Məhkəmə qərarları › İş №2(102)-3146/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3146/2023

20.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3146/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X7 qarşı mirasın qəbul edilməsi müddətinin bərpası, miras əmlakda olan payın müəyyən edilməsi tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X8 İddiaçı qarşı daşınmaz əmlakın Əlimov Fazil Məhərrəm oğlu tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması, həmin əmlak üzərində ½ hissədə qanun üzrə payının müəyyən olunması tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X10 İddiaçı və X7 qarşı miras əmlak üzərində payın müəyyən olunması tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Əlimo v Sadiq Fazil oğlunun İddiaçı və X7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras payının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdeh X7 qarşı mirasın qəbul edilməsi müddətinin bərpası, miras əmlakda olan payın müəyyən edilməsi tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X8 İddiaçı qarşı daşınmaz əmlakın Əlimov Fazil Məhərrəm oğlu tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması, həmin əmlak üzərində ½ hissədə qanun üzrə payının müəyyən olunması tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X10 İddiaçı və X7 qarşı miras əmlak üzərində payın müəyyən olunması tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Əlimov Sadiq Fazil oğlunun İddiaçı və X7 qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-237/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxslər X22 və Əlimov Sadiq Fazil oğlu tərəfindən verilmiş ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə 20 sentyabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qax rayonunun İlisu kəndində yerləşən 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq (bundan sonra mübahisəli mənzil) sahəsindən ibarət olan daşınmaz əmlak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX- nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X2 mülkiyyətində olmuşdur.

2. X23 xx.xx.2002-ci ildə ölümü ilə vərəsəlik açılmışdır. Sonuncunun ölümündən sonra Əlimov Fazil Məhərrəm oğlu, Cavabdeh, İddiaçı (bundan sonra iddiaçı), X25, X14, X31 və X9 ibarət 7 vərəsəsi qalmışdır.

3. Əlimov Fazil Məhərrəm oğlu xx.xx.2010- cu il tarixində ölmüşdür. Ölümündən sonra onun vərəsələri - arvadı X22 və X52 Fazil oğlu qalmışdır.

4. Qax rayon İHB-nın İlisu kənd İnzibati Ərazi dairəsi üzrə namayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli arayışına əsasən X22 xx.xx.2010-cu il tarixədək İlisu kəndində yaşamışdır.

5. Qax rayon İHB-nın İlisu kənd İnzibati Ərazi dairəsi üzrə namayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışına əsasən Əlimov Sadiq Fazil oğlu mərhum atası Əlimov Fazil Məhərrəm oğlu ilə atasının öldüyü günədək birgə təsərrüfatda İlisu kəndində yaşamışdır.

6. Qax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(024)-832/2018 saylı qətnaməsindən görünür ki, X8 iddia tələbi təmin edilmiş, Qax rayon Dövlət Notariat Kontorunun 14 sentyabr 2010cu il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, ölümünə qədər mərhum Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində olmuş Qax rayon Əmircan kənd "Qələbə" kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışa əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində iddiaçı Sultanağa Əlimovanın 1/2 hissə və Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarış nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahəsinin üzərində 1/2 hissə qanun üzrə payı müəyyən olunmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh X7 qarşı “mərhum anası X11 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinə vərəsəliyin açılması, itirilmiş müddətin bərpa edilməsi və payın müəyyən edilərək mülkiyyətə verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh X15 iddia ərizəsinə etiraz edərək mərhum anası X11 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinə vərəsəliyin açılması, ötürülmüş müddətin bərpa edilməsi və qanun üzrə vərəsəliyə görə bütövlükdə miras qalmış əmlak kütləsinin ona düşən 1/7 hissədə payının müəyyən edilərək onun mülkiyyətinə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. X22 ərizə ilə Qax rayon Məhkəməsinə müraciət edərək mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs kimi mülki işə qoşulmuş və “daşınmaz əmlakın Əlimov Fazil Məhərrəm oğlu tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması, həmin əmlak üzərində ½ hissədə qanun üzrə payının müəyyən olunması” barədə iddia ərizəsi təqdim etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum qaynanası X23 mülkiyyətində olmuş sözü gedən torpaq sahəsi və fərdi yaşayış evi şəklində miras əmlak sonuncunun vəfatından sonra mərhum əri Əlimov Fazil Məhərrəm oğlu tərəfindən faktiki qəbul olunmuş, həmin torpaq və fərdi yaşayış evi onun faktiki sahibliyinə keçmiş, özü də həmin evdə Fazil vəfat edən günə qədər yaşamışdır.

10. X26 ərizə ilə Qax rayon Məhkəməsinə müraciət edərək mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs kimi mülki işə qoşulmuş və “miras əmlakdan ona düşən payın müəyyən olunması” haqqında iddia ərizəsi v ermişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X32 vəfat etdikdən sonra bütün bacı qardaşların mübahisəli fərdi yaşayış evində öz otağı olmuş və bu günə qədər həmin açarlar onlarda saxlanılır.

11. Əlimov Sadiq Fazil oğlu ərizə ilə Qax rayon Məhkəməsinə müraciət edərək mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs kimi mülki işə qoşulmuş və “miras əmlakdan ona düşən payın müəyyən olunması” haqqında iddia ərizəsi vermişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əlimov Sadiq Fazil oğlu atası Əlimov Fazil Məhərrəm oğlu ilə birlikdə yaşamış və mirası qəbul etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, gənc yaşlarından Zaqatala rayonuna tibb işçisi kimi təyinat alaraq köçmüş və orada ailə quraraq daimi yaşamışdır. Qax rayonunun İlisu kəndi ndə yerləşən 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsindən ibarət olan daşınmaz əmlakın hüquq müəyyənedici sənədləri X13 adınadır. Həqiqətən də mərhum anası X32 vəfat etdiyi gündən həmin fərdi yaşayış evində mərhum qardaşı Əlimov Fazil Məhərrəm oğlu davamlı şəkildə yaşamış, həmin evin kommunal xərclərini ödəmiş və daşınmaz əmlaka faktiki sahiblik etmişdir. Həmin fərdi yaşayış evində mərhum Fazil Əlimovdan başqa heç kim yaşamamışdır. Buna baxmayaraq daşınmaz əmlakın mülkiyyət sənədləri bu günə qədər Kafiyat Əlimovanın adınadır və miras hələ heç bir vərəsə tərəfindən rəsmi şəkildə qəbul olunmamışdır. Əgər miras həqiqətən də Fazil Əlimov tərəfindən qəbul olunsaydı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da onun adına keçərdi. Mərhum Əlimov Fazil Məh ərrəm oğlunun arvadı X8 digər vərəsələrlə birgə 1/7 pay almaq hüququna etiraz etmir, lakin Sultanağa Əlimova həmin miras əmlakda daimi yaşamamış, tez-tez əri mərhum Fazil Əlimovla mübahisə edərək evdən getmiş və onunla birgə təsərrüfat aparmamışdır. Qardaşı Fazil Əlimov ölümündən bir il öncə qaraciyər serrozu xəstəliyinə tutulmuşdu. Mərhum xəstə olan zaman arvadı Sultanağa ona qulluq etməmiş, lakin o qardaşı Fazilə imkan tapdıqda yardım etmişdir. Fazil çox gözütox və mərd adam idi. O heç bir miras əmlakı sənədlə qəbul etməyib.. Göstərdiyi halları məhkəmənin nəzərinə çatdıraraq iddia tələbinin təmin edilməsi, üçüncü şəxslərin iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Cavabdeh X15 bildirmişdir ki, gənc yaşlarından Qax şəhərində daimi yaşayır və fərd i əmək fəaliyyəti ilə məşğul olur. Mərhum anası X32 vəfat etdikdən sonra mərhum qardaşı Əlimov X36 rayonu, İlisu kəndində yerləşən mübahisəli fərdi yaşayış evində arvadı Sultanağa Əlimova ilə birlikdə daimi yaşamış, 2010-cu ildə xəstəlikdən vəfat etmişdir. Mübahisəli fərdi yaşayış evində mərhum Fazildən başqa digər bacı qardaşları daimi yaşamamış, həmin miras əmlakı mərhum Əlimov Fazil Məhərrəm oğlu faktiki qəbul etmiş və bütün kommunal xərcləri də özü ödəmişdir. Mübahisəli fərdi yaşayış evinə vaxtaşırı gedib oranı ziyarət edir, hətta 2019-cu ildə evin yanında kiçik mətbəx də inşa etmişdir, lakin həmin tikinti sənədləşdirilməmişdir. Mərhum anası X11 miras qalmış daşınmaz əmlakda payının müəyyən olunması üçün iddia ərizəsi ilə məhkəməyə hələ müraciət etməmiş, lakin hazırki mülki işin nəticə si məlum olandan sonra bunu etməyi nəzərdən keçirir. Etirazında göstərdiyi dəlilləri müdafiə edərək məhkəmədən İddiaçı iddia tələbini yalnız 1/7 hissədə payının müəyyən olunması şərti ilə təmin olunmasını xahiş etmişdir.

14. Mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X26 bildirmişdir ki, 1986-cı ildən Balakən rayonunda daimi yaşamaqla əmək fəaliyyəti ilə məşğuldur. Mərhum anası X32 vəfat etdikdən sonra mərhum qardaşı Əlimov X36 rayonu, İlisu kəndində yerləşən mübahisəli fərdi yaşayış evində daimi yaşamış, lakin arvadı X22 orada onunla birgə yaşamamış və təsərrüfat aparmamışdır. Bununla yanaşı, miras qalmış mübahisəli fərdi yaşayış evində olan otaqların yalnız birində Fazil Əlimov yaşamış, lakin digər otaqlar həmin evdə daimi yaşamayan digər qardaşların olmuşdur. X22 mi ras əmlakın 1/7 hissəsinə iddia edə bilər, lakin yerdə qalan paylar mərhum anası X13 övladları arasında bərabər bölünməli, ona da öz növbəsində 1/7 hissə verilməlidir. Həmin evdən ona çatası pay vardır.Beləliklə iddianı təmin edilməsini xahiş etmişdir.

15. Qax rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(024)465/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Malik Qarayev mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia tələbinin təmin edilməsi, X16 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, hazırda daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla qeydiyyatda olan 81.80 kv/metr ümumi sahəyə malik fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq s ahəsinin mərhum Əlimov Fazil Məhərrəm oğlu tərəfindən xx.xx.2002-ci il tarixində faktiki qəbul olunması faktının müəyyən olunması, Əlimov Fazil Məhərrəm oğlundan miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, hazırda daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022- ci il tarixli çıxarışa əsasən qeydiyyatda olan 81.80 kv/metr ümumi sahəyə malik fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində X8 ½ hissədə qanun üzrə payının müəyyən olunması, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Əlimov Sadiq Fazil oğlunun iddia tələbinin təmin edilməsi, Əlimov Fazil Məhərrəm oğlundan miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, hazırda daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2 022-ci il tarixli çıxarışa əsasən qeydiyyatda olan 81.80 kv/metr ümumi sahəyə malik fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində Əlimov Sadiq Fazil oğlunun ½ hissədə qanun üzrə payının müəyyən olunması, İddiaçı iddia tələbinin təmin edilməməsi, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X32 xx.xx.2002-ci il tarixində vəfat etmiş və Qax rayonu, İlisu kəndində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi və 0,10 ha həyətyanı torpaq sahəsini miras qoymuş, lakin hazırkı mülki işdə iştirak edən İddiaçı, X15 və X26 tərəfindən qanunvericliklə müəyyən edilmiş müddətdə və qaydada qəbul olunmamışdır. Lakin həmin şəxsləri n məhkəmədə verdikləri izahatlardan və mülki işin materiallarında olan sübutlardan göründüyü kimi mərhum Əlimov Fazil Məhərrəm oğlu xx.xx.2002-ci il tarixindən vəfat etdiyi xx.xx.2010-cu il tarixinə qədər həmin fərdi yaşayış evində daimi yaşamaqla miras əmlaka sahiblik etmiş və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Hazırda olduğu kimi həmin illərdə də İddiaçı Zaqatala rayonunda, X51 şəhərində, Nadir Alimov isə Balakən rayonunda daimi yaşamış, analarından miras qalmış əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etməmiş və əmlaka sahiblik etmək niyyətlərini ifadə etməmişdir. Başqa sözlə, mərhum Əlimov Fazil Məhərrəm oğlunun həmin miras əmlak üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsinə etiraz etməmişlər.

17. Məhkəmə onuda qeyd etmişdir ki, üçüncü şəxslər qismi ndə qoşularaq iddia ərizəsi vermiş X22 və Əlimov Sadiq Fazil oğlu mərhum Əlimov Fazil Məhərrəm oğlunun birinci növbəli vərəsələri olduqlarına görə onların ən azı birinin sağ olması hazırkı işdə iştirak edən digər şəxslərin vərəsəlik hüquqlarını istisna edir. Bir halda ki, xx.xx.2002-ci il tarixində X11 qalmış miras Əlimov Fazil Məhərrəm oğlu tərəfindən qəbul olunaraq sonuncunun mülkiyyəti sayılmağa başlamışdır, Əlimov Fazil Məhərrəm oğlunun xx.xx.2010-cu il tarixli vəfatı da onun özünün miras kütləsinin bir hissəsi hesab olunmalıdır. Bir halda ki, ölümünə qədər mərhum Əlimov Fazil Məhərrəm oğlunun mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0.10 hektar və Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarış nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahələri üzərində vərəsələr Sultanağa Əlimova və Sadiq Əlimovun hər birinin 1/2 hissələrdə qanun üzrə payları müəyyən olunmuşdur, mərhumun miras qoyduğu Qax rayonu, İlisu kəndində yerləşən, hazırda daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla qeydiyyatda olan 81.80 kv/metr ümumi sahəyə malik fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi üzərində də onların hər birinin qanun üzrə 1/2 payları müəyyən olunmalıdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.2,1159.3,1159.4Ş1159.5,1243.2,1243.3,1260-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. Qardaşı Fazil Əlimovun arvadı X22 və X52 Fazil oğlu 1998-ci il tarixdən həmin evdə yaşamamışlar və onlar tərəfindən miras əmlakı heç vaxt qəbul edilməmişdir. Mübahisəli əmlak faktiki olaraq onlar - vərəsələr arasında anasının sağlığında bölünmüş və ona həyətdən tövlə olan hissə verilmişdir. Anasının vəfatından sonra mirası faktiki qəbul etmiş, digər vərəsələr kimi yay aylarında həmin evdə dincəlməyə, təsərrüfatı idarə etməyə gəlmişdir. Belə ki, miras əmlakı bütün vərəsələr tərəfindən faktiki qəbul edilmişdir. Əlimov Fazil özünə düşən otaqda yaşamış və vəfat etmişdir.X47 miras əmla kının öz mülkiyyətinə keçirilməsi üçün heç bir addım atmamış və vəfat etmişdir. Onun vərəsələri olan Əlimova Sultanağa və Əlimov Sadiq Fazil oğlu nə sağlığında, nə də ki ölümündən sonra miras əmlakını nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmişlər

21. Cavabdeh X15 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mübahisəli torpaq sahəsinin cavabdeh X15 tərəfindən qəbul olunmasına,onun tam hissədə pay hüququnun müəyyən olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

22. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X34 2002-ci ildə dünyasını dəyişmişdir. Onun 7 övladı var idi: Fazil, İsmail, Nəzirə, Nadir, Nəcibə, Afər, Nazim. Onun ölümündən sonra miras qalmış Qax Rayon İlisu kəndində yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətləri ilə bariz şəkildə nümayiş etdirərək əmlakı faktiki qəbul etmişdir. Bu fakta dair kifayət qədər sübutlar mövcuddur (Cavabdeh ilə kommunal müqavilə, İlisu KİƏDN-in və ilisu bələdiyyəsinin arayışları, vergilərin, kommunal ödənişlərin Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən qəbzlər, şahid ifadələri və s). X22 (mərhum Əlimov Fazil Məhərrəm oğlunun arvadı) və Əlimov Sadiq Fazil oğlu (mərhum Əlimov Fazil Məhərrəm oğlunun birinci nikahdan olan oğlu), X25 işə qoşulmuşdur. Digər övladlar (Nəcibə, Afər, Nazim) isə işə qoşulmamışlar. Bu barədə nə imtinaları, nə də müraciətləri var.

23. X24 övladı Əlimov Fazil Məhərrəm oğlu xx.xx.2010-cu ildə dünyasını dəyişmişdir. X52 atasına sağlığında kömək edəcək i qtidarda heç vaxt olmayıb. X22 isə 1997-ci ildən həmin mübahisəli evə ayaq basmayıb. Dünyasını dəyişdiyi günədək bütün yaşayış xərcləri, xəstəliyi zamanı ona qulluq (bunu ona baxan Merab həkim və tibb bacısı Seydəliyeva Aynur xanım təsdiq edə bilər), dəfn prosesi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Nə oğlu, nə də arvadı heç bir zaman onun qeydinə qalmamışlar. Qeyd etmək istəyirəm ki, Əlimov Fazil Məhərrəm oğlunun xx.xx.1990-cı ildə üçüncüi dəfə nikaha daxil olduğu X22 ilə nikah münasibətlərinə 1997-ci ildən faktiki olaraq xitam verilmişdir. Həmin tarixdən etibarən Əlimova Sultanağa iddialı evdə yaşamır, nə qaynanası X17 dəfnində, nə ərinin xəstəliyi zamanı, nə də ərinin dəfnində iştirak edib, halbuki onun yaşadığı ərazidən İlisu kəndinə 12 km məsafə var idi. Məhkəmə əmlakın əsassız o laraq Əlimov Fazil Məhərrəm oğlu tərəfindən faktiki qəbulunu təsdiq etsə belə, X8 Əlimov Fazil Məhərrəm oğlunun vərəsəsi ola bilməməsi faktını aydınlaşdırmayıb. Əlimov Fazil Məhərrəm oğlu ilə X8 nikah münasibətlərinə 1997-ci ildən bəri faktiki xitam verilib. X8 guya ki, Qax Rayon İlisu kəndində yerləşən mübahisəli fərdi yaşayış evində əri öldüyü vaxtadək yaşadığını göstərən arayışı, qətnamədə qeyd edilən Cavabdeh Sultanağanın orada yaşadığını deməsi tamamilə yalandır. Cavabdeh qətnamədə qeyd edilən bu ifadəni heç vaxt işlətməyib. Əlimov Fazil Məhərrəm oğlunun övladı Əlimov Sadiq Fazil oğlu da məhkəməyə verdiyi iddia ərizəsində X8 1997-ci ildən bəri orada yaşamaması faktını təsdiq etmişdir. Bu faktı təsdiq edəcək kifayət qədər digər şahidlər də var. İfadələri apellyasiya şikayətinə əlavə ed ilmişdir. İş üzrə 6 oktyabr 2022-ci il tarixli məhkəmə iclas protokolunun 3-cü səhifəsinin 2-ci abzasında X8 vəkili Nümayəndə2 izahatında qeyd etmişdir ki, müvəkkili Əlimova Sultanağa əri Əlimov Fazil ilə birlikdə 8 il yaşamışdır. Əlimova Sultanağa da vəkilinin mövqeyi ilə razı olduğunu bildirmişdir. xx.xx.1990-cı ildə nikahın bağlanmasını nəzərə alaraq, deməli Əlimova Sultanağa ilə Əlimov Fazilin nikah münasibətlərinə 1998-ci ildən xitam verildiyindən Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, Əlimova Sultanağa mərhum əri Əlimov Fazilin vərəsəsi ola bilməz.

24. Mərhum Əlimov Fazil Məhərrəm oğlunun övladı Əlimov Sadiq Fazil oğlu isə 1991-ci ildən ömrü boyu öz anası ilə Bakıda yaşamışdır. 2002-2010-cu illərdə orta məktəbdə, daha sonra isə universitetdə təhsil almışdır. Sual olunur ki, Bakı şəhərində orta məktəbdə, sonra isə universitetdə oxuyaraq necə İlisu kəndində daimi yaşamaq olar? Deməli təqdim olunan arayışlar saxtadır. İllərdir heç atası yadına düşmür, atasının ölümündən 12 il sonra əmlak iddiasını qaldırmaq yadına düşür. Sadiq bu illərdə harda idi? Sual olunur mərhum Kafıyat xanımın ölümündən sonra 20 il ərzində, Əlimov Fazil Məhərrəm oğlunun ölümündən sonra 12 il ərzində bu əmlakı kim idarə edib? Tək cavabı var: Cavabdeh. Əlimov Sadiq Fazil oğlu 2011-ci ildə Qax şəhərində atasından miras qalmış 10 sot torpağı indiki işdə saxta arayış təqdim etdiyi kimi onda da saxta sənəd düzəldərək Əlimova Sultanağadan xəlvət satmışdı, hansı ki Sultanağa həmin işi mübahisələndirib 1/2 pay hüququnu almışdı (onlar arasında olan mübahisə ilə bağlı hazırki işlə bağlı Qax Rayon Məhkəməs inin 17 oktyabr 2022-ci il, 2 (024)-465/2022 nömrəli qətnaməsinin 5-ci səhifəsinin 4-cü abzasında qeyd var. İndi də onun anasından qalan, illərdir zəhmətini çəkdiyi, haqqı olan əmlaka gözünü dikib.

25. Müstəqil tələb irəli sürən üçüncü şəxs X26 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, miras əmlak beş qardaş arasında razılıqla bölünmüşdür. Belə ki, fərdi yaşayış evinin üst mərtəbəsinin sağ tərəfdəki otağı X10, sol tərəfdəki otaq Əlimov Fazil Məhərrəm oğlunun, alt mərtəbədəki sağdakı otaq X18, sol tərəfdəki otaq X6, digər tikili isə X19 verilmişdir. Həmin bölgü X1 olmu ş, bu bölgüdən hal-hazıradək X23 vərəsələri istifadə edirlər. Bölünmüş otaqların hər birinin açarları isə yuxarıda qeyd edilən vərəsələrin özlərindədir. Təxminən 2020-ci ildə isə X15 və X31 onlara düşən evin otağının darısqal olması ilə əlaqədar miras əmlak olan 0.10 ha torpaq sahəsinin bir hissəsində iki otaqdan ibarət kiçik ev inşa etmişlər. 05 fevral 2002-ci ildə ölmüş mərhum anası X16 miras qalmış Qax rayonu İlisu kəndində 0.10 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 81.80 kvm-dən ibarət fərdi yaşayış evinin üst mərtəbəsində sağ tərəfdə yerləşən otaqda özünə məxsus əşyaları-soyuducu, qab-qacaq, qaz peçi, digər məişət əşyaları, kitabları vardır. Eyni zamanda anasına məxsus olan sandıq da hazırda Nadir Alimovdadır. Anasının ölümündən sonra həmin ot ağını təmir etdirmişdir. Həmin faktları sübut etmək üçün məhkəməyə vəsatət versək də, məhkəmə vəsatəti təmin etməmişdir. Buna görə də qeyd edilənləri telefon vasitəsi ilə videoçəkiliş edərək diskə köçürməklə apellyasiya instasiyası məhkəməsinə apellyasiya şikayəti ilə birlikdə təqdim edirik. Qeyd edilənlər mirasın N.Alimov tərəfindən faktiki qəbulunu təsdiq edən mötəbər sübutdur. Məhkəmə isə üçüncü şəxsin bu dəlilini araşdırmamışdır.

27. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 31 mart 2023-ci il tarixli 2(107)-237/2023 nömrəli mülki iş üzrə qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) İddiaçı,cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən,Müstəqil tələb ir əli sürən üçüncü şəxs X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(024)-465/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı itirilmiş müddətin bərpa edilməsi və ona düşən payın müəyyən edilməsi barədə iddiası qismən təmin edilmiş. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 əsas iddianın rədd edilməsi, miras əmlakın mərhum Əlimov Fazil Məhərrəm oğlu tərəfindən qəbul olunması faktının müəyyən edilməsi və Əlimov Fazil Məhərrəm oğlundan qalmış mirasda onun ½ hissədə payının müəyyən edilməsi barədə iddiası qismən təmin edilmiş. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 mirasdan ona çatacaq payın müəyyən edilməsi barədə tələbi təmin edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Ə limov Sadiq Fazil oğlunun miras əmlakdan ona çatacaq payın müəyyən edilməsi barədə iddiası təmin edilsin. X16 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X3 mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi və JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X23 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsindən ibarət miras əmlakın X23 birinci dərəcə vərəsələri olaraq Cavabdeh, mərhum Əlimov Fazil Məhərrəm oğlu, İddiaçı, X25, X14, X31 və X27; mərhum Əlimov Fazil Məhərrəm oğlunun birinci dərəcə vərəsələri olaraq X22 və Əlimov Sadiq Fazil oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Həmin miras əmlaklardan Cavabdeh, İddiaçı, X25, X14, X31 və X12 hər birinin 2/14 hissə; X22 və Əlimov Sadiq Fazil oğlunun hər birinin 1/14 hissə payı müəyyən edilsin. JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X23 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilsin. İddiaçı, X25, X14, X31 və X12 hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 82.9 manat, X22 və Əlimov Sadiq Fazil oğlunun isə hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 41.4 manat pul Cavabdeh alınaraq verilməsi qət edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə iddia ərizəsi İddiaçı tərəfindən Cavabdeh qarşı ver ilmiş, X22 (mərhum Əlimov Fazil Məhərrəm oğlunun arvadı) və Əlimov Sadiq Fazil oğlu (mərhum Əlimov Fazil Məhərrəm oğlunun birinci nikahdan olan oğlu) və X25 müstəqil tələb irəli sürən üçüncü şəxslər olaraq işə qoşulmuşlar. Digər vərəsələr X14, X31 və X27 isə birinci instansiya məhkəməsində icraat zamanı işə qoşulmamışlar.

29. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh da daxil olmaqla, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan da bəlli olur ki, Əlimov Fazil Məhərrəm oğlu 2002-ci ildə anası X35 ölənə qədər, eyni zamanda həmin vaxtdan sonra birinci özü 2010-cu ildə ölənə qədər mübahisəli həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evində yaşamış, həmin əmlaka faktiki sahiblik etmiş, ölümündən öncə xəstə olduğu müddəti orada ke çirmiş və həmin fərdi yaşayış evində ölmüşdür.

30. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, göstərilən hallar Əlimov Fazil Məhərrəm oğlunun mübahisəli həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evini anası X16 qalmış miras əmlak olaraq faktiki sahiblik etmək üsulu ilə qəbul etdiyini hesab etmək üçün kifayətdir.

31. Məhkəmə kollegiyası İddianın vərəsəliyin açılması barədə hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimi, qanun vərəsəliyin açılmasını birbaşa miras qoyanın ölümü ilə şərtləndirmiş və həmin məsələ barədə hər hansı mübahisə yeri qoymamışdır. Belə olduqda, belə bir tələbə məhkəmədə baxıla bilməz di. Lakin, bu qətnamənin 51ci bəndindən göründüyü kimi, İddiaçı iddia ərizəsində vərəsəliyin açılmasını xahiş etsə də, əslində anası X16 qalmış mirasın – Qax rayon İlisu kəndində yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsindən ona düşən payın onun mülkiyyətinə verilməsini istədiyini bildirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.3-cü maddəsinin tələbinə əsaslanmaqla, məhkəmə kollegiyası iddianın həmin hissədə əsasının dəyişdirildiyini hesab etmişdir.

32. İddiaçının iddia tələbinin itirilmiş müddətin bərpa edilməsi barədə hissəsinə münasibət bildirərək kollegiya qeyd etmişdir ki, hazırki iş üzrə miras əmlak mirasın qəbulunun qeyri-formal üsulu ilə qəbul olunmuşdur və mirasın qəbulu müddətinin ötürülməsi halı aşkar edilmir. Bu səbəblə də, iddianın həmin hi ssəsi təmin edilə bilməz.

33. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası İddiaçı iddiasının rədd edilməsi, miras əmlakın mərhum Əlimov Fazil Məhərrəm oğlu tərəfindən qəbul olunması faktının müəyyən edilməsi və Əlimov Fazil Məhərrəm oğlundan qalmış mirasda onun ½ hissədə payının müəyyən edilməsi barədə olmuşdur ki, bu qətnamənin 67-68 və 70-ci bəndlərində göstərilən əsaslarla həmin iddianın miras əmlakın mərhum Əlimov Fazil Məhərrəm oğlu tərəfindən qəbul olunması faktının müəyyən edilməsi və Əlimov Fazil Məhərrəm oğlundan qalmış mirasda onun ½ hissədə payının müəyyən edilməsi hissələri təmin edilməlidir. Lakin, bu qətnamənin 76-cı bəndindən göründüyü kimi, hazırki qətnamə ilə İddiaçı iddiası qismən təmin edildiyindən, üçüncü şəxs X8 hazırki iddiası İddiaçı iddiasının rədd edilməsi hi ssəsində təmin edilməməlidir.

34. Apellyasiya instansiya məhkəməsi MM-in 1282-1284-cü maddələrinin tələblərini əsas götürən məhkəmə kollegiyası qərara gəlmişdir ki, JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X23 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində qalmalı, digər vərəsələr hər biri öz paylarına mütənasib olaraq Cavabdeh kompensasiya almalıdırlar. Belə olduqda, İddiaçı, X4 Nəcibə Məhərrəm qızı, X31 və X12 hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 82.9 manat (580x2/14≈82.9), X22 və Əlimov Sadiq Fazil oğlunun isə hər birinə birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 41.4 manat (580x1/14≈41.4) pul Cavabdeh alınaraq verilməlidir.

35. Məhkəmənin mövqeyi ondan ibar ət olmuşdur ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı itirilmiş müddətin bərpa edilməsi və ona düşən payın müəyyən edilməsi barədə iddiası qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 əsas iddianın rədd e dilməsi, miras əmlakın mərhum Əlimov Fazil Məhərrəm oğlu tərəfindən qəbul olunması faktının müəyyən edilməsi və Əlimov Fazil Məhərrəm oğlundan qalmış mirasda onun ½ hissədə payının müəyyən edilməsi barədə iddiası qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 mirasdan ona çatacaq payın müəyyən edilməsi barədə tələbi təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs Əlimov Sadiq Fazil oğlunun miras əmlakdan ona çatacaq payın müəyyən edilməsi barədə iddiası təmin edilməli, X16 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X3 mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində y erləşən 81,80 kv/metr fərdi yaşayış evi və JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X23 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsindən ibarət miras əmlakın X23 birinci dərəcə vərəsələri olaraq Cavabdeh, mərhum Əlimov Fazil Məhərrəm oğlu, İddiaçı, X25, X14, X31 və X27; mərhum Əlimov Fazil Məhərrəm oğlunun birinci dərəcə vərəsələri olaraq X22 və Əlimov Sadiq Fazil oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmin miras əmlaklardan Cavabdeh, İddiaçı, X25, X14, X31 və X12 hər birinin 2/14 hissə və X22 və Əlimov Sadiq Fazil oğlunun hər birinin 1/14 hissə payı müəyyən edilməli, JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X23 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsi Cavabdeh mülkiyy ətində qalmalı, İddiaçı, X25, X14, X31 və X12 hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 82.9 manat, X22 və Əlimov Sadiq Fazil oğlunun isə hər birinə birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 41.4 manat pul Cavabdeh alınaraq verilməlidir.

36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1,1145,1151.1,1159.1,1159.1.1,1160,1243.1,1243.2,1243,3,1246,1248,1,1255,1256,1285, 1283, 1284, 1291, 1301, 1301.2, 1301.3, «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarı,A.N adirova və qeyrilərinin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 16 mart tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Qərarı,Azərbaycan Respublikası MPM-in 9.1,9.3,14.2,77.1,88, 372.7, 384.0.2, 386, ə 387.1, 389, 390 -cı maddəsinə istinad edərək əsaslandırm ışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

38. Şikayət belə saslandırılmışdır ki, maddi hüquq normasının ikinci cümləsində qeyd olunur: “Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər”. Belə razılığın olmadığı təqdirdə həmin maddəni tətbiq edən apellyasiya instansiyasıməhkəməsi maddi hüquq normasının tətbiqində səh və yol vermişdir. Mübahisələndirilən qətnamənin nəticə hissəsinin 12 və 13-cü abzaslarından görünür ki, Apellyasiya instansiyasıməhkəməsi mübahisə predmetinə aidiyyəti olmayan əmlakı özbaşına, qeyri-bərabər və ədalətsiz şəkildə bölmüş, qanunsuz olaraq cavabdehi mülkiyyətçi elan etmiş və mülki işdə iştirak edən və etməyən bir sıra şəxslərə kompensasiya ödəmək öhdəliyinin cavabdehə həvalə edilməsini qət etmişdir. Belə yanaşma ilə həm maddi hüquq norması yanlış şərh edilmiş, həm də səhv tətbiq edilmişdir.

39. Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbləri baxımından mirasın faktiki qəbul olunması üçün ona sahiblik edilməsini və ya onu idarə edilməsini şəksiz nümayiş etdirən sübutlar əsas şərt hesab olunur. Lakin Cavabdeh maddi hüquq normasının şərtlərini ödəməsi (əmlakı faktiki qəbul etməsi) ilə bağlı hallar apellyasiya instansiyasıməhkəməsi tərəfindən müəyyən edilməmişdir. Əslində isə belə sübutların növləri qanunver Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır.

40. Cavabdeh və qətnamədə adı hallanan digər şəxslərin heç biri X23 ölümünə qədər mülkiyyətində olmuş hər hans ı əşyanı sahiblik və idarəçilik yolu ilə qəbul etməsini təsdiq edən sübut təqdim etməmişdir (Sultanağa Əlimova və Sadiq Əlimovdan başqa).

41. Cavabdeh iddia ərizəsinə qarşı Qax rayon Məhkəməsinə təqdim etdiyi yazılı etirazında və həmin məhkəməyə verdiyi izahatın qeyd olunduğu məhkəmə iclas protokollarında da mərhum anası X28 JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı verilmiş torpaq sahəsini faktiki qəbul etməsi barədə heçnə bildirməmişdir. Əskində Cavabdeh izahatlarında göstərmişdir ki, gənc yaşlarından Qax şəhərində yaşamış və işləmişdir (kənd təsərrüfatı ilə məşğul olduğunu və ya hazırlaşdığını bildirmişdir). Onun kənd təsərrüfatı ilə məşğul olmaqla və ya həmin torpağı icarəyə verməsi ilə bağlı nə izahatları və də sübutları təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi hü quq normasının dispozitiv şərtlərini pozmuş, “əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə” ifadəsində şərh edilmiş şərtlərin Cavabdeh tərəfindən hansı hərəkətlərlə ödənilməsini əsaslandırmamışdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mirasın faktiki qəbul edilməsi mübahisələri ilə bağlı çoxsaylı mövqelər ifadə edib və onlardan da birini bundan ibarətdir: Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının” 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarınıda göstərilir ki, fak tiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi apellyasiya instansiyasıməhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyini və Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1243.2-ci maddəsinin məzmununu düzgün şərh etməmiş, pozmuş və düzgün tətbiq etməmişdir.

43. Əksi sübut olunmayana qədər X28 JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə verilmiş torpaq sahəsi də mərhum Kafyat Əlimovun digər əmlakını qəbul etmiş Əlimov Fazil Məhərrəm oğlu tərəfindən qəbul olu nmuş hesab olunmalıdır (MM-nin 1243.3-cü maddəsinə əsasən).Belə olan halda, miras əmlakın bölüşdürülməsi şərtlərini nəzərdə tutan MM-nin 1291-ci maddəsi apellyasiya instansiyasıməhkəməsi tərəfindən səhv tətbiq edilmişdir.

44. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələblərindən kənara çıxmaqla qəbul olunmuşdur.Belə ki, apellyasiya instansiyasıməhkəməsinin hazırda mübahisələndirdiyimiz qətaməsi ilə “X16 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylıƏrazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X3 mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi və JN 591 KOD 40308 018 nömrəli Dövlət Aktı ilə X23 mülkiyyətinə verilmiş kənd təsərrüfatıməhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsindən ibarət miras əmlakın X23 birinci dərəcə vərəsələri olaraq Cavabdeh, mərhum Əlimov Fazil Məhərrəm oğlu, İddiaçı, X25, X14, X31 və X27; mərhum Əlimov Fazil Məhərrəm oğlunun birinci dərəcə vərəsələri olaraq X22 və Əlimov Sadiq Fazil oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında, həmin miras əmlaklardan Cavabdeh, İddiaçı, X25, X14, X31 və X12 hər birinin 2/14 hissə; X22 və Əlimov Sadiq Fazil oğlunun hər birinin 1/14 hissə payımüəyyən edilməsi, JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X23 mülkiyyətinə verilmiş kənd təsərrüfatıməhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsi, İddiaçı, X25, X14, X31 və X12 hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 82.9 manat, X22 və Əlimov Sadiq Fazil oğlunun isə hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 41.4 manat pul Cavabdeh alınaraq verilməsini” qət edərkən açıq və aşkar şəkildə Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 218.3-cü və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 3.5-ci bəndinin tələblərini kobudcasına pozmuş və iddia tələblərindən tamamilə kənara çıxmışdır.

45. Cavabdeh, ələcə də digər şəxslərin (Əlimov Fazil Məhərrəm oğlu istisna olmaqla) Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1234.2-ci maddəsinin tələblərini ödəmələrini təsdiq edən sübutlara istinad olunmamış, hüquqi mövqe konkretləşməmiş, ümumi sözlər üzərində qalmışdır.Cavabdeh birinci instansiya məhkəməsində işə baxılan zaman müstəqil iddia tələbi ilə çıxış etməməsi onun apellyasiya instansiyasında hər-hansı tələbi irəli sürmək hüquqlarının olmamasına dəlalət edir. Cavabdeh tərəfindən belə tələblərin əks olunduğu apellyasiya şikayətləri MPM-in 363.1.1-1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmağa qəbul edilmiş, hətta qismən təmin edilmişdir. Bundan əlavə apellyasiya instansiyasıməhkəməsi cavabdehin “iddia tələbi”ni özbaşına şəkildə artırmaqla onun tələb etmədiyi əmlakı da onun mülkiyyətinə vermişdir. Halbuki MPM-nin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyasıməhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilm ir və onlara baxılmır. 46.. Cavabdeh JN 591 KOD 40308018 nömrəli Dövlət Aktını yeni sübut qismində apellyasiya instansiya məhkəməsinə təqdim etmiş, həmin sübutun birinci instansiya məhkəməsində icraat aparılan zaman hansı səbəbdən təqdim etməməsinin üzrlü səbəblərini əsaslandıra bilməmiş, məhkəmə də bu məsələni aydınlaşdırmamış, bununla da prosessual pozuntuya yol vermişdir. Qərar ləğv olunmaqla yeni apellyasiya baxışına qaytarılacağı təqdirdə həmin məsələnin də araşdırılmasını zəruri hesab edirik. Apellyasiya instansiyasıməhkəməsi birinci instansiya məhkəməsində baxılmamış yeni sübutu üzrlü səbəb olmadan qəbul edib qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla da apellyasiya instansiyasıməhkəməsi MPM-nin 372.2-ci maddəsinin tələblərini pozmuşdur.

47. Mübahisə predmetinə dair müst əqil tələb irəli sürən üçüncü şəxs Əlimov Sadiq Fazil oğlu (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

48. Cavabdeh və qətnamədə adı hallanan digər şəxslərin heç biri nənəm X23 ölümünə qədər mülkiyyətində olmuş hər hansı əşyanı sahiblik və idarəçilik yolu ilə qəbul etməsini təsdiq edən sübut təqdim etməmişdir (X30 sübut təqdim etmişik). 1.3. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hətta Cavabdeh mərhum anası X28 JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə ayrılmış torpaq sahəsini hətta faktiki qəbul etdiyi sübut olunsaydı belə, belə bir fakt mirasla bağlı əvvəllər heç bir iradə ifadə etm əmiş, Şəki Apellyasiya Məhkəməsinin təşəbbüsü ilə üçüncü şəxslər iki cəlb edilmiş digər bacı və qardaşların xeyrinə (tələbdən kənara çıxmaqla) qətnamə qəbul etmək üçün əsas ola bilməzdi. Əslində isə Cavabdeh mərhum anası X28 JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə verilmiş daşınmaz əmlakı faktiki qəbul etdiyi heç bir mötəbər sübutla müəyyən olunmamış, qətnamədə bu məsələyə qiymət verilməmişdir. Əksinə, mülki işin materiallarında olan Cavabdeh iddia ərizəsinə qarşı Qax rayon Məhkəməsinə təqdim etdiyi yazılı etirazında və həmin məhkəməyə verdiyi izahatın qeyd olunduğu məhkəmə iclas protokollarında da mərhum anası X28 JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı verilmiş torpaq sahəsini faktiki qəbul etməsi barədə heç nə bildirməmişdir. Cavabdeh izahatlarında göstərmişdir ki, gənc yaşlarından Qax şəhərində yaşamış və işləmişdir (kənd təsərrüfatı ilə məşğul olduğunu və ya hazırlaşdığını bildirmişdir). Onun kənd təsərrüfatı ilə məşğul olmaqla və ya həmin torpağı icarəyə verməsi ilə bağlı nə izahatları və də sübutları təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının dispozitiv şərtlərini pozmuş, “əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə” ifadəsində şərh edilmiş şərtlərin Cavabdeh tərəfindən hansı hərəkətlərlə ödənilməsini əsaslandırmamışdır.

49. Apellyasiya instansiyası məhkəməsi əsaslandırmamışdır ki, onların hansı biri (Əlimov Fazil Məhərrəmoğlu istisna olmaqla), hansı əmlaka, hansı şəksiz hərəkətlərlə sahiblik etmiş (və ya onu idarə etmiş), bu iş materiallarında olan hansı sübutlarla təsdiq olunur. Əslində isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mirasın faktiki qəbul edilməsi mübahisələri ilə bağlı çoxsaylı mövqelər ifadə edib və onlardan da birini bundan ibarətdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının” 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014cü il tarixli qərarınıda göstərilir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin məzmununu düzgün şərh etməmiş, pozmuş və düzgün tətbiq etməmişdir. Maddi hüquq normasının pozuntusu qətnamənin ləğvi üçün əsasdır.

50. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin 66-cı bəndin 3-cü abzasında sonuncunun X23 bir əmlakını sahiblik etməklə qəbul etdiyini təsdiq edir. Əgər belədirsə, ölənə qədər JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə nənəm X23 mülkiyyətində olmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AR MM-nin 1243.3-cü maddəsinə əsasən mərhum Fazil Əlimovun qəbul etdiyi miras kütləsinə daxil olmaması kimi yanlış qənaətə gələn apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını pozmuşdur. Apellyasiya intansiya məhkəməsi maddi hüquq normasını pozmuş və düzgün tətbiq etməmişdir ona görə ki, nənəm X28 JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə verilmiş daşınmaz əmlak mülki iş üzrə vermişmiş 3 iddia ərizələrinin heç birinin predemtinə daxil olmamış, onun bölüşdürülməsi ilə bağlı məhkəmədən heçnə xahiş edilməmişdir. Bir halda ki, məhkəmə “Apellyasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsində olan 66-cı bəndin 3-cü abzasında qeyd etmişdir ki, “göstərilən hallar Əlimov Fazil Məhərrəm oğlunun Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evini anası X16 qalmış miras ə mlak olaraq faktiki sahiblik etmək üsulu ilə qəbul etdiyini hesab etmək üçün kifayətdir”, belə olan halda əksi sübut olunmayana qədər nənəm X28 JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə verilmiş torpaq sahəsi də mərhum Kafyat Əlimovun digər əmlakını qəbul etmiş atam Əlimov Fazil Məhərrəm oğlu tərəfindən qəbul olunmuş hesab olunmlıdır.

51. Mübahisələndirilən qətnamənin nəticə hissəsinin 12 və 13-cü abzaslarından görünür ki, Apellyasiya instansiyası məhkəməsi mübahisə predmetinə aidiyyəti olmayan əmlakı özbaşına, qeyri-bərabər və ədalətsiz şəkildə bölmüş, qanunsuz olaraq cavabdehi mülkiyyətçi elan etmiş və mülki işdə iştirak edən və etməyən bir sıra şəxslərə kompensasiya ödəmək öhdəliyinin cavabdehə həvalə edilməsini qət etmişdir.Belə yanaşma ilə həm maddi hüquq norması yanlış şərh edilmiş, həm də səhv tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə verilmiş torpaq sahəsi Cavabdeh tərəfindən faktiki qəbul olunmuşdur. Belə bir faktın mövcudluğu iş materialları ilə təsdiq olunmadığından, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə formal mülahizədən başqa bir şey deyil.

52. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələblərindən kənara çıxmaqla qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirdiyimiz qətaməsi ilə“X16 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X3 mülkiyyətinə verilm iş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi və JN 591 KOD40308018 nömrəli Dövlət Aktı ilə X23 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsindən ibarət miras əmlakın X23 birinci dərəcə vərəsələri olaraq Cavabdeh, mərhum Əlimov Fazil Məhərrəm oğlu, İddiaçı, X25, X14, X31 və X27; mərhum Əlimov Fazil Məhərrəm oğlunun birinci dərəcə vərəsələri olaraq X22 və Əlimov Sadiq Fazil oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında, həmin miras əmlaklardan Cavabdeh, İddiaçı, X25, X14, X31 və X12 hər birinin 2/14 hissə; X22 və Əlimov Sadiq Fazil oğlunun hər birinin 1/14 hissə payı müəyyən edilməsi, JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X23 mül kiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsi, İddiaçı, X25, X14, X31 və X12 hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 82.9 manat, X22 və Əlimov Sadiq Fazil oğlunun isə hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 41.4 manat pul Cavabdeh alınaraq verilməsini” qət edərkənaçıq və aşkar şəkildə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 3.5-ci bəndinin tələblərini kobudcasına pozmuş və iddia tələblərindən tamamilə kənara çıxmışdır.

53. Prosessual normanın məzmununa əsasən «yeni sübutlar və yeni tələblər apellyasiya instansiyas ı məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Cavabdeh JN 591 KOD 40308018 nömrəli Dövlət Aktını yeni sübut qismində apellyasiya instansiya məhkəməsinə təqdim etmiş, həmin sübutun birinci instansiya məhkəməsində icraat aparılan zaman hansı səbəbdən təqdim etməməsinin üzrlü səbəblərini əsaslandıra bilməmiş, məhkəmə də bu məsələni aydınlaşdırmamış, bununla da prosessual pozuntuya yol vermişdir. Qərar ləğv olunmaqla yeni apellyasiya baxışına qaytarılacağı təqdirdə həmin məsələnin də araşdırılmasını zəruri hesab edirik.

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində baxılmamış yeni sübutu üz rlü səbəb olmadan qəbul edib qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi MPM-nin 372.2-ci maddəsinin tələblərini pozmuşdur. Prosessual normanın məzmunundaapellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri sadalanmışdır. Cavabdeh hazırki mülki iş üzrə iddia tələbi irəli sürməmiş, buna baxmayaraq apellyasiya şikayətinin 12-ci (apellyasiya şikayəti verən şəxsin tələbi) bəndində “X11 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən 81,80 kv.m fərdi yaşayış evi və evin yereləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin X15 tərəfindən qəbul olunması faktının təsdiq olunmasına, onun tam hissədə pay hüququnun müəyyən olunmasına dair yeni qətnamə qəbul etməyinizi xahiş edirəm” tələbi qeyd olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılan za man müstəqil iddia tələbi ilə çıxış etməməsi onun apellyasiya instansiyasında hər-hansı tələbi irəli sürmək hüquqlarının olmamasına dəlalət edir.

55. Cavabdeh tərəfindən belə tələblərin əks olunduğu apellyasiya şikayətləri MPM-in 363.1.1-1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmağa qəbul edilmiş, hətta qismən təmin edilmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi cavabdehin “iddia tələbi”ni özbaşına şəkildə artırmaqla onun tələb etmədiyi əmlakı da onun mülkiyyətinə vermişdir. Halbuki MPM-nin 372.4-cü maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsi Apellyasiya instansiyası məhkəməsi Qax rayon Məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsini yalnız formal mülahizələrə görə ləğv etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas olmuş dəlillər Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinin 71-ci bəndinin 1, 3, 4-cü abzaslarında, eləcə də 72-ci bəndin yeganə abzasında əks olunmuşdur. Həmin əsaslandırma da yalnız formal mülahizələrdən ibarətdir, faktlar nöqteyi nəzərindən dəyərə malik deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. X15, X27, X31 və X20 ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etirazlar təqdim edərək, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən şəxslər X8 və Əlimov Sadiq Fazil oğlunun kassasiya şik ayətlərinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin 31 mart 2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

57. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

58. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

59. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

60. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

61. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

62. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

63. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

64. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

65. Maddə 1246. Vərəsə vərəsə liyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

66. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

67. Maddə 1255. Qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

68. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmil əşdirilməlidir.

69. Maddə 1282. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. 7

0. Maddə 1283. Əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir.

71. Maddə 1284. Torpaq sahəsini ala bilməyən vərəsə başqa əmlakdan müvafiq pay, belə əmlak kifayət etmədikdə isə müəyyənləşdirilmiş qaydada müvafiq kompensasiya alır.

72. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

73. Maddə 1301. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer m üəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

74. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətləri verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

85. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

86. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2 -ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

87. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

88. Bu s əbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxslər X22 və Əlimov Sadiq Fazil oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-237/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar