Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3142/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya: borcun qaytarılması, sübutların qiymətləndirilməsi 26.09.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-528/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh 13000 manat məbləğində borc pul verilmişdir. Cavabdeh iddiaçıdan aldığı 13000 manat pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 2. xx.xx.2022-ci tarixli 3M-122 reyestr nömrəli kredit müqaviləsinə, tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli əlavə dəyişikliyə əsasən borc verənin razılığı ilə müqavilənin müddəti 1 il yəni, xx.xx.2023-cü il tarixədək artırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13000 manat borcun və ödənilmiş 129 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat pulun alınaraq o na verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır, ona pula ehtiyacı olduğunu bildirib 13000 manat pul istəmiş və 2 ay müddətinə qaytaracağını bildirmişdir. İddiaçı da ona inanaraq xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında Gəncə şəhər 3 saylı Notariat Ofisində 13000 manat pulu cavabdehə vermişdir. Lakin, cavabdeh öhdəlik götürdüyü müddətdə pulu qaytarmamış, ondan kredit müqaviləsinə dəyişiklik etməyini xahiş etmiş, müqavilədə müddətin bir il yazılmasını, lakin bir ildən tez bir müddətdə pulu qaytaracağını bildirmişdir. İddiaçı da onunla razılaşmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə dəyişiklik müqaviləsi bağlanmış, müqavilədə pulun xx.xx.2023-cü il tarixədək qaytaracağını qeyd etmişdir. Lakin, həmin vaxtdan dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh onun pulunu qaytarmamışdır, son vaxtlar pulunu tələb etdikdə onu hədələmiş, sonradan isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
5. Məhkəmə iclasında izahat verən iddiaçı bildirmişdir ki, o, cavabdehə notariusda verdiyi 13000 manat məbləğində pulu uzun müddətdir ki, ala bilmir. Qızıllarla bağlı iddiaçının bildirdiklərinin bu borca aidiyyəti yoxdur, borcundan heç bir məbləğ qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən 1300 0 manat pul cavabdehə borc verilmişdir, aralarında qızıl alqı-satqısı olmuşdur.
7. Məhkəmə baxışında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, borcu olduğunu qəbul edir, lakin borcundan ödənişlər etmişdir, hazırda borcu 5500 manatdır. Cavabdeh həmçinin bildirmişdir ki, o, 22000 manat məbləğində pul götürmüşdür, əvəzində qızıllarını vermişdir. Həmin qızıllar iddiaçının dediyinə görə 11600 manat məbləğində dəyərləndirilmişdir, elə iddiaçı tərəfindən də satılmışdır. Hesab etmişdir ki, bu hallar borcunu ödədiyini təsdiq etmişdir.
8. Məhkəmə baxışında iştirak edən cavabdehin vəkili cavabdehin müqavilə bağlandıqdan sonra ödənişlər etdiyini, hazırda cəmi 5500 manat borcu qaldığını qeyd edərək, məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 nömrəli iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) ) iddianın təmin edilməsi, Cavabdeh 13000 (on üç min) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 (bir yüz on) manat və ödənilmiş dövlət rüsumuna görə 129 (bir yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək və zifəsini iddiaçı, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
12. Məhkəmə qeyd etmişdir ki, müqaviləyə əsasən 13000 manat pulun xx.xx.2022-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. xx.xx.2022-ci tarixli 3M-122 reyestr nömrəli kredit müqaviləsinə notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli əlavə dəyişikliyə əsasən borc verənin razılığı ilə müqavilənin müddəti 1 il yəni, xx.xx.2023-cü il tarixədək artırılmışdır. İddiaçı notarial qaydada təsdiq edilmiş müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh iddianı aradan qaldıran hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən sözüg edən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməli, 13000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmin müqavilənin müddəti bitmədən, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının borcunu tələb etməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir halda müqavilənin müddəti məhkəmənin gedişində, yəni xx.xx.2023-cü il tarixdə bitmiş, lakin borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh izahatında iddiaçı ilə onun arasında yaranmış borcun əslində qızılla bağlı olduğunu, iddiaçıya cəmi 5500 manat borcunun qaldığını, digər hissədə borcunu qaytardığını bildirmiş, bunu təsdiq etmək üçün məhkəməyə iddiaçı ilə onun arasında danışıqlarını, yazışmalarını ək s etdirən bir ədəd disk və A4 vərəqləri təqdim etmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin maddi və yazılı sübutlarla tərəflərin bu danışıq və yazışmasının sözügedən müqavilədən sonrakı münasibətlərini əks etdirdiyini müəyyən etmək mümkün deyil. Beləliklə, baxılan iş üzrə tələb edilən məbləğin bir hissəsini qaytardığını sübut etmək yükü cavabdehin üzərində olsa da cavabdeh bununla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, göstərilən məbləğ ağılabatan olduğundan, həmin 110 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 129 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1, 739.1və 740.2, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 119.1, 121.1,217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edib, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona 22393 manat pul qaytarmaq şərtilə 20000 manat pul vermişdir. Bunun müqabilində 20000 manatlıq qızıl əşyalarını iddiaçıya girov qoymuşdur. Həmin məbləğdən ümumilikdə 4813 manat pulu iddiaçıya qaytarmışdır. İddiaçı onun məlumatı olmadan girov qoyduğu qızılları öz deməsinə görə qızılın qiymətindən çox aşağı olmaqla 8812 (səkkiz min səkkiz yüz on iki) manata satmışdır. 20.000 (iyirmi min) manatdan 8812 (səkkiz min səkkiz yüz on iki) manat çıxılsa 11188 (on bir min yüz səksən səkkiz) manat borc qalır. Onun iddiaçıya 6375 (altı min üç yüz yetmiş beş) manat borcu qalır. Lakin, məhkəmə tərəfindən işə baxılarkən iddiaçı ilə onun arasında bağlanılmış müqavilələr ətraflı araşdırılmadan yalnız iddiaçının təqdim etdiyi müqavilə və izahatları əsas götürülərək sözügedən qətnamə çıxarılmışdır.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-528/2024 nömrəli mülki iş üzrə 28 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətində iddiaçıya onun iddia etdiyi məbləğdə borcunun olmadığını göstərmiş, ancaq sözügedən kredit müqavıləsi üzrə iddiaçıdan 13000 manat məbləğində borc aldıqdan sonra, həmin kredit müqavıləsi üzrə aldığı borcdan hansısa məbləğdə ödəniş etdiyi barədə apellyasiya şikayətinə heç bir sübut əl avə etməmiş, işin apellyasiya baxışı zamanı da məhkəməyə gəlməmişdir. Həmçinin 20000 manat dəyərində qızıl zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya girov qoyulması barədə tərəflər arasında bağlanmış hansısa müqavilənin movcudluğu barədə işdə heç bir sübut yoxdur.
22. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh şikayətində yalnız formal mülahizələrə istinad etmişdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində bo rcverənə qaytarmağı öhdəsinə götürür.
24. Göründüyü kimi, irəli sürülən iddianın təmin edilməsi üşün qanuni əsaslar mövcuddur.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət omaqla, iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublika sının Mülki Məcəlləsinin 385.1, 425, 443.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikasının MPM-in 76.1, 76.2, 77.1, 78.1, 81, 88, 106.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 528/2024 nömrəli qətnaməsini ləğv edib, yenidən baxılması üçün işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə çıxarılmış qətnamələr mülki və mülki prosessual qanunvericiliyin ümumi məqsəd və prinsiplərinə tamamilə zidd olmuş və Cavabdeh hüquqları pozulmuşdur. Məhkəmə cavabdehin iştirakı olmadan apelyasiya şi kayətini təmin edilməsi cavabdehin prosessual hüquqlarının pozulması olduğundan məhkəmənin prosessual hüququn tətbiqində məhkəmə vəzifə olaraq cavabdehin məhkəmə iclasında iştrak etməyini təmin etməli olduğu halda bunu etməmişdir. Bununlada çəkişmə prinsipinin tələblərini pozmuşdur. Qətnamədə qeyd edilmişdir ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bildirirəm ki, Cavabdeh məhkəmə iclasının səhhəti ilə bağlı təxirə salınmasına dair məhkəməyə müvafiq ərizələr və ərizələrə əlavə edilmiş xəstəlik sənədləri göndərmişdir, lakin məhkəmə bunu nəzərə almamış və cavabdehin iştirakı olmadan, onu dinləmədən işi yekunlaşdırmışdır. Məhkəmə işin tam v ə hər tərəfli, obyektiv baxılması üçün tərəflərə hər bir halda bərabər şəkildə imkan yaratmalıdır.
29. İddiaçıdan götürülmüş 20.000 manatdan 8812 (qızılın pulu) və 4813 (qaytardığı məbləğ) manat çıxılsa, cavabdehin iddiaçıya 6375 manat borcu qalır. Lakin, məhkəmə tərəfindən işə baxılarkən iddiaçı ilə onun arasında bağlanılmış müqavilələr ətraflı araşdırılmadan yalnız iddiaçının təqdim etdiyi müqavilə və izahatları əsas götürülərək qətnamə çıxarılmışdır. Cavabdeh onu da bildirmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında Gəncə şəhər 3 saylı Notariat Ofisində 13000 manat pulu cavabdehə verilməsi barədə bağlanmış müqavilə etibarsızdır. Cavabdeh iddiaçı tərəfindən təzyiqlər, hədə-qorxular və təsirlər olunaraq bağlanmış etibarsız əqddir.
30. Kassasiya şikayəti Azərbaycan Respub likası Mülki Məcəlləsinin 337, 339, 351-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 81, 82, 88, 217-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şə rtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin
34. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvaf iq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual h üquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında Gəncə şəhər 3 saylı Notariat Ofisində 13000 manat pulun cavabdehə verilməsi barədə bağlanmış müqavilə etbarsız olduğu, Cavabdeh iddiaçı tərəfindən təzyiqlər, hədə-qorxular və təsirlər olunaraq bağlanmış etibarsız əqd olduğu barədə dəlilləri ilə əlaqədar hesab edir ki, həmin dəlillər formal mülahizədir, əvvəlki məhkəmə instansiyalarında işə baxılarkən, eləcə də apellyasiya şikayətində belə dəlillrə irəli sürülməmişdir.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin qətnamədə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazım i qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməməsinin qeyd edilməsi, Cavabdeh məhkəmə iclasının səhhəti ilə bağlı təxirə salınmasına dair məhkəməyə müvafiq ərizələr və ərizələrə əlavə edilmiş xəstəlik sənədləri göndərməsi, lakin məhkəmənin bunu nəzərə almadığı və cavabdehin iştirakı olmadan, onu dinləmədən işi yekunlaşdırdığı barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 27 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası cavabdehin vəsatətinə əsasən təxirə salınaraq 28 mart 2024-cü il tarixə təyin edilsə də cavabdeh yenidən 27 mart 2024-cü il tarixində elektron kabinet vasitəsilə ərizə göndərərək səhhətində yaranmış ciddi problemlərlə bağlı və cərrahiyə əmə liyyatı keçirməyi ilə ilə əlaqədar məhkəmə baxışında iştirak edə bilmədiyini qeyd etmiş və xx.xx.2024-cü il tarixə saat 10.00-a təyin edilmiş məhkəmə iclasının təxirə salınaraq başqa vaxta təyin edilməsini xahiş etmiş və ərizəyə ultrasəs müayinəsinə dair tibbi sənəd əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsi də qətnaməsində qeyd etmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanmaqla işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Buradan da göründüyü kimi cavabdeh həqiqətən də məhkəmə iclasına gəlməmiş və apellyasiya instansiyası məhkəməsi də bu faktı qeyd etmişdir.Nəzərə alınmalıdır ki, Azərbayc an Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Mülki Prosessual Məcəllənin göstərilən normasından məlum olur ki, işdə iştirak edən şəxslərin üzrlü səbəblərdən gəlmədiyi hallarda işin baxılmasını təxirə salmaq məhkəmənin vəzifəsi deyil, hüququdur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaə tə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabde h tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2024-cü il tarixli 2(104)-528/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.