Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3146/2019 06.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)-12848/2018 nömrəli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsini n (hakim T.Kərimov) 19.09.2018-ci il tarixli, 2(001)6871/2018 nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilərək, ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Ərizəçi 1979-cu ilin iyun ayından 10 noyabr 1980-ci il tarixədək və 1982-ci ilin noyabr ayından 1988-ci ilin avqust ayı tarixinədək Masis rayonu Zəngilər kənd sovxozunda fəhlə işləməsi, əmək stajının mövcudluğu barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin illərin sosial sığorta stajı hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) 18.12.2018-ci il tarixli, 2(103)-12848/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19.09.2018-ci il tarixli, 2(001)6871/2018 nömrəli qətnaməsinin iddiaçının Masis rayonu Zəngilər kənd sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajı hesab edilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin vəkili Rəfibəyli Fərhad Lətif oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fond unun Binəqədi rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə 19.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 1979-cu ildən 1988-ci il tarixədək Ermənistan Respublikası, ***** rayonu ********** kənd sovxozunda fəhlə işləməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin vəkili Rəfibəyli Fərhad Lətif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən müəyyən edilir. İş stajını sübut edən sənəd əmək kitabçasıdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)-12848/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlay ır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X1, X2 və X4 müvafiq illərdə ərizəçinin onlarla birlikdə ********** rayonunun ******* kənd sovxozunda fəhlə işlədiyini təsdiq etmişlər. Şahidlərin işdə olan və apellyasiya baxışı zamanı əslinə baxış keçirilmiş əmək kitabçalarının surətləri əsasında müəyyən edilir ki, M1 1970-1988-ci illərdə, H1 1981-1988-ci illərdə, N1 19761988-ci illərdə **** rayonu ******kənd sovxozunda işləmişlər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin e dərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19.09.2018-ci il tarixli, 2(001)-6871/2018 nömrəli qətnaməsinin iddiaçının ***** rayonu ***** kənd sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajı hesab edilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qənaətinə gələrkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçı tərəfin kassasiya şikayəti hər hansı maddi və hüquq normasının pozulması ilə əsaslandırılmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçularm, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)-12848/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3146/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3146/2019
06.05.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver