Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3146/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi, iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "X8" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2991/2024 nömrəli 22 may 2024-cü il tarixli q ətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə "X8" arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı klubda mətbuat xidməti üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İ ddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "X8" MMC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayında Azərbaycan Voleybol Federasiyasının prezident postunda dəyişiklik olmuşdur. 2023-cü ilin may ayının 5-də klubun keçmiş rəhbəri Dağıstan Hüseynov onlara bildirmişdir ki, federasiyanın yeni rəhbəri bütün işçilərin işdən çıxarılması barədə göstəriş vermişdir. O və digər işçilər kompensasiya ödənilmədən, rəhbərliyin dəyişməsinə görə kiçik işçilərin işdən azad edilməsi tələbi il ə razılaşmayıblar. Lakin onlara bildirilb ki, bu adi prosedur qaydadır, bütün ştatlar üzrə vəzifə tutmuş işçilər işdən azad ediləcək, daha sonra isə öz ərizəsi ilə işdən çıxanlar həmin işə yenidən götürüləcəklər, amma könüllü ərizə əsasında işdən çıxmayanlar aprel və may ayları üçün hesablanmış əmək haqqını ala bilməyəcək və işə qayıtmaq şansını itirəcəklər. Məhz bu formada məlumatlandıqlarına görə hər kəs, o cümlədən o da may ayının 12-sində "könüllü" ərizə yazmışlar. Lakin ərizənin nəticəsi olaraq onlara nə əmr, nə də ki, əmək kitabçası təqdim olunmayıb. Sonradan anlayblar ki, aldanıblar. Bu faktı onun insan resursları üzrə mütəxəssisi (HR) ilə "Whatsapp" proqramı vasitəsilə apardığı yazışmalar da təsdiq edir. Ərizə yazmağa məcbur edilərək işdən ayrıldıqdan sonra bu məsələ uzanmış və onl ara əvvəlki işlərinə qayıtmaları barədə heç bir dəvət göndərilməmişdir. Əmək kitabçasının işdə saxlanılması və ona qaytarılmaması işinə geri qayıdacağına inam yaratmışdı. Sonradan Azərbaycan Voleybol Federasiyasının prezidentinin qəbulunda olan zaman federasiyanın rəhbəri ona klubların sıfırlanması ilə bağlı hər hansı bir göstəriş vermədiyini və ümumiyyətlə məsələdən xəbərinin olmadığını bildirmişdir. O, 6 ildir ki, cavabdeh MMC-də mətbuat xidməti üzrə mütəxəssis kimi fəaliyyət göstərmiş və heç vaxt mövsüm yekunlaşan zaman baş katibin qeyd etdiyi formada işdən azad olma halı ilə rastlaşmamışdır. Heç bir əsas olmadan, federasiya rəhbərindən xəbərsiz onun adından istifadə etməklə özü və klubun digər işçiləri qanunsuz olaraq işdən azad edilmişdir. İşdən azad edilmələrinə dair ərizəni onlar ap rel və may ayları ərzində öz əmək haqqını ala bilməmələri və yenidən işə bərpa olunmadıqları mümkün olmaması hədə-qorxusuyla yazmışlar. Ona görə də tutduğu vəzifə üzrə işə yenidən bərpa edilməli və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdehə işdən azad olunma barədə ərizə ilə müraciət etmiş, ərizədə işdən azad olunma tarixini xx.xx.2023-cü il göstərmiş, həmin tarixdən iddiaçı öz ərizəsinə əsasən işdən azad olunmuş, həmin tarixdən onunla əmək münasibətlərinə xitam verilmişdir. İddia əsassız olduğundan təmin edilməməsini xahiş edir.
6. Cavabdehin nümayəndəsi eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddıətini n tətbiq edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid X7 bildirmişdir ki, "X9"nda insan resursları üzrə mütəxəssis vəzifəsində işləyir. Şirkətdə rəhbər dəyişiklikləri dövrü idi, bəzi işçilər öz xahişləri ilə ərizə yazaraq işdən çıxmaq istədiklərini bildirdilər. Həmin ərəfədə 5-7 nəfər təsir göstərilmədən öz xahişləri ilə işdən azad edildilər. İşçilər şablon ərizə formasını ondan istəmiş o da təqdim etmişdir. Çağırıb heç kəsə bildirilməyib ki, ərizəsini yazıb işdən çıxsın. Şəxsi seçimləri olmasına görə işdən işçilərin çıxmasını soruşmamışlar. İddiaçının əmək kitabçasını gec təqdim edilməsi onun səhvi olmuşdur. İşdən çıxanda əmək kitabçasını istədikdə əməkdaşlara təqdim edirdi. Çoxu da gəlib götürürdü. Amma iddiaçı tələb etməmiş, o da təqdim etməyi unutmuşdu r.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı onun xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müraciətləri üzrə ünvanlanmış məktubdan görünür ki, müraciəti ilə əlaqədar, "X8" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onun "X8” MMC-nin rəhbəri arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, qanunvericiliyin tələblərinin gözlən ilməklə xitam verildiyi məlum olmuşdur. Həmçinin onun xx.xx.2023-cü il tarixində iş vaxtından artıq vaxt ərzində işlərə cəlb olunduğu, lakin iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinin (əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla) tələblərinə uyğun hesablanıb ödənilmədiyi, həmçinin təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışa əsasən, onun bank hesabına sonuncu iş günü deyil, xx.xx.2023-cü il tarixində 1286,04 (bir min iki yüz səksən altı manat dörd qəpik) AZN və 2474,99 (iki min dörd yüz yetmiş dörd manat doxsan doqquz qəpik) AZN vəsaitin köçürüldüyü səbəbindən, "X8” MMC-nin sabiq prezidenti X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məc əlləsinin 192.4cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq son haqq-hesabının 30 gün ərzində əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi ilə bağlı "X8” MMC-nin prezidenti X4 xx.xx.2023-cü il tarixli 3-17-5/2-41236/2023 nömrəli məktubla icrası məcburi olan göstəriş verilmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edildiyindən yenidən işə qəbul edilməyi məqsədilə "X8” MMC-nin rəhbərliyinə müraciət etməyi məqsədəuyğun hesab edilir.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Rəna Qafarova) 28 fevral 2024-cü il tarixli 2(009)-203/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iş materialları, tədqiq edilmiş sübutlarla, o cümlədən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilib ki, cavabdeh MMCnin 2023-cü ilin may ayı ərəfəsində rəhbərliyin dəyişilməsi səbəbi ilə bir sıra işçilərin öz təşəbbüsləri ilə işdən azad edilmələri halı baş vermişdir. Bu hal işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı rəhbərliyin dəyişilməsi səbəbindən müqavilələrin yenilənməli olması adı ilə işçilərə işdən azad edilmələri barədə ərizələrin təzyiq göst ərilməklə yazdırılmasını və onların sonradan işə qəbul ediləcəklərinə inandırmaqla onların işdən azad edilmələrini iddia edir.
11. Məhkəmə hesab etmişdir ki iddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, iddia ərizəsindən və iddiaçının öz izahatından da göründüyü kimi o, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr verildikdə bundan məlumatlı olmuş, lakin işə yenidən bərpa ediləcəyini ümid etdiyindən əmri mübahisələndirməmiş, işə bərpa olunmadığını gördükdən sonra bununla bağlı X5 şikayət etmiş, daha sonra isə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında əmək kitabçasını əmr verildikdən sonra ona təqdim edilməməsinin onda işə yenidən götürüləcəyinə inam yaratmasına, əmək kitabç asını sonradan götürməsinə, hazırki iddia tələbi ilə məhkəməyə hüququnun pozulmasının aşkar edildiyi gündən 1 ay müddətində müraciət etməsinə istinad etsə də, məhkəmə hesab etmişdir ki, sadalanan hallar qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin ötürülməməsinə əsas olan hallar kimi qiymətləndirilə bilməz.
12. Məhkəmə iddiaçının 12 may 2023-cü il tarixindən işdən azad edilməsini və bu barədə elə həmin gündən məlumatının olmasını və mediasiya təşkilatına müraciət etdiyi müddət də nəzərə alınmaqla məhkəməyə müraciət etdiyi müddəti diqqətə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tələb irəli sürməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbinin “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” hi ssəsi əsassız olduğundan rədd edilməlidir.
13. Məhkəmə iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd etmişdir ki, iddia tələbinin işə bərpa hissəsi əsassız olduğundan, eləcə də iddia müddəti tətbiq edilərək rədd edildiyindən, iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir.
14. Məhkəmə öz mövqeyini Аzərbаycаn Respublikаsının Əmək Məcəlləsinin 68, 68.2,-ci, MPM-in 14.2,77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv ed ilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti işin hallarına və iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, əmək kitabçanı yalnız uzun müddət sonra, yəni 16 noyabr 2023-cü il tarixdə dəfələrlə etdiyi müraciətlərdən və yazışmalardan sonra əldə edə bilmişdir. Bundan sonra isə, qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmədən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, hesab etmişdir ki, iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi qanunsuz və əsassızdır. Bundan başqa işəgötürən tərəfindən əmək müqavilələri hədə-qorxu yolu ilə ləğv edilsə də, həmin vaxt klubun mühasibi, meneceri və insan resursları üzrə mütəxəssisi öz işlərində saxlanılmışdır. Belə olan halda, işəgötürən tərəfindən beynəlxalq müqavilələrin və dövlətdaxili qanunvericiliyin normaları pozulmaqla, onlara - işdən məcburi çıxarılan işçilərə qarşı ayrı-seçkiliyə yol verilmişdir. Məhkəmə iclasında da müəyyən olunmuşdur ki, onun həmin vaxtı işdən çıxması üçün heç bir əsas olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2024-cü il i tarixli, 2(103)-2991/2024 nömrəli qətnaməsi ilə (hakim Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Azad İmanov ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizəl ərə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır.
19. İddiaçı iddia tələbini, eləcə də apellyasiya şikayətini əsaslandırarkən, ona işdən çıxmaq üçün hədə-qorxu gəlindiyini bildirsə də, bu cür hədə-qorxunun olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qeyd olunan hissədə əsaslandırmamışdır.Həmçinin, iş materiallarından işəgötürənin bu cür davranış nümayiş etdirməsinə işarə edən, zənn etməyə imkan verən hər hansı hal da müəyyən edilmir.
20. İddiaçının istinad etdiyi halların məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsi də təsdiq etməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, sonuncu iddiaçı ilə əmək münasibətlərinə xitam verilmiş işçi olmaqla, onun verdiyi ifadə y alnız iddiaçının maraq və mənafeyinə uyğun olmuşdur. Həmçinin, şahidin ifadəsində adı hallanan şahid X7 ifadəsində X2 ifadəsinin məzmununda göstərilənləri təsdiq etməmişdir.
21. Məhkəmə kollegiyası, iddiaçının əmək kitabçası verilmədiyini əsas gətirərək, həmçinin işə çıxmasına inamının olmasını bildərək iddia müddətinin ötməməsi barədə dəlillərini araşdıraraq qeyd edib ki, məhkəmə kollegiyası Əmək Məcəlləsinin 87-ci və 296cı maddələrinin tələbləri baxımından birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla yanaşı, iddiaçıya əmək kitabçası vaxtında verilməsə belə, onunla son haqq hesabın aparılmasından, yəni onun xx.xx.2023-cü il tarixində iş vaxtından artıq vaxt ərzində işlərə cəlb olunduğu, lakin iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının Azərbaycan Respublikasının Ə mək Məcəlləsinin 165-ci maddəsinin (əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla) tələblərinə uyğun hesablanıb ödənilmədiyi, həmçinin təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışa əsasən, onun bank hesabına sonuncu iş günü deyil, xx.xx.2023-cü il tarixində 1286,04 manat və 2474,99 manat vəsaitin köçürülməsini nəzərə alaraq hesab edir ki, iddiaçı əmək kitabçası ona verildiyi ana qədər artıq öz hüquqlarının pozulmasından məlumatlı olmuşdur, lakin qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçının X5 müraciəti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin sorğusu əsasında daxil olmuş materiallardan göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tari xli müraciətində işdən qanunsuz azad olunmasını qeyd etməklə bununla bağlı Müfəttişliyə izahat da vermişdir. İddiaçının dəlillərinin əsaslı olması halı qəbul edilmiş olsa belə, X3 təqdim etdiyi yuxarıda qeyd edilən materialların mövcudluğu da, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini birbaşa təsdiq edir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3, 68.1, 68.2, 69.1, 69.2, 69.4, 69.7, 87.3, 296.2, 296.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayətinin bir sıra dəli lləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh MMC tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək mübahisəli qətnaməni dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
27. Maddə
8. Bu Məcəllə ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları
1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.
28. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;...
29. Maddə
11. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
30. Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;...
31. Maddə 68.1 Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qayd ada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;...
32. Maddə
69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş d igər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər....
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
33. Maddə 87.3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
34. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aş kar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür....
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qar daşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.
35. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətn amə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.... Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətna məsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzə rdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı müb ahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
50. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
51. Məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə iddiaçı ilə olan əmək müqaviləsinə öz ərizəsinə əsasən xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmiş, xx.xx.2023cü il tarixində ona son haqq-hesab ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə işdən qanunsuz azad olunmasını qeyd etməklə Əmək Müfəttişli Xidmətinə izahat vermiş, iddia ərizəsini isə xx.xx.2023-cü ildə vermişdir.
52. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı əmrin ləğv edilməsi b arədə iddia ərizəsini vermək üçün iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia təmin edilməməlidir.
53. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunun tələbinə və işin hallarına uyğundur. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
54. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqavil əsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
55. Göründüyü kimi iddia müddətinin axımının başlanması üçün bu faktlardan birinin mövcud olması kifayətdir. İddiaçıya əmək kitabçası vaxtında verilməməsinə baxmayaraq, ona son-haqq hesabın ödənilməsi iddia müddətinin axımına əsas olmuşdur. Onun hüquqlarının pozulmasından məlumatlı olması həm də hüquqlarının müdafiəsi üçün Əmək Müfəttişliyi Xidmətinə müraciət etməsi ilə təsdiq olunur.
56. Kassatorun iddia müddətinin üzürlü səbəblərdən buraxılması barədə ağlabatan sübut təqdim etməmişdir.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
58. Kassasiya şikayətinin digər dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2991/2024 nömrəli 22 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.