Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3143/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinin vəkili Abbasov Rəfail Arif oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)xxx/2020 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respubli kasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon Məhkəməsinin (hakim G.İmanova) xx.xx.2019-cu il tarixli 2(034)xxx/2019 nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə qarşı “əmək münasibətlərində olma faktının müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilərək, Ərizəçi xx.xx.1981-ci ildən 1993-cü ilə kimi Zəngilan rayon Saralı-Xəştab kənd orta məktəbində müəllim işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, G.Tağızadə, E.Rəhimov ) xx.xx.2020-ciiltarixli 2(105)-xxx/2020 nömrəli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Zəngilan rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(034)-xxx/2019 nömrəli qətnaməsinin maraqlı şəxsə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsi iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə qarşı “əmək stajının mövcud olması faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1981-ci ildən 1993-cü ilə kimi Zəngilan rayon Saralı-Xəştab kənd orta məktəbində müəllim işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinin vəkili Alıyev Cavid Barat oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki işdə ərizəçi öz tələblərin i müəyyən edən faktlarla və hallarla əlaqədar olan hər hansı yazılı sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi yalnız rayon məhkəməsində şahid qismində dindirilmiş iki nəfər şəxsin və apelyasiya məhkəməsində şahid kimi dindirilmiş digər iki nəfər şəxsin ifadələrinə əsasən hüquqi əhəmiyyəti olan fakt kimi ərizəçinin əmək stajını müəyyən etmişdir. Baxmayaraq ki, sonuncu şəxslərin ərizəçi ilə eyni yerdə işləmələrini təsdiq edən əmək kitabçaları və ya hər hansı digər təsdiqedici sənədləri məhkəməyə təqdim olunmamış və ərizədə qeyd edilən xüsusatlarla bağlı məhkəmə tərəfindən ətraflı araşdırma aparılmamışdır. Belə olan təqdirdə apelyasiya instansiyası məhkəməsi istinad etdiyi maddi və prosessual hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Ona görə d ə o, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-xxx/2020 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinin vəkili Abbasov Rəfail Arif oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Ərizəçi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67.1-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında Ərizəçi xx.xx.1981-ci il tarixdən 1993-cü il tarixə kimi Zəngilan rayon Saralı-Xəştab kənd orta məktəbində əmək təlimi və rəsmxət fənləri üzrə müəllimə işləməsi, lakin işlədiyi illərin əmək kitabçasına qeyd olunmadığı müəyyən edilmişdir. Çünki ərizəçinin hüquqi fakt kimi təsdiq edilməsini xahiş etdiyi dövrə aid sənədlər işğal altında olmuş rayonda qalmışdır. Buna görə o, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, ə rizəçinin vaxtı ilə işlədiyi orta məktəb hazırda işğal altında olan rayonda yerləşdiyindən onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi faktının müəyyən edilməsini xahiş etməsi isə ərizəçinin həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Ərizəçinin işləməsi şahid ifadələri və fotoşəkillər ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri birbirilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya şikayətində olduğu kimi, hazırki halda da kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə k i, maraqlı şəxsin vəkili kasasiya şikayətində şahidlərin əmək kitabçalarının məhkəməyə təqdim edilmədiyini vurğulasa da, iş materiallarında şahid X5in əmək kitabçasının surəti, bundan əlavə fotoşəkillər müəyyən edilmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvə yə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası m ümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3143/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3143/2020
04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver