə baxmış məhkəmə tərəfindən mübahisələndirilən hərrac keçirilərkən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci və 43-cü maddəsinin tələbl ərinin pozulduğu nəzərə alınmamışdır.

65. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən iddiaçının mülkiyyətində olan mənzillə bağlı ilk dəfə açıq hərracın keçirilməsi xx.xx.2016-cı il tarixə təyin edilsə də, Sabunçu rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-62/2016 nömrəli qərardadına əsasən hərrac dayandırılmış, xx.xx.2017-ci il tarixli məktubla isə hərracın davam etdirilməsi xahiş edilmişdir.

66. Belə olan halda xx.xx.2016-cı il tarixə təyin edilmiş hərrac keçirilmədiyindən "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixə təyin edilmiş, sonradan həmin gün qeyri-iş günü olduğu üçün xx.xx.2017-ci il tarixə keçirilmiş hərrac tək rar hərrac deyil, birinci hərrac kimi keçirilməli və həmin tarixdə mənzil məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiyməti ilə hərraca çıxarılmalı idi.

67. Hazırkı halda məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan mənzillə bağlı xx.xx.2017-ci il tarixdə keçirilmiş ilk hərracda mənzilin ilkin satış qiymətinin 15 faiz aşağı salınması və bu hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmetinin 25 faiz aşağı qiymətlə tələbkara təklif edilməsinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olub- olmamasına hüquqi qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, Qanuna əsasən mənzilin ilkin satış qiymətinin 15 faiz aşağı salınması yalnız təkrar hərrac zamanı və Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamas ına görə baş tutmadığı halda mümkündür. 68. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsində hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək və ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi nəzərdə tutulmuşdur.

69. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı məcburi köçkün olmaqla qeydə alındığı ünvan ünvan 6 olduğundan bildirişlər iddiaçının mülkiyyətində olan mənzilə göndərilmişdir.

70. İşdəki Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Qaradağ rayonu sektorunun xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı məcburi köçkün kimi Səngəçal qəsəbəsi, 4 saylı yataqxanada məskunlaşmışdır. Hərrac təşkilatı tərəfindən iddiaçının məcburi köçkün kimi faktiki məskunlaşdığı ünvan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu verilməklə araşdırılmamış, həmin ünvana hər hansı bildiriş göndərilməmişdir.

71. İşə baxmış məhkəmə hesab etmişdir ki, hərraclar barədə “Birja yenilikləri” qəzetində elanlar dərc edildiyindən və iddiaçının mülkiyyətində olan mənzilə bildirişlər göndərildiyindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinin tələbinə riayət olunmuş hesab edilməlidir.

72. Bu mövqe o zaman əsaslı olardı ki, iddiaçının əmlakının ipoteka ilə yüklü edilməsi barədə məlumatlı olduğu və həmin mənzildə yaşadığı mötəbər sübutlarla təsdiq edilmiş olsun. Hazırkı halda iş materiallarında iddiaçının mülkiyyətində olan mənzildə yaşadığını təsdiq edən hər hansı sübut yoxdur. İşdəki Sabunçu rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra sənədi icra edilərkən həmin mənzildə X5 adlı şəxs və onun ailəsinin yaşadığı müəyyən edilmişdir.

73. Bundan əlavə işdəki xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə Qərardan görünür ki, iddiaçı oğlu X4 onu aldadaraq əmlakını dələduzluq yolu ilə ələ keçirməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, həmin ərizə üzrə araşdırma aparılarkən X12 istintaq orqanına verdiyi ifadədə anasından etibarnaməni mənzilə dair kommunal işlər görəcəyi, onu get-gələ salmamaq adı ilə aldığını, evi girova qoyarkən məlumat vermədiyini, vaxt qazanmaq üçün anasının adından iddia qaldırıldığını və həmin iddia ərizənin onun tərəfindən imzalandığını təsdiq etmişdir.

74. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş bu sübuta və iş materiallarının 168-171-ci vərəqlərinə əlavə edilmiş ekspert rəyinə (2017-ci ildə məhkəməyə iddiaçının adından təqdim edilmiş iddia ərizəsindəki imzanın iddiaçıya məxsus olmaması ilə bağlı) hər hansı hüquqi qiymət verilməmiş, yalnız iddiaçı tərəfindən oğlu X6 və X9 verilmiş etibarnamələrə istinad etməklə iddiaçının hərrac barədə məlumatlı olduğuna dair nəticəyə gəlmişdir.

75. Halbuki ipoteka qoyanın mülkiyyətində olan əmlakının satışı ilə bağlı keçirilmiş hərrac barədə məlumatlandırılmaması və əmlakın hərracda qanuni əsas olmadan ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə satılması mülkiyyət hüququ nun pozuntusu hesab olduğundan məhkəmə nəzərə almalı idi ki, iddiaçının hərrac barədə məlumatlandırıldığı dolayı sübutlarla deyil, yalnız əsaslı şübhədən kənar mötəbər sübutlarla təsdiq edildiyi halda ədalətli məhkəmə araşdırması prinsipi təmin edilmiş olur.

76. Məhkəmə tərəfindən işdə olan sübutlar üzrə qiymətləndirmə aparılarkən 2017-ci ildə 80 yaşı olmuş iddiaçının hər gün kütləvi informasiya vasitələrində dərc edilmiş elanları izləyərək mübahisələndirilən hərrac barədə məlumat əldə etməsinin ağlabatan olmadığı, ipoteka predmeti olan mənzildə yaşamadığı üçün həmin ünvana göndərilmiş bildirişləri almadığı nəzərə alınmalıdır.

77. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının tələbləri qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla yenidən araşdırılmalı olduğund an kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2024-cü il tarixli 2(103)-4497/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən apellyasiya baxışına qaytarılmalıdır.

78. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2024-cü il tarixli 2(103)-4497/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar