Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3142/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili Məmmədov Zamin Əli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)xxx/2020 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) xx.xx.2019-cu il tarixli, 2(060)-xxx/2019 n ömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan1-də yerləşən 1/70 nömrəli evin 20 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər tərəfindən mənzilin boşaldılması və mənzilin İddiaçı ASC-yə təhvil verilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, G.Tağızadə, F.Zeynallı) xx.xx.2020-ci il tarixli, 2(1 05)-xxx/2020 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-xxx/2019 saylı qətnaməsinin Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh3 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan1-də yerləşən mənzilindən istif adə hüquqlarına xitam verilməsi, cavabdehlər tərəfindən mənzilin boşaldılması və mənzilin İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 və vəkili Fətullayev Mircəlal Mirələm oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işi birtərəfli aparmış, ancaq iddiaçının izahatını nəzərə almış, cavabdehin gətirdiyi sübutları nəzərə almamışdır. Cavabdeh bu günə kimi aybaay iddiaçıya olan borcunu hussə-hissə ödəyir və iddiaçı ödənilən pulu qəbul edir. Cavabdeh bu günə kimi borcundan çox hissəsini ödəsə də, məhkəmələr bu halı nəzərə almamış, nəticədə əsassız və səhv qətnamə qəbul etmişlər. Bundan başqa, həmin mənzil cavabdehlə rin yeganə yaşayış yeridir və onların başqa yaşayış yeri yoxdur. Apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh3, vəkili Fətullayev Mircəlal Mirələm oğlu, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Res publikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili Məmmədov Zamin Əli oğlu kassasiya şikayətinə etriaz edərək, şikayətin formal olaraq tərtib olunduğunu, cavabdehlərin mübahisənin həllini yubatmaq məqsədilə verdiyini bildirib, şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməsi barədə birinc i instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı İddiaçı ASC və Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixli, İK 4047/f-13 saylı, xx.xx.2015-ci il tarixli, 0156/İK-15 saylı və xx.xx.2015-ci il tarixli, KK 015/KK-15 saylı kredit kartı müqavilələri bağlanması, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 mülkiyyətində olmuş Sumqayıt şəhəri,ünvan 1-də yerləşən 1/70 nömrəli evin 20 nömrəli mənzilini ipoteka müqaviləsinə əsasən bank qarşısında ipotekaya qoyması, borc ödənilmədiyindən bankın məhkəməyə müraciət etməsi, kredit borcunun ipoteka predmeti olan əmlaka yönəldilməsi, sözügedən mənzilin hərracın yekunlarına dair çıxarışa əsa sən bankın mülkiyyətinə keçməsi, bankın adına müvafiq çıxarış alınması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində gostərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mulkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək uzrə dovlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə gorə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yonəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə uzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı bank mübahisəli mənzilin mulkiyyətcisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edi lmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyanla birlikdə digər ailə uzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər və ona gorə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yonəldilmiş, iddiaçı bank evi açıq hərracdan almış və mübahisəli ev tam mulkiyyət hüququ ilə iddiaçı bankın mülkiyyətindədir. Apelyasiya kollegiyası hesab etmişdir ki, mənzil iddiaçı bankın mülkiyyətində olduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mulkiyyət hüququ itirilir. Apelyasiya kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, Cavabdeh3 iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna gorə də, onun apelyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası haqlı olaraq mübahisəy ə mülkiyyət hüququnun qorunması ilə bağlı maddi hüquq normalarını tətbiq edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri əsasında həyata keçirilən kasasiya yoxlaması zamanı da apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını d əyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3142/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3142/2020
04.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver