Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3143/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(103)-574/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1."xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 28 faizlə, 36 ay müddətinə qaytarmaq şərti ilə 63.000 ABŞ dolları məbləğində borc verilmişdir.
2. Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün "xxxx" ASC ilə X1 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “xx.xx.2009-cü il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə müqavilə”yə əsasən, Bakı şəhəri, 4 mr., H.Seyidzadə küçəsi, ev 2A-da yerləşən 27 saylı mənzili ipotekaya qoyilmuşdur. Müqavilədə ipoteka predmeti qarşılıqlı ra zılıq əsasında 52.000 manat qiymətləndirilmişdir.
3. Həmçinin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 "xxxx" ASC ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlayaraq, borcalan öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür.
4. X3 xx.xx.2015-ci ildə vəfat etmişdir və 03 may 2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsələri – arvadı Cavabdeh1, övladları Cavabdeh2, X4, Cavabdeh3 miras əmlak olan x2-dən bərabər pay müəyyən olunmuşdur. 5. "xxxx" ASC isə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilmiş, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarına əsa sən isə İddiaçı BOKT ASC-yə çevrilmişdir. İpoteka predmeti olan mənzil cavabdehin ölümündən sonra xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən bərabər paylara bölünmüşdür. Sözügedən kredit müqaviləsi üzrə borc ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktla a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə bağlanmış xx.xx.2013-ci il tarixli, 683/13/PB/YF №-li kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 24.350,11 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməs i məqsədi ilə 26.267,72 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pulun zamin durmuş Cavabdeh2 ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Əzizağa Ma məxsus olmuş, lakin onun ölümündən sonra vərəsəlik qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bərabər paylarla mülkiyyətinə keçmiş X3-da yerləşən 3 otaqlı 27 №-li mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiyməti 52.000 manat müəyyən edilməklə açıq hərraca çıxarılaraq satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; mənzil satıldığı halda mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bir ay ərzində mənzili boşaltmadıqları halda, cavabdehlərin mənzildən məcburi çıxarılması və mən zilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan Əlibala Mun ölümündən sonra onun vərəsələri, o cümlədən zamin olan vərəsəsi Cavabdeh2 mərhumun borcunu ödəməmişlər. İddia ərizəsi məhkəməyə verilən ana, yəni xx.xx.2017-ci il tarixə borcun məbləği cəmi 79.857,47 ABŞ dolları təşkil etmişdir (əsas kredit borcu 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcu 24.350,11 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) 26.267,72 ABŞ dolları). Qeyd edilən borcun ödənilməsi cavabdehlərdən tələb edilsə də, borc ödənilməmiş qalmışdır.
8. Nəsimi Rayon Məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə xx.xx.2017-ci il tarixli qərardadı əsasınd a Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 21280 saylı, 20 fevral 2018-ci il tarixli rəyi ilə xx.xx.2013-cü il tarixli, 683/13/PB/YF saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, X1 xx.xx.2017-ci il tarixə banka olan borcu - əsas borc üzrə 29.775,49 ABŞ dolları, faiz borcu üzrə 9.822,49 ABŞ dolları olmaqla, cəmi 39.597,98 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12448 saylı, 30 noyabr 2018-ci il tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2013-cü il tarixli, 683/13/PB/YF saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, X1 xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 29.775,49 ABŞ dolları, faiz borcu üzrə 5051,79 ABŞ dolları olması müəyy ən edilmişdir. 10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəylə xx.xx.2018-ci il tarixinə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 2A saylı evin, 27 saylı mənzilin bazar dəyəri 60.000 manat müəyyən edilmişdir.
11. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-31/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC (hazırda İddiaçı BOKT ASC) ilə borcalan Ə.M arasında bağlanmış xx.xx.2013-ci il tarixli, 683/13/PB/YF №-li kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.051,79 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.000 ABŞ dolları olmaqla, cəmi 35.291,43 ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Ə.Mun kredit müqaviləsi üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Ə.Ma məxsus olmuş, lakin onun ölümündən sonra vərəsəlik qaydasında cavabdehlər (mərhumun arvadı) Cavabdeh1, (mərhumun övladı; zamin) Cavabdeh2 və (mərhum övladı) Cavabdeh3 bərabər paylarla mülkiyyətlərinə keçmiş və X3-da yerləşən 3 otaqlı 27 №-li mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; bundan sonra artıq qala biləcək pul vəsaitinin cavabdehlərə ödənilməsi; mənzil satıldığı halda mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bir aydan sonra mənzildən çıxarılmaları və mənzilin boşaldılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə müəyyən etmişdir ki, borclu X3 xx.xx.2015-ci ildə vəfat etmiş, cavabdeh (zamin) Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
13. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış bağlanmış xx.xx.2013-cü il tarixli, 683/13/PB/YF saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X2 36 ay müddətinə, illik 28%-lə, 63.000 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borclu X1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, həmçinin "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 102/09/PB.b saylı ipoteka müqaviləsinə edilmiş xx.xx.2013-cü il tarixli, 01 №-li əlavəyə əsasən x2 öhdəliklərin təminatı kimi "xxxx" ASC-yə ipoteka kimi təqdim edilmişdir. X3 xx.xx.2015-ci ildə vəfat etmiş, Cavabdeh2 xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun bank qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
14. Birinci instansiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
15. Məhkəmə qeyd etmişdir ki, borclu onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan x2-yəyönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq həmin əmlak boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ cavabdehlərə qaytarılmalıdır.
16. Məhkəmə daha sonra qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi ekspert rəylərində Cavabdeh2 banka 29.775,49 ABŞ dolları əsas borcu qeyd olunduğu halda, iddia ərizəsində 29.239,64 ABŞ dolları əsas borc tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh2 iddia ərizəsində göstərilən məbləğdə, yəni 29.239,64 ABŞ dolları əsas borc tutulmalıdır. Həmçinin, məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcu 5051,79 ABŞ dolları məbləğində tutulmalıdır. iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh2 iddia ərizəsində göstərilən məbləğdə, yəni 29.239,64 ABŞ dolları əsas borc tutulmalıdır.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 295, 317.1, 319.1, 442, 443.1, 449.1, 467, 470, 472.1, 1306-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 39.1 39.3.3, 59.3, 59.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılması nı xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəllər Cavabdeh2 mərhum atasının kredit borcu üzrə ödənişləri vaxtında etmiş və borcun ödənilməsindən yayınmamışdır. Borcun ödənilməsinin gecikməsi “COVİD-19” virusunun yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilmiş karantin tədbirləri ilə bağlı olmuş, karantin tədbirləri Cavabdeh2 maliyyə vəziyyətinə mənfi təsir göstərmiş və o, borcu ödəyə bilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, tutmanın yönəldiyi mənzil onların yeganə yaşayış yeridir və mənzildən çıxarıldığı halda onlar küçədə yaşamaq məcburiyyətində qalacaqlar.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, "xxxx" MMC-ni n xx.xx.2021-ci il tarixli rəyinə əsasən mənzilin likvid dəyəri 80.000 manat müəyyən edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-574/2021 nömrəli, 24 may 2021-ci il tarixli qərardadı ilə daşınmaz əmlakın təkrar qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, "xxxx" MMC–nin xx.xx.20210-ci il tarixli, 06 saylı rəyinə əsasən mənzilin likvid dəyəri 73.000 manat müəyyən edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-574/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi) R.Həsənov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilm əsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ipoteka predmeti olan və X3-da yerləşən 3 otaqlı 27 №-li mənzilin ilkin satış qiyməti 73.000 manat məbləğində müəyyən edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni "xxxx" ASC (hazırda İddiaçı BOKT ASC) ilə borcalan X3 arasında bağlanmış xx.xx.2013-ci il tarixli, 683/13/PB/YF №-li kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 29.239,64 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.051,79 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.000 ABŞ dolları o lmaqla, cəmi 35.291,43 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, Ə.Mun kredit müqaviləsi üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - X3-da yerləşən 3 otaqlı 27 №-li mənzilə yönəldilməsi; mənzilin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; mənzil satıldığı halda mənzildə yaşayan Cavabdeh2 bir aydan sonra mənzildən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2020-ci il ta rixli qətnamənin qalan hissəsi, yəni "xxxx" ASC (hazırda İddiaçı BOKT ASC) ilə borcalan X3 arasında bağlanmış xx.xx.2013-ci il tarixli, 683/13/PB/YF №-li kredit müqaviləsi üzrə tutulmalı olan əsas kredit borcuna hesablanmış faiz borcu və kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) ilə bağlı tələblərin bir qisminin təmin edilməməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmeti olan mənzilin satışdan əldə oluna biləcək pul vəsaiti hesabından kredit borcu ödənildikdən sonra artıq qala biləcək pul vəsaitinin cavabdehlərə ödənilməsi; mənzil satıldığı halda mənzildə yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bir aydan sonra mənzildən çıxarılmaları barədə hissəsi hazırki apellyasiya baxışının predme ti olmamışdır.
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, bazar iqtisadiyyatı dövründə hər hansı əmlakın qiyməti təklif və tələblər nəticəsində formalaşır və əmlakın qiymətində müəyyən fərqin olması təbiidir. Buna baxmayaraq Məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan mənzilin likvid qiyməti hər iki qiymətləndirici Şirkət tərəfindən verilmiş rəylərdə göstərilən məbləğlər nəzərə alınmaqla ortalanma qaydasında ((80.000+73.000): 2=) 76.500 manat məbləğində müəyyən edilməlidir.
24. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin bir hissəsini təmin etməsə də, iddiaçı ASC qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsindən apellyasiya şikayəti verməmişdir. Bundan başqa nəzərə alınm alıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə “ipoteka predmeti olan mənzil satıldığı halda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 da bir aydan sonra mənzildən çıxarılmaları” qət edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayətini yalnız Cavabdeh2 vermiş və o, qətnaməni tam həcmdə, o cümlədən digər cavabdehlərə münasibətdə də mübahisələndirmişdir.
25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 digər cavabdehlərin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Cavabdeh2 digər cavabdehlərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, bunları nəzərə alan məhkəmə mübahisələndirilməyəm hissələrdə qətnamənin əsaslılığını yoxlamamışdır.
26. Apellyasiya instansiya məhkəməsi h əmçinin hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla belə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin bazar qiyməti ilə müəyyən edilməsi hissəsində ləğv edilməli və ipoteka predmetinin ilkin satış qiyməti likvid qiymətlə müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, zamin olan Cavabdeh2 iddiaçı ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, ASC tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etməkdə, birinci instansiya məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuş, qətnamə ipoteka predmetinin ilkin satı ş qiymətinin müəyyən edilməsi hissəsində isə ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 76.500 manat məbləğdə müəyyən edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə öz mövqeyini mövqeyini Mülki Məcəllənin 295, 317.1, 319.1, 442, 443.1, 449.1, 467, 470, 472.1, 1306-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 33, 34.1, 38.2.2, 39.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) borcun ödənilməsinin yolverilməzliyi qeyd olunub. İpoteka predmeti olan mənzil onun yeganə yaşayış yeridir və məhkəmə işə baxarkən bu halı nəzərə almamış, onun başqa yaşayış yerinin olub-olmamasını araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
32. Məhkəmə icraatı yazılı icra at qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
33. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şə rtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kr editor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
35. Azərbaycan respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını təl əb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Maddə 417.1.3 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: Maddə 418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməsinə baxmayaraq, prosessual hüquq normaları, şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsinə əsas olan halda pozulmuşdur. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nda fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı təsbit edilmişdir.
40. Həmin “Siyahının” 1-ci bəndinə görə, bu “Siyahının” qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsin in sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir.
41. Bununla yanaşı, “Siyahının” qeyd hissəsində göstərilir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir.
42. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, zamin Cavabdeh2 iddiaçı ASC qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, ASC tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəld ilməsini tələb etməkdə və məhkəmələr bu tələbi təmin etməkdə haqlı olmuşlar.
43. Lakin iş materiallarından görünür ki, X3 xx.xx.2015-ci ildə vəfat etdikdən sonra 03 may 2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak olan x2-dən bərabər pay alan vərəsələr kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başqa, həm də X4 göstərilmişdir.
44. İddia tələbi əsasında borcun tutulmaması miras qalmış Bakı şəhəri, 4 mr., H.Seyidzadə küçəsində, 2A saylı evdə yerləşən 27 nömrəli mənzilə yönəldilməsinə baxmayaraq, həmin mənzilin mülkiyyətçilərindən biri olan X4 işə cəlb olunmamışdır.
45. Yuxarıda qeyd olunduğu kimi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılması, şikayətin dəlillərind ən asılı olmayaraq qətnamənin ləğvi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
47. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yeni dən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-574/2021 nömrəli, 05 noyabr 202 1-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.