Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3140/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Məmmədov Fuad Oruc oğlu, Cavabdeh xxxx və vəkili Yusifova Nüşabə Eyvaz qızının iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-14046/2018 nömrəli iş üzrə 26 dekabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 2(00 1)-4410/2017 nömrəli, 03 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh Bəfadar qızının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıyev küçəsi, 2 saylı mənzilə istifadə hüququnun itirilməsi, qətnamənin cavabdehin evdən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski) 2(103)-14046/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xxxx apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4410/2017 saylı iş üzrə 03 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı Binəqədi rayon Polis idarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, Cavabdeh xx xxna qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh xxxxna qarşı, Binəqədi rayon Polis idarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xxxx Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 2 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə və onun qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-14046/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edil məsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Məmmədov Fuad Oruc oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh xxxx və vəkili Yusifova Nüşabə Eyvaz qızı kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kol legiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-14046/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İ şin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 2 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən, hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan həmin evdə iddiaçı və ailə üzvləri, habelə cavabdeh və uşaqları yaşayırlar. Cavabdeh həmin evə 2002-ci ildə ailə qurması ilə bağlı gəlin köçərək gəlmiş, 24.04.2015-ci ildə qeydiyyata düşmüş, həmin ildə nikahı pozulduqdan sonra da uşaqları ilə orada yaşamağa davam etmişdir. İddiaçı evə nikaha girməsi ilə bağlı cavabdehdən sonra köçmüş və 12.03.2015-ci ildə qeydiyyata alınmışdır. İddiaçı, evə dair mülkiyyət hüquqlarına dair qeydiyyatın aparıldığını, evin ona məxsus olduğunu və cavabdehin orada formal qeydiyyata alındığını qeyd edir, cavabdeh isə b u halları mübahisələndirərək, evin kiminsə adına mülkiyyət hüququ ilə qeydə alınmadığını, evə 2002-ci ildən ailə qurması ilə bağlı köçərək hazırkı vaxtadək uşaqları ilə orada yaşadığını və başqa yaşayış yerinin olmadığını bildirir. İşdən göründüyü kimi, mübahisə predmeti olan ev, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün hüquqi rejiminə görə özbaşına tikili sayılır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan evə isə hər hansı əşya hüququ, o cümlədən, mülkiyyət və ya şəxsi servitut olan mənzildən istifadə hüququ ola bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında yaşayış sahəsindən istifadə hüququnun şəxsi servitut olması göstərilmişdir). Buna baxmayaraq iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi iddiaçının Mülki M əcəllənin 152.1-ci (mülkiyyət hüququ) maddəsində təsbit olunmuş hüquqlarını həyata keçirdiyini vurğulayaraq, cavabdehin evə istifadə hüququnun itirilməsi qənaətinə gəlmişdir. Digər tərəfdən, rayon məhkəməsi tərəfindən cavabdehin istifadə hüququnun itirilməsi haqqında qərar çıxarılması, dolayısı ilə itirildiyi anadək belə hüququn varlığının tanınması deməkdir. Çünki, olmayan bir hüququn itirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci və 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona m ülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, evə (mənzilə) əşya hüquqları (mülkiyyət və s.) yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqda yaranır və onların qorunmasına qanuni təminat verilir. Hazırki işdə isə mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququnun, habelə ca vabdehin həmin evdən istifadə (əşya) hüququnun qeydə alınmasını, yaxud onun evə şəxsi servitut hüququnun qanuna və ya məhkəmə qərarına əsasən mövcud olmasını təsdiqləyən sübutlar mövcud deyil. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin həm iddiaçının mülkiyyət hüququna istinadı, həm də cavabdehin mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı gəldiyi nəticə tamamilə əsassız hesab etməsi barədə gəldiyi nəticə ilə razılaşır. Qeyd edilənlərə əsasən, apellyasiya instnasiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elem entin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi, 2 saylı evin özbaşına tikili olduğuna (xüsusi mülkiyyətdə olmadığına) görə, orada faktiki yaşamaqla bağlı mübahisəyə anoloji münasibətləri tən zimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-b üluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İş materiallarından görünür ki, mübahisəli ev bir iqtisadi dəyər olaraq tərəflərin mənzil ehtiyacını qarşılayan tikilidir. Cavabdeh orada 2002-ci ildən ailəsi ilə (2015-ci ildən isə uşaqları) birgə yaşayır. Eyni zamanda cavabdehin başqa yerdə mənzil tələbatını ödəməyə imkanı yoxdur. Belə olan halda, cavabdehin faktiki vəziyyətə uyğun olaraq, evdən iddiaçı ilə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin p ozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözüg edən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla tə sdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-14046/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-14046/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3140/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3140/2019
31.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver