Məhkəmə qərarları › İş №2(102)-3144/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3144/2024

11.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3144/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktının müəyyən edilməsi, Azərbaycan Respublikası ərazisində daimi yaşama faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın mü əyyən edilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-174/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi (bundan sonra - ərizəçi) xx xxxx 1958-ci ildə Gürcüstan SSRİ Rustavi şəhərində anadan olmuşdur.

2. Ərizəçi 1965-ci ildə Aslan Kəmərli adına Qazax rayonu Kəmərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, həmin məktəbin X sinfini bitirmiş, 1975-ci ildə X12 Texnikumuna daxil olmuş, 1980-ci ildə (hərbi xidməti başa vurduqdan sonra) həmin texnikumun “sənaye və mülkü tikintiləri” ixtisası üzrə tam kursu bitirmişdir.

3. Ərizəçiyə Azərbaycan SSR Kirovabad şəhər Hərbi Komi ssarlığı tərəfindən 3 may 1977-ci ildə hərbi xidməti başa vurması haqqında hərbi bilet verilmişdir;

4. Ərizəçi 12 yanvar 1982-ci il tarixdə Gürcüstan Respublikası Rustavi şəhər Nikah evində X4 ilə rəsmi nikaha daxil olmuşdur.

5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən verilmiş xx.xx.2020-ci il tarixli arayışında qeyd olunmuşdur ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı deyildir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olnumuşdur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 08/A-813Qv nömrəli məktubu əsasında Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı sayılmadığı üçün onun adına olan şəxsiyyət vəsiqəsi və ümumv ətəndaş pasportu fəaliyyətsizləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi və Azərbaycan Respublikası Qazax rayonu Kəmərli kəndində daimi yaşama faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Ərizəçi ərizəsini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə SSRİ vətəndaşlıq pasportunu Qazax RPŞ-yə təhvil verərək, Azərbacan Respublikasının vətəndaşı olmağı barədə şəxsiyyət vəsiqəsi almışdır və Qazax rayonu Kəmərli kəndində daimi pasport qeydiyyatına düşmüşdür. 2020-ci ildə şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən onu dəyişdirmək üçün Baş Pasport Qeydiyyat İdarəsinə müraciət etmişdir. Onlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 08/A-813QV nömrəli məktubu əsasında onun Azərbaycan Respublikası Vətəndaşı sayılmadığı üçün şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun fəaliyyətsizləşdiyini və vətəndaşlığının bərpa olunması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli olduğunu bildirmişlər və sənədlərini ondan almışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciətinə cavab olaraq onun 1963-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində, hüdudları daxilində daimi yaşama faktı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra, o həmin orqana müraciət edə bilər. Artıq iki ildir ki, heç bir əsas olmadan vətəndaşlığı əlindən alınıbdır. O, 1963-cü ildən indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir. Hətta, Gürcüstan Respublikasına oğlunun və ailəsinin yanına, yas və toy mərasimlərinə və digər işləri üçün müvəqqəti gedib-gəlmişdir. Ancaq, onun daimi yaşayış yeri ailəsi ilə birlikdə Azərbaycan Respublikası, Qazax rayonu, Kəmərli kəndi olmuşdur.

9. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə Regional Miqrasiya İdarəsinin nümayəndəsi X11 verdiyi izahatında göstərmişdir ki, ərizəçi 2015-ci ilə qədər Gürcüstan vətəndaşı olub. Bu faktın dəqiqləşdirilməsi üçün Gürcüstan Konsulluğundan rəsmi arayış alınmalıdır.

10. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X7, X1 və X5 eyniməzmunlu ifadələr verərək bildirmişlər ki, ərizəçini tanıyırlar. Ərizəçi Gürcüstan SSRİ, Rustavi şəhərində anadan olmuş, uzun illərdir Qazax rayonu Kəmərli kəndində yaşayır. Burada orta məktəbi bitirmiş, həqiqi hərbi xidmətə də Azərbaycanda getmişdir. Ərizəçi 1963-cü ildən indiyə kimi yaşadığı kəndin yas və toy mərasimlərində iştirak etmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə şəhərindəki Gürcüstanın Baş Konsulu Nikoloz İaşvili tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli arayışına əsasən müəyyən edlmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi (Mamed Akhmedov) Gürcüstan vətəndaşı hesab edilmir. Gürcüstan Prezidentinin 2015-ci il 17 aprel tarixli 123 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının vətəndaşı kimi onun Gü rcüstan vətəndaşlığına xitam verilib.

12. Qazax Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(023)-876/2023 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) ərizə təmin edilərək, xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ, Rustavi şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1965-ci ildən indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi belə olmuşdur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müddəalara uyğun bu faktın müəyyən edilməsi ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün zəruridir. Həmin faktın müəyyən edilməsi qanuna əsasən bilavasitə məhkəmənin səlahiyyətinə aid edilmişdir. Buna görə də ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilməz.

14. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ Rustavi şəhərində doğulmuş Ərizəçi 1963-cü il tarixdən ailəsi ilə birlikdə Qazax rayonu, Kəmərli kəndinə gəlmiş, burada Qazax rayonu Kəmərli kəndində daimi olaraq indiyə qədər yaşamışdır. Bu fakt ərizəçinin izahatı, şahidlərin ifadələri, eləcə də ərizəçinin 1965-1975-ci tədris ilində Qazax rayonu Kəmərli kəndində orta məktəbə getməsi, 1975-1980-ci tədris ilində X12 Texnikumuna daxil olub, həmin texnikumu bitirməsi, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmasını təsdiq edən Kirovabad şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş hərbi bilet, eləcə də yerli icra hakimiyyəti orqanının nümayəndəsinin verdiyi arayışla öz təsdiqini tapmışdır. Ərizəçinin vətəndaşı olması ehtimal edilən ölkələrin – Azərbaycan Respublikası və Gürcüstanın səlahiyyətli orqanlarının verdiyi arayışlarla ərizəçinin bu ölkələrdən heç birinin vətəndaşı olmadığı müəyyən edilmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.2.101, 308, 14.2, 217.4, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

16. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xa hiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.1958-ci il təvəllüdlü Gürcüstan SSRİ Rustavi şəhərində anadan olmuş Ərizəçi 2006-cı ildə SSRİ vətəndaşlıq pasportunu Qazax RPŞ-yə təhvil verərək, Azərbacan Respublikasının vətəndaşı olmağı barədə şəxsiyyət vəsiqəsi almış və Qazax rayonu Kəmərli kəndində daimi pasport qeydiyyatına düşmüşdür. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Gürcüstanın Gəncə şəhərində yerləşən Baş Konsulluğu tərəfindən xx.xx.2023-cü il tarixli N79/25272 nömrəli arayışa əsasən Ərizəçi (Mamed Akhmedov) Gü rcüstan vətəndaşı hesab edilmir. X3 2015-ci il 17 aprel tarixli 123 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının vətəndaşı kimi onun Gürcüstan vətəndaşlığına xitam verilib. Məlum olduğu kimi, şəxs əvvəllər – xx.xx.2015-ci il tarixədək Gürcüstan vətəndaşı olmuş və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə olunmuş məlumatlara əsasən onun Gürcüstana məxsus 725113 və 05AA62301 nömrəli sərhədkeçmə sənədləri ilə 2003-2007-ci illərdə ölkə sərhədlərindən hərəkəti qeydə alınmışdır. İşin faktiki hallarından görünür ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinin təsiri altına düşmür. Belə ki, sözügedən qanunvericilik normasında şəxs 2006cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamalı, heç bir dövlətin vətəndaşlığına mənsub olmamalı və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmamalıdır. Halbuki şəxs sözügedən müddətdən əvvəl artıq Gürcüstan vətəndaşı olmaqla Mamed Akhmedov soyadı və adı ilə Gürcüstana məxsus 725113 və 05AA62301 nömrəli sərhədkeçmə sənədlərinə malik olmuş və bu müddətdə ölkə ərazisindən girişçıxışı qeydə alınmışdır. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə hüququn tətbiqində səhvə yol vermişdir. Belə ki, Əhmədov X6 vətəndaşı kimi Mamed Akhmedov soyadı və adı ilə Gürcüstana məxsus 725113 və 05AA62301 nömrəli sərhədkeçmə sənədlər vasitəsilə 2003-2007-ci illərdə ölkə ərazisindən giriş-çıxış etmişdir. Bu səbəbdən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 14-cü maddəsinin tələblər i ərizəçiyə münasibətdə tətbiq edilə bilməz.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-174/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Həsənov (sədrliyi və məruzəsi ilə), A.Hüseynzadə və L.Süleymanov) maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(023)-876/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıla rı qeyd etmişdir:

20. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməmişdən əvvəl Gürcüstan Respublikasının vətəndaşlığını qəbul etmişdir. Sonradan ərizəçi 2006-cı ildə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyinə görə Gürcüstan Prezidentinin 2015-ci il 17 aprel tarixli 123 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının vətəndaşı kimi onun Gürcüstan vətəndaşlığına xitam verilmişdir. Bununla yanaşı diqqət yetirilməli haldır ki, ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməmişdən əvvəl Gürcüstan Respublikasının vətəndaş pasportu ilə dəfələrlə Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış etmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən ver ilmiş məlumata əsasən təsdiq olunur.

21. Digər tərəfdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, ərizəçi xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006 və xx.xx.2006-ci illər üzrə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatın qeydə alındığı göstərilmiş, bununla da ərizəçinin 2006-cı il ərzində dəfələrlə Azərbaycan Respublikasının sərhəddindən keçidi təsdiq edilmiş olur.

22. Göründüyü kimi, ərizə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin tələblərinə cavab vermir. Bu da öz növbəsində onun ərizəsinin təmin edilməməsini şərtləndirir.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 217.3, 218.1, 307.2, 307.2.2, 307.2.11, 308, 310, 307.2.10-1, 14.2, 77.1, 88, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü, maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Ərizəçi kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrü bəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı

29. Bənd

12. Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublik asına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə

14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 307.2.2. Məhkəmə şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır.

37. Maddə 307.2.10-1. Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı barədə işlərə baxır.

38. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

39. Maddə

308. Məhkəmə hüquqi ə həmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

40. Maddə

310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən ərizəçinin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və ərizə təmin edilməlidir.

44. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ərizəçi xx xxxx 1958-ci il tarixində Gürcüstan Respublikasında anadan olmuşdur. Onun 1965-ci ildən etibarən Azərbaycan Respublikasında yaşaması, burada məktəbi və texnikumu bitirməsi, hərbi xidmətə getməsi iş materialları ilə öz təsdiqini tapır. Həmçinin ərizəçiyə Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən sənəd – şəxsiyyət vəsiqəsi verilmiş və o uzun illər bu vəsiqədən istifadə etmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin Gürcüstan Respublikası vətəndaşı olmasına, onun 2006-cı ildən sonra da Gürcüstana gedib-gəlməsinə və Gürcüstan vətəndaşlığının 2015-ci ildə ləğv edilməsinə istinad edərək hesab etmişdir ki, ərizə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin tələblərinə cavab vermir. Bu da öz növbəsində onun ərizəsinin təmin edilməməsini şərtləndirir.

46. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanunun sözügedən maddəsini səhv tətbiq etmiş, beləliklə də iş üzrə yanlış nəticəyə gəlmişdir.

47. Qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin istinad etdiyi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Res publikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.

48. Həmçinin həmin maddəyə əsasən, Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.

49. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata istinad edərək, ərizəçinin il ərzində bir neçə dəfə ölkədən çıxdığını qeyd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ərizəçi 2006-cı ildən çox əvvəl ailəsi ilə birlikdə Azərbaycana köçmüş, uzun illərdən bəri daimi olaraq burada yaşamış, təhsil almış, hərbi xidmətə getmişdir.

50. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, həmçinin hazırda ərizəçinin Gürcüstan Respublikasının vətəndaşlığı ləğv edilmiş, həmçinin Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. Bu isə ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmadığını təsdiq edir.

51. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçiyə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hiss əsində əks olunmuş hər 3 şərt mövcud olduğundan onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir.

52. Mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, ərizə təmin edilərək, xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ, Rustavi şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1965-ci ildən indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilməlidir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2024-cü il tarixli 2(104)-174/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilərək, ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Gürcüstan SSRİ, Rustavi şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1965-ci ildən indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar